Hüquq VƏ azadlıqlar praktikada (2013)



Yüklə 4,16 Mb.
Pdf görüntüsü
səhifə3/11
tarix25.08.2018
ölçüsü4,16 Mb.
#64130
1   2   3   4   5   6   7   8   9   10   11

Hüquqlarımız, azadlıqlarımız

  

 



AHİM-in tədrisi

  

Avropa İnsan Hüquqları  

Konvensiyası diqqət mərkəzində

2

Bilirsinizmi? 

Avropa insan hüquqlarını müdafiə edən 

məhkəməyə malik olan yeganə qitə deyildir. 

İki başqa regional məhkəmə vardır: Amerika 

dövlətlər arası İnsan Hüquqları Məhkəməsi 

və İnsan və xalq hüquqları üzrə Afrika 

Məhkəməsi. 2008-ci ildə, Ümumdünya 

İnsan Hüquqları Bəyannaməsinin 60 illiyinə 

həsr edilmiş Strasburqdakı seminarda 

bu üç regional məhkəmə bir araya gəldi. 

Jan-Pol Kosta (Avropa İnsan Hüquqları 

Məhkəməsinin keçmiş sədri) öz çıxışında 

"İnsan hüquqlarının universallığını 

göstərmək üçün ən doğru yol hansıdır?" 

deyə söyləmişdir.

Avropa İnsan 

Hüquqları 

Məhkəməsinin rolu  

Demokratiya və qanunun  

aliliyinin təmin edilməsi  

1959-cu  ildə  təsis  edilmiş  Avropa  İnsan  Hüquqları 

Məhkəməsi  razılığa  gələn  tərəfin  yurisdiksiyasında  olan 

hər  kəsin  Avropa  İnsan  Hüquqları  Konvensiyasında  

təsbit  olunmuş  hüquqlarını  təmin  edən  məhkəmə  

orqanıdır.  Yeganə  məhkəmə  olaraq  1  noyabr  1998-

ci  il  tarixindən  etibarən  mövcuddur  və  daimi  olaraq  

Strasburqda (Fransa) yerləşir. 

Məhkəmənin  hakimlərinin  sayı  Konvensiyanın  tərəfləri 

olan  dövlətlərin  sayı  ilə  eynidir.  Bu  hakimlər  tam 

müstəqildirlər,  öz  ölkələrini  təmsil  etmirlər  və  Avropa 

Şurası  Parlament  Assambleyası  tərəfindən  səs  vermə 

yolu ilə seçilirlər. 

Mövcud olduğu 50 il dövründə Məhkəmə 10 000-dən artıq 



qərar  çıxarmışdır.    Bu  qərarlar  aidiyyatı  olan  dövlətlər 

üçün  məcburidir  və  onlardan  ərizəçilərin  hüquqlarının 

pozulmasının  nəticələrini  aradan  qaldırmağı,  eyni  

zamanda,  Nazirlər  Komitəsinin  nəzarəti  altında  müxtəlif 

sahələrdə  qanunvericilikdə  və  praktikada  dəyişikliklər 

etməyi    tələb  edir.  Məhkəmənin  presedent  hüququ 

sayəsində  Konvensiya  yeni  problemləri  həll  edən  və  

Avropada 

hüququn 

aliliyini 

və 

demokratiyanı 



möhkəmləndirən dinamik və güclü alətə çevrilib.  

Məhkəməyə təqdim olunan 



ərizələrin sayının əhəmiyyətli 

dərəcədə artması nəticəsində hal-hazırda bəzi islahatlar 

həyata  keçirilməkdədir.  Məhkəmənin  səmərəliliyini 

təmin  etmək  üçün  böyük  islahat  2010-cu  ilin  iyununda 

başlamışdır. 

Qərar

İşin mahiyyətinə və ya başqa sözlə desək, aktual şikayətə 

görə Avropa İnsan Hüquqları Məhkəməsi qərar verir. Qərar 

qarışdırılmamalıdır ...



Qərardad ilə 

Məhkəmənin  qərarı  şikayətin  (ərizənin)  qəbulu  ilə 

bağlıdır.  Məhkəmə  bütün  tələblərə  riayət  olunduğunu 

yoxladıqdan sonra qərar qəbul edir. 



Ərizə və ya iş 

Məhkəmə tərəfindən həll edilməli olan mübahisə.



Şikayətlər

Ərizənin  səbəbləri.  Məhkəmə  ərizənin  mahiyyətini 

yoxladığı zaman şikayətlərə baxılır.

Qəbuledilməzlik 

Əsaslandırılmamış  və  ya  kifayət  qədər  yaxşı 

əsaslandırılmamış  işlər  qəbuledilməz  elan  olunur  və 

rədd edilir. 




Hüquqlarımız, azadlıqlarımız

  

 



AHİM-in tədrisi

  

Avropa İnsan Hüquqları  

Məhkəməsi necə işləyir?

3

Bilirsinizmi?

Ərizəçilər ərizələrini Məhkəmənin iki 

rəsmi dilindən (ingilis və fransız) birində 

göndərmək məcbutiyyətində deyillər. 

Onlar bunu Konvensiyanı ratifikasiya etmiş 

dövlətlərin rəsmi dillərindən birində edə 

bilərlər. Dinləmələr Strasburqdakı İnsan 

Hüquqları Sarayında keçirilir. Onlar aidiyyatı 

palatanın və ya vəziyyətdən asılı olaraq 

Böyük Palatanın sədrinin qərarı ilə qapalı 

keçirilmədiyi zaman ictimaiyyətə açıqdır.

Ərizənin  

göndərilməsi 

Əsas şərtlər

Məhkəməyə kim müraciət edə bilər?

Hüquqlarının pozulduğuna inanan fərdlər və ya dövlətlər 

məhkəməyə  müraciət  edə  bilər.  Beləliklə,  Konvensiya 

ərizələri iki növə ayırır: 

  şəxs,  şəxslər  qrupu  və  ya  qeyri-hökumət  təşkilatı 

tərəfindən bir və ya bir neçə dövlətə qarşı irəli sürülən 

fərdi şikayətlər;

  bir dövlətin başqa dövlətə qarşı qaldırdığı dövlətlərarası 

şikayətlər.

Məhkəmə  yarandığı  gündən  bu  yana  qəbul  edilən 

şikayətlərin demək olar ki, hamısı fərdi şəxslər tərəfindən 

edilmişdir.

Əsas şərtlər 

İlk  növbədə  Məhkəmə  ərizənin 

qəbuledilənliyini 

yoxlayır.  Ərizənin  məhkəmə  tərəfindən  qəbul  olunması 

üçün  Konvensiyada  təsbit  olunan  bəzi  şərtlərə  əməl 

olunmalıdır.  Məsələn,  ərizəçi  dövlətdaxili  bütün  hüquq 

müdafiə  vasitələrini  "tükətdiyini"  sübut  etməli  (yəni  bu 

o  deməkdir  ki,  ölkənin  ən  yuxarı  məhkəmə  instansiyası 

onun  ərizəsini  rədd  edib)  və  ölkə  daxilində  son  qərarın 

qəbul edilməsindən altı ay sonrakı müddətdə öz ərizələrini 

göndərməlidirlər. Açıq-aşkar qəbuledilməz hesab olunan 

şikayətlər tək hakim tərəfindən baxılır.

Ərizə qəbul hesab edilərsə məhkəmə tərəfləri (ərizəçini 

və müvafiq dövləti) məsələni



 dostcasına həll ilə razılığa 

gəlməyə  dəvət  edir.  Məsələn,  mübahisəni  bu  yolla  həll 

etmək  barədə  razılığa  gəlindiyi  zaman,  adətən  dövlət 

ərizəçiyə  kompensasiya  ödəyir  və  ərizə  geri  götürülür. 

Razılıq  əldə  olunmazsa,  Məhkəmə  şikayətə  mahiyyəti 

üzrə Konvensiyanın pozulub pozulmamasına baxır.



Ərizə/ərizəçi

Konvensiya  ərizələri  iki  növə  ayırır:  fərdi  ərizələr  (fərd 

və  ya  fərdlər  qrupu,  şirkətlər  və  QHT-lər  tərəfindən 

göndərilə  bilər)  və  dövlətlərarası  ərizələr  (bir  dövlət 

tərəfindən digərinə qaşı).  

Qəbuledilənlik 

Ərizə  müəyyən  tələblərə  cavab  verməlidir  (bütün 

daxili  hüquqi  müdafiə  vasitələrinin  tükənməsi,  altı 

ay  müddətində  göndərilməsi,  AİHK-da  təsbit  edilmiş 

hüquqların  pozulması),  cavab  verməzsə  şikayət   

baxılmadan qəbuledilməz elan ediləcək. 



Dostcasına həll

Məhkəmə  insan  hüquqlarına  hörmətin  şikayətə 

baxmanın davam etdirilməsini tələb etmədiyi nəticəsinə 

gələrsə, bu iş üzrə icraatı dayandırır. Ərizəçi və dövlət 

mübahisəni bu yolla həll etmək barədə razılığa gələndə, 

adətən dövlət ərizəçiyə  müəyyən miqdar pul ödəyir.  




Yüklə 4,16 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə