Hüquq VƏ azadlıqlar praktikada (2013)



Yüklə 4,16 Mb.
Pdf görüntüsü
səhifə11/11
tarix25.08.2018
ölçüsü4,16 Mb.
#64130
1   2   3   4   5   6   7   8   9   10   11

Hüquqlarımız, azadlıqlarımız

 

!

 

Praktiki çalışmalar

Konkret məsələ üzərində iş –  

Öyrənilənlərin təhlili və tətbiqi

3

  

Vaxt:  

30 dəqiqə (mövzunu oxumaq və suallara cavab vermək üçün) 

və əlavə 20 dəqiqə (düzəliş, verilən mövzu üzrə müzakirələr 

aparma) 


Metod:  

şagirdləri  iki  kiçik  qrupa  bölün  (4-5).  Onlardan  aşağıda 

verilmiş işin mətnini oxumalarını və sonra məlumat vərəqinin 

köməyi  ilə  suallara  cavab  vermələrini  istəyin.  Hər  qrup 

cavablarının qısa təqdimatı üçün nümayəndəsini seçir.

12 il nikahdan sonra Lorenzo boşanmaq üçün ərizə  

verir. Onun həyat yoldaşı etiraz etmir, ancaq məhkəmənin 

boşanma haqqında hökm verməsi bir neçə il çəkir.  

Lorenzo iki uşağı ilə əlaqə saxlamaq istəyir, amma ölkədəki 

qanun boşanma prosesi başa catanadək buna icazə ver-

mir.


Suallar :

  Bu  məsələni  həll  etmək  üçün  Lorenzo  Konvensiyanın 

hansı maddəsi ilə müraciət etməlidir?

  Lorenzonun  Avropa  İnsan  Hüquqları  Məhkəməsinə 

göndərmək  qərarına  gəldiyi  ərizənin  müxtəlif  etaplarını 

təsvir edin.



boşanması və uşaqları

Lorenzo, 


Hüquqlarımız, azadlıqlarımız

 

!

 

Praktiki çalışmalar

Konkret məsələ üzərində iş –  

Öyrənilənlərin təhlili və tətbiqi

3

1996-cı ildə Roberto bir sıra qarət və maşın oğurluğuna 

görə 20 il həbs cəzasına məhkum edilib. Məhkəmənin 

yekun qərarından sonra cəzasını cəkmək üçün dövlət 

həbsxanaya göndərilməzdən öncə altı ay müddətində 

həbsdə qalır.   

Roberto həbsdə saxlanmasının qeyri-qanuni 

olmasından şikayətlənir. Üstəlik, saxlanma 

şəraitinin pis olduğunu və ləyaqətini alçaltdığını 

bildirdi. Ona ünvanlanan məktubların açıldığını 

və həbsxananın rəhbərliyi tərəfindən oxunduğunu 

söyləyir.

Suallar :

  Robertonun  əsas  hüquqları  pozulubmu?  Əgər  cavab 

müsbətdirsə o zaman hansı hüquqları pozulub?

  Roberto Avropa İnsan Hüquqları Konvensiyasının hansı 

maddələrinə əsaslanaraq şikayət edə bilər?

 Robertonun vəkili onun saxlanma şəraiti ilə bağlı hansı 

meyarlara istinad edə bilər?

  Vaxt:  

30 dəqiqə (mövzunu oxumaq və suallara cavab vermək üçün) 

və əlavə 20 dəqiqə (düzəliş, verilən mövzu üzrə müzakirələr 

aparma) 


Metod:  

şagirdləri  iki  kiçik  qrupa  bölün  (4-5).  Onlardan  aşağıda 

verilmiş işin mətnini oxumalarını və sonra məlumat vərəqinin 

köməyi  ilə  suallara  cavab  vermələrini  istəyin.  Hər  qrup 

cavablarının qısa təqdimatı üçün nümayəndəsini seçir.

və məhkumluq

 

Roberto



Hüquqlarımız, azadlıqlarımız

 

!

 

Praktiki çalışmalar

Konkret məsələ üzərində iş –  

Öyrənilənlərin təhlili və tətbiqi

4

  Vaxt: 

30 dəqiqə (mövzunu oxumaq və suallara cavab vermək üçün) 

və əlavə 20 dəqiqə (düzəliş, verilən mövzu üzrə müzakirələr 

aparma), 



Metod: 

şagirdləri  iki  kiçik  qrupa  bölün  (4-5).  Onlardan  aşağıda 

verilmiş işin mətnini oxumalarını və sonra məlumat vərəqinin 

köməyi  ilə  suallara  cavab  vermələrini  istəyin.  Hər  qrup 

cavablarının qısa təqdimatı üçün nümayəndəsini seçir.

İvan qonşu ölkədə (Avopa Şurasınmn üzv dövləti) polis 

tətərfindən həbs edilir. Sənədləri qaydasında olmadığı üçün 

məhkəmə onu mənşə ölkəsinə deportasiya etmək qərarını 

qəbul edir. 

İvan onun işi ilə bağlı çıxarılmış qərarı şikayət etmək 

istəyir. O, gəldiyi ölkədə ayrı-seckiliyə məruz qalan 

milli azlıqdan olduğunu və ölkəsinə qayıtdığı təqdirdə 

rəsmi orqanlar və ya üsyançılar tərəfindən işgəncəyə 

məruz qalmaı və ya öldürülülmə ehtimalının olduğunu 

söyləyir.

Suallar :

  Ivan onu öz mənşə ölkəsinə qaytarmaqla bağlı qonşu 

ölkədə  çıxarılmış  qərardan  Avropa  İnsan  Hüquqları 

Məhkəməsinə  şikayət  edə  bilərmi?  O,  ərizəsini 

Konvensiyanın 

hansı 


maddəsinə 

(maddələrinə)

əsaslandıra bilər?

  Hansı müddətə öz mənşə ölkəsinə qarşı şikayət verə 

bilər? 

deportasiya perspektivi

  

İvan və onun 



Hüquqlarımız, azadlıqlarımız

 

!

 

Praktiki çalışmalar

Konkret məsələ üzərində iş –  

Fikir mübadiləsi, insan hüquqlarına dair müzakirələr

4

 “İndiyə qədər heç kimin yaşamadığı, 

heç bir qanunun və qaydanın olmadığı 

yeni bir olkə kəşf etdiyinizi təsəvvür 

edin. Siz və qrupunuzun digər üzvləri   

bu torpağın sakinlərisiniz. Bu yeni 

 

torpaqda hansı sosial mövqeyə malik 

olacağınızı bilmirsiniz.”  

  Fərdi  şəkildə,  hər  bir  şagird  bu  yeni  ölkədə  hər  kəs 

üçün  təmin  olunmalı  olan  üç    insan  hüququnu  qeyd 

etməlidir.  Şagirdlərdən  öz  qrupları  daxilində  bu  siyahını 

bölüşmələrini  və  müzakirə  etmələrini  xahiş  edin.  Daha 

sonra qrup vacib olduqlarını düşündükləri 10 insan hüqu-

qundan  ibarət  siyahını  tərtib  etməlidir.  Sonra  qrup  yeni 

ölkəyə  ad  verir  və  böyük  kağız  parçası  üzərində  insan 

hüquqları siyahısı ilə birgə ölkənin adını yazır. 

  Hər qrup öz siyahısını digər qruplara təqdim edir.

Bundan sonra, sinif siyahısında hər hüquqla bağlı qeydlər 

edin. Əgər hüquqlar təkrar olunarsa üstündən xətt çəkin.

Bütün qruplar öz təqdimatların etdikdən sonra sinifdən eyni və 

ya bir-birinə zidd olan hüquqları müəyyən etmələrini istəyin:

    Sinifin tərtib etdiyi hüquqlar siyahısını səmərələşdirmək 

olarmı? Oxşar hüquqları birlikdə qruplaşdırmaq olarmı? 

  Bu siyahı reallığa nə qədər yaxındır?

 

  Aşağıdakı mövzular üzrə digər suallar verilə bilər: 



    Bu  müddət  ərzində  hansı  hüquqlarla  bağlı  vacib 

dəyişiklik oldu?

    Siyahıya  əlavə  etmək  istədiyiniz  hər  hansı  başqa  

hüquqlar varmı? 

    İnsan hüquqları universaldırmı? 

    Sizin regionda fəal insan hüquqları təşkilatları varmı? 

    Onların  məqsədiləri  nədir?  Onlar  nə  edirlər?  Onların 

üzvləri kimlərdir?



  

Vaxt: 

1 – 1½  saat.



Metod: 

Sinifi 5 və ya 6 nəfərdən ibarət qruplara bölün və aşağıdakı 

senarionu onlara oxuyun. Sonra aşağıdakı sualları verərək 

müzakirələrə başlayın.



 xəyali

 

ölkə


Hüquqlarımız, azadlıqlarımız

 

!

 

Praktiki çalışmalar

5

1. Avropa İnsan Hüquqları Konvensiyası nə vaxt qəbul 

edilmiişdir?

 

   1948  



 

 

 



   1950 

 

 



 

   1959


2.  Məhkəmədə hər ölkədən neçə hakim var?

 

   bir  



 

   ölkədən asılıdır  

 

   işdən asılıdır 



3.  Kimlər Məhkəməyə müraciət edə bilər?

 

   Avropa İttifaqı vətəndaşları   



 

   Avropa Şurasının üzv dövlətlərinin vətəndaşları 

 

   vətəndaşlığından asılı olmayaraq hər kəs 



4. Bütün daxili müdafiə vasitələri tükəndikdən sonra 

hansı müddət ərzində Məhkəməyə müraciət etmək olar? 

 

    sonuncu məhkəmə qərarının çıxarıldığı tarixdən 



sonrakı altı ay müddətində  

 

   faktların baş verməsindən sonrakı 10 il müddətində 



 

    sonuncu məhkəmə qərarının çıxarılmasından 

sonrakı ildə 

5.  Məhkəmə qərarının icrasına nəzarətə hansı orqan 

məsuliyyət daşıyır?

 

   Avropa İnsan Hüquqları Məhkəməsi   



 

   İnsan Hüquqları üzrə Komissar  

 

 

   Nazirlər Komitəsi 



6.  Hansı ölkə AİHK-nı imzalamayıb və ratifikasiya 

etməyib?


 

   Türkiyə  

 

 

   Belarusiya   



 

   İsveçrə

7.  Aşağıdakı hansı sahə ilə bağlı artıq Məhkəmə qərar 

verib?


 

   milli müdafiə 

 

   kimyəvi çirklənmə təhlükəsi    



 

   bioetika

8.  Avropa İttifaqının üzvü olan neçə ölkə AİHK-nı 

imzalamayıb?

 

   0    


 

 

   1   



 

 

   9 



9.  Konvensiyanın müddəalarının pozulması ilə bağlı 

verilmiş qərarın icrasına kim məsulliyyət daşıyır?

 

   Dövlətlər



 

   Nazirlər Komitəsi 

 

   Məhkəmə 



10.  Ərizələr Məhkəməyə neçə dildə göndərilə bilər? 

 

   2 



 

   47   


 

    Üzv dövlətlərin hər birinin rəsmi dilində  

Sınaq !

Görək nə 

      qədər bilirsiniz?



Hüquqlarımız, azadlıqlarımız

 

!

 

Praktiki çalışmalar

5

Sinağın cavabları :

 

1. 1950


 

 

2. bir hakim 



 

 

3. vətəndaşlığından sılı olmayaraq hər kəs 



 

 

4. son məhkəmə qərarından sonrakı 6 ay müddətində  



 

 

5. Nazirlər Komitəsi 



 

 

6. Belarusiya



 

 

7. kimyəvi çirklənmə təhlükəsi 



 

 

8. 0



 

9. Dövlətlər

 

10.  Üzv dövlətlərin hər birinin rəsmi dilində




Hüquqlarımız, azadlıqlarımız

 

!

 

Praktiki çalışmalar

AİHM-dən əlavə 



6

Avropa Şurasının İnsan Huquqlarını

müdafiə edən digər alətləri

İllər  ərzində  Avropa  Şurası  Avropa  İnsan  Hüquqları 

Konvensiyası ilə təmin olunmuş hüquqlara əsaslanan bir 

sıra digər mətnlər də hazırlamışdır. 

 

  Avropa Sosial Xartiyası



Avropa  Sosial  Xartiyası  (1961),  onun  Əlavə  Protokolu 

(1988)  və  yenidən  baxılmış  Xartiya  (1996)  əsas  sosial 

hüquqların qorunmasını təmin edir. Söhbət ilk növbədə iş 

(ayrı-seçkiliyin  olmaması,  həmkarlar  ittifaqı  hüququ,  so-

sial müdafiə hüququ), yoxsulluq və sosial təcrid olmadan 

müdafiə və layiqli yaşam şəraitindən gedir.  

 

  İşgəncələrin  qarşısının  alınması  üzrə  Avropa 



Konvensiyası  

Avropa  Şurasının  İşgəncələrə  və  digər  qəddar,  qeyri-

insani,  yaxud  ləyaqəti  alçaldan  rəftar  və  cəza  növlərinə 

qarşı  Konvensiyası    1987-ci  ildə  qəbul  edilmişdir.  Bu 

konvensiya İşgəncələrin qarşısının alınması üzrə Avropa 

Komitəsinin  (CPT)  tərtib  etdiyi  Avropa  İnsan  Hüquqları 

Konvensiyanın  təmin  etdiyi  hüquqların  müdafiəsinə 

əlavədir  və  məhbuslarla  rəftarı  görmək  üçün  onların 

saxlanıldığı  yerlərə  baş  çəkən  müstəqil  və  qərəzsiz 

ekspertlər tərəfindən hazırlanmışdır.  

 

  Milli  azlıqların  hüquqlarının  müdafiəsinə  dair 



Çərçivə Konvensiyası 

Bu milli azlıqların hüquqlarını ümumi şəkildə müdafiə edən 

ilk çoxtərəfli hüquqi sənəddir. Onu ratifikasiya edən dövlətlər 

tərəfindən  riayət  edilmək  üçün  prinsiplər  müəyyən  edir.  

Bu prinsiplərə hüquq qarşısında bərabərlik, mədəniyyətləri 

qorumaq və inkişaf etdirmək, milli kimlikləri, dinləri, milli 

azlıqların  dillərini  və  ənənələrini  qoruyub  saxlamaq 

daxildir.  

 

  Irqçilik və dözümsüzlüyə qarşı Avropa Komissiyası 



(ECRI) 

1993-cü ildə təsis edilən bu Komissiya Avropa miqyasında 

irqçiliyin bütün formalarına, ksenofobiyaya, anti-semitizmə 

və  dözümsüzlüyə  qarşı  mübarizəni  gücləndirir.  Bu 

sahədə milli və beynəlxalq səviyyədə atılmış addımların 

səmərəliliyini  qiymətləndirir  və  bu  fəaliyyəti  bütün 

səviyyələrdə təşviq edir. 

 

 Avropa  Şurasının  İnsan  alverinə  qarşı  mübarizə 



haqqında Konvensiyası 

Konvensiya əsasən insan alveri qurbanlarının və onların 

hüquqlarının  müdafiəsinə  yönəlmiş  hərtərəfli  beynəlxalq 

hüquqi  sənəddir.  O,  həmçinin  insan  alverinin  qarşısının 

alınmasını və səmərəli istintaqın təmin edilməsini nəzərdə 

tutur. Bu Konvensiya qurbanların (qadınlar, kişilər, uşaqlar) 

kim olmasından və istismar formalarından (cinsi istismar 

və ya məcburi əmək və ya xidmətlər və s) asılı olmayaraq 

bütün alver tiplərinə tətbiq edilir.    

www.human-rights-convention.org

www.echr.coe.int

www.coe.int/socialcharter

www.cpt.coe.int

www.coe.int/monitoring

www.coe.int/ECRI

www.coe.int/commissioner



www.human-rights-convention.org 

Əlavə məlumat üçün aşağıdakı insan hüquqları saytlarına müraciət edin:

Avropa Şurası: www.coe.int

Avropa İnsan Hüquqları Məhkəməsi: www.echr.coe.int

Məhkəmə hökmünün icra edilməsi: www.coe.int/execution   

Avropa Şurasının nəşrləri: book.coe.int

Avropa Şurası sənədləri: edoc.coe.int

Facebook: www.facebook.com/pages/Council-of-Europe/42276542714 

Twitter: http://twitter.com/councilofeurope

Flickr: www.flickr.com/people/councilofeurope/

www.coe.int

Hüquq VƏ 

azadlıqlar prakt

ıkada

    


Pedaqoji vəsait

   


 

aHİM-in tədrisi

  

  

 

1

  

İnsan hüquqları Avropa  



Şurasının diqqət mərkəzində

  

 



2

   Konvensiya və  Avropa  

İnsan Hüquqları Məhkəməsi  

diqqət mərkəzində

 

3

  Məhkəmə necə fəaliyyət göstərir?

  

 

4



  Ərizələrə necə baxılır?

 

5

  

AHİK-nın sadələşdirilmiş  



versiyası

 

6

 

  

Konvensiyanın  



2-ci və 3-cü maddələri 

 

7

  

Konvensiyanın  



4-cü və 5-ci maddələri

 

8

  

Konvensiyanın  



8-ci və 9-cu maddələri

 

9

  

Konvensiyanın  



10-cu və 11-ci maddələri

 

10

 

Konvensiyanın 14-cü maddəsi



  

!

 

praktiki çalışmalar



 

 

1

  

Ölkəm və AİHK



 

 

2

 

Konkret məsələ üzərində iş



 

3

 

Konkret məsələ üzərində iş



 

4

 

Konkret məsələ üzərində iş



 

5

  Sınaq


 

6

 

AİHM-dən əlavə 



Hüquq VƏ 

azadlıqlar  

praktıkada

Pedaqoji vəsait 

avropa Şurası

avropa İnsan 

Hüquqları konvensiyası

aprel 2014



Graphic design: anne habermacher / PREMS 238413 

AZE

Yüklə 4,16 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə