Hüquq VƏ azadlıqlar praktikada (2013)



Yüklə 4,16 Mb.
Pdf görüntüsü
səhifə10/11
tarix25.08.2018
ölçüsü4,16 Mb.
#64130
1   2   3   4   5   6   7   8   9   10   11

Hüquqlarımız, azadlıqlarımız

 

!

 

Praktiki çalışmalar

Tədqiqat və təhlil 



1

İnsan Hüquqları üzrə beynəlxalq 

öHdəlıklər 

  İnsan  hüquqları  sahəsində  ölkəniz  və  beynəlxalq 

təşkilatlar arasındakı əlaqələri nəzərdən keçirin.

Qrup şəklində işləyərək şagirdlərdən aşağıdakı mövzular 

haqqında tədqiqat aparmaları istənilir:

  Ölkəniz nə vaxt və niyə Avropa Şurasına qoşulub?

  Ölkəniz  Avropa  İnsan  Hüquqları  Konvensiyasını  nə 

vaxt imzalayıb və ratifikasiya edib və hansı protokollar 

ratifikasiya edilib?

  Ümumdünya  İnsan  Hüquqları  Bəyannaməsi  və  AİHK 

arasındakı əsas fərq nədir?

  Ölkəniz Ümumdünya İnsan Hüquqları Bəyannaməsini  

nə vaxt imzalayıb?

  Ölkəniz nə vaxt və niyə Birləşmiş Millətlər Təşkilatına 

qoşulub?

  Ölkəniz  BMT-nin  insan  hüquqları  ilə  bağlı  digər  əsas 

sənədləri imzalayıbmı?

  Ölkəniz insan hüquqları ilə bağlı başqa hansı öhdəlikləri 

götürüb?

ölkənız və avrOPa İnsan Hüquqları 

kOnvensİyası 

  Ölkənizdə  qüvvədə  olan  Avropa  İnsan  Hüquqları 

Konvensiyasının  nəticələri  necədir?  Ölkə  AİHK-nı  rati-

fikasiya edəndə nəticələr olur. Bu fəaliyyət şagirdlərdən 

aşağıdakı mövzular üzrə tədqiqat aparmağı tələb edir: 

  Avropa İnsan Hüquqları Konvensiyası hansı institutlara 

təsir edir? 

  Konvensiyanın təsbit etdiyi hüquqlar və azadlıqlardan 

ölkədə insanların istifadəsini təmin etməyə hansı insti-

tutlar məsuliyyət daşıyır?

  Şagirdlərin bu institutlardan birinə baş çəkməsini təşkil 

etmək mümkündürmü?

  Ölkənizin konstitusiyasının hansı müddəaları Konven-

siyada təsbit olunan hüquqlara bənzəyir?

  Avropa İnsan Hüquqları Məhkəməsində ölkənizdən olan 

hakimin adı nədir və onun peşə bioqrafiyası necədir?

  Ölkənizdən  Avropa  İnsan  Hüquqları  Məhkəməsinə 

göndərilən işlər varmı? Varsa, nəticələri necə olmuşdur? 

  Hüquq  pozuntusu  qeydə  alınanda  ölkəniz  Avropa 

İnsan Hüquqları Konvensiyasına uyğun hansı tədbirləri 

görmüşdür?

 

  Avropa Şurasının insan hüquqlarını müdafiə edən digər 



bir  neçə  konvensiya  və  mexanizmləri  vardır.  Ölkənizlə 

aşağıdakılar arasında hansı əlaqələr mövcuddur:  

  Avropa İnsan Hüquqları Konvensiyası?

  Avropa Sosial Xartiyası?

  İşgəncənin qarşısının alınması üzrə Konvensiya? 

  Milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyası?

 İrqçiliyə və Dözümsüzlüyə qarşı Avropa Komissiyası? 



Hüquqlarımız, azadlıqlarımız

 

!

 

Praktiki çalışmalar

Konkret məsələ üzərində iş –  

Öyrənilənlərin təhlili və tətbiqi 

2

və onun mətbuatdakı imici 

 

Mari Vilyamz 

  Vaxt:  

30 dəqiqə (mövzunu oxumaq və suallara cavab vermək üçün) 

və əlavə 20 dəqiqə (düzəliş, verilən mövzu üzrə müzakirələr 

aparma)  



Metod:  

şagirdləri  iki  kiçik  qrupa  bölün  (4-5).  Onlardan  aşağıda 

verilmiş işin mətnini oxumalarını və sonra məlumat vərəqinin 

köməyi  ilə  suallara  cavab  vermələrini  istəyin.  Hər  qrup 

cavablarının qısa təqdimatı üçün nümayəndəsini seçir.

Mari Vilyamz (mary Williams) dünya şöhrətli aktrisadır. 

2001-ci ildə Star news jurnalı onun son çəkildiyi filmdəki 

rolunu tənqid edən silsilə məqalələr nəşr edib.

Xanım Vilyamz böhtana görə jurnala qarşı iddia qaldırır. O, 

məqalələri, eləcə də jurnalın nəşr etdiyi fotolarını tənqid 

edərək bunun onun özəl həyatına müdaxilə olmasından 

şikayətlənir.

Ölkəsində (Avropa Şurasının üzv dövləti) məhkəmələr 

məqalələrin böhtan xarakterli olmasını bildirir və 7000 

avro ödənilməsini jurnaldan tələb edir. Amma, həmin 

məhkəmə xanım Vilyamzın tanınmış aktrisa olduğunu 

və onun gündəlik həyatını əks etdirən fotoların  nəşrini 

qəbul etməyə hazır olmalı olduğunu qeyd edir. 

 

Suallar :

  

Mari  Vilyamz  fotoların  nəşri  ilə  bağlı  məhkəmənin 

qərarından şikayət etmək istəyir. 

O,  Avropa  İnsan  Hüquqları  Məhkəməsinə  ərizə  verə 

bilərmi?  Əgər  şikayət  edə  bilərsə  onda  ərizəsini 

Konvensiyanın 

hansı 

maddəsinə 



(maddələrinə) 

əsaslandırmalıdır?

  

Star News jurnalı ödəməli olduğu pul cəriməsindən 

şikayət etmək istəyir. 

O,  bu  şikayətlə  Avropa  İnsan  Hüquqları  Məhkəməsinə 

müraciət  edə  bilərmi?  Əgər  şikayət  edə  bilərsə  onda 

ərizəsini Konvensiyanın hansı maddəsinə (maddələrinə)

əsaslandırmalıdır?

  

Aşağıdakı məsələ ilə bağlı 20 sətir yazın:  

Jurnalistlərin söz azadlığına dair məhdudiyyətləri varmı? 



Hüquqlarımız, azadlıqlarımız

 

!

 

Praktiki çalışmalar

Konkret məsələ üzərində iş –  

Öyrənilənlərin təhlili və tətbiqi 

2

Şəhərin son yaşıl parkının yerində avtomobil dayanacağı 

tikiləcəkdir. On yerli sakin onların istirahət etmələri və 

uşaqların oynaması üçün yer lazım olduğunu deyərək 

parkda dinc nümayiş təşkil edir. 

Polis gəlir və onlara nümayiş etməyə icazə 

verilmədiyini və evlərinə getmələrini bildirir. 

Numayişcilər yerə oturur və getməkdən imtina 

edirlər. Polis onları zorla aparır və hətta onlardan 

bəziləri yaralanır.   



Suallar :

  Nümayişçilərin əsas hüquqları pozulmuşdurmu? Hansı 

hüquqlar pozulmuşdur?

  Nümayişçilər  Avropa  İnsan  Hüquqları  Məhkəməsinə 

birgə ərizə ilə şikayət edə bilərmi? Ərizəni göndərmək üçün 

hansı tələblərə riayət edilməli olunduğunu söyləyin?

  Onlar  ərizələrini  Konvensiyanın  hansı  maddəsinə 

(maddələrinə) əsaslandıra bilərlər? 



Dinc

nümayiş

  

Vaxt:  

30 dəqiqə (mövzunu oxumaq və suallara cavab vermək üçün) 

və əlavə 20 dəqiqə (düzəliş, verilən mövzu üzrə müzakirələr 

aparma)  



Metod:  

şagirdləri  iki  kiçik  qrupa  bölün  (4-5).  Onlardan  aşağıda 

verilmiş işin mətnini oxumalarını və sonra məlumat vərəqinin 

köməyi  ilə  suallara  cavab  vermələrini  istəyin.  Hər  qrup 

cavablarının qısa təqdimatı üçün nümayəndəsini seçir.



Yüklə 4,16 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə