Hüquq VƏ azadlıqlar praktikada (2013)



Yüklə 4,16 Mb.
Pdf görüntüsü
səhifə8/11
tarix25.08.2018
ölçüsü4,16 Mb.
#64130
1   2   3   4   5   6   7   8   9   10   11

Hüquqlarımız, azadlıqlarımız

  

 



AHİM-in tədrisi

  

Hüquqlarımız diqqət mərkəzində  



8

 Maddə 9: 

Fikir, vicdan və din 

azadlığı hüququna 

maliksiniz.

Maddə 9 hər kəsin fikir, vicdan və din azadlığını müdafiə edir. Bu hüquqlar, eləcə də 

dinini və əqidəsini dəyişmək hüququ, toxunulmazdır. Bütün tanınmış etiqad sistemi 

Maddə 9 ilə müdafiə edilir. 



... öz dininə azad şəkildə ibadət etmək hüququ: 

dövlətlər Maddə 9 ilə müdafiə olunan bu hüququ 

dəstəkləməlidir. 

1993-cü ildə, Məhkəmə 



Kokkinakis Yunanıstana qarşı 

işində Maddə 9-un pozulduğunu qeyd etmişdir. Yeho-

va Şahidi olan Minos Kokkinakis prozelitizmə görə 60 

dəfədən çox həbs edilmişdir.



... dövlət neytrallığı: dövlət hər hansı dini icmanın daxili 

işlərinə müdaxilə etməməlidir.

2000-ci ildə, Məhkəmə 

Hasan və Çauş Bolqariyaya qarşı 

işində Maddə 9-un pozulduğunu qeyd etmişdir. Bolqarıstan 

musəlmanlarının keçmiş baş müftisi və Quran muəllimi 

olan ərizəçilər müsəlman icmasının rəhbərliyinin və 

nizamnaməsinin dəyişdirilməsi ilə bağlı  Bolqarıstan dövlət 

orqanlarının qərarından şikayət etmişdir. Məhkəmə 

müsəlman icmasının daxili təşkilatçılıq işlərinə və 

ərizəcinin din azadlığı hüququna mudaxilə olunduğunu 

qeyd etmişdir.

PRAKTİKADA, 

fikir, vicdan və din azadlığına daxildir....

    

Fikir, vicdan

     

və din 

azadlığı



Hüquqlarımız, azadlıqlarımız

  

 



AHİM-in tədrisi

  

Hüquqlarımız diqqət mərkəzində



9

... mətbuat və yayım media azadlığı: Azad və müxtəlif  

mətbuat olmadan demokratik cəmiyyət ola bilməz. Maddə 

10 ilə təmin olunan söz azadlığı dövlət və ya əhalinin hər 

hansı təbəqəsində şok, təhqir və narahatlıq hissləri doğuran 

məlumat və fikirlərə da tətbiq edilir. Dövlətlərin bu hüqu-

qu müdafiə etmək öhdəliyi var.

2008-ci ildə Məhkəmə 

Lopes Qomes da Silva Portuqa-

liyaya qarşı işində Maddə 10-un pozulduğunu qeyd 

etmişdir. Ö dövrdə gündəlik 



Publico qəzetinin meneceri 

olan Viçente Xorxe Lopes Qomes dq Silva böhtana görə 

məhkum edilmişdi. Məhkəmə söz azadlığının mətbuat 

üçün xüsusi əhəmiyyət kəsb etdiyini və  ictimai fəaliyyət 

göstərən şəxs qismində çıxış edən siyasətci ilə bağlı 

qəbul edilə bilən tənqidi yanaşmanın sərhəddinin 

daha geniş olduğunuxususilə qeyd etmişdir  

Bunun əksinə olaraq, 2009-cu ildə 



Times News-

papers Ltd  Birləşmiş Krallığa qarşı (N° 1 və 2) 

işində Məhkəmə internetdə böhtan xarakterli 

arxivləşdirilmiş məqalələrin nəşriniə görə qəzeti 

mühakimə etmənin Konvensiyaya qarşı olmadığını 

bildirdi. 

... məmurların söz azadlığı: Konvensiya məmurların 

vəzifə borcunu nəzərə alaraq və müstəsna hallarda onları 

söz azadlıqlarının məhdudlaşdırılmasına qarşı mudafiə 

edir. 


1995-ci ildə Məhkəmə 

Vogt Almaniyaya qarşı işində 

Maddə 10-un pozulduğunu qeyd etmişdir. Ərizəçi Alman 

Kommunist Partiyasının üzvü kimi siyasi fəaliyyətinə görə 

dövlət qulluğundan azad edilməsinin onun söz azadlığını 

pozduğunu söyləyir. Məhkəmə ərizəcinin işdən azad 

edilməsinin qeyri-proporsional cəza olduğuna qərar verdi.



Maddə 10: 

Fikrinizi 

məsuliyyətli şəkildə 

və yazmaq, eləcə 

də, başqalarından 

informasiya 

almaq və ya 

vermək azadlığına 

maliksiniz. Bura 

mətbuat azadlığı  

da daxildir.

Konvensiyanın 10-cu Maddəsi demokratik cəmiyyətin mühüm dayaqlarından olan söz 

azadlığını müdafiə edir. Söz azadlığının qorunmasında əsas rol oynayan media xüsusi 

müdafiə tələb edir. 

Bu maddə tənqid etmək, fərziyyələr və dəyər mühakimələri etmək, eləcə də fikri olmaq 

hüquqlarını müdafiə edir. 



PRAKTİKADA,  

söz azadlığına daxildir....

     

Söz  

      azadlığı

 


Hüquqlarımız, azadlıqlarımız

  

 



AHİM-in tədrisi

  

Hüquqlarımız diqqət mərkəzində



9

... ictimai birlikdə görüşmək azadlığı: Dövlətlər 

Maddə 11 ilə müdafiə olunan bu hüququ təmin 

etməlidir.

2007-ci ildə məhkəmə 



Ramazanova və başqaları 

Azərbaycana qarşı işində 11-ci maddənin 

pozulduğunu bəyan etmişdir. Ərizəçilər “Bakı evsiz 

və zəif sakinlərinin insan hüquqlarının müdafiəsinə 

yardım “ Assosiasiyasını yaratmış  və bir neçə dəfə bu 

təşkilatın qeydiyyatdan keçməsi üçün dövlət orqanlarına 

müraciət etmişlər. Məhkəmə  Assosiasiyanın qeydiyya-

ta alınmasında yol verilən böyük gecikmə hallarının 

ərizəcinin birləşmək azadlığı hüququnu pozduğunu qeyd 

etmişdir. 

... ictimai yerlərdə dinc yığışmaq azadlığı: dövlətlər dinc 

yığışmaq azadlığını təmin etməlidir. Nizam-intizamı təmin 

etmək məqsədilə, qanunda nəzərdə tutulduğu təqdirdə, dövlət 

orqanlarının ilkin icazəsi legitimdir.

2007-ci ildə Məhkəmə 

Mkrtçyan Ermənistana qarşı işində 

11-ci maddənin pozulduğunu bildirmişdir. Armen 

Mkrtıçyan 2002-ci il may ayında nümayişdə iştirak et-

diyi üçün cərimə ödəməyə məhkum edilmişdir. Həmin 

dövrdə Ermənistanda nümayişlərin təşkilinin idarə 

edilməsi üçün qanunvericiliyin olmamasını müəyyən 

edən Məhkəmə ərizəcinin dinc yığışmaq hüqu-

quna mudaxilənin qanunda nəzərdə tutulmadığı 

qənaətinə gəlmişdir. 

Maddə 11 :

Sizin dinc toplaşmaq 

azadlığınız və 

öz maraqlarınızı 

müdafiə etmək üçün 

həmkarlar ittifaqları 

yaratmaq və onlara

qoşulmaq hüququ 

da daxil olmaqla, 

başqaları ilə 

birləşmək azadlığı 

hüququnuz vardır.

Maddə  11  hər  kəsin    toplaşmaq  və  dinc  mitinqlərdə  və  nümayişlərdə  iştirak  etmək, 

öz  hüquqlarını  müdafiə  edən  ictimai  birliklər  və  həmkarlar  ittifaqı  yaratmaq  və  

onlara qoşulmaq  hüquqlarını müdafiə edir. 

Dövlətlər qanuni dinc nümayişlərin müdafiə etmək üçün müvafiq tədbirlər görmək 

öhdəliyinə malikdir. İctimai yerlərdə yollarda dinc nümayişləri tənzimləyən qaydalar 

vətəndaşları dinc toplaşmaq azadlığı hüququnu icra etməkdən daşındırmamalıdır.

PRAKTİKADA,  

toplaşmaq və birləşmək  

hüququna daxildir....

Yığıncaqlar və

 

 

  birləşmək

      azadlığı



Yüklə 4,16 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə