Hüseyn caviD



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə16/65
tarix28.06.2018
ölçüsü1,34 Mb.
#51961
1   ...   12   13   14   15   16   17   18   19   ...   65

82 
 
Cəmil bəy (sayıqlayaraq soğuq bir tərzdə). Ha-ha-ha-ha... Bıraqın!.. Bıraqın, 
canım!.. Bən... Bən Allahı görmək istiyorum. 
S ə l t ə n ə t (gözləri yaşarır, məndil ilə silərək). Cəmil, yavrum!.. 
Bəypolad (daxil olaraq). Cəmil nasıl, həmşirə? 
S ə l t ə n ə t .  İştə uyuyor, fəqət zavallı gözümə pək bihal görünüyor. 
Hələ sayıqlaması, sərsəm kibi söylənib durması, büsbütün bəni mə’yus edir. 
B ə y p o l a d. Doktor hənuz gəlmədimi? 
S  ə l t ə n ə t . Xayır... Bir də doktorun gəlməsindən nə  çıqar! Hər nə sorsa
sükutdan başqa cəvab alamaz. Yazdığı ilaclar da həp faydasız... 
(Göküs keçirərək). Cəmilin şəfası, bəncə yalnız həkimlər həkimi, bikəslər pənahı 
olan bir yaradana qalmış... 
B ə y p o l a d. Əvət, şu doktorlardan hiç bir şey çıqmaz... Zatən onların bütün 
düşüncəsi, yalnız işlək bir makinə kibi ötəyə-bəriyə qoşmaq, zənginləşmək için xalqın 
var-yoqunu soymaqdan ibarət... 
Xidmətçi (daxil olaraq). Əfəndim, doktor gəliyor. 
B ə y p o l a d. Pəki, söylə gəlsin. 
Xidmətçi çıqar. 
Doktor (daxil olur, çapucaq şapkasını bir tərəfə qoyub görüşdükdən sonra yatağa 
yaqlaşır. Səltənətə). Bu gün xəstəniz nasıl? 
S ə l t ə n ə t . Nasıl olduğunu siz daha eyi bilirsiniz; iki-üç gündən bəri gözlərinə 
hiç uyqu girdiyi yoq idi, lakin şimdi bir saatdan ziyadədir ki, böylə uyuyor. 
Doktor (azacıq xəstənin göksünü dinlər, sonra nəbzini yoqlayaraq). Eyi, eyi... Bu 
gün pək gözəl!.. (Reçetə yazmaqla məşğul olaraq). Nəbzi də eyi atıyor, uyumaq 
onunçin pək faydalıdır. O şimdi istirahətə möhtac... saqın, oyandırmıyasınız! 
 
Reçetəyi verir, haman şapkasını alıb çıxar. O çıqdıqdan sonra S ə l t ə n ə t və 
Bəypoladı dərin bir düşüncə alır. 
 
Humay (doktoru sofada qarşılayaraq). Doktor əfəndi! Bu gün xəstəyi nasıl 
buldunuz? 
D o k t o r . Şükür Allaha, pək eyi... Artıq, məraq ediləcək bir şey yoq... 
Humay. Aman, rica edərim, əlinizdən gələni əsirgəməyiniz. 


83 
 
D o k t o r . Xayır, xayır, əmin olunuz! (Əli şapkasında təmənna edərək çıqar). 
Humay. Əskik olmayın, əfəndim!.. (deyə çəkilib gedər). 
Bəypolad (Səltənətə). Xayır, bu sərsəm hərifə inanmaq olmaz, başqasına müraciət 
etməli... 
S  ə l t ə n ə t (usanmış bir halda). Eh...h, Allah həpsinin bəlasını versin!.. Bu 
sırada xidmətçi daxil olub Bəypolada bir vizit kağızı verir.  
Bəypolad (kağıza baqaraq Səltənətə). Advokat Nadir bəy!.. Cəmilin əqrəbasından 
möhtərəm bir zat... (Xidmətçiyə). Haydı, oğlum, söylə buyursunlar, həm də bu 
odaya... (Xidmətçi çıqar). 
S ə l t ə n ə t . Pəki, bu odaya niçin?! 
B ə y p o l a d. Başqa adam olsaydı, misafir odasına qəbul etmək lazım gəlirdi. 
Fəqət o, ən əvvəl Cəmili görmək istəyəcək. Daha eyisi şimdidən buraya gəlsin... (Hər 
ikisi sofaya çıqar. Səltənət tez o biri odaya keçmək istər). 
Bəypolad (Səltənətə). Həmşirə! Humayı da kəndinlə bərabər alıb gəlirsin... 
S ə l t ə n ə t . Pəki... (deyib çəkilir). 
Nadir bəy (sofaya daxil olaraq Bəypolada). Əssəlamun əleyküm!.. 
B  ə y p o l a d. Vəəleykum-əssəlam,  əfəndim!.. Buyurun, buyurun, qardaşım! 
(Görüşürlər). 
Na d i r b ə y . Cəmilin xəstəliyi nasıl? 
B ə y p o l a d. Sizə kim söylədi? 
Na d i r b ə y . Bən buraya gecə varid oldum... bildiklərimdən biri bana öylə 
anlatdı. (Cəmilin odasına girərlər). 
Bəypolad (xəstəyi göstərərək təəssüflə).  İştə  Cəmil, gördüyün Cəmil deyil... 
Büsbütün dəyişmiş!.. 
Nadir bəy (Cəmil bəyin yatağına yaqlaşaraq heyrətlə). Aman, yarəbbi!.. Cəmil! 
Bu nə hal?.. (Gözləri yaşarır, dərin bir təəssüflə). Cəmil!.. Cəmil! 
Cəmil bəy (sayıqlar). Vəfasız mələk!.. Ah, cənnət quşu. 
Nadir bəy (yeni bir şey kəşf etmiş kibi başqa bir vəziyyət alır və şaşqın bir halda). 
Cəmil, Cəmil! Of... Düşmanların belə  səni bu halda görməsin!.. (Cəmil bəyin yüz-
gözünü öpər). 


84 
 
Cəmil bəy (gözlərini yarı açaraq sayıqlar bir tevr ilə). Get... get!.. Ah, bəndən nə 
istiyorsun? 
 
Nadir bəy düşünür. 
 
B ə y p o l a d. Cəmil! Cəmil! Nadir bəy səni görməyə gəlmiş... 
Cəmil bəy. Ha... Kim?.. Nadir?.. (Diqqətlə baqaraq). Ah, Nadir!.. Rö’yamı 
görüyorum, Nadir! (Yataqdan qalqmaq istər). 
N a d i r b ə y (Cəmili qollarının arasına alaraq). Xayır, iki gözüm, xayır... 
Gördüyün rö’ya deyil... Bənim, bən!.. Səni canından ziyadə sevən Nadir... Talesiz 
Nadir... 
Cəmil bəy (Nadir bəyi qucaqlayaraq). Gediyorum. Nadir, gediyorum. Eyi ki son 
nəfəsimdə bir daha görüşə bildik. 
Na d i r b ə y . Çocuq olma, Cəmil!.. Səndə hiç bir şey yoq. İnşallah, bu gün-yarın 
eyiləşirsin... 
Cəmil bəy (acı təbəssümlə). Eyiləşmək ha? Bənim təbibim əcəl, istirahətgahım da 
məzarıstandır. 
Na d i r b ə y . Mə’yus olma, Cəmil, Allah böyükdür. 
Cəmil bəy (qəhriz xəndə ilə). Bənim dərdimdəndəmi böyükdür? 
Nadir bəy (Cəmili yatağına yatıraraq). Quzum, azacıq uzan da, 
rahatlan, yoqsa kəndini üzərsin... 
Cəmil bəy (uzanır, fəqət bu sırada pəncərədən dışarı baqaraq 
birdən-birə). Ah, mələklərdən ölənmi var, nədir? Yenə göy yüzündə matəm 
əlaməti görünüyor!.. 
Bəypolad və Nadir bəy heyrətlə bir-birinə baqarlar, Cəmil də yüzünü divar 
tərəfinə çevirib yatar. 
Nadir bəy (Bəypolada). Əfəndim, doktorlar nə diyor? 
B  ə y p o l a d. Qorqulu bir xəstəlik olmadığını söylüyorlar, fəqət bana qalırsa 
xəstəliyin nə olduğunu eyi fərq edəmiyorlar. 
Nadir bəy (qafasını oynataraq). Əvət, bilməzlər, həm də biləməzlər... çünki 
onların darülfünunlarda öyrəndikləri xəstəliklər başqa, bu isə daha başqa bir şeydir... 
Bu sırada S ə l t ə n ə t ilə Humay daxil olur. 
Bəypolad (Nadir bəyə).  İştə həmşirəm Səltənət! Bu da həmşirəzadəm Humay... 


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə