73
Bəypolad (Ümuma). Nə isə,
təkrar əfvinizi istirham edər, Allaha ısmarlarım,
qardaşlar! (Ağır adımlarla çıqar, məclisdəkilər də onu tə’qib edər).
Turxan bəy (çıqdıqları sırada Bəypolada). Gəlişiniz bizi nə qadar məmnun
etdisə... əmin olunuz ki, gedişiniz də bir o qadar məhzun ediyor. Bəypolad (qapı
arasında). İnşallah, yenə görüşürüz.
Artıq görünməz olurlar. Sonra Maral daxil olur, misafirlərin çıqdığı qapıya doğru
iləriləyərək baqınıb düşünür.
N a z l ı (gələrək). Getdilərmi?
Ma r a l . Əvət, getdilər. (Yerdə sarı bir gül görüb alır. Nazlıya göstərərək yarı
məhzun, yarı mütəbəssim bir halda). Baq!.. Bir baq, Nazlı bacı!.. Ayaqlar altında
əzilən
bu bədbəxt gülü, bu vərəmli çiçəyi
görüyormusun?! Beş gün sonra, İştə bən də bunun kibi təvərrüm edərim!
N a z l ı (mütəəssir və nəvazişkar bir səslə). Ah, yavrum!..
Ma r a l . Əvət, beş gün sonra, bən də bunun kibi sönüb gedərim.
N a z l ı (masa üzərində bir cığara qutusu görüb alaraq). Bu nə? Bu gümüş qutuyu
kim unutmuş?
Ma r a l . Kim bilir!.. Bəlkə yeni gələn misafirindir.
N a z l ı . Baqınız, İştə, yazısı da var.
Maral (alıb oquyaraq). Bunu Arslan bəyə yadigar vermişlər...
(Dərin bir ah çəkər).
N a z l ı . Öylə isə Bayramı çağırayım da, tez qoşub kəndisinə versin.
Ma r a l (dərin bir sükutla düşünür).
N a z l ı . Çağırayımmı?..
Ma r a l . Pəki, çağır!
Nazlı sağ qapıdan çıqar. Maral məhzun bir nəzərlə qutuya baqıb düşünür. Bu sırada Arslan
bəy sol qapıdan əcələ içəri girər.
Ma r a l . Ah!.. (deyə şaşırır, qutu əlindən düşü verir).
A r s l a n b ə y . Aman, əfv edərsiniz... Qaliba sizi rahatsız etdim?
Maral (məhcub). Xayır, xayır... (Qutuyu yerdən almaq istər).
A r s l a n b ə y (çapucaq kəndisi alaraq). Aman, zəhmət etməyiniz!..
74
Maral (yarı naz, yarı məhcubiyyətlə). Xayır, nə zəhməti var.
A r s l a n b ə y . Müsaidənizlə, sizə küçük bir rica etmək istərim, amma...
Maral (sükut edər).
A r s l a n b ə y . Şu əlinizdəki gülü bana verirmisiniz? Maral (süzgün bir baqışla
uzataraq). Alınız!..
A r s l a n b ə y (gülü alıb qoqlayaraq). Ah, bilsəniz bu yadigara... əvət, əllərinizi
öpmüş olan bu munis gülə, ömrüm olduqca pərəstiş edəcəyim. Həm
də son nəfəsimdə
bunu qoqulayaraq dünyadan gedəcəyim. (Pərəstişkaranə və məftunanə baqışlardan
sonra, haman dışarı fırlar).
Maral (qapıya doğru ilərilər, məhzun və yaralı bir səslə). Ah, Arslan, Arslan,
Arslan!.. (deyə əli alnında, boynu bükük və dalğın bir halda qapıya dayanır).
Pərdə
İKİNCİ PƏRDƏ
Səhnə iki həftə sonra Barjomda səhər vaxtı, pək kənarda açıq və mənzərəli bir
guşə ərz edər. Tək-tük sərv ağacları və iki-üç danə də bıçqı ilə kəsilmiş ağac kötüyü
görünür. Cəmil bəy əlində bir
kitab olduğu halda, Bəypolad ilə bərabər, ağır adımlarla
yürüyərək gəlirlər. Uzaqda çoban düdüyü çalınır və bülbül şaqırtısı eşidilir.
B ə y p o l a d. İştə, hər zamankı yerimiz!.. Buracıqda oturub yorğunluğumuzu
alsaq eyi olmazmı ya?..
Cəmil bəy. Oturalım, əfəndim, burası qadar gözəl, baqımlı bir yer bu civarda pək
az bulunur. (Hər ikisi ağac kötükləri üzərində otururlar).
Bəypolad (kötükləri göstərərək). İştə, böylə təbii yerlərin
sandaliyələri də kəndinə
məxsus!..
Cəmil bəy. Allah eşqinə bir baqınız!.. Ormanları inlətən şu vəhşi musiqi,
ruhumuzu güldürən şu bülbül nəğmələri nə qadar munis! Nə qadar dilbər! Hələ
nəzərimizi oqşamaqda olan şu lətif mənzərələrə, şu təbii gözəlliklərə nerdə rast gələ
biliriz?!
B ə y p o l a d. Öylə ya... Cənnəti bu qadar tə’rif,
tevsif edərlər, İştə burası da
cənnətdən bir parça deməkdir.
75
Cəmil bəy. Şübhəmi var?!
Bəypolad (təqdiramiz). Amma sizin bağçanın çiçəklərindən də keçilməz ha!
Turxan bəydən ayrıldığım gecə gözəl bir mehtab var idi, gözlərim bağçayı şənlətən
çiçəklərə ilişdi, doğrusu, ailənizdəki hüsnitəbiətə heyran oldum.
Cəmil bəy. Xayır, əfəndim, o bağçayı keçən sənə görməliydiniz. Divarlarına
varıncaya qadar rəngarəng çiçəklərlə bəzənmişdi. Tavus tükləri kibi hər baqışda
insana başqa bir gözəllik ərz edərdi.
(Məhzunanə).
Fəqət zavallı anacığım vəfat edəli pək çoq deyil... onunçin bu yıl bağçaya eyi
baqmadıq. Doğrusu, könül açıqlığı olmayınca, insandakı nəş’ə də alt-üst oluyor. Artıq
hiç bir şeyə həvəs qalmıyor.
B ə y p o l a d. E...yy, cavanlıqda insanın hissiyyatı pək daşğın, pək həyəcanlı
olur. Baq, siz bu dərəcə məhzun olduğunuz halda, Turxan bəydə hiç öylə bir hal
görünmüyordu.
Cəmil bəy. Onun qayğı ilə, sıqıntı ilə nə işi!? O, yalnız
kəndini düşünür, kəndi
keyfinə baqar. Hələ yazıyorlar ki, bu günlərdə evinə on altı yaşında bir gəlin də
gətirmiş!..
B ə y p o l a d. Gəlin dedin də eyi xatirimə gəldi. Turxan bəydən ayrıldığım
zaman, bəni bir tərəfə çəkib dedi ki: “Qomşumuzda milyonçu bir bəy var, kəndisi
bənimlə əhbab... həm də gözünün ağıqarası bir danəcik qızı var. Şimdi Cəmili
bəkliyorlar, söylə çocuqluq etməsin! Fürsət əldən çıqar, sonra peşiman olur. Çoq
geciksə bir məktub yazsın, nişan yüzüyünü göndərəlim də, iş bitsin, getsin...”
Cəmil bəy (yarım qəhqəhə ilə). Amma da nə gözəl fürsət. Nə xoş xəbər!.. Demək
ki, taleyimizin yıldızı doğmağa başlamış da, xəbərimiz yoq... (heyrətlə) Allah, Allah!
Dünyada nə əcayib mühakimələr var imiş!.. Böylə qaranlıq
dama daş atmaq, ya
qeybdən səadət ummaq, əcəba hanki divanənin xəyalından keçər!..
(Qızğın və sinirli).
Demək ki, bir qızı və ya bir oğlanı məhv etmək için yalnız ana-babasının rizası kafi
imiş!..
B ə y p o l a d. Bu nə demək!.. Şükür Allaha, əqlin, kəmalın hər kəsdən ziyadə...
Eyicə düşünüb daşınırsın, kəndi hissiyyatını dinlərsin... Sana zor edəcək deyillər, a!?
Cəmil bəy. Görünür ki, bizim yerin adətindən əsla xəbəriniz yoq... Zor etmək
deyil, insanı qəhr etmək belə onlarca əhəmiyyətsiz bir iş.