Hüseyn caviD



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə13/65
tarix28.06.2018
ölçüsü1,34 Mb.
#51961
1   ...   9   10   11   12   13   14   15   16   ...   65

73 
 
Bəypolad (Ümuma). Nə isə, təkrar  əfvinizi istirham edər, Allaha ısmarlarım, 
qardaşlar! (Ağır adımlarla çıqar, məclisdəkilər də onu tə’qib edər). 
Turxan bəy (çıqdıqları  sırada Bəypolada). Gəlişiniz bizi nə qadar məmnun 
etdisə...  əmin olunuz ki, gedişiniz də bir o qadar məhzun ediyor. Bəypolad (qapı 
arasında). İnşallah, yenə görüşürüz. 
 
Artıq görünməz olurlar. Sonra Maral daxil olur, misafirlərin çıqdığı qapıya doğru 
iləriləyərək baqınıb düşünür. 
 
N a z l ı (gələrək). Getdilərmi? 
Ma r a l . Əvət, getdilər. (Yerdə sarı bir gül görüb alır. Nazlıya göstərərək yarı 
məhzun, yarı mütəbəssim bir halda). Baq!.. Bir baq, Nazlı bacı!.. Ayaqlar altında 
əzilən bu bədbəxt gülü, bu vərəmli çiçəyi 
görüyormusun?! Beş gün sonra,  İştə bən də bunun kibi təvərrüm edərim! 
N a z l ı (mütəəssir və nəvazişkar bir səslə). Ah, yavrum!.. 
Ma r a l . Əvət, beş gün sonra, bən də bunun kibi sönüb gedərim. 
N a z l ı (masa üzərində bir cığara qutusu görüb alaraq). Bu nə? Bu gümüş qutuyu 
kim unutmuş? 
Ma r a l . Kim bilir!.. Bəlkə yeni gələn misafirindir. 
N a z l ı . Baqınız,  İştə, yazısı da var. 
Maral (alıb oquyaraq). Bunu Arslan bəyə yadigar vermişlər...  
 
(Dərin bir ah çəkər). 
 
N a z l ı . Öylə isə Bayramı çağırayım da, tez qoşub kəndisinə versin. 
Ma r a l (dərin bir sükutla düşünür). 
N a z l ı . Çağırayımmı?.. 
Ma r a l . Pəki, çağır! 
 
Nazlı sağ qapıdan çıqar. Maral məhzun bir nəzərlə qutuya baqıb düşünür. Bu sırada Arslan 
bəy sol qapıdan əcələ içəri girər. 
 
Ma r a l . Ah!.. (deyə şaşırır, qutu əlindən düşü verir). 
A r s l a n b ə y . Aman, əfv edərsiniz... Qaliba sizi rahatsız etdim? 
Maral (məhcub). Xayır, xayır... (Qutuyu yerdən almaq istər). 
A r s l a n b ə y (çapucaq kəndisi alaraq). Aman, zəhmət etməyiniz!.. 


74 
 
Maral (yarı naz, yarı məhcubiyyətlə). Xayır, nə zəhməti var. 
A r s l a n b ə y . Müsaidənizlə, sizə küçük bir rica etmək istərim, amma... 
Maral (sükut edər). 
A r s l a n b ə y . Şu əlinizdəki gülü bana verirmisiniz? Maral (süzgün bir baqışla 
uzataraq). Alınız!.. 
A r s l a n b ə y (gülü alıb qoqlayaraq). Ah, bilsəniz bu yadigara... əvət, əllərinizi 
öpmüş olan bu munis gülə, ömrüm olduqca pərəstiş edəcəyim. Həm də son nəfəsimdə 
bunu qoqulayaraq dünyadan gedəcəyim. (Pərəstişkaranə  və  məftunanə baqışlardan 
sonra, haman dışarı fırlar). 
Maral (qapıya doğru ilərilər, məhzun və yaralı bir səslə). Ah, Arslan, Arslan, 
Arslan!.. (deyə əli alnında, boynu bükük və dalğın bir halda qapıya dayanır). 
 
Pərdə 
 
 
İKİNCİ PƏRDƏ 
 
Səhnə iki həftə sonra Barjomda səhər vaxtı, pək kənarda açıq və  mənzərəli bir 
guşə ərz edər. Tək-tük sərv ağacları və iki-üç danə də bıçqı ilə kəsilmiş ağac kötüyü 
görünür. Cəmil bəy əlində bir kitab olduğu halda, Bəypolad ilə bərabər, ağır adımlarla 
yürüyərək gəlirlər. Uzaqda çoban düdüyü çalınır və bülbül şaqırtısı eşidilir. 
B ə y p o l a d. İştə, hər zamankı yerimiz!.. Buracıqda oturub yorğunluğumuzu 
alsaq eyi olmazmı ya?.. 
Cəmil bəy. Oturalım, əfəndim, burası qadar gözəl, baqımlı bir yer bu civarda pək 
az bulunur. (Hər ikisi ağac kötükləri üzərində otururlar). 
Bəypolad (kötükləri göstərərək).  İştə, böylə təbii yerlərin sandaliyələri də kəndinə 
məxsus!.. 
Cəmil bəy. Allah eşqinə bir baqınız!.. Ormanları inlətən  şu vəhşi musiqi, 
ruhumuzu güldürən  şu bülbül nəğmələri nə qadar munis! Nə qadar dilbər! Hələ 
nəzərimizi oqşamaqda olan şu lətif mənzərələrə, şu təbii gözəlliklərə nerdə rast gələ 
biliriz?! 
B ə y p o l a d. Öylə ya... Cənnəti bu qadar tə’rif, tevsif edərlər,  İştə burası da 
cənnətdən bir parça deməkdir. 


75 
 
Cəmil bəy. Şübhəmi var?! 
Bəypolad (təqdiramiz). Amma sizin bağçanın çiçəklərindən də keçilməz ha! 
Turxan bəydən ayrıldığım gecə gözəl bir mehtab var idi, gözlərim bağçayı  şənlətən 
çiçəklərə ilişdi, doğrusu, ailənizdəki hüsnitəbiətə heyran oldum. 
Cəmil bəy. Xayır,  əfəndim, o bağçayı keçən sənə görməliydiniz. Divarlarına 
varıncaya qadar rəngarəng çiçəklərlə  bəzənmişdi. Tavus tükləri kibi hər baqışda 
insana başqa bir gözəllik ərz edərdi. 
 
(Məhzunanə).  
 
Fəqət zavallı anacığım vəfat edəli pək çoq deyil... onunçin bu yıl bağçaya eyi 
baqmadıq. Doğrusu, könül açıqlığı olmayınca, insandakı nəş’ə də alt-üst oluyor. Artıq 
hiç bir şeyə həvəs qalmıyor. 
B  ə y p o l a d. E...yy, cavanlıqda insanın hissiyyatı  pək daşğın, pək həyəcanlı 
olur. Baq, siz bu dərəcə  məhzun olduğunuz halda, Turxan bəydə hiç öylə bir hal 
görünmüyordu. 
Cəmil bəy. Onun qayğı ilə, sıqıntı ilə  nə  işi!? O, yalnız kəndini düşünür, kəndi 
keyfinə baqar. Hələ yazıyorlar ki, bu günlərdə evinə on altı yaşında bir gəlin də 
gətirmiş!.. 
B  ə y p o l a d. Gəlin dedin də eyi xatirimə  gəldi. Turxan bəydən ayrıldığım 
zaman, bəni bir tərəfə  çəkib dedi ki: “Qomşumuzda milyonçu bir bəy var, kəndisi 
bənimlə  əhbab... həm də gözünün ağıqarası bir danəcik qızı var. Şimdi Cəmili 
bəkliyorlar, söylə çocuqluq etməsin! Fürsət  əldən çıqar, sonra peşiman olur. Çoq 
geciksə bir məktub yazsın, nişan yüzüyünü göndərəlim də, iş bitsin, getsin...” 
Cəmil bəy (yarım qəhqəhə ilə). Amma da nə gözəl fürsət. Nə xoş xəbər!.. Demək 
ki, taleyimizin yıldızı doğmağa başlamış da, xəbərimiz yoq... (heyrətlə) Allah, Allah! 
Dünyada nə  əcayib mühakimələr var imiş!.. Böylə qaranlıq dama daş atmaq, ya 
qeybdən səadət ummaq, əcəba hanki divanənin xəyalından keçər!.. 
(Qızğın və sinirli).
 
Demək ki, bir qızı və ya bir oğlanı məhv etmək için yalnız ana-babasının rizası kafi 
imiş!.. 
B ə y p o l a d. Bu nə demək!.. Şükür Allaha, əqlin, kəmalın hər kəsdən ziyadə... 
Eyicə düşünüb daşınırsın, kəndi hissiyyatını dinlərsin... Sana zor edəcək deyillər, a!? 
Cəmil bəy. Görünür ki, bizim yerin adətindən  əsla xəbəriniz yoq... Zor etmək 
deyil, insanı qəhr etmək belə onlarca əhəmiyyətsiz bir iş. 


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə