Hüseyn caviD



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə9/65
tarix28.06.2018
ölçüsü1,34 Mb.
#51961
1   ...   5   6   7   8   9   10   11   12   ...   65

56 
 
Səlma 
 
Aman, nə müşgül mevqedə qaldım, ah, 
Ah, nə talesiz ana oldum, Allah! 
 
İsmət bu sırada saçlarını aralayaraq, başını qaldırıb baqınır 
 
Səlma 
 
(Yumşaq səslə) 
 
Murad! Sən həm qəribsin, həm mültəci... 
Burdan sağ qurtulub gedərsin şimdi. 
Fəqət bilməlisin, şu qanlı arslan, 
Şu qıydığın cavan oğlumdur... 
 
İsmət 
 
(Çığıraraq) 
 
Aman! 
Ah, nerdəsin Səlim! Gəl,  İştə fürsət! 
Qanlımız burda... 
 
Murad 
 
Ah! 
 
S ə l m a 
 
(İsmətə) 
 
Sus, qızım, İsmət! 
Sus! Qərib bir qonaq verilməz ələ... 
 
İsmət 
 
(Səlmadakı xəncəri almağa çalışaraq) 
 
Xayır, böylə vicdansız gərək ölə! 


57 
 
S ə l m a 
 
(İsməti əli ilə rədd edərək) 
 
Amandadır, yavrum, bildinmi? 
 
İsmət 
 
(Həyəcanlı bir halda Murada) 
 
Cəllad!.. 
 
(Cənazəyi qucaqlayaraq) 
 
Ah, qanın yerdə qaldımı, Qanpolad!? 
 
Murad 
 
(Səlmanın əlindən xəncəri qaparaq İsmətə) 
 
Xayır, bu qan yerdə qalmaz, baq  iştə! 
 
(Yürəyinə saplamaq istədiyi halda Səlma şiddətlə qoluna vurur, 
xəncər yerə düşər, dərhal kəndisi alır.) 
 
S ə l m a 
 
(Hiddətli) 
 
Murad!.. 
 
Murad 
 
Doğrayın bəni r İştə-r İştə! 
Əvət, doğrayın, məhv olmalı zalım! 
Ah, bir alçağa mərhəmət nə lazım? 
Qanlı bir canavar sağ bıraqılmaz; 
Bən bir xainim, öldürün! 


58 
 
S ə l m a 
 
 
Hiç olmaz! 
 
Murad 
 
Yaşatma, öldür, ana! Bəncə hala, 
Billah, gəbərmək yaşamaqdan evla. 
 
S ə l m a 
 
Xayır, sən bana eylərkən iltica, 
Söz vermişim, dönməm sözümdən əsla! 
 
(Bu sırada bir-iki ıslıq və tapança səsi eşidilir) 
 
Murad 
 
(Diksinərək) 
 
Aman, yarəb! 
 
S ə l m a 
 
(Qolundan tutub çəkərək) 
 
Gəl! Hiç təlaş etmə, gəl! 
Qaçmaq gərək... Qorqarım arta əngəl... 
 
Murad 
 
(Kəndisi) 
 
Hər tərəf qorquluq, qaçmaq səmərsiz. 
 
(Aşkar) 
 
Ah, bən nə bir yol bilirim, nə bir iz. 


59 
 
S ə l m a 
 
Gəl, hiç qəm etmə, gəl! Baq,  iştə bir yol... 
Düz, qorqusuz bir dərədir, əmin ol! 
Burdan çıqar bir köyə, həm çoq sürməz, 
Sağ qurtulub gedərsin, kimsə görməz. 
 
İsmət 
 
(Başını qaldırıb həzin və atəşli bir ahənglə) 
 
Yarəb, nə bəxtiyar imiş ölənlər!.. 
 
Murad 
 
(Səlmaya) 
 
Ah, nə qadar alicənabsın... 
 
S ə l m a 
 
(Murada) 
 
Yetər! 
Yetər get, durma get! Haydı, çəkil get! 
Artıq savuş! Durmaq vaqtı deyil, get! 
 
Murad Səlmadakı böyüklüyə qarşı sıqılaraq şaşqın bir halda yürür. Bir-iki adım getdikdən 
sonra dönüb baqar və dərin bir ah çəkərək büsbütün uzaqlaşır. 
 
S ə l m a 
 
(Muradın getdiyi tərəfə doğru hiddətli və həyəcanlı bir səslə) 
 
Get, namərd qonaq, get! Alçaq mültəci! 
Get, miskin hərif, get! Cəllad, yırtıcı! 
Get, vicdansız! Kəndini qurtar, yaşa! 
Ancaq vicdansızları bəslər dünya! 


60 
 
(Daha sinirli və qızğın) 
 
Get, gözüm görməsin! Uzaqlaş, dəf’ ol! 
Nə haqsızlıq etdinsə Allahdan bul! 
Get, çəkil get! Dinsiz, Allahsız xain! 
Murdar izin bu topraqdan silinsin! 
Oğlumu söndürdün, yandırdın bəni, 
Get, kamə irdirməsin Allah səni! 
 
(Göyə doğru ditrəyərək) 
 
Mərhəmət! Yarəb, mərhəmət, inayət! 
Təhəmmül ver! Qalmamış bəndə taqət; 
Ah, qəlbim az qalır patlasın Allah! 
 
(Cənazəyə doğru qoşaraq çılğınca) 
 
Allah, nə bədbəxt ana oldum... Eyvah! 
Həsrəti könlündə can verən evlad! 
Ah, qəhrəman oğul, nakam Qanpolad! 
 
(Haman oğlunu qucaqlayaraq şiddətli və yaqıcı hıçqırıqlar içində 
boğulub düşər. Bu sırada S ə l i m ilə a r q a d a ş ı dəxi birər tərəfdən 
çıqaraq hiddətli və məbhut bir halda baqa qalırlar.) 
 
Pərdə 


61 
 
MARAL 
 
Faciə – 4 pərdə 
 
ƏŞXAS 
 
Turxan bəy – Ortaboylu, şişmanca bir mülkədar, milli qiyafətdə, 48 yaşında. 
Maral – Turxan bəyin hərəmi; həssas, narin vücudlu, əsmər bənizli bir qızcığaz, 
16 yaşında. 
Cəmil bəy – Turxan bəyin oğlu. Zəif əndamlı bir gənc, 27 yaşında. 
Bəypolad – Yücə boylu, qartal baqışlı bir texnik (mühəndis), milli (dağıstanlı) 
qiyafətində, 45 yaşında. 
S ə l t ə n ə t – Bəypoladın həmşirəsi, əski dağıstanlı qiyafətində, 42 yaşında. 
Humay – Bəypoladın həmşirəzadəsi... Olduqca gözəl və mə’lumatlı bir qız, 22 
yaşında. 
Nadir bəy – Dava vəkili, 36 yaşında. 
Ç i n g i z b ə y – Topçu alayına mənsub bir zabit, 32 yaşında. 
A r s l a n b ə y – Turxan bəyin əqrəbasından; gözəl simalı, mirasxor bir bəyzadə; 
milli qiyafətdə, 25 yaşında. 
Qazı – Əbus çöhrəli bir ixtiyar, 70 yaşında. 
Doktor – Orta yaşlı bir rus. 
A ş ı q S u l t a n – Haqq aşığı; köylü qiyafətində. 
N a z l ı – Eyi ruhlu, dindar bir qadın, əski qiyafətdə. 
Bayram – Turxan bəyin xidmətçisi, 30 yaşında. 
C a v a n b i r l ə z g i – Bəypoladın xidmətçisi. 
 
BİRİNCİ PƏRDƏ 
 
Vəq’ə Qafqasya şəhərlərindən birində vaqe olur. 
Səhnə: qürub zamanı Turxan bəyin evində divarı, döşəməsi xəlilər ilə süslü, alafranqa bir 
qəbul odası göstərir. Divarda Şeyx Şamilin rəsmi ilə bir böyük divar saatı və bir ayna asılmış, 
sağda və solda birər qapı, bağçaya nazir iki-üç pəncərə, iki böyük lampa, sandaliyələr, masalar 
və sairə... 
Maral sol tərəfdəki – açıq bıraqılmış qapıdan içəri girər, kəndi halından məmnun olmadığı 
yüz-gözündən sezilir. Pəncərələrdən birini açıb bağçayı seyr edər və  eşidilməkdə olan bülbül 
nəğmələrini dinləyərək məhzun və düşüncəli bir halda dalıb gedər. 


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə