Hüseyn caviD



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə8/65
tarix28.06.2018
ölçüsü1,34 Mb.
#51961
1   ...   4   5   6   7   8   9   10   11   ...   65

50 
 
Səlma 
 
Oğlum! Şimdi gəlir, burdaydı əvvəl... 
 
Qanpolad 
 
İsmət, son nəfəsimdir, ah, çabuq gəl! 
Gəl, gediyor Qanpolad... 
 
Səlma 
 
Ah, arslanım! 
Qurban olsun sana dəyərsiz canım. 
 
Qanpolad 
 
Əlvida!.. Əlvida!.. Gözəl İsmətim! 
 
Səlma 
 
(Ayağa qalqaraq) 
 
Aman, yarəb! Uf, kəsildi taqətim... 
 
Qanpolad 
 
İsmət! Ah sənmisin? 
 
Səlma 
 
Yarəb, mərhəmət! 
Mərhəmət, yarəb. 
(Bu sırada İsmət gəlir) 
 
İştə gəldi İsmət... 
 
(İsmət ilk baqışda şaşıraraq donub qalır.) 


51 
 
Qanpolad 
 
İsmət! 
İsmət 
Ah, Qanpolad! 
 
Qanpolad 
 
Əlvida!.. 
 
İsmət 
 
Eyvah!.. 
 
(Hönkür-hönkür ağlayaraq Qanpoladı qucaqlar.) 
 
Qanpolad 
 
Əşhəd... ən...la ilahə... illəllah... 
 
Səlma 
 
(Həyəcanlı) 
 
Ah, getdin? Səni çoq gördümü Tanrım? 
Qızıl güllər açmış köksündə, yavrum! 
 
İsmət 
 
(Sinirli) 
 
Qanpolad! Sən nə tez unutdun bəni? 
Xayır, yalnız bıraqmam əsla səni. 
 
(Qanpoladın xəncərini çəkib özünü vurmaq istər.) 


52 
 
Səlma 
 
(Xəncəri onun əlindən alaraq hiddətlə) 
 
Bən səndən daha müstəhəqqim, İsmət! 
Lakin Allah nəhy etmiş bunu... lə’nət, 
Lə’nət bu iqbala, bu ömrə lə’nət!.. 
 
İsmət 
 
(Cənazəyi qucaqlayaraq) 
 
Ah, Qanpolad! Könlümdə qaldı həsrət... 
 
(Şiddətli hıçqırıqlar içində boğularaq bihiss qalır.) 
 
Səlma 
 
(Qapıya yaqınlaşaraq şaşqın və sinirli bir halda) 
 
Allah, Allah! Təhəmmül ver, səbir ver! 
Açıl, yarıl, parçalan, ey alçaq yer! 
Yarıl! Bu talesizi çək qə’rinə! 
Bəndə artıq təhəmmül yoq qəhrinə! 
Yalnız bir pənahım, bir oğlum varkən, 
Qanlı topraq! Ayırdın onu bəndən. 
Yarəb, ədalət! Bəni öldür, qurtar! 
Hər yer bana zindan kibi oldu tar. 
 
(Qapıya doğru baqaraq) 
 
Ah, bu xain qonaq aman istərkən 
Niçin bən ona yer verdim bilmədən. 
Oğlumun köksünü yarsın da gəlsin, 
Bir cəllad kəndini amanda bilsin?! 
Xayır, xayır, bu mümkün deyil əsla! 
Sağ buraqmam... Bənim pəncəmdə hala! 
Onun həddini bildirir bu əllər! 


53 
 
Qəlbinə yerləşsin gərək bu xəncər! 
Gərək bulsun cəzasını... 
 
(Təbdili-tevr ilə) 
 
Ah, fəqət; 
Oğlumun ruhu bəlkə eylər nifrət, 
Bəlkə bəndən incinir, çünki şimdi 
Qan dökməyə əsla riza vermədi. 
Həm mültəci, həm qərib, həm misafir; 
Xayır, vicdanım olmaz buna qadir. 
Bir də hər nə yapsam bu dərdi silməz, 
Məhv olsa aləm, Qanpolad dirilməz. 
Xayır, əfv etməli!.. Getsin də miskin 
Xəcalətdən ölsün, yerlərə keçsin! 
 
(Dönüb İsmətlə oğluna baqaraq) 
 
Yarəb! Ah, bu nasıl mənzərə? Dəhşət!.. 
Sonsuz bir iftiraq içində vüslət! 
Şəfəq zənn olunan şey yanğın oldu; 
Qönçələr açmadan sarardı, soldu! 
Ah, nasıl iki heykəl kibi bihuş, 
Bir-birini eyləmişlər dərağuş!? 
 
(Ətrafa baqaraq) 
 
Xayır, gecikdirməsi pək səmərsiz
Burdan şu qanlı dəf’ olsun gərək tez, 
Yoqsa xain parçalanır əllərdə... 
 
(Yollara baqmaq için çəkilərək) 
 
Bir baqayım kim var? Səlimgil nerdə? 
 
(Büsbütün uzaqlaşıb gedər, sonra Murad əlində tapança evdən dışarı 
çıqar. Həmən gözü Qanpoladın cənazəsinə ilişərək titrər, şaşqın və 
qorqulu bir halda.) 


54 
 
Murad 
 
Ah, bən nə yapdım? Nə günah işlədim! 
Durduğum yerdə bən nə xəlt eylədim? 
Qanpolad!..  İştə, qıydığım nevcəvan 
Tükənməz bir uyğuya dalmış... aman! 
Aman, yarəb, nədir bu qorqunc əhval? 
 
(İsmətin halına diqqət edərək) 
 
Ah, bu qız niçin böylə pəjmürdəhal? 
Bu İsmətmi? Solğun bir gülə dönmüş
Orxanı yandıran atəşmi sönmüş? 
Odur, o... qızcığaz nasıl da bayğın! 
Ah, bənim bais... əllərim qırılsın! 
 
(Ətrafa göz gəzdirərək) 
 
Xayır, bundan sonra durulmaz burda, 
Tez savuşmaq gərək başqa bir yurda. 
Yoqsa buğum-buğum doğrarlar bəni; 
Qurtaracaq yoq bir havadar bəni. 
 
(Əlindəki tapançaya baqaraq) 
 
Boş bir silah!.. Pək tuhaf, şimdi bundan 
Həm daşıyan qorquda, həm də düşman. 
 
(Qaçmağa hazırlanırkən Səlma qarşısına çıqar) 
 
Murad 
 
(Təlaşlı və şaşqın) 
 
Ah! 
 
Səlma 
 
Qonaq qardaş, dur! Təlaş etmə sən, 
Qorqma, bir zərər gəlməz sana bəndən. 


55 
 
Amandasın; hiç qorqma, hiç sıqılma! 
Sünki bən əvvəldən söz verdim sana. 
Sən bir qonaqsın, qatil olsan belə, 
Səlma həlak olur da, verməz ələ. 
 
Murad 
 
(Tapançayı yerinə qoyaraq) 
 
Aman! Ah, nə böyük qadınsın! 
 
Səlma 
 
Amma, 
Bir ricam var, sənin adın nə? 
 
Murad 
 
Sorma! 
 
Səlma 
 
Bilmək istərim, söylə! 
 
Murad 
 
(Mütərəddid bir tövrlə) 
 
Çərkəs Murad... 
 
Səlma 
 
(Sinirli və çılğın bir halda) 
 
Yarəb, mərhəmət! Ah, oğul! Qanpolad! 
 
Murad 
 
(Başını aşağı dikərək kəndi kəndinə hiddətlə) 
 
Öldürdüyün Qanpolad, Səlma pənah... 
Murad! Sən nə vicdansız oldun, eyvah! 


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə