Hüseyn caviD



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə10/65
tarix28.06.2018
ölçüsü1,34 Mb.
#51961
1   ...   6   7   8   9   10   11   12   13   ...   65

62 
 
N a z l ı (sağ qapıdan daxil olaraq). Maral! Mələyim, nə düşünüyorsun? 
Ma r a l . Hiç, Nazlı bacı, hiç... 
N a z l ı . Bən sana ana yerindəyim, yavrum! Nə dərdin varsa, aç, söylə! 
Ma r a l . Allah qızcığazını sana çoq görməsin! Bu evdə yenə azçoq səninlə təsəlli 
bulurum. 
N a z l ı  (bağçayı göstərərək).  Baq,  şu bahar çiçəkləri,  şu bülbül nəğmələri nə 
qadar gözəl!.. Azacıq gedib gəz də, könlün açılsın. 
Ma r a l . Ah, bu gözəl bahar hər kəsin könlünü açdığı halda, nədənsə bəni sıqıyor. 
O rəngarəng çiçəklərin lətif rayihələri sanki bəni boğuyor. O şətarətli bülbüllərin 
sevimli nəğmələri guya bana gülüyor, yaxud bənim talesizliyimə ağlıyor. 
N a z l ı (yapma bir gülüşlə). Allah eşqinə, hiç böylə padşah sarayında yaşayan bir 
xanım da taleyindən şikayət edərmi? 
Ma r a l . Haqqın var, Nazlı bacı!.. Lakin bu geniş dairə, bu müzəyyən və gözəl 
odalar bana dar və qaranlıq məzarlardan daha sıqıntılı gəliyor. Off, bəxtiyarlıq içində 
ölmək – kədərlər, üzüntülər içində yaşamaqdan bin qat xeyirli imiş.  İki sənə  əvvəl 
böylə  məş’um, qara günü kim xatırlardı? Məs’ud bir gövərçin kibi saf və azadə 
yaşıyordum; məktəbi bitirmək üzrə ikən zavallı babam tərki-həyat etdi. Yüz yerdən 
görücü gəlməkdə ikən, yoq olası Turxan bəy bəla yıldırımı kibi üstümüzü aldı. Artıq 
onun adı gəlincə hər kəs susmağa başladı. Hətta Arslan da, sevgili Arslan da sükuta 
məcbur oldu. 
N a z l ı . Yaradana qurban olayım, hər  şey onun əlində... Bir gün insanı  həm 
bədbaxt edər, həm xoşbaxt... 
Ma r a l . Ah... Nazlı bacı, insan o vaqt xoşbaxt olardı ki, dünyaya hiç 
gəlməyəydi!.. 
Hər ikisi məhzunanə və düşüncəli bir sükut ilə baqışıb dururlar. Bu sırada Bayram ə s g ə r v 
a r i qollarını sallayaraq, ayaqlarını yerə vura-vura qalın və mühib bir səslə: 
 
“Bən bir türküm, dinim, cinsim uludur; 
Sinəm, özüm atəş ilə doludur. 
Doludur, doludur, 
Dur! Dur! Dur...” 
 
deyə sol tərəfdəki qapıdan içəri girər, başıaşağı olaraq odanın o biri başına qadar adımlar. N 
a z l ı və M a r a l onun şu sərsəm və çocuqca hərəkətini heyrətlə seyr edib dururlar. 


63 
 
Bayram (başını qaldırıb onları görüncə şaşırır. Marala itiraz ilə). Ah, əfv edərsiniz, 
hiç sizin burada olduğunuzu bilmiyordum. 
Maral (nazikanə). Bayram, Allah ağıl payladıqda sən nerədə idin? Bayram 
(sırıtaraq). Göygöz mollanın yanında “şəkkiyyat” öyrəniyordum. 
N a z l ı . Vay, səni yoq olasan! Hələ utanmadan cavab da veriyor. 
 
(Bayram mə’nasız qəhqəhələrlə digər odaya keçər.) 
 
Turxan bəy (saqalını  tıraş etdirmiş olduğu halda daxil olaraq). Aqşamlar xeyir 
olsun, Maral! Nasılsın, iki gözüm? Keyflər eyimi? 
Maral (məhzunanə). Təşəkkür edərim. 
Turxan bəy  (Maralın  əlini  əlləri içinə alaraq). Lakin səni azacıq düşüncəli 
görüyorum. Hər duruşunda, hər baqışında bir darğınlıq, bir küskünlük var. Bilirmisin, 
Maralım!.. Bu mə’sum çöhrəyi bir dəqiqə belə  məhzun görmək istəməm. Burada 
sıqılacaq bir şey yoq! Canın nə istərsə, qəlbindən nə keçirsə, bir an içində mühəyya 
olur, mələyim! Bənim varım-yoxum, mülküm-malım, başım-canım sənin ən küçük bir 
arzun için fəda edilməyə hazırdır. (Nazlı lampaları yaqıb çıqar.) 
Söylə, Maralım, söylə! Niçin bu qadar düşünüyorsun? 
Maral  (yapma bir nəzakətlə).  Doğrusu, yalnızlıq, arqadaşsızlıq bana çox tə’sir 
ediyor. 
Turxan bəy (onun sözlərindən bir mə’na çıqarmış kibi qəhqəhə ilə gülərək). 
E...yy, anlaşıldı, gülüm, anlaşıldı... İnşallah bir-iki ay sonra oğlum Cəmil Barjomdan 
gəlir. Çapucaq ona da bir qız nişanlarız, vur-patlasın, çal-oynasın,  əyləncəli bir toy 
məclisi qurulur. İştə o zaman, sana da, sənin kibi gözəl, mini-mini bir arqadaş 
bulunmuş olur. 
Həm də istədiyin qadar gülərsin, oynarsın. 
Bayram (əcələ içəri soqulur). Əfəndim, dostunuz, dava vəkili Nadir bəy gəlmək 
istiyor. 
T u r x a n b ə y. Haydı, söylə buyursunlar. (Bayram çıqar, Turxan bəy Maralı 
öpərək mütəhəssiranə.) Get, Maralım, sən də get... İştə misafir gəliyor. 
 
(Maral gedəcək olur.) 
 
Turxan bəy (arqasınca). Maral! 
Maral (dönüb baqaraq). Əmriniz? 


64 
 
Turxan bəy
 (onun gözlərinə diqqət edərək). 
Hiç, yavrum, get! (Maral çıqar, Nazlı 
daxil olub masa üzərinə iki-üç kül qabı qoyub gedər, Turxan bəy, Nazlıya eşitdirəcək 
bir ahənglə.) Sanki anası doğardoğmaz qızcığazın gözlərinə baqıb da ona görə ad 
qoymuş. Gerçəkdən Maral deyil, adəta maral baqışlı bir mələk!.. 
Nadir bəy (daxil olaraq). Əssəlamü-əleyküm... 
T u r x a n b ə y. Vəəleyküm-əssəlam, əfəndim, buyurun baqalım. (Əl verib qarşı-
qarşıya otururlar.) 
Nadir bəy (Turxan bəyin saqalını  tıraş etdirmiş olduğuna heyrət edərək). Bu nə 
hal, bu nə qiyafət, canım? Maşallah, büsbütün dəyişmişsiniz! 
Turxan bəy (əlilə  bıyıqlarını oqşayaraq). Doğrusu, bu son vaqtlarda saqaldan o 
dərəcə nifrət ediyorum ki, əsla görməyə gözüm yoq. 
Na d i r b ə y . Gerçəkdən Maral xanımın üzərinizdə pək böyük tə’siri varimiş! 
Sizi bir yıl əvvəl görmüş olanlar, əmin olunuz ki, şimdi tanıyamazlar. 
Turxan bəy (laübali). E...y, nə yapalım,  əzizim, ömür keçdikcə  eşqin, sevdanın 
keçəcəyini də hər kəs söylər, durur! Fəqət yalan!.. Həm də pək böyük bir yanlış... Bir 
şam yanıb,  əriyib də sönmək üzrə ikən nasıl  şiddətli bir nur saçarsa,  İştə qoca bir 
könül də eşqə, məhəbbətə qarşı o dərəcə böhranlı bir hərarət, xəyala sığmaz bir şiddət 
göstərir. 
Nadir bəy (təbəssümlə). Lakin hər nasıl olsa, yenə azacıq ağır davranmalısınız. 
Doğrusu, sizin yerinizə bən Cəmil bəydən utanıyorum. 
Yarın gəlib də bu yaşda bir qız aldığınızı görürsə nə der, əcəba?! 
T u r x a n b ə y. Bıraq Allah eşqinə, çoluq-çocuq ağzına baqacaq deyiliz, a!.. 
Na d i r b ə y . Pəki Cəmil nə yazıyor? Hala gəlmiyormu? 
T u r x a n b ə y. “Hüquq”dan diplomasını alıb da Barjoma gəlmiş, yorğunluğunu 
çıqarmaq için yazı orada keçirəcəkmiş. 
Na d i r b ə y . Barjomun nerəsində ev kiralamış? 
T u r x a n b ə y. Yazdığına görə  Bəypolad ismində dağıstanlı bir mühəndislə 
buluşmuş, onun ailəsilə bir yerdə yaşıyormuş... 
Na d i r b ə y . Çoq ehtimal var ki, bir az sonra bən də gedərim. 
Turxan b ə y . Sizi görür-görməz, inan ki, Cəmil sevincindən çıldırır. 
Na d i r b ə y . Əlimdəki işləri yoluna qoya bilsəydim, artıq burada durmazdım. 


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə