Hüseyn caviD



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə65/65
tarix28.06.2018
ölçüsü1,34 Mb.
#51961
1   ...   57   58   59   60   61   62   63   64   65

336 
 
Əvət o, tam kəndisi! 
Zavallı, ah, zavallı! 
Demək yersiz deyilmiş 
Söylənən sözlər, əvət, 
Cəlalın cinayəti 
Həqiqətmiş, həqiqət! 
Fəlakət bəkliyormuş 
Bizi hər şeydən əvvəl, 
Burda durmaq nafilə... 
Gəl, gedəlim, durma, gəl! 
 
Gedərlər. Gövərçinin səsi. 
 
Ey sararmış çiçəklər! 
Ey susmuş kələbəklər! 
Gözü yollarda qalmış 
Mənəkşəm sizi bəklər. 
 
Uluğ  bəy dalğın bir halda balkona çıqar: Gövərçini dinlər. Dalğınlığı daha da 
artar. Gövərçin – qucağında bir yığın mənəkşə olaraq – ağır və pərişan adımlarla gəlib 
keçir. 
 
Uluğ bəy 
 
Gövərçin, unut, yavrum, 
Unut keçmiş günləri! 
Yalnız sığın Tanrıya, 
Əfv eylə xainləri. 
O hiyləgər Bosforu 
Anma artıq bir daha, 
O yıpranmış Bizansı 
Saqın, düşünmə əsla! 
 
Gövərçin 
 
Hər acıyı unutmaq 
Əvət, böyük təsəlli... 
Lakin təhəmmülüm yoq, 


337 
 
Səbrim yoq, nə etməli!? 
İstanbul xatiratı 
Dikənli bir ot kibi 
Parçalıyor qəlbimi, 
Aman, aman, yarəbbi!.. 
 
(Mə’yus bir halda babasının qolları arasına sığınır. Bu sırada bulutlar çəkilir, 
səhnə aydınlaşır.) 
 
Uluğ bəy 
 
Quzum, baq, şu bulutlar, 
Nasıl gəlib keçərsə, 
Həyatdakı dəhşətlər, 
Qayğılar da öyləcə 
Keçib gedən şeylərdir, 
Məraq etmək nafilə; 
Yalnız xəstə ruhlular 
Çırpınır eyvah ilə. 
 
Aydəmir gəlir. Gövərçin içəri girər. 
 
Aydəmir 
 
Əfəndim, söyliyorlar 
Dəmincik bir qaç nəfər 
Görmüş Yıldırım bəyi 
Anjel ilə bərabər. 
 
Uluğ bəy 
 
Haydı, baq, gör nerdədir? 
Həmən bul, gətir bana! 
Durma get, söylə, yalnız 
Bir qaç sözüm var ona. 
 
Aydəmir 
 
Pəki... 


338 
 
(gedərkən dönər) 
 
Diyorlar hətta 
Cəlalı da görmüşlər. 
Uluğ bəy 
Cəlal-filan istəməz, 
Yıldırımı bul, yetər! 
 
Aydəmir uzaqlaşır. Əkrəm – sadə bir qiyafətdə qoltuğunda iki-üç kitab olduğu halda gəlir. 
Uluğ bəy yerindən qalqar, son dərəcə səmimiyyətlə Əkrəmin əlini sıqaraq. 
 
Gəl, baqalım, əzizim! 
Nerdə qaldın, nə oldun? 
İnsanlardan qaçıb da 
Nə kəşf etdin, nə buldun? 
Həp dalar, düşünürsün, 
Sən bu çıqılmaz, dərin 
Kitabların içində 
Qərq olub gedəcəksin. 
 
Əkrəm 
 
Fəqət bu çırpınışla 
Kəşf etdiyim bir şey yoq, 
Hər nə qadar uğraşsa 
İnsan çocuqdur, çocuq. 
Öncə sandım gülümsər 
Bana bir ləm’ə, bir nur, 
Nihayət duydum ancaq 
Cəhalətim artıyor. 
 
Uluğ bəy 
 
Əvət, bir çoq bilgiclər, 
Feyləsuflar, ədiblər, 
Sənin kibi bu yolda 
Həp ictihad etmişlər. 
Hər kəs duymaq istəmiş 


339 
 
Müəmmalı xilqəti, 
Dərk olunmaz Tanrıyı, 
O sarsılmaz qüvvəti. 
Hər kəs uçduqca uçmuş, 
Yüksəldikcə yüksəlmiş, 
Fəzaları aşdıqca 
Çırpınıb vəcdə gəlmiş; 
Fəqət şəhpəri yanmış 
Şaşqın bir qartal kibi, 
Qeyb etmişdir nihayət 
İzlədiyi kevkəbi. 
Sarmaq istərkən bütün 
Kainatı bir anda, 
Donub qalmış ən küçük 
Bir zərrə qarşısında. 
 
Əkrəm 
 
Əvət, pək doğru, lakin 
Bu çırpınışlar bəncə: 
Pək datlı bir əyləncə, 
Məraqlı bir əyləncə... 
 
Uluğ bəy 
 
Böyük Ibn Sinalar 
Sokratlar, Əflatunlar 
Dahi bir ustad ikən 
Əcəb, nə buldu onlar!? 
Fəlsəfə bir çıqılmaz 
Yol ki, yormuş hər kəsi, 
Çoqlarını boğmuş da, 
Duyulmaz olmuş səsi. 
 
Əkrəm 
 
Fəqət bu günlər bənim 
Pək başqadır əyləncəm, 


340 
 
Gövərçindən, Cəlaldan 
Başqa bir şey düşünməm. 
Cəlaldakı quduzluq, 
Azğınlıq, sayğısızlıq, 
Alt-üst edib fikrimi, 
Bəni çıldırtmış artıq. 
İnsanlıq bu imişsə 
Nifrət, binlərcə nifrət! 
Böylə möhtəris, səfil 
Alçalmış ömrə lə’nət! 
 
Uluğ bəy 
 
(qafasını sallayaraq son dərəcə sinirli və qızğın) 
 
O gün ki, Istanbulda 
Gənclik fransızlaşdı, 
Getdikcə türk evladı 
Uçuruma yaqlaşdı. 
Yurdumuzu sardıqca 
Düşkün Paris modası, 
Hər kəscə örnək oldu 
Sərsəm firəng ədası. 
Sərxoşluq, iffətsizlik 
Sardı bütün gəncləri, 
Zəhərləndi getdikcə 
Məmləkətin hər yeri. 
Qəhrəman Oğuzların, 
Böyük Ərtoğrolların 
Sarsılmz xələfləri 
Şimdi həp sapqın, azğın... 
Avropadan fəzilət, 
Himmət, ciddiyyət, vüqar 
Dururkən yalnız çürük 
Bir züppəlik aldılar. 
 
Bu sırada Yıldırım Aydəmirlə  bərabər gəlir. Aydəmir çəkilib gedər, Yıldırım isə durduğu 
yerdə dona qalır. 


341 
 
Yıldırım, gəl, yaqın gəl, 
Gəl, baqalım, nerdəsin? 
Eşitdim Cəlal kibi 
Başqa aləmlərdəsin. 
Bən səni ta küçükkən 
Öz ruhuma bəslədim. 
Bənim oğlum da bir gün 
Azarmış!.. Hiç bilmədim. 
 
(acı təbəssümlə) 
 
Söylə, sevgilin nerdə? 
Nerdə Paris töhfəsi? 
O fəlakət bayquşu, 
O soqaq süpürgəsi. 
 
Y ı l d ı r ı m 
 
Bəy baba! Əfv edərsin, 
Qəbahətli olsam da, 
Mə’zurum  iştə, çünki 
Bənim niyyətim başqa... 
Bən istədim ki, suçsuz 
Bir ailə sevinsin, 
İşgəncədən qurtulub 
Məs’ud olsun Gövərçin. 
Yoqsa bənim Anjelə... 
Əsla doqunduğum yoq, 
Əmin ol, sənin oğlun 
Deyil azğın bir çocuq... 
 
G ö v ə r ç i n i n s ə s i 
 
Söndü parlaq əməllər, 
Bən ağlarım, el gülər; 
Yaralı, məhzun könül, 
Həp çırpınır, həp inlər. 


342 
 
Uluğ bəy 
 
(Yıldırımın qolundan tutaraq) 
 
İştə dinliyormusun? 
Durma, artıq, gəl bəri, 
Səni görsə, şübhəsiz, 
Coşar əski dərdləri. 
 
Hər üçü görünməz bir tərəfə çəkilir. Sonra Gövərçin gəlir: 
 
Gövərçin 
 
(yaralı səslə) 
 
Mənəkşəm, ah, nur yavrum! 
Səni aldımı Tanrım; 
Gəl bana, uf, nerdəsin? 
Sənsiz qan oldu bağrım. 
 
(arqa tərəfə baqar, Cəlalın gəldiyini görüncə) 
 
Ah, yenə o! Nerdə yavrum? 
 
C ə l a l 
 
Mərhəmət! 
 
Gövərçin 
 
Bəndən nə istiyorsun, get, çəkil get! 
 
C ə l a l 
 
Əfv et, bən bir divanəyim, suçum çoq, 
Fəqət düşün, divanəyə qələm yoq... 
Əfv et, cürmüm, qəbahətim çoqsa da, 
Əfv et, gərçi ləyaqətim yoqsa da... 


343 
 
Gövərçin 
 
Hiç zərər yoq, bən əfv eylədim səni, 
Fəqət sən də şu haldan qurtar bəni! 
Gəl, yaqın gəl, köksümü, gəl, parçala, 
Bəlkə ruhum işgəncədən qurtula... 
Şimdi Mənəkşəm, o sönmüş pənbə nur, 
Bəni ıssız məzarında bəkliyor. 
 
C ə l a l 
 
Gövərçin, qanatma könlümü, yetər... 
Çəkdiyim əzablar ölümdən betər, 
İşlədiyim suçun cəzası nəysə, 
İtaət eylərim, başım da getsə. 
 
Gövərçin 
 
(usanmış və çılğınca bir fəryad ilə) 
 
Yavrum!.. Nerdə yavrum!? 
 
C ə l a l 
 
Əfv et! 
 
Gövərçin 
 
Ah, çəkil! 
 
C ə l a l 
 
Gövərçin, Gövərçin!?.. 
 
Gövərçin 
 
(Cəlala) 
 
Çəkil get, səfil!.. 


344 
 
(Deyə sinirli və nifrətli baqışlarla içəri girər. Cəlal isə şaşqın bir heykəl kibi yerində dona 
qalır.) 
 
A n j e l 
 
(yan tərəfdən çıqaraq, Cəlalı Yıldırım zənnilə) 
 
Yıldırım!.. 
 
(təbdili-tevr ilə) 
 
Ah, Cəlal, sənmisin?.. 
 
C ə l a l 
 
(acı gülümsəyişlə) 
 
Əvət, 
Əvət, bənəm, gözəl, sevimli afət! 
 
A n j e l 
 
Ah, bu nasıl çöhrə? Nasıl qiyafət?! 
Aman, əfv et... 
 
C ə l a l 
 
Artıq yetər, şeytənət! 
Yetər dağıtdın yurdumu, yuvamı, 
Əlimdən aldın zevqimi, səfamı, 
Yaqıb-yıqdın fikrimi, xəyalımı, 
Çignədin həp müqəddəs amalımı. 
Yetər unutdurdun bana Tanrımı, 
Qaplan kibi parçalatdın yavrımı. 
Bən alçalmazdım, sən bəni alçaltdın, 
Sən bəni məhv etdin, ah, rəzil qadın!.. 


345 
 
Həmən sür’ətli və nifrətli adımlarla çəkilib gedər. Anjel şaşqın baqışlarla baqınıb durur. Bu 
sırada Edmon ağaclar arasında görünür, fəqət Yıldırımın gəlməkdə olduğunu görüncə çəkilir və 
onları dinləyib durur. 
 
Y ı l d ı r ı m 
 
(qarşı tərəfdən çıqaraq, acı təbəssümlə) 
 
Gözlərin yaşarmış, söylə bu hal nə? 
Hanki aşiqini bəklərsin yenə? 
 
A n j e l 
 
(şaşqın və sinirli) 
 
Sərxoşmusun, Yıldırım, ah, Yıldırım!? 
 
Y ı l d ı r ı m 
 
Sərxoş idim, əvət, şimdi ayıldım, 
Bilməm gözlərimə nələr göründü, 
Söndü əski məcnunluğum, həp söndü. 
Öncə nasıl yaqlaşıb qavuşduqsa, 
Öylə də ayrılmalıyız... 
 
A n j e l 
 
Ah, yoqsa, 
Yoqsa atmaqmı istiyorsun bəni? 
Xayır, xayır, əfsunlamışlar səni. 
Bir düşün, səndən ayrılırsam, bana 
Kim baqar, kim təsəlli edər?.. 
 
Y ı l d ı r ı m 
 
(istehzalı təbəssümlə) 
 
Cəlal, Edmon, bütün cihan müştəri... 
Kim rədd edər sənin kibi dilbəri? 


346 
 
A n j e l 
 
(sarsılmış bir halda) 
 
Aman, yarəb! Düşün, düşün bir kərə 
Kim dayanır bu çirkin təhqirlərə!? 
 
Y ı l d ı r ı m 
 
Zənn edərsəm artıq əlverir sükut, 
Mələk də olsan unut bəni, unut! 
 
A n j e l 
 
Niçin, söylə niçin? 
 
Y ı l d ı r ı m 
 
Sorma, hiç sorma! 
Çəkil! Artıq yetər, çəkil get, durma! 
 
(Sərt baqışlarla içəri girər, Anjel isə böht və heyrət içində dona qalır.) 
 
Edmon 
 
(ağaclar arasından çıqaraq acı və istehzalı qəhqəhələrlə) 
 
İştə sapqınlığın acı meyvəsi! 
İştə azğınlığın son nəticəsi! 
Əski hal nerdə? Baq, şimdi nə oldun? 
Söylə, Edmonu atıb da nə buldun? 
 
A n j e l 
 
(ağlar kibi görünür, məndil ilə göz yaşını silərək) 
 
Artıq əlverir çəkdiyim fəlakət, 
Bir də nə lazım bunca tə’nə, töhmət? 
 
Edmon 
 
(yarım qəhqəhəylə) 
 
Ya! Peşiman oldunmu yoqsa?.. Heyhat! 
Göz yaşların deyil, bütün kainat


347 
 
Bütün cihan alt-üst olub dağılsa, 
Dağlar, ormanlar kül olub savrulsa, 
Dənizlər qan püskürsə də, doğrusu, 
Sönməz bəndəki intiqam duyğusu. 
 
A n j e l 
 
(köksünü açaraq) 
 
Öylə isə gəl, gəl də, məhv et bəni, 
Gəl intiqam al da, avut könlüni... 
 
Edmon 
 
(ona yaqlşaraq) 
 
Xayır, bəni pək zənn etmə sərsəm! 
Çünki səni bir vuruşda öldürsəm, 
Çəkdiyin iztirabdan qurtulursun, 
Edmonun əlilə məs’ud olursun. 
 
(sinirli) 
 
Sana bir cəza vermək istərim ki, 
Ömrün olduqca həp gəmirsin səni, 
Hər görən səndən ibrət alsın ancaq... 
 
(Təhqiramiz və kinli bir tevr ilə yaqalayıb bir tərəfə çəkərək.) 
 
Haydı, gəl, durma, gəl, şərəfsiz, alçaq!.. 
 
Onlar çəkildiyi kibi Gövərçin çıqar, dalğın adımlarla köprüyə doğru yaqlaşır. Bu sırada Y ı 
l d ı r ı m dəxi təkrar A n j e l i izləmək üzrə Əkrəmlə bərabər çıqar. Uluğ bəy də eyni zamanda 
ağaclar arasında görünərək onları dinlər. 
 
Y ı l d ı r ı m 
 
Anjel səfil olsa da bir qadındır, 
Onu köydə yalnız bıraqmam, xayır, 
Kəndim getməsəm də bir başqasıyla 
Hər halda getməli o, Istanbula... 


348 
 
Əkrəm 
 
Bıraq, canım, o, şeytandan çoq bilir. 
 
Y ı l d ı r ı m 
 
Çoq bilsə də qəribdir, kimsəsizdir. 
 
(Getmək istər.) 
 
Əkrəm 
 
(bıraqmaz) 
 
Dəf etdin başından, yetər, getmə, dur! 
 
Y ı l d ı r ı m 
 
(mütərəddid) 
 
Lakin bu hiç vicdanıma sığmıyor. 
 
Uluğ bəy 
 
(çıqar) 
 
Saqın, məraq etmə, oğlum, o şimdi, 
Şıq bir fransızla savuşdu, getdi. 
 
(istehzalı təbəssümlə) 
 
Əvət, öylə gözəl, yosma afətlər, 
Sənin kibi çoqlarını cəzb eylər. 
Hətta dəmincik görmüşlər Cəlalı, 
O da Anjel için gəlmiş olmalı... 
 
Əkrəm 
 
Xayır, yanılmayın, əfəndim, xayır, 
Cəlalın dərdi zənnimcə başqadır, 
O, kəndini əfv etdirmək istiyor, 
Bəlkə Gövərçini görmək istiyor. 
 


349 
 
Uluğ bəy 
 
(sinirli) 
 
Nasıl!? Demək sərxoşluğu getdimi? 
Həp azğınlıq, sayğısızlıq bitdimi? 
Heyhat! Unutmalı keçmiş günləri, 
Yayından qurtulan oq dönməz geri! 
 
Y  ı l d ı r ı m l a bərabər içəri girər;  Əkrəm də  şaşqın bir vəziyyətlə düşünüb durur. Bu 
sırada C ə l a l təpə başında görünərək ətrafı uçurumlu cığır ilə ilərilər. Gövərçin onu görüncə 
nifrətlə geri dönmək istər. 
 
C ə l a l 
 
Gövərçin, Gövərçin, mələk Gövərçin! 
Bu nifrətlər niçin? Söylə, ah, niçin? 
 
(Gövərçin usanmış bir tevr ilə çəkilib getmək istər, Cəlal acı və yaralı qəhqəhələrlə.) 
 
Qartaldan ürkən bir gövərçin kibi, 
Bəndən qaçmaq istiyorsun, öyləmi? 
Hiç təlaş etmə dur, saqın, getmə dur! 
Şimdi əfv olunur yapdığım qüsur. 
 
Gövərçin 
 
Xəyal, boş bir xəyal, sönük bir xəyal! 
Qırılmış bir könül, sağalmaz, mühal!.. 
 
(son dərəcə sinirli) 
 
Artıq unut, hər şey məhv olub getdi, 
Əvət Cəlal! Get! Bitdi... hər şey bitdi... 
 
(Balkona doğru ilərlər.) 
 
C ə l a l 
 
Son görüşdür, əfv et, xəyal olsa da, 
Son nəfəsdir, əfv et, məhal olsa da... 


350 
 
(Əllərini köksündə çapraz edərək, yəs’ və dəhşət içində baqa qalır.) 
 
Əkrəm 
 
Cəlal, şaşırdınmı? Ah, düşün bir az, 
Ər kişiyə ümidsizlik yaraşmaz! 
Hər dərd için şübhəsiz, bir çarə var, 
Bəsbəlli, hər qışı izlər bir bahar. 
 
C ə l a l 
 
Xayır, bu dərd için bulunmaz çarə, 
Xayır, bu bir qış ki, çıqmaz baharə. 
 
Əkrəm 
 
(bir az yaqlaşır) 
 
Gəl bəri, gəl yetər çocuqluq, yetər, 
Gəl, səni bəkliyor parlaq əməllər. 
Əvət, sən’ət, dəha, alqış, pərəstiş, 
Həp səni bəkliyor... 
 
C ə l a l 
 
İstəməm... keçmiş... 
Xayır, hiç bir şey istəməm, şimdi bən 
Yalnız mə’sum Gövərçinin qəlbindən 
Silinməz ləkəyi silmək istərim, 
Çoq alçaldım da, yüksəlmək istərim. 
 
Əkrəm 
 
Cəlal! Bu çılğın hal ilə əmin ol, 
Fəlakət doğurur həp tutduğun yol. 
 
C ə l a l 
 
(Qorqunc və acı qəhqəhələrdən sonra, qorxaq, şaşqın və məcnunanə baqışlarla baqar. Öncə 
həzin və titrək... sonra getdikcə sinirli və həyəcanlı bir fəryad ilə) 


351 
 
Uçurum: qaranlıq, çıqılmaz yolum, 
Uçurum: uçurum həp sağım, solum. 
Uçurum: duyduğum həqiqət, xəyal. 
Uçurum: uçurum yaldızlı amal. 
Uçurum: çağlayanlar, kəhkəşanlar, 
Uçurum: dənizlər, dağlar, ormanlar. 
Uçurum: üfüqlər, əngin fəzalar. 
Uçurum: uçurum çılğın dəhalar, 
Uçurum: sürəkli, coşqun alqışlar, 
Uçurum: uçurum süzgün baqışlar, 
Uçurum: şu çirkin, şu alçaq həyat
Uçurum: uçurum bütün kainat!.. 
 
(Uçuruma yaqlaşır.) 
 
Əkrəm 
 
Cəlal, bir düşün, ah, nə dəhşətli hal!.. 
 
C ə l a l 
 
Uçurum!.. Uçurum!.. 
 
(uçuruma atılır.) 
 
Gövərçin 
 
(Qollarını Cəlala doğru açaraq, son dərəcə mütəəssir) 
 
Cəlal, ah, Cəlal!.. 
 
(Bayılıb Əkrəmin qolları arasına düşüverir.) 
 
 
Pərdə 
 
 
SON 


352 
 
MÜNDƏRİCAT 
 
 
Ana………………………………………………………………………………7 
Maral……………………………………………………………………………61 
Şeyx Sən’an……………………………………………………………………..100 
Şeyda……………………………………………………………………………240 
Uçurum………………………………………………………………………….273 


353 
 
 
 
 
 
 
Buraxılışa məsul:  
 
Əziz Güləliyev 
 
Texniki redaktor:  
 
Rövşən Ağayev 
 
Tərtibatçı-rəssam:  
 
Nərgiz Əliyeva 
 
Kompyuter səhifələyicisi:    
Emil Məmmədov 
 
Korrektor: 
 
  Pərvanə Məmmədova 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Yığılmağa verilmişdir 05.08.2004. Çapa imzalanmışdır 14.02.2005. 
Formatı 60x90 1/16. Fiziki çap vərəqi 22. Ofset çap üsulu. 
Tirajı 25000. Sifariş 24. 
 
 
 
 
 
 
 
 
 
 
 
Kitab “PROMAT” mətbəəsində çap olunmuşdur. 
 

Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə