Hüseyn caviD



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə58/65
tarix28.06.2018
ölçüsü1,34 Mb.
#51961
1   ...   54   55   56   57   58   59   60   61   ...   65

294 
 
Cəlal da kəndisini izlər. A n j e l sürəkli və istehzalı qəhqəhələrlə odasından çıqar; xidmətçi 
qızın gətirdiyi karta baqar. 
 
A n j e l 
 
Müsyo Edmon! Durma, get, 
 
Söylə gəlsin... 
 
(Qız çıqar, Anjel qəhqəhəylə) 
 
Bilməm ki, 
Əkrəm nə sanmış bəni? 
Halbuki Anjeldəki 
Gözəlliyə bir yığın 
Cəlallar qurban olmuş. 
Gənc qraflar, prenslər 
Əlimdən güc qurtulmuş... 
 
(Edmon girər
 
Edmon, ah, müsyo Edmon! 
Artıq unutdun bəni.. 
 
Edmon 
 
Dün nə için gəlmədin? 
Bir çoq bəklədim səni. 
Bəklədim qızıl işıq 
Sərpən küçük odamda. 
Bir oda ki, həp saçar 
Ehtiras, eşq, sevda... 
Uf, şu gözlər, şu gözlər 
Yaqar çılğın ruhumu, 
Allah eşqinə, səndə 
İnsaf, mərhəmət yoqmu?! 
 
(Bir daha öpmək istər.) 
 


295 
 
A n j e l 
 
(Məğrur və işvəli bir baqışla geri çəkilir.) 
 
Artıq öpüş əlverir... 
 
Edmon 
 
(onun biləyini yaqalar) 
 
Ya?.. Soğudunmu bəndən!? 
 
A n j e l 
 
(əlini çəkərək) 
 
Bıraq şu məcnunluğu, 
Allahını sevərsən. 
 
Edmon 
 
Əvət, şimdi anladım, 
Şimdi anladım, əvət, 
Sönük bir xülya imiş 
Əski eşq, əski ülfət. 
 
(Anjel şiddətli qəhqəhələrlə gülər. Edmon sinirli.) 
 
Bu datlı qəhqəhənlə 
Var-yoqumu tükətdin. 
 
(Anjelin barmağındakı yüzükləri, boynundakı inciləri göstərir, çılğınca.) 
 
Şu elmaslar, incilər, 
Söylə, kimin, ah, kimin? 
 
A n j e l 
 
(təkrar gülərək) 
 
Məraq etmə, səninki 
Çoqdan satıldı, getdi. 


296 
 
Baq, şu incilər yoqmu? 
Cəlal hədiyyə etdi. 
 
(yüzükləri göstərir) 
 
Elmas deyil bunlar da, 
Pırlantadır, əzizim! 
Bunu Moskovdan gələn 
Bir qraf etmiş təqdim. 
Bu da gənc bir iranlı 
Şahzadədən yadigar... 
Baq, nə sevimli şeylər, 
Yıldız kibi parıldar. 
 
Edmon 
 
Ya, sənin hər gecəndən 
Böylə bir yıldız doğar, 
Öylə bir mətahsın ki, 
Hər yerdən müştərin var. 
Anjel, əmin ol, bu hal 
Böylə getməzdən bir gün, 
Kəndini bir cinayət 
Qarşısında görürsün. 
 
A n j e l 
 
(yapma səmimiyyətlə) 
 
Edmon! Çocuqmu oldun? 
Nə saçmalar söylərsin? 
Haydı, şimdi get, yarın 
Aqşam bəni bəklərsin. 
Həp başdan kecənləri 
Gəlir, söylərim sana, 
Haqlı bulursun bəlkə, 
Bəlkə acırsın bana. 
 


297 
 
Edmon 
 
(onun əlini öpərək) 
 
Pək gözəl, öylə olsun, 
Gedər, bəklərim, ama 
Mümkünsə erkəncə gəl, 
Saqın, saqın, unutma! 
 
Edmon çıqar, bu sırada C ə l a l gəlir. 
 
C ə l a l 
 
Anjel! Bu kimdir yenə? 
Söylə, kimdir bu müsyo? 
 
A n j e l 
 
(məğrur və müstəhzi) 
 
Bənim əski bildiyim, 
Əski sevgilimdir o. 
 
C ə l a l 
 
Düşün, bu hallarınla 
Bəni məhv eyliyorsun. 
 
A n j e l 
 
Çünki vurğunum ona... 
 
C ə l a l 
 
Anjel! Nə söyliyorsun? 
 
A n j e l 
 
(laübali və işvəli qəhqəhələrdən sonra, ciddi) 
 
Bilsən, hərif gəlmiş də 
Nə həzyanlar söyliyor? 


298 
 
Əski eşqi anıb da 
Bəni təhdid eyliyor. 
 
C ə l a l 
 
Cavab vermədinmi ya? 
 
A n j e l 
 
Sözlərini dinlədim, 
Yarın bəklərsin deyə – 
Başımdan dəf’ eylədim. 
 
C ə l a l 
Yalan satmaq nə lazim, 
Bir kərə kəs ülfəti! 
 
A n j e l 
 
Ah, o kinli bir hərif
Var cinayət niyyəti. 
 
C ə l a l 
 
Hiç bir təlaş istəməz, 
Nə olsa rədd etməli... 
 
A n j e l 
 
Ən eyisi, köçməli, 
Fransadan getməli. 
 
C ə l a l 
 
Lakin qürbət ellərdə 
Canın sıqılmazmı ya! 


299 
 
A n j e l 
Hər yerdə bir deyilmi 
İsan, günəş, göy, hava? 
 
C ə l a l 
 
Bütün bildiklərindən, 
Yaqınlarından uzaq, 
Gün keçirmək qolaymı? 
 
A n j e l 
 
... Allah eşqinə, bıraq! 
Bana cihanda yalnız 
Sənsin yeganə həmdəm, 
Səndən, sənin eşqindən 
Başqa bir şey istəməm. 
 
Bu sırada x i d m ə t ç i q ı z bir kart-vizit gətirir. 
 
C ə l a l 
 
(kartı alıb baqar, Anjelə) 
 
Haydı, bir qadar bizi 
Mümkünsə yalnız bıraq... 
 
A n j e l 
 
Ah, şu gedib-gələndən 
Bir kərəcik qurtulsaq!.. 
Kəndi odasına keçər.  
 
Y ı l d ı r ı m daxil olur. 
 
C ə l a l 
Buyursunlar, əfəndim, 
Nə var, nə yoq?.. 
 


300 
 
Y ı l d ı r ı m 
 
Cəlal, biz... 
Yarın aqşam Parisdən 
Çıqıb getmək istəriz. 
 
C ə l a l 
 
Pək gözəl, Istanbuldan 
Bir xəbər yoqmu? Söylə? 
 
Y ı l d ı r ı m 
 
Gövərçin yavrusilə 
Dilbər Mənəkşəsiylə 
Rəsmini aldırmış da, 
İştə sana göndərmiş. 
 
(Cəlala bir fotoqraf rəsimi verir.) 
 
C ə l a l 
 
Ah, şu şəfəq levhəsi, 
Aman, yarəb, nə müdhiş! 
 
Y ı l d ı r ı m 
 
Gövərçinin şu halı, 
Andırır pək sinirli, 
Pək çılğın bir dənizdə 
Ümidsiz bir heykəli. 
 
C ə l a l 
 
Gövərçindən ayrıca 
Məktub yoqmudur bana? 
 
Y ı l d ı r ı m 
 
Pəki nə yazsın, sən ki, 
Cavab verməzsin ona. 
 


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə