Hüseyn caviD



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə56/65
tarix28.06.2018
ölçüsü1,34 Mb.
#51961
1   ...   52   53   54   55   56   57   58   59   ...   65

282 
 
Uluğ bəy 
 
(Aydəmirlə bərabər sofa qapısından daxil olaraq.) 
 
Ah, şu uzunsaçlı xırçın çocuqlar, 
Hər biri gündə bir xəyal sayıqlar. 
 
Aydəmir 
 
Zənnimcə Yıldırım bir qadar haqlı, 
O, gənc bir tələbə, həm də maraqlı... 
Lakin bu hal Cəlal için pək gücdür
Çünki Gövərçini həp düşündürür. 
Gövərçin saçları bir örgü ilə örülmüş olduğu halda daxil olur. 
 
Uluğ bəy 
 
Yavrum, quzum! Nə var, nə olmuş yenə? 
Söylə şu küskün çöhrəyə səbəb nə? 
 
Gövərçin 
 
Səbəb kəndim, kəndi talesizliyim... 
 
Aydəmir 
 
Ayrılığa pək dayanmazdır, bəyim! 
 
Uluğ bəy 
 
Yavrum, sənin kibi xudkam olanlar, 
Həp qısqanc, inadlı, xırçın qadınlar, 
Bulunmuş olurlar işin sonunda 
Dəhşətli bir fəlakət qarşısında. 
Sən Cəlalı ancaq ona verdiyin 
Hürriyyətlə zəncirləyə bilirsin, 
Saqın! Mane olma; bu hal bir qüsur... 


283 
 
Gövərçin 
 
Qüsur, fəqət tərkimühal bir qüsur. 
 
(Babasına sarılır.) 
 
Aydəmir 
 
(Uluğ bəyi göstərir) 
 
Düşün, gülünc deyilmi ya bu hallar? 
Sənin Uluğ bəy kibi bir baban var. 
Qəlbin fəza qadar geniş olmalı, 
Hiç bir zaman sıqmamalı Cəlalı. 
 
Uluğ bəy 
 
Əvət, pək doğru söyliyor Aydəmir
Darlıqdan insanə kiçiklik gəlir. 
 
Y ı l d ı r ı m 
 
(Gələrək.) 
 
Əfəndim! Əkrəm bəy sizi bəkliyor. 
 
Uluğ bəy 
 
Gəl baqalım, səyyah nələr söyliyor. 
 
(Gövərçinlə bərabər salona keçər.) 
 
Aydəmir 
 
Ah, zavallı Əkrəm!.. 
 
Y ı l d ı r ı m 
 
(heyrətlə) 
 
Nə var, nə olmuş? 


284 
 
Aydəmir 
 
O, vaqtilə Gövərçinə vurulmuş, 
Həm də bir çoq ümidlər bəsləmişdi, 
Yazıq!.. Bir düşün, o nə halda şimdi!? 
 
Y ı l d ı r ı m 
 
Fəqət bu vəq’əyi sən nerdən bildin? 
 
Aydəmir 
 
Üç yıl əvvəl köydə ikən Gövərçin 
Bilirsin ya, dərs oqurdu Əkrəmdən! 
İştə bu sirri o zaman duydum bən. 
 
Y ı l d ı r ı m 
 
Bıraq canım, o həp kitab düşgünü
Həp xəyal içində keçəcək günü. 
O, İsa ruhlu dərbədər, qələndər; 
Böylə təsadüflərdən etməz kədər. 
 
Xidmətçi əlində iki yol çantası olaraq salon tərəfindən gəlib keçər
 
C ə l a l 
 
(Gövərçinlə bərabər gəlir, Yıldırıma.) 
 
Tam vaqıtdır, haydı, əfəndim, buyur, 
Şimdi arqadaşlar bizi bəkliyor. 
 
Y ı l d ı r ı m 
 
Əvət, yolçu yolda gərək, getməli, 
Gözəl Istanbula vida etməli. 
 
(Aydəmirlə bərabər salona keçir.) 


285 
 
Gövərçin 
 
(Cəlala) 
 
Ah, gediyorsun, öyləmi? 
 
C ə l a l 
 
Gövərçin! 
 
Bu üzgün baqışlar niçin, ah, niçin? 
 
Gövərçin 
 
Beş günlük visal əcəba çoqmu ya!? 
Səndə hiç insaf, mərhəmət yoqmu ya!? 
Dinlə bir şu çarpan öksüz qəlbimi
Çırpınır, baq, yaralı bir quş kimi. 
 
C ə l a l 
 
Haqlısın, mələyim, haqlısın, əvət, 
Lakin ayırmıyor bizi şu firqət. 
İnan, bir çoq dağlar, dənizlər aşsam, 
Yer yüzünü başdan-başa dolaşsam, 
Ancaq səni arar, səni özlərim, 
Ancaq səni görür, səni izlərim. 
 
U l u ğ b ə y , Əkrəm və Y ı l d ı r ı m gəlir, Gövərçin salona keçər. 
 
Əkrəm 
Sağlıq olsa, iki ay sonra bən də 
Bulunurum Parisdə ya Berlində. 
 
Y ı l d ı r ı m 
 
İştə bu niyyət gerçəkdən pək gözəl, 
Mümkün olsa gecikmə, pək çapuq gəl! 


286 
 
Uluğ bəy 
 
(əlini Yıldırımın omuzuna qoyaraq) 
 
Oğlum, Yıldırım! Məktub yaz daima, 
Gövərçini, həmşirəni unutma; 
Bilirsin, Gövərçin səni pək sevər
Hər həftə gözləriz yeni bir xəbər. 
 
Y ı l d ı r ı m 
 
Bəni sayğısız bilməyin, bəy baba! 
Xayır, həmşirəmi unutmam əsla! 
 
(Yıldırımla Cəlal Uluğ bəyin əlini öpərlər və Əkrəmlə əl verib 
öpüşürlər.) 
 
Uluğ bəy 
 
Haydı, yavrum, gedin, uğurlar olsun! 
Gedin, böyük Tanrı sizə yar olsun! 
Fəqət bilməli ki, bir çoq yigitlər, 
Şu yaldızlı yolda olmuşlar hədər. 
Əvət, bilməli ki, Firəng elləri 
Həm bəslər, həm soldurur əməlləri
Avropada işıq da var, zülmət də, 
Orda səfahət də var, fəzilət də. 
O bir əngin dəniz ki, pək qorquncdur. 
İnsan gah inci bulur, gah boğulur; 
Ayıq davranmalı, mətin olmalı, 
Həp nurə qoşmalı, haqqı bulmalı. 
Bu sırada Gövərçin qucağında mini-mini yavrusu daxil olur. 
 
Uluğ bəy 
 
(Mənəkşənin yanaqlarını oqşar və Cəlala.) 
 
İştə mələkciyəz!.. Son sözüm sana
Saqın, gözəl Mənəkşəyi unutma! 


287 
 
C ə l a l 
 
(Mənəkşəni alıb öpər.) 
 
Mənəkşəm, ah, nazlı dilbər Mənəkşəm, 
İstəməm səndən ayrılmaq, istəməm. 
 
(Çıqarlar. Əkrəm də onları izləmək istər.) 
 
Uluğ bəy 
 
Nasıl!? Getməkmi istiyorsun, Əkrəm? 
 
Əkrəm 
 
Əvət, artıq zəhmət vermək istəməm. 
 
Uluğ bəy 
 
Xayır, mümkün deyil, səni bıraqmam, 
 
Gövərçinə misafiriz bu aqşam. 
 
Əkrəm 
 
Hiç rahatsız olmayın... 
 
Uluğ bəy 
 
Bəni dinlə, 
Bən də köyə dönməliyim səninlə. 
İstanbuldan yoruldum, bıqdım artıq! 
Gözəl şəhər, fəqət yazıq, pək yazıq! 
Bir taqım duyğusuz, sönük qüvvətlər 
Şu ölkəyi bir hiçliyə sürüklər. 
Uzaq qaldıqca Bosfor mühitinə
İnsan az-çoq təsəlli bulur yenə. 
Yaqlaşınca könül həmən diksinir, 
Həp nəzər dəyişir də ruh incinir. 
 
(Qafasını mə’nidar bir tevr ilə sallar.) 
 
Görməkdən daha datlıdır eşitmək. 


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə