Hüseyn caviD



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə54/65
tarix28.06.2018
ölçüsü1,34 Mb.
#51961
1   ...   50   51   52   53   54   55   56   57   ...   65

271 
 
olursa bənim əlimlə olur. Bir məmləkət padşahsız qalırsa, yenə səbəb bənim. Əvət, bir 
çoqlarını  eşindən ayırdım. Çoq aşiqləri sevgilisinə  həsrət qoydum. Lakin, lakin sizi 
ayırmaq deyil, bil’əks əbədi bir eşqlə, sönməz bir məhəbbətlə qavuşturmaq istərim. 
Roza.  Şeyda! Bütün səadət və  fəlakətlər onun əlində... O, lətifə bilməz, həm də 
hər sözü dəyişməz bir qanundur. 
Şeyda (şaşqın və sarsılmış bir halda). Roza, Roza! Ah, fəqət, heyhat!.. 
Roza. Məraq etmə, hiç məraq etmə!.. 
Qarageyimli mələk (gülü Şeydanın burnuna tutaraq).  İştə baq, nə müəttər çiçək! 
Nə gözəl rayihə! 
Şeyda (qoqladıqdan sonra, azacıq arqa tərəfə mail olaraq). Of... Əvət... 
Qarageyimli mələk (bir az daha yaqlaşaraq).  İştə görüyormusun? Nə qadar 
sevimli, nə qadar ruhaşina!.. 
Şeyda (bir daha qoqlar, dərəcə-dərəcə arqaya mail olaraq sönükvə titrək bir səslə). 
Əvət, pək lətif, pək gözəl... Lakin, lakin (müztərib və bitab). Roza!.. Roza!.. 
Rozaya doğru qollarını açmış olduğu halda, arqası üstü düşər, təslimi-ruh edər. Bu 
sırada həbsxanə saəti bir kilisə çanı kibi vurmağa başlar. Sabah olur. 
Rəuf. Haydı, Məs’ud, qalq! 
 
Hər ikisi əcələ geyinib hazırlanır. 
 
Məs’ud. Artıq yatıb-qalqmaqdan usandıq, Allah Şeydayə insaf versin. 
Rəuf.Mə’yus olma, əzizim, mə’yus  şeytandır. Bir gün gəlir ki, şu qaranlıq 
pərdələr qalqar. Zalımlar, müstəbidlər xudkam sərmayədarlar, həp  əkdiklərini 
biçərlər, həp intiqam şərbətini içərlər. 
 
Bu sırada uzaqdan Marselyozu andırır gurultulu və  həyəcanlı bir ahənglə 
aşağıdakı marş eşidilir. Hər ikisi son dərəcə heyrətlə pəncərəyi açıb dinlərlər. 
 
Marş 
 
Arqadaş! Əlverir bunca zillət, 
Bunca qəflət yetər, qalq, oyan! 


272 
 
Qəhr olub getdi zülmü fəlakət, 
Artıq fürsət! Gözəl bir zaman... 
 
Çoq əzildin yetər, haydı doğrul, ər ol! 
Haq sənindir bu gün, arqadaş! Hazır ol! 
Haq sənin, çünki zəhmət sənin... 
Güc sənin, sə’yü qeyrət sənin... 
 
Rəuf.  İştə inqilab marşı, inqilab nəğməsi! Of, nihayət istibdad heykəli devrildi. 
Rusiya çarlığı məhv oldu, qara bulutlar çəkildi. 
Məs’ud. Əvət, bu da başqa bir xülya, bu da başqa bir rö’ya! 
Rəuf. Yahu! Çoq keçməz, sən günəşi də inkar edərsin, hətta öz varlığına da 
inanmazsın. 
 
Dışarıda gurultulu səslər eşidilər. 
 
Qara Musa (şiddətlə qapıyı açar). Arqadaşlar, artıq zəncirlər qırıldı, haqq yerini 
buldu.  İştə  səadət günəşi parlıyor, hürriyyət pərisi gülümsüyor.  İştə bu gün 
məzlumlar için şərəfli bir bayram, zalımlar için qorqunc bir intiqam günüdür 
(Şeydaya yaqlaşır). Şeyda!.. Şeyda!.. 
(Qolundan tutub qaldırmaq istər, hərəkətsiz bir halda yanına düşdüyünü görüncə 
heyrətlə). Ah, ölmüş... Şeyda... Şeyda... (deyə acı bir fəryad ilə qucaqlar). 
 
 
Pərdə 


273 
 
UÇURUM 
 
FACİƏ – 4 PƏRDƏ 
 
ƏŞXAS 
 
 
C ə l a l – həssas, uzunsaçlı bir rəssam. 
Gövərçin – Cəlalın hərəmi. 
Uluğ bəy – Gövərçinin babası. 
Y ı l d ı r ı m – Gövərçinin qardaşı. Uzunsaçlı, ortaboylu, gözəl bir tələbə. 
Aydəmir – Uluğ bəyin köy işlərinə baqan qarasaqallı bir şəxs. Əski qiyafətdə. 
Əkrəm – pərişan saçlı mütəfəkkir bir gənc. (Cəlal ilə  Yıldırımdan bir qaç yaş 
böyük). 
A n j e l – gənc, fevqəl’adə gözəl və işvəkar bir fransız qızı. 
Edmon – ortayaşlı, soluq çöhrəli bir fransız. 
Xidmətçi, dayə və x i d m ə t ç i q ı z . 
 
BİRİNCİ PƏRDƏ 
 
İstanbulda Cəlala məxsus elektriklə  tənvir edilmiş böyük bir kütübxanə... Divarlar bir çox 
dəyərli levhələr, tarixi rəsimlərlə süslənmiş, masa üzərində bir taqım məcmuələr, kitablar, 
heykəlciklər və bir qafa tası görünür. Ətrafda rəngarəng gül dəmətləri gözə çarpar. 
Kütübxanənin dənizə baqar iki-üç pəncərəsi, iki qapısı vardır. Qapılardan biri sofaya, digəri 
salona açılır. 
Pərdə açıldıqda Gövərçin – saçları  gəlişi gözəl yüzünə dağılmış olduğu halda – dənizi 
tamaşayə dalar, sonra həzin və titrək bir ahənglə aşağıdakı şərqiyi söylər. 
 
Gövərçin 
 
Eşq atəşi can yaqıyor, 
Yürəkdən qanlar aqıyor, 
Tale bana yan baqıyor, 
Həm gülümsər, həm ağlarım. 
 
Könül həp sızlar, həp inlər, 
Xəzan fəryadını dinlər, 
Anıldıqca keçən günlər, 
Həm gülümsər, həm ağlarım. 


274 
 
Hər səfadə cəfa buldum, 
Açmadan sarardım, soldum, 
Sərbəst ikən əsir oldum, 
Həm gülümsər, həm ağlarım. 
 
C ə l a l 
 
(gələrək) 
 
Gövərçin, Gövərçin, gözəl Gövərçin! 
Bu küskün baqışlar niçin? Ah, niçin? 
Söylə, nədən solmuş pənbə yanaqlar? 
Niçin, niçin gülməz o gül dodaqlar? 
 
Gövərçin 
 
Cəlal! Heç sorma, uf, məhv oldum artıq, 
Xayır, xayır, çəkilməz bu ayrılıq. 
 
C ə l a l 
 
Lakin düşün, cismən ayrılsam da bən, 
Könül bir an ayrı yaşarmı səndən? 
Daim səninlədir fikrim, xəyalım, 
Səninlədir həp ümidim, iqbalım. 
 
Bütün bənliyimin fevqində yalnız 
Parlar, durur al qanatlı bir yıldız; 
İştə o yıldız, sevgilim, həp sənin, 
Sənin eşqindir, nazənin Gövərçin! 
 
Gövərçin 
 
Hənuz ilk öpüşlərin sıcaqlığı 
Dodaqlarımdan getmədən şu qayğı, 
Şu ayrılıq qayğısı pək amansız... 
Xayır, həp xəyaldır o eşq, o yıldız. 
 


275 
 
C ə l a l 
 
(masa üzərində açılmış ufaq bir çantaya bir qaç kitab qoyaraq) 
 
Gövərçin, Gövərçin, inan nə etsəm, 
Nerdə bulunsam bən, nə yolda getsəm
Əsla tapındığım mələkdən dönməm, 
Səndən başqa bir kimsəyi düşünməm. 
 
Bu sırada Y ı l d ı r ı m daxil olur. 
 
Y ı l d ı r ı m 
 
Gövərçin, bu nə hal? 
 
Gövərçin 
 
Sorma, qardaşım! 
 
Y ı l d ı r ı m 
 
Nə olmuş? 
 
Gövərçin 
 
Ah, bilməm, həp şaşırmışım. 
 
Y ı l d ı r ı m 
 
O qumral saçlar, o çatılmış qaşlar, 
O dalğın gözlər, o üzgün baqışlar, 
Sana pək başqa bir lətafət vermiş, 
İnan, kim görürsə eylər pərəstiş. 
Cəlal kimi rəssam olsaydım həmən, 
Şu levhəyi təsvir edərdim də bən, 
Hər kəs baqıb-baqıb heyran qalırdı, 
Məhzun gözəllikdən bir zevq alırdı. 
 
Gövərçin 
 
Əvət, bu bir nəvazişdir bəsbəlli
Xayır, qardaşım, istəməm təsəlli. 


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə