Hüseyn caviD



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə52/65
tarix28.06.2018
ölçüsü1,34 Mb.
#51961
1   ...   48   49   50   51   52   53   54   55   ...   65

265 
 
yaşamasında nə mə’na var?  İştə məhv olacaq bənim, bən... 
Anlıyormusun?! 
Mu s a . Aldanıyorsun, Şeyda, aldanıyorsun... Çəkil önümdən, çəkil. 
Şeyda. Xayır, xayır! Bən bu intiqama razı deyilim. Baqsana, burası  xıristiyan 
məzarlığı...  şu xaçları görmüyormusun? Hiç isayı xatırlamıyormusun?  İnan ki, əfv 
etmək, intiqam almaqdan daha müdhişdir. (Bu sırada Rozanın xəyalı görünür, təkrar 
çəkilir). Baq, baq, Rozayı görmüyormusun? İştə o da intiqamdan sıqılıyor, o da əfv 
etməni diliyor. (Qısa bir qəhqəhədən sonra) Əvət! “Düşmanlarını sev. Əgər bir kimsə 
sağ yanağına vursa, ona digər yanağını çevir!” Anladınmı? Hiç anlıyormusun? 
(İstehzalı qəhqəhələrlə gülər. Əşrəfin qolundan tutub itərək). Haydı, əfəndim, get! Get 
də, rahət yaşa, Roza ilə bərabər yaşa! 
Mu s a . Xayır, getməyəcək, gedəmiyəcək! 
 
Təkrar tapança ilə nişan almaq istər, bu sırada Rəufla Məs’ud bir tərəfdən, 
məzarçı da digər tərəfdən çıqar. 
 
Rəuf. Musa! Musa! Nə yapıyorsun? 
Məs’ud (Əşrəfin qolundan tutaraq). Bana baq, söyləyəcək sözüm var. Bir tərəfə 
çəkilirlər. Musa onları izləmək istər.  
Məzarçı (mane olaraq). Dur bə, şaşqın hərif! Hiç nə yapdığını düşünüyormusun? 
(Bu sırada bir qaç kərə ıslıq səsi eşidilir. Məzarçı təlaşla). Ah, şimdi polislər ətrafımızı 
saracaq. 
Mu s a . Fəqət yılanı öldürüb də yavrusunu bıraqmaq sərsəmlik deyilmi ya?! 
Məzarçı. Sus bə, yahu, çıldırıyormusun? Bəri gəl, səninlə  işim var. (Musayı bir 
tərəfə çəkər). 
Rəuf (Şeydaya). Pəki, qalpağını nerdə bıraqdın? 
Şeyda (acı təbəssümlə). Ruzigarın xoşuna getdi də, alıb götürdü. 
Rəuf. Vaqt keçiyor, artıq gedəlim. 
Şeyda. Xayır, siz gediniz, bəncə burası daha eyi... (Məzarlara işarətlə). Çünki 
bunlar, bu cansız cəsədlər, bu duyğusuz biçarələr sizə nisbətlə daha səmimi, daha 
munis. Həm də bunlar sizlər kibi yalançı, xain deyillər; hiylə və şeytənət bilməzlər. 
Rəuf (mütəəssir və mərhəmətli). Şeyda! Şeyda! 


266 
 
Məs’ud (gələrək). Daha nə bəkliyorsunuz? Haydı, gedəlim. 
 
Bu sırada Rozanın xəyalı təkrar Şeydaya görünür. 
 
Şeyda. Ah, gediyor. Roza gediyor,  İştə sizin ölmüş bildiyiniz afət 
məzarları dolaşıyor, sevgilisini arıyor, Əşrəfi arıyor. 
 
Rəuf ilə  Məs’ud  şaşqın və mütəəssir bir tevrilə baqışırlar. Rozanın xəyalı, gözləri yerə 
dikilmiş olduğu halda, bir qaç adım yürür, sonra birdən-birə dönərək  əzici və  kəskin bir 
baqışla Şeydayı süzməyə başlar. 
 
Roza! Roza! Allah eşqinə! Bəni rahət bıraq! 
Rəuf. Şeyda! Niçin kəndinə acımıyorsun? Niçin kəndini üzüyorsun? 
 
Rozanın xəyalı, munis və əfsunkar bir təbəssümlə çəkilib gedər. 
 
Şeyda (səbirsiz). Ah! Bana darıldınmı? Aman, nerəyə gediyorsun? 
(Yaralı bir fəryadla). Roza! Roza! Roza! 
 
Sür’ətli adımlarla xəyala doğru ilərilər, arqadaşları da kəndini izlər, bu sırada iki polis 
əllərində silah olaraq qoşub gəlirlər. 
 
Bi r i n c i p o l i s . Ey, nə qaçıyorsunuz? 
İ k i n c i p o l i s . Qımıldanma, dur! 
Hər üçü durduğu yerdə dona qalır, polislər dərhal üçünün də əllərini kələpçə ilə 
bağlar. 
B i r i n c i p o l i s (barmağilə işarət edərək, amiranə). Haydı, buyurun! 
İ k i n c i p o l i s . Doğru qaraqola! 
Rəuf. Əfəndim, bizdə silah yoq.. 
Məs’ud (ciblərini, qoltuqlarını göstərərək).  İştə baqa bilirsiniz. 
Bi r i n c i p o l i s . Söylənib durmaq fəzlə... 
İ k i n c i p o l i s . Haydı, qaraqola! 
Musa ilə məzarçı da əli bağlı olaraq, digər tərəfdən iki polislə bərabər gəlir, həpsi 
bir yerdə çəkilib gedərlər. 
 
 
 
Pərdə 


267 
 
BEŞİNCİ PƏRDƏ 
 
Üst qatda həbsxanəyə məxsus büyücək bir oda... Odanın bir qapısı, üç-dört ufaq pəncərəsi 
var. Rəuf ilə Məs’ud bir tərəfdə yatıyor, Şeyda isə digər tərəfdə, pəncərə önündə, öksürüb 
inildiyor, hər üçü dutsaq qiyafətindədir. Lampanın donuq və  qəsvətli işığı mart sabahına 
qarşı getdikcə sönük və ölgün bir tevr alır.  Şeydanın solğun çöhrəsi, dağınıq saçları 
acınacaq bir levhə ərz edər. 
 
Şeyda (sayıqlar). Bıraqınız, bıraqınız!.. Ah, bəndən nə istiyorsunuz? (Çevrilərək). 
Of... (Sinirli və darğın). Xayır, xayır, heyhat! Heyhat!.. 
Rəuf. Zavallı, zavallı çocuq! 
Məs’ud. Ya, ya... məhəbbət fəlakətdir. 
Rəuf (qalqıb oturur). Əvət, fəlakət, həm də ən dəhşətli bir fəlakət!.. 
Məs’ud (qalqar, bir-iki yutum su içərək). Allah həbsxanə müdirinin bəlasını 
versin. Bən böylə qaba ruhlu, mərhəmətsiz hərif görmədim. Bir dutsaq bu gün 
xəstələndimi, yarın onu xəstəxanəyə alırlar. Halbuki Şeyda bir aydır can çəkişiyor da 
kimsənin umurunda deyil. 
Rəuf. Məraq etmə, bu gün şübhəsiz alıb götürəcəklər, çünki doctor söz vermiş. 
Məs’ud. Eşit, inanma!.. Öylə tatlı sözlər pək çoq, fəqət  əməl yoq, nəticə yoq; 
hanya? Bir zaman sən də kahinlik ediyordun, “bizi dört günlüyə  həbs etmişlər” 
diyordun, nə oldu? O sözlər nə oldu? Şimdi doquz aydır burada yatıyoruz da hənuz 
qurtuluş ümidi yoq. 
Rəuf. Hiç təlaş etmə! Hər nasıl olsa, iki-üç gün sonra çıqarız. 
Məs’ud (istehzalı qəhqəhələrlə). Əvət, iki-üç gün sonra!? 
Rəuf. Yahu! Bir düşünməli ki, işin əvvəlində məzarçı ilə Musayı bizdən ayırdılar, 
həm də  aşağı qatda qəsvətli və qaranlıq bir bodruma yerləşdirdilər. Demək ki, biz 
cinayətdə pək də müttəhim deyiliz. 
Məs’ud. Həp xülya, əfəndim, həp xülya!.. 
Rəuf. Əvət, xülya, sağlıq olsa, iki gün sonra anlarsın. 
Məs’ud (e’timadsız). Baqalım! 
Rəuf. Hələ tuhaf bir xəbər var ki, sən deyil, hətta bən kəndim də inanamıyorum. 
Söylənən sözlər doğru çıqarsa, yalnız biz deyil, bütün millət, bütün məmləkət 
qurtulmuş olur. 
Məs’ud (mütəbəssim). O nə imiş, əcəba!? 
Rəuf. Böyük və dəhşətli bir inqilab, müstəbid Rusiyayı alt-üst edəcək bir inqilab. 


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə