Hüseyn caviD



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə55/65
tarix28.06.2018
ölçüsü1,34 Mb.
#51961
1   ...   51   52   53   54   55   56   57   58   ...   65

276 
 
Y ı l d ı r ı m 
 
Gövərçin, Gövərçin, yetər çocuqluq. 
 
(Bir cığara yaqıb voltə vurur) 
 
C ə l a l 
 
Gəl, baqalım, haydı, artıq vaqıt yox... 
 
(Bir əlində çanta, bir əlində Gövərçinin əli olaraq salona keçər.) 
 
Aydəmir 
 
(sevinclə daxil olur) 
 
Yıldırım bəy, müjdə! 
 
Y ı l d ı r ı m 
 
Nə olmuş, yahu? 
 
Aydəmir 
 
Gəldi Əkrəm bəy. 
 
Y ı l d ı r ı m 
 
Hanki Əkrəmdir o? 
 
Aydəmir 
 
Köy qomşumuz, sənin ən yaqın dostun. 
 
Y ı l d ı r ı m 
 
Nə xoş xəbər, həmən söylə, buyursun. 
 
(Aydəmir çıxar) 
 
Şübhəsiz şaşırır Əkrəm bəy, bizi 
Cəlalın evində görürsə şimdi. 


277 
 
Əkrəm 
 
(Ləzgi qiyafətində digər qapıdan daxil olaraq) 
 
Yıldırım! 
 
(Öpüşürlər) 
 
Y ı l d ı r ı m 
 
Əkrəm! Ah, sevimli Əkrəm! 
Sənmisin, rö’yamı gördüyüm, bilməm? 
Nə oldun yahu, bu nasıl qiyafət? 
Pək uzun sürdü yapdığın səyahət. 
 
Əkrəm 
 
Əvət, bir qaç dağlar, dənizlər aşdım, 
Bütün Turan ellərini dolaşdım, 
Dağıstanda keçdi son səyahətim, 
Onunçün dəyişmiş həp qiyafətim. 
 
Y ı l d ı r ı m 
 
Pək tuhaf, sən Istanbula varırkən, 
Biz çıxmaq üzrəyiz bu şux ölkədən, 
Bizimlə arqadaş olsaydın əgər, 
Fransada əylənirdin bir qadar. 
 
Əkrəm 
 
Fəqət əyləncədən məramınız nə? 
 
Y ı l d ı r ı m 
 
Bən Firəngistanın şux həyatinə 
Yaxından aşina olmaq istərim. 
Bir qadar Parisdə qalmaq istərim. 
Cəlal isə pək maraqlı bir rəssam, 
Əski, yeni levhələri bittamam 


278 
 
Görüb bilmək, bir şey sezmək istiyor
Sonra Italyanı gəzmək istiyor. 
 
Əkrəm 
 
Əvət, bu pək gözəl düşüncə, lakin 
Səyahətdən zevq alan bir türk için 
Krım yalıları, Idil boyları, 
Qafqaz dağları, şanlı türk soyları, 
Birər sərgidir – seyrinə doyulmaz, 
Gənc bir rəssam için dəyərsiz olmaz, 
Həm nə həqiqi levhələr, bilsəniz! 
Hər zevqi, hər qəlbi oqşar şübhəsiz. 
Bu sırada C ə l a l qapı arqasında görülür, dinlər, heç biri duymaz. 
 
Y ı l d ı r ı m 
 
Cəlal həqiqətdən ziyadə – bəncə – 
Xəyal düşkünüdür, onun zənnincə 
Xəyaldan doğarmış bütün böyüklük, 
Həqiqi levhələr onca pək sönük... 
 
(Divardakı rəsimləri göstərir) 
 
İştə bunlar onun son əsərləri, 
Həpsində çırpınır xəyal şəhpəri. 
 
(Bir rəsimə işarətlə) 
 
İştə onu parlatan bir şah əsər 
Rö’ya görürkən bir mələk gülümsər. 
 
Əkrəm 
 
(baqar) 
 
Əvət, gerçəkdən dəgərli sənətkar, 
Səbirsiz olmasa pək çapuq parlar. 


279 
 
Y ı l d ı r ı m 
 
Ondan əmin ol, gözəllik pərisi 
Daima Cəlalın nədimi-hissi... 
Bir ay əvvəl burda bulunmalıydın, 
Onun bir tablosiçin erkək, qadın, 
Bütün Istanbul alqışlarla doldu, 
Ondakı qüdrətə hər kəs vuruldu. 
 
(Ətrafdakı gül dəmətlərini göstərir) 
 
Baq, şu güllər həp əsəri-pərəstiş, 
Hər birini bir gözəl qız göndərmiş. 
 
Əkrəm 
 
Bən öylə bir rəssam olsaydım əgər 
Hicaz ölkəsinə eylərdim səfər. 
Uğraşıb dururdum bir xeyli müddət
Bir çoq düşüncədən sonra, nihayət 
Təsvir eylər idim gənclik çağında 
Böyük Məhəmmədi Hira dağında, 
Bir halda ki, göydən enən bir mələk 
Qarşısında gülümsər nur sərpərək: 
Təbliği-vəhy edər... Fəqət daima 
Daima dalğın o sarsılmaz dəha...
*
 
 
Y ı l d ı r ı m 
 
Hira – mələk həp birər əfsanə... Biz 
Şimdi artıq həqiqət devrindəyiz. 
 
C ə l a l 
 
(gələrək) 
 
Ah, sevgili Əkrəm, vəfalı Əkrəm!.. 
                                                            
*
Dəha – dahi yerinə qullanılmış 
 


280 
 
(Əkrəmlə qucaqlaşıb öpüşdükdən sonra) 
 
Əhd eylədim artıq, sözümdən dönməm, 
İnan ki, yıllarca bir aşiq kibi 
Uğraşır, izlərim şu incə fikri. 
 
Əkrəm 
 
Əgər müvəffəq olursan, şu levhən 
Parlar bir günəş kibi çoq sürmədən
Sən də günəşdən nur alan ay kibi 
Parlar da, təsxir edərsin hər qəlbi. 
 
Y ı l d ı r ı m 
 
(pəncərələrin birini açaraq) 
 
Seyr edin, ah, seyr edin, sanki ayda 
Xasta bir qadın çöhrəsi hüveyda... 
 
C ə l a l 
 
Bəncə o, solmuş, ixtiyar bir səbi... 
Yürür uyquda seyr edənlər kibi. 
 
Əkrəm 
 
Xayır, o bir mö’cüznüma levhə ki, 
Əks etdirir bizə həp tarixləri. 
Bən onu seyrə daldığım zamanlar, 
Birər-birər, həp əski qəhrəmanlar, 
Həp əski vəq’ələr dönər qarşımda, 
Həp əski tufanlar qopar başımda. 
Ah, o məhzun çöhrə nələr görməmiş! 
Nə əsrarlı saətlər keçirməmiş! 
O, şahiddir bütün səadətlərə, 
O, vaqifdir bütün fəlakətlərə. 
O, görmüş hər zülmü, hər cinayəti, 
O, duymuş hər eşqi, hər məhəbbəti. 


281 
 
O, məhrəmdir hər sirrə, hər duyğuya, 
O, munisdir hər sevdalı uyquya. 
 
C ə l a l 
 
Kaş ki, bən də öylə sərbəst olaydım! 
Bəxtiyar sanırdım kəndimi daim; 
Hər yerdə solğun nurimi sərpərdim
Lətif, mərmər sinələri öpərdim, 
Həp oqşardım pənbə, gül yanaqları, 
Məhəbbətlə titrəyən dodaqları. 
 
Bu sırada salonda müztərib və yaralı bir ahənglə piano çalınmağa başlar, həmən ortalığı 
sükut qaplar. 
 
Y ı l d ı r ı m 
 
(Cəlala) 
 
İştə bir könül ki, həp inildiyor, 
Sana “vəfasız, mərhəmətsiz” diyor. 
 
Əkrəm 
 
Afərin!.. Şu həssas parmaqlar kimin? 
 
C ə l a l 
 
Seyr et də gör! 
 
(Qapıyı açar.) 
 
Əkrəm 
 
Gövərçin, ah, Gövərçin! 
 
(deyə şaşqın adımlarla salona keçər. Yıldırımla Cəlal da onu izlər.) 


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə