Hüseyn caviD



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə57/65
tarix28.06.2018
ölçüsü1,34 Mb.
#51961
1   ...   53   54   55   56   57   58   59   60   ...   65

288 
 
Sofa qapısından çıqar, bu sırada Gövərçin Mənəkşəyi bağrına basdığı halda geri 
dönər, mə’yus adımlarla salona keçər. 
 
Əkrəm 
 
(Onu diqqətlə süzərək, yalnız) 
 
Gövərçin! Ah, gözəl, füsunkar mələk!.. 
 
(Əli alnında, sarsılmış və düşüncəli bir halda sandaliyəyə oturur.) 
 
 
Pərdə 
 
 
İKİNCİ PƏRDƏ 
 
Beş ay sonra. Parisdə son dərəcə süslü, çiçəkli bir salon... Salonun sağ tərəfində iki qapı: 
onlardan biri Anjelin tualet odasına, digəri Cəlalın iş odasına, soldakı üçüncü qapı isə 
sofaya açılır. Qarşıdakı böyük pəncərədən günəşin batmaqda olduğu görülür. Pəncərə 
önündə  Cəlal ağ  və uzun iş kömləyində  əlində tutmuş olduğu böyük bir rəsimə diqqətlə 
baqıb düşünür. Divara asılı iki böyük rəsim də nəzərləri oqşar. 
 
A n j e l 
 
(Aşağıdakı şərqiyi billurin bir səslə tərənnüm edərək salona keçər.) 
 
Bən öncə bir mələkdim, 
Yüksəklərdə uçardım. 
Parlaq bir yıldız kibi 
Ətrafə nur saçardım. 
Bən şux bir kələbəkdim, 
Daldan dala qoşardım; 
Açmamış bir çiçəkdim, 
Güllüklərdə yaşardım, 
Hər kəsi mələk sandım, 
Hər sevgiyə inandım, 
Xalqa əyləncə oldum, 
Ah, bilmədim, aldandım. 


289 
 
C ə l a l   iş odasına keçmək istər. 
 
Cəlal, söylə, nə olmuş? 
Səndə bir başqa hal var, 
Yenə dalğın gözlərin 
Bilməm, nələr sayıqlar!.. 
 
C ə l a l 
 
Anjel, sevimli Anjel! 
Sənsiz ruhimi qaplar 
Yığın-yığın qayğılar, 
Həp zəhərli xəyallar. 
Lakin duyduğun kibi 
O incə dilbər səsi
Qalqar məhzun könlümün 
Tar-dumanlı pərdəsi. 
Əvət səni gördükdə 
Sönər həp düşüncələr, 
Artıq, öksüz ruhimi 
Gəmirməz işgəncələr. 
Ah, şu süzgün baqışlar, 
Bilsən, nasıl füsunkar, 
Gah ruhumu güldürür
Gah da qəlbimi yaqar. 
 
(Anjeli öpər.) 
 
A n j e l 
 
Of, şu çılğın öpüşlər 
Həyatımı yaldızlar, 
Sərsəm könül fərəhdən 
Həm rəqs edər, həm sızlar. 
 
C ə l a l 
 
Sən gözəllər içində 
Bir afətsin, mələksin, 


290 
 
Ömrümün baharında 
Gülümsər bir çiçəksin. 
 
Anjeli qolları arasına alır, iki dodaq məczub bir halda yekdigərinə yaqlaşır, bu 
sıradaGövərçinin dağınıq saçlı, məhzun baqışlı “xəyalı” pəncərə önündə görünür. 
Cəlal “ah” deyə Anjeli bıraqı verir. Şaşqın və  sərsəm baqışlarla baqmaqda dəvam 
edər, “xəyal” artıq görünməz olur. 
 
A n j e l 
 
(Elektrik lampacıqlarını yaqaraq.) 
 
Aman, yenə gözlərin 
Başqa bir şey söyliyor
Sanki bir dəhşət səni 
Hər an təhdid eyliyor. 
 
C ə l a l 
 
Xayır, xayır, sevgilim, 
Bu hal çoq sürməz, keçər, 
Bu bir sinir halıdır, 
Məraq etmə, tez keçər. 
 
A n j e l 
 
Fəqət səbəbsiz deyil, 
Bu sirri anlat bana. 
 
C ə l a l 
 
Sorma, xayır, hiç sorma, 
Bu sirr açılmaz sana. 
 
Xidmətçi sofa qapısından girər. Cəlala bir kart-vizit verir. 
 
A n j e l 
 
Kimdir gələn? 


291 
 
C ə l a l 
 
Əkrəm bəy! 
 
A n j e l 
 
Ah, şu hərif can sıqar, 
Onun sərt baqışları 
Sanki beynimi yaqar. 
 
C ə l a l 
 
Haydı get, söylə, gəlsin. 
Xidmətçi qız çıqar. 
 
A n j e l 
 
Fəqət onun hər sözü 
Kəskin bir qılıc kibi, 
Ayırmaq istər bizi. 
 
Kəndi odasına keçər, Cəlal iş kömləyini çıqarıb bir tərəfə atı verir: Əkrəm avropalı 
qiyafətində daxil olur. 
 
C ə l a l 
 
Gəl baqalım, nerdəsin? 
Görünməz oldun artıq; 
Hiç görülmüşmü böylə 
Arqadaşlıq, yoldaşlıq!? 
 
Əkrəm 
 
Kimsədə bir qüsur yoq, 
Yalnız qəbahət səndə; 
Əyləniyorsun qorqunc 
Uçurumlar önündə. 
Halbuki, pək uzaqda 
Yurdun, yuvan, eşin var. 
Gövərçin yavrusilə 


292 
 
Yola göz dikmiş, ağlar. 
Sən yabançı ellərdə 
Bir kokotu tutmuşsun, 
Uyub bir rəqqasəyə 
Hər şeyi unutmuşsun. 
 
C ə l a l 
 
Həp doğru, lakin Anjel 
Pək nazlı bir mələkdir, 
Gözəllik sərgisində 
O bir lətif çiçəkdir. 
 
Əkrəm 
 
Əvət mələkdir, fəqət 
Şeytan ruhlu bir mələk! 
Lətif çiçəkdir, fəqət 
Pək zəhərli bir çiçək! 
Bir sən deyil, hər kəslə 
O istər həmdəm olmaq, 
Lakin yaqışmaz sana 
Hər kölgəyə vurulmaq. 
Beş aydır Parisdəsin, 
Söylə, nə yapdın, söylə? 
İnan ki, məhv olursun 
Bu sayğısız gedişlə. 
 
C ə l a l 
 
(divardakı rəsimləri göstərir) 
 
Seyr eylə  iştə!.. Burda 
Ən şöhrətli rəssamlar, 
 
(əlini köksünə vurur) 
 
Cəlaldakı sənəti 
Həp alqışlar, səlamlar. 
 


293 
 
Əkrəm 
 
Şu əfsunçu qadından 
Uzaqlaşmazsan əgər, 
Öyündüyün iste’dad, 
Sənət, dəha həp sönər. 
 
C ə l a l 
 
Ah, bu sözlər nə lazım! 
Mümkün deyil... qəhr olsam, 
Məhv olsam belə, heyhat! 
Bən Anjeldən ayrılmam! 
 
Əkrəm 
 
(Hiddətlə yerindən qalqaraq) 
 
Əfv edərsin, o halda 
Bir daha zəhmət verməm, 
Allaha ısmarladıq... 
 
(Gedəcək olur.) 
 
C ə l a l 
. . . . . . . . . . . . . . . . . . . . . . . 
Əkrəm! Bir düşün, Əkrəm!.. 
 
Əkrəm 
 
Xayır, artıq düşünmək, 
Söz güləşdirmək yetər... 
 
C ə l a l 
 
Əkrəm, mə’zurum, Əkrəm!.. 
 
Əkrəm 
 
Üzrün suçundan betər! 
 
(Çıqar.) 
 


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə