Hüseyn caviD



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə59/65
tarix28.06.2018
ölçüsü1,34 Mb.
#51961
1   ...   55   56   57   58   59   60   61   62   ...   65

301 
 
C ə l a l 
 
Əvət, haqsız deyil o, 
Qüsur bəndədir, bəndə... 
 
Y ı l d ı r ı m 
Artıq keçənlər keçmiş
Yarın bizimlə sən də 
Getmək istiyormusun? 
 
C ə l a l 
 
Xayır, bən əhd etmişim: 
İtalyayı görmədən 
İstanbula dönməyim. 
 
Y ı l d ı r ı m 
 
Zərər yoq, düşün, daşın, 
Bəlkə fikrin dəyişdi, 
O talesiz Gövərçin 
Səni bəkliyor şimdi; 
Əvət, bəkliyor səni 
Mə’sum Mənəkşəsiylə... 
 
(Əlini Cəlala uzadıb vidalaşmaq istər.) 
 
C ə l a l 
 
Aman, rica eylərim, 
Bir qadar bəni bəklə! 
 
(Dərhal iş odasına keçər.) 
 
A n j e l 
 
(daxil olur) 
 
Yıldırım, ah, Yıldırım! 
Artıq görünməz oldun, 


302 
 
Yoqsa bəndə nifrətə 
Layiq bir şeymi buldun? 
 
Y ı l d ı r ı m 
 
Anjel, nə söyliyorsun, 
Olmazmı bir düşünsən? 
Gözəlliyə halbuki 
Pərəstiş eylərim bən. 
Fəqət bəncə gözəllər 
Parlaq bir yıldız kibi 
Gülümsəyib uzaqdan, 
Qəlbi təsxir etməli... 
 
A n j e l 
 
Ah, sənin böylə məğrur, 
İstiğnalı halların 
Bəni bir vurğun kibi 
Az qalır ki, çıldırsın. 
 
Y ı l d ı r ı m 
 
Lakin bəndə kəndimi 
Sevdirəcək bir şey yoq. 
Nədənsə yalnız sənin 
Lütfün haqqımda pək çoq... 
 
A n j e l 
 
Xayır, Yıldırım, xayır, 
Böylə qaçdıqca bəndən, 
Bir çocuq kibi sana 
Sarılmaq istərim bən. 
 
C ə l a l 
 
(Əlində böyücək bir tablo ilə bir məktub daxil olur.) 
 
İştə, sana keçən gün 
Söylədiyim levhə, baq! 


303 
 
İştə, çılğın fırçamın 
Ən son məhsulu... ancaq 
Buna verdiyim əmək 
Beş gün olmadı belə. 
 
Y ı l d ı r ı m 
 
Əmin ol ki, ömrü də 
Ancaq olur bir öylə; 
Bir əsər ki, sən ona 
Xor baqıb da saymadın, 
Sənin kibi hər kəs də 
Saymaz, xor baqar yarın. 
 
C ə l a l 
 
Əvət, bənim şu zə’fim 
Əfv edilməz xətadır. 
 
Y ı l d ı r ı m 
 
Fəna yaratmaqdansa, 
Yaratmamaq evladır. 
 
(getmək istər.) 
 
C ə l a l 
 
İştə, yazdığım məktub!.. 
 
Y ı l d ı r ı m 
 
(məktubu alır, mə’nalı bir baqışla) 
 
Pək gözəl!.. 
 
A n j e l 
 
(Yıldırıma) 
 
Bir az otur! 


304 
 
Y ı l d ı r ı m 
 
Qüsura baqma, Anjel, 
Arqadaşlar bəkliyor. 
 
(Hər ikisinin əlini sıqıb çıqar) 
 
A n j e l 
 
Cəlal! Nə oldun, Cəlal! 
Nədir şu sisli hallar? 
Yenə sardı çöhrəni 
Fırtınalı xəyallar. 
 
C ə l a l 
 
Çünki yaqar beynimi 
Bir çoq zəhərli duyğu. 
Neyləyim, taleyim bu, 
Ah, bənim xilqətim bu!.. 
 
A n j e l 
 
Öncə gülər yüzündə 
Parlardı bəxtiyarlıq. 
Həp söylər, əylənirdin, 
Nə oldu, susdun artıq!.. 
Yoqsa Fransayı tərk 
Etməkmi istiyorsun? 
Bəndən uzaqlaşıb da 
Getməkmi istiyorsun? 
 
C ə l a l 
 
Əvət, gülüm, Parisdən 
Çıqıb getmək istərim. 
Yarın erkən Romaya 
Səfər etmək istərim. 
Fəqət sənsizmi... heyhat! 


305 
 
Mümkün deyil bu əsla! 
Bana yalnız səninlə 
Xoş görünür bu dünya. 
Həp dirliyim, bənliyim, 
Yalnız bağlıdır sana. 
Ömrün hər gözəlliyi 
Sənsiz çirkindir bana. 
 
(Anjeli qolları arasına alıb öpmək istər. Bu sırada işıq azalır, Gövərçinin xəyalı – 
qucağında mini-mini lətif bir çocuq bulunduğu halda – məhzun, həsrətli baqışlarla görünür.) 
 
Gövərçin 
 
(çocuğunu uzataraq) 
 
Cəlal, al Mənəkşəyi!.. 
 
C ə l a l 
 
(Anjeli bıraqaraq) 
 
Eyvah!.. 
 
A n j e l 
 
Nə oldu, Cəlal? 
 
C ə l a l 
 
Gövərçin, ah, Gövərçin!.. 
 
(hıçqırıb düşər) 
 
A n j e l 
 
(məbhut və mütəhəyyir) 
 
Aman, nə dəhşətli hal!.. 
 
Pərdə 


306 
 
ÜÇÜNCÜ PƏRDƏ 
 
I SƏHNƏ 
 
İstanbulda süslü bir salon, Bosfora nazir bir balkon... Qarşıda sağda və solda birər qapı... 
Qarşıdakı qapı balkona açılır. Məzkur qapının sol tərəfində ipəkli pərdələrlə qapalı küçük bir 
oda görünür... Eylül... Gündüz... 
 
Gövərçin 
 
(məhzun və titrək bir ahənglə aşağıdakı şərqiyi söylər) 
 
Eşindən ayrılan bir bülbül kibi 
Könül fəryadını dinlər, ağlarım. 
Xəzanə uğramış bir sünbül kibi 
Yar intizarında inlər, ağlarım. 
 
Gülümsər yasəmən, mənəkşə, lalə, 
Hər kəs qapılmış datlı bir xəyalə, 
Lakin bən həsrət qalıb da visalə, 
Yar intizarında inlər, ağlarım. 
 
Bən ağlamazdım bəni ağlatdılar, 
Qayğı bilməz könlümü qanatdılar, 
Beş günlük ömrümə ağu qatdılar, 
Yar intizarında inlər, ağlarım. 
 
Y ı l d ı r ı m 
 
(gəlir, Gövərçini süzər, gülümsər bir halda) 
 
Aman, sevimli həmşirəm, ağlıyorsun, öyləmi? 
 
Gövərçin 
 
Allah eşqinə get, yetər, tırmalama könlümü. 
 
Y ı l d ı r ı m 
 
Yazıq sana, hala bütün çocuqluğun üstündə... 
Niçin üzərsin kəndini? Təhəmmül et beş gün də, 


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə