Hüseyn caviD



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə61/65
tarix28.06.2018
ölçüsü1,34 Mb.
#51961
1   ...   57   58   59   60   61   62   63   64   65

313 
 
Y ı l d ı r ı m 
 
Hiç zərər yoq, bir həftə bəkləriz, yalan çıqarsa, 
Anjeli avlamaq rolu qalır bənim boynumda. 
Öylə bir oyun oynarım, Cəlal şaşırıb donar; 
Anjel onu sevmək deyil, bir də pək çətin anar. 
 
Əkrəm 
 
Ya! Səni də Cəlal kibi zəhərləyib yaqarsa?.. 
Çünki başqa, pək başqa ondakı işvə, naz, əda... 
 
Aydəmir  əlində iki yol çantası olaraq gəlib keçər. A n j e l də  əlində  şəmsiyə onu izlər. 
Əkrəm dərhal naməmnun bir tevr ilə çıqar. 
 
Y ı l d ı r ı m 
 
(son dərəcə sevinc ilə onun əlini öpər) 
 
Ah, Anjel! Eyi ki, gəldin, imdadıma yetişdin. 
 
A n j e l 
 
Sən ki, bəndən həp qaçardın, birdən nasıl dəyişdin? 
 
Y ı l d ı r ı m 
 
İlk atamız Adəm kibi öncə sapdım, aldandım; 
Sonra “Mələk, cənnət!” deyə ah çəkməkdən usandım. 
Bu günlərdə Istanbulu atıb gəlmək üzrəydim, 
Dilərdim ki, yalnız səni bir kərəcik görəydim. 
Çox şükür Tanrıya pək də mənhus deyilmiş bəxtim. 
 
A n j e l 
 
(istehzalı təbəssümlə) 
 
İştə gördünmü bən səndən daha vəfalı çıqdım. 


314 
 
Y ı l d ı r ı m 
 
Əvət, əvət, sən vəfalı bir mələksin, fəqət bən 
Ürküb qaçdım bir yarasa kibi parlaq günəşdən. 
Tale bana gülümsədi, yüz çevirdim daima. 
Anjel, Anjel, əfv et bəni, artıq qüsurə baqma. 
 
(Çılğınca bir məftuniyyətlə Anjeli qolları arasına alır.) 
 
 
 
Pərdə 
 
 
ÜÇÜNCÜ PƏRDƏ 
 
II SƏHNƏ 
 
 
Bir həftə sonra, yenə keçən səhnədəki mənzərə... Gecə... Məhtab. C ə l a l salonun ortasında 
büyücək bir qoltuğa yaslanaraq, yarım sərxoş bir halda cığarayı dumanlatır və önündəki konyak 
şişəsindən bir-iki qədəh töküb içər. Bu sırada Y ı l d ı r ı m l a Əkrəm daxil olur. İkinci, 
qoltuğundakı bir yığın kitabı masa üzərinə bıraqır. 
 
Y ı l d ı r ı m 
 
Cəlal! Gözün aydın, Əkrəm bəy yenə 
İstanbulu tərk etmək istiyor... 
 
C ə l a l 
 
Nə!? 
 
(Kitablardan ikisini açaraq.) 
 
Dur, baqalım bunlar nə? 
 
Əkrəm 
 
Həp fəlsəfə. 
Gəzməkdən yoruldum, çəkilib köyə 
Bir qadar düşünüb dalmaq istərim
Səhrayilikdən zevq almaq istərim. 
 


315 
 
C ə l a l 
 
Hiç bu olur şeymi, nə tez usandın? 
Şəhər köydən fənamı? 
 
Əkrəm 
 
Sən nə sandın? 
Köy həyatı gürültüsüz bir həyat; 
Orda bütün xilqət, bütün kainat 
Təsliyət şəhpərilə ruhu oqşar, 
Köydə insan daha qayğısız yaşar. 
Lakin sizin Istanbulda nə varmış!? 
Hər işi, hər zevqi bütün aldanış... 
Hər yanda bir göstəriş, bir vəlvələ... 
Hər çöhrədə bir dəsisə, bir hiylə. 
Hər adımda bir xəyanət, bir fəsad, 
Hər nəfəsdə bir ah, sönük bir fəryad. 
İştə qarşında içdiyin zəhir də, 
Anlatdığım faciədən bir pərdə... 
 
C ə l a l 
 
(Konyakdan bir daha töküb içər, sərxoşca qəhqəhə ilə.) 
 
Ah bu zəhir deyil, aqar bir atəş!.. 
Bir atəş ki, onunla qalqar ətəş. 
Onunla qalqar yürəkdən kədərlər, 
Onunla iztirab atəşi sönər. 
 
(bir qədəh daha içərək) 
 
Sönük ruhim onunla parlar, yanar, 
Məhzun könül vəcdə gəlir də oynar. 
Beynim vulkan kibi həp alev saçar, 
Uçmaq istərim, yer altımdan qaçar. 
 


316 
 
Əkrəm 
 
Sana yalnız müqəddəs Altaylardan, 
Şanlı əcdadından yadigar qalan, 
Ağ köpüklü kımızdır ki, içdikcə, 
Həm ruh, həm bədən bulur zevq, nə’şə. 
Lakin yıpramış yunanın şu sün’i, 
Şu atəşli zəhri məhv edər səni. 
 
C ə l a l 
 
(bir daha içərək qəhqəhə ilə) 
 
Sənin kibi zahid ruhlu qələndər, 
Bundakı zevqi çoq zor idrak edər. 
Düşün, bir düşün, bən şimdi nerdəyim? 
Olimp dağlarında seyr etməkdəyim. 
Əski tanrılar, həp əski pərilər, 
Qarşımda səfbəsəf rəqs edib gülər. 
 
(bir daha töküb içmək istər.) 
 
Əkrəm 
 
Artıq yetər... 
 
Y ı l d ı r ı m 
 
(şişəyi alaraq) 
 
Bıraq, bıraq! 
 
C ə l a l 
 
Yıldırım! 
 
(şişəyi geri almaq istər). 
 
Əkrəm 
 
Yahu, bir bana baq! 


317 
 
Y ı l d ı r ı m 
 
(digər odaya keçərək) 
 
Bıraq! 
 
C ə l a l 
 
(onu izləyərək) 
 
Yıldırım!? 
 
Onlar çıqdığı sırada Gövərçin məhzun və pərişan bir halda daxil olur. 
 
Əkrəm 
 
Gövərçin!.. 
Gövərçin 
Ah, Əkrəm! 
 
Əkrəm 
 
Nədir bu halət? 
 
Gövərçin 
 
Nifrət, bütün ömrə, həyatə nifrət! 
Kəndimi məhv etdim kəndi əlimlə, 
Köydə nə bəxtiyar idim... Ah, öylə 
Vəhşi quşlar kibi yeşil bağlarda, 
Tarlalarda, ormanlarda, dağlarda 
Gün keçirsəydim, hiç böylə solmazdım, 
Şu altın qəfəsdə əsir olmazdım. 
 
Əkrəm 
 
Xayır, mə’yus olma! Kədərli günlər 
Qara bulut kibi tez gəlib keçər. 
Səadət yıldızı er-gec gülümsər, 


318 
 
Bu günkü dəhşətdən qalmaz bir əsər. 
Unut, unut hər dərdi, iztirabı, 
Gəl seyr et bu dilbər, lətif məhtabı. 
Yetər, artıq yetər təhəssür, məlal, 
Gəl, gözəl Bosforu tamaşayə dal. 
 
(balkondakı mənzərəyi göstərir) 
 
Gövərçin 
 
Bosfor gözəl olsa burdan qaçmazdın, 
İstanbulu atıb köyə uçmazdın. 
 
Əkrəm 
 
Bən köy həyatını təqdis eylərim; 
Çünki bütün səadətli günlərim, 
Bütün eşqim, bütün hissim, xəyalım, 
Fərəhli dəmlərim, hüznüm, məlalım 
Gülər bana köyün hər guşəsində, 
Mələk çocuq! Hətta sən də, ah sən də!? 
 
(Gövərçinin əllərini dodaqlarına götürür, öpmək istər.) 
 
Gövərçin 
 
(sarsılmış bir halda geri çəkilir) 
 
Xayır, kimsədən pərəstiş istəməm, 
Yetər erkəklərdən gördüyüm sitəm. 
Əvət, o alçaldısa bən alçalmam, 
Məhv olurum, sapqınlıqdan zevq almam. 
 
Əkrəm 
 
Xayır, Gövərçin, yanılma, aldanma! 
Könül sevmiş səni yalnız, daima 
Müqəddəs, ilahi ideal kibi
Əl vurulmaz yüksək bir xəyal kibi. 
Yoq bəndə möhtəris, alçaq bir niyyət. 
Cəlal sənin, sən də onunsun, əvət. 


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə