Hüseyn caviD



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə60/65
tarix28.06.2018
ölçüsü1,34 Mb.
#51961
1   ...   57   58   59   60   61   62   63   64   65

307 
 
Ayrılıqdan sonra qavuşmanın başqa zevqi var
Cəlal nerdə olsa inan, çoq sürməz, gəlir çıqar. 
 
Bu sırada dayə qucağında Mənəkşə olduğu halda gəlib keçər; Yıldırım çocuğu alıb öpər, 
dayəsinə verdikdən sonra Gövərçinə. 
 
İştə sənin ən sevgili, ən dəyərli əyləncən
İştə bu nur topu kimi, mini-mini Mənəkşən! 
Onu öpüb oqşamaqla məhzun könlünü avut
Pənbə bir gül kibi qoqla! Unut, hər dərdi unut! 
 
Gövərçin 
 
Xayır, xayır, şimdi bənim hiç bir şey yoq gözümdə, 
Hər kəsə qarşı bir yığın kin bəslərim özümdə. 
Çünki bəndən hər kəs qaçar, kimsə duymaz halımı, 
Babam belə atmış bəni, fərq etməz məlalımı. 
 
Y ı l d ı r ı m 
 
(şux qəhqəhə ilə) 
 
Yalan, yalan...  İştə məktub, bu gün burda!.. 
Gövərçin 
 
(məktubu alır) 
 
Ah, xain! 
Şu məktub da çoqmu bana? 
 
Y ı l d ı r ı m 
 
Unutdum, əfv edərsin. 
Bu sırada qapı parmaq ucilə vurulur. 
Gəl! 
Aydəmir əlində yol çantası girər. 


308 
 
Gövərçin 
 
(heyrət və sevinclə) 
 
Aydəmir!.. 
 
Y ı l d ı r ı m 
 
Babam nerdə? 
 
Aydəmir 
 
 İştə! 
 
(Çantayı bıraqıb gedər) 
 
Gövərçin 
 
(qapıya doğru ilərlər) 
 
Əvət! 
 
Uluğ bəy 
 
(əlində əsa, qolunda yaz paltosu gəlir) 
 
Ah, yavrum! 
 
O, Gövərçinin alnını, Gövərçin də qardaşilə  bərabər onun əlini öpər, məhzun baqışlarla 
sükuta varır. 
 
Nasılsın, mələyim, söylə, saqlasın səni Tanrım. 
 
Gövərçin 
 
Sorma, babacığım, sorma! 
 
Uluğ bəy 
 
Niçin? 


309 
 
Gövərçin 
 
Ah, bədbaxt oldum. 
 
(Məzlumanə bir tevr ilə babasının qolları arasına sığınır.) 
 
Uluğ bəy 
 
Hiç sıqılma, hər gecənin sonu gündüzdür, quzum! 
 
(Yıldırıma) 
 
Oğlum! Əkrəm yoqmu? 
 
Y ı l d ı r ı m 
 
Xayır. 
 
Uluğ bəy 
 
Gəlməliydi o şimdi, 
Köydən bərabər çıqmışız, baq gör, niçin gecikdi? 
 
(Yıldırım çıqar; Uluğ bəy Gövərçinə) 
 
Öncə bəni dinləmədin, hər saçmaya inandın, 
İstanbulun süslü-püslü həyatına aldandın. 
Bilmədin ki, pək sislidir, zəhərlidir havası, 
Bilmədin ki, bu toprağın təməlsizdir vəfası. 
Nə yapmalı, keçmiş artıq, unut, həpsini unut! 
Şimdi, yavrum, ancaq sənin borcun təhəmmül, sükut... 
Sağ qapıdan girərlər. Bir az sonra Yıldırımla Əkrəm soldan daxil olur. 
 
Əkrəm 
 
Pəki, rəssamdan nə xəbər? 
 
Y ı l d ı r ı m 
 
Bir aydır ki, xəbər yoq, 
Şübhəsiz ki, Italyada əyləniyor... 


310 
 
Əkrəm 
 
Ah, çocuq... 
Yazıq o iste’dada ki, Cəlal bəydə saqlıdır. 
 
Y ı l d ı r ı m 
 
“Sənətkarlar həp mərizdir” deyənlər pək haqlıdır. 
 
Əkrəm 
 
Əvət, yazıqlar olsun ki, Anjel, o nazlı afət, 
Cəlal kimi çoqlarını yurduna qoymuş həsrət. 
 
Y ı l d ı r ı m 
 
İstəsəydim, Anjel onu çoqdan atıb getmişdi. 
 
Əkrəm 
 
Öylə yapsaydın Gövərçin məs’ud olurdu şimdi. 
 
Y ı l d ı r ı m 
 
Pək yanıldım, bən Cəlalı bunca azğın bilməzdim, 
Yoqsa onu təkbaşına böylə atıb gəlməzdim. 
 
Əkrəm 
 
Keçmiş artıq, bu azğınlıq bir sirr olub qalmalı, 
Düşünməli, daşınmalı, yalnız çarə bulmalı... 
 
Aydəmir 
 
(gəlir) 
 
Gözləriniz aydın! 
 
Y ı l d ı r ı m 
 
Nə var? 


311 
 
Aydəmir 
 
İştə gəldi Cəlal bəy! 
Hər ikisi qapıya doğru ilərilər. 
 
C ə l a l 
 
(daxil olur) 
 
Mərhəba!.. 
 
Əkrəm və Y ı l d ı r ı m 
 
Mərhəba!.. 
 
(Öpüşürlər) 
 
C ə l a l 
 
(Aydəmirə) 
 
Çıq da bir az yardım et! 
Aydəmir 
Pəki. 
 
(Çıqar.) 
 
C ə l a l 
 
(səmimi bir qəhqəhəylə) 
 
Hiç şübhə yoq “sapqın!” deyə həp darıldınız bana; 
Səfər etdim Rafaelin, Mikelancel yurduna, 
Nələr gördüm, ah, bilsəniz, nələr, nələr, ah, nələr!? 
Nə heykəllər, madonnalar!.. Nə parlaq nümunələr!.. 
Sizdən ayrıldığım  İştə iki aydan çoq deyil... 


312 
 
Y ı l d ı r ı m 
 
Gövərçin pək rahatsızdır, bəklətmə artıq... 
 
C ə l a l 
 
Anjel!.. 
 
Fəqət Anjel!? Istanbulu görmək için Anjel də 
 
Maraqlanıb gəlmiş... 
 
Y ı l d ı r ı m 
 
Nasıl? 
 
Əkrəm 
 
İştə böyük təhlikə. 
 
C ə l a l 
 
Xayır, evdə hər kəs onu bir misafir zənn edər, 
Beş-altı gün qalar, sonra həmən dəf’ olub gedər. 
 
Əkrəm 
 
İştə rəzalətin sonu! Hiç bu olur şeymi ya? 
 
Y ı l d ı r ı m 
 
Niçin olmaz? Olur, fəqət, fəqət beş gün qalırsa. 
 
C ə l a l 
 
(məmnun bir halda Yıldırımın əlini sıqaraq) 
 
İnan, sözüm sözdür, inan, bir həftə sürməz belə. 
 
(İçəri girər.) 
 
Əkrəm 
 
Yalan, həp yalan söyliyor, baqma o qurnaz dilə! 


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə