Hüseyn caviD



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə64/65
tarix28.06.2018
ölçüsü1,34 Mb.
#51961
1   ...   57   58   59   60   61   62   63   64   65

329 
 
Aydəmir 
 
Şimdi Anjel Yıldırımla bərabər 
Dəf’ olub getdi, sən, saqın, Cəlalı 
Evdən bıraqma! 
 
Gövərçin 
 
Ah, bu pək xətalı... 
Aydəmir 
Məraq etmə, onları bən izlərim, 
Nə olsa həp gəlir, sana söylərim. 
 
(həmən dışarı fırlar) 
 
C ə l a l 
 
(Gəlir,  əlindəki konyak şişəsindən son qədəhi töküb içər.  Şişəyi bir tərəfə ataraq istehzalı 
təbəssümlə.) 
 
Gövərçin, bana baq, gözəl Gövərçin! 
Niçin gedib yatmıyorsun, ah, niçin? 
Niçin müztəribsin, nə olmuş sana! 
Yoqsa küsüb darılmışmısın bana? 
 
Gövərçin 
 
Bənim həp dirliyim bu, taleyim bu, 
Gördüyüm yoq bir gecə rahət uyqu... 
Daima həmdəmim qayğı, iztirab, 
Dəniz sandığım ümidlər həp sərab... 
 
C ə l a l 
 
(istehzalı qəhqəhələrlə) 
 
Kim bilir, bəlkə başqa bir səbəb var? 
Insan, qadın qəlbini pək güc anlar. 
Əvət, kim bilir, bəlkə qəlbin sənin 
Şimdi çarpıyor yeni bir eşq için. 


330 
 
Gövərçin 
 
(son dərəcə sarsılmış halda) 
 
Nasıl eşq, o nasıl eşq imiş, Cəlal!? 
Cəlal! Bu iftira pək müdhiş... Cəlal! 
Düşün, bir düşün, gör nə söyliyorsun? 
 
C ə l a l 
 
(şiddətli qəhqəhələrlə) 
 
Sən bəni sərxoşmu zənn eyliyorsun? 
 
(ətrafa) 
 
Ah, şübhədən beynim alev içində... 
 
(Gövərçinə) 
 
Dəmin əlin Əkrəm bəyin əlində 
Söylə, hanki aləmlərə dalmışdın? 
Söylə, niçin susdun? Sayğısız qadın! 
 
Gövərçin 
 
Sus, yetər, sus, artıq, ah, məhv oldum bən
Nə günah işləsəm, inan, səbəb sən... 
 
(Getmək istər.) 
 
C ə l a l 
 
(ətrafə) 
 
Şübhə, ah, şübhə?.. 
 
(Gövərçinə) 
 
Getmə, dur! 
 
Gövərçin 
 
Ah, səfil!.. 
 
C ə l a l 


331 
 
Bənmi? 


332 
 
Gövərçin 
 
Əvət, gözəl bəllə, eyi bil. 
 
(kəndi əlini göstərir) 
 
İstəsəydim qanla kirlənsin şu əl, 
İnan, nə sən sağ qalırdın, nə Anjel. 
 
C ə l a l 
 
(istehzalı qəhqəhələrlə) 
 
Bu hiyləyi Əkrəm öyrətmiş, bəlli. 
Gövərçin 
 
(acı təbəssümlə) 
 
Şübhəsiz... 
 
C ə l a l 
 
Halbuki, sənsin ölməli, 
İştə göz önündə hər qəbahətin
Əvət, məhv ol da, az çırpınıb didin. 
 
Gövərçin 
 
Ah, əvət, bəlkə bən qəbahətliyim, 
Çünki zevqinə, keyfinə maneyim: 
 
(əlindəki çocuğu uzadaraq) 
 
Fəqət, düşün, bunun bir günahı yoq... 
 
(Balkona keçərək.) 
 
C ə l a l 
 
Nasıl!.. Günahsızmı o mənhus çocuq? 
O pək çirkin, pək acı bir vasitə, 
Ortamızda qırılmaz bir rabitə... 


333 
 
Gövərçin 
 
(sinirli) 
 
Niçin qırılmaz? Al da qır, məhv olsun! 
Bir az sevin, vicdanın rahət bulsun. 
 
C ə l a l 
 
(balkondan aşağıya baqaraq, heyrətlə) 
 
O kim? Anjelmi? Ah,  İştə kəndisi! 
 
(həyəcan və təlaş ilə) 
 
Anjel, gözəl mələk! Cənnət pərisi! 
Getmə dur, gəldim  iştə, xain afət!.. 
 
(Salona keçmək istər.) 
 
Gövərçin 
 
Cəlal! Mərhəmət, şu tiflə mərhəmət!.. 
 
(Çocuğunu ona doğru uzadaraq getməsinə mane olur.) 
 
C ə l a l 
 
Bıraq, bıraq! 
 
Gövərçin 
 
Aman, bir düşün... 
 
C ə l a l 
 
Çəkil!.. 
 
Gövərçin 
 
(yavrusunu əlləri üzərində tutaraq istirham ilə) 
 
Cəlal! 
 
C ə l a l 
 


334 
 
Dəf’ ol!.. 
(Gövərçini balkonun bir tərəfinə itər, çocuq əlindən düşüverir.) 
 
Gövərçin 
 
(mə’yus və çılğınca bir fəryad ilə) 
 
Yavrum! 
 
(deyə kəndisini balkondan aşağı atmaq istər) 
 
C ə l a l 
 
(şiddətlə salona doğru itər) 
 
Çəkil!.. 
 
Gövərçin 
 
Ah, qatil!.. 
Bayılıb düşər. Acı və dəhşətli sükut... 
 
 
Pərdə 
 
 
 
DÖRDÜNCÜ PƏRDƏ 
 
Köydə sadə bir qonaq, bağçaya enmək üzrə  zərif bir balkon, ətrafda, son bahara məxsus 
çiçəklər və  ağaclar... Ta ucda bir təpəyə  çıxmaq üzrə – hər iki tərəfi uçurumlarla muhat – 
girintili, çıqıntılı bir cığır... Bağçadan cığıra küçük və darcıq bir köprü ilə keçilir. İkindi çağı, 
bulutlu hava... 
 
Y ı l d ı r ı m 
 
(Anjel ilə bərabər gələrək) 
 
İştə, bizim əski yurt
Baq, nə gözəl köycügəz! 
Hər tərəf yeşil orman, 
Istədiyin qadar gəz. 
Həm nə qadar baqımlı, 
Sanki hər yer gülümsər; 
Burda son bahar bəncə, 
İlk bahardan da dilbər... 


335 
 
Şu ev bəy babamındır, 
Uluğ bəyə məxsusdur. 
 
(Anjelin qolundan tutub sağ tərəfdəki yoldan kənar bir guşəyi göstərir.) 
 
Bənimki, ta... uzaqdan 
İnsana gülüb durur. 
 
A n j e l 
 
Ah, bu köy xatırlatdı 
Keçmiş günləri bana, 
Ta çocuqkən aşiqdim 
Yeşilliyə, ormana. 
 
Y ı l d ı r ı m 
 
İştə, burda pək əski 
Çoban şairlər kibi 
Seyr eyləriz bir zaman 
Şu üryan gözəlliyi. 
Qışı qİsmət olursa 
İstanbula dönər də, 
Həp yaşarız qayğısız, 
Gürültüsüz bir yerdə. 
 
Bu sırada görünməz bir guşədən titrək və həzin bir ahənglə aşağıdakı şərqi eşidilir. 
 
G ö v ə r ç i n i n s ə s i 
 
Gövərçinim, Gövərçin, 
Ağlarım için-için. 
Bən bu qara bəxt ilə 
Niçin doğdum, ah, niçin!? 
 
Y ı l d ı r ı m 
 
Yanılmıyorsam bu səs 
Gövərçinin olmalı, 


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə