Hüseyn caviD



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə62/65
tarix28.06.2018
ölçüsü1,34 Mb.
#51961
1   ...   57   58   59   60   61   62   63   64   65

319 
 
Gövərçin 
 
Xayır, hiç bir təsəlli istəməm, ah! 
Artıq yetər, bənimçin ən son pənah 
İştə Bosforun şəfqətli qucağı! 
İştə qayğısız qurtuluş ocağı! 
Əvət, ta əskidən bir çoq mə’sumlar, 
Bənim kibi bəxti dönmüş məzlumlar, 
Həp şu Bosfora etmiş də iltica, 
Rahətlə dalmış əbədi uyquya. 
 
Əkrəm 
 
(əlindən tutaraq) 
 
Çocuqluq yetişir, mələk həmşirəm, 
Gəl, haydı, gəl... 
 
Gövərçin 
 
Xayır, inan ki, Əkrəm, 
Bu çırpınış bir həftə sürməz belə, 
Er-gec uğraşıb çıqaram sahilə. 
C ə l a l geri dönər, şübhəli baqışlarla onları dinlər. 
 
Əkrəm 
 
Gövərçin, pək də aldanıyorsun... Əvət, 
Dünyada yoq fəlakətsiz səadət
Əvət, hər gecədən doğar bir günəş... 
 
C ə l a l 
 
(istehzalı və sərxoşca bir qəhqəhəylə) 
 
Əvət, hər kömürdən parlar bir atəş!? 
 
(Gövərçin əlini çəkərək digər odaya keçər.) 
 
Əkrəm 
 
Cəlal, Cəlal! Yetər əyləncə artıq, 
Düşün, artıq əlverir sayğısızlıq. 


320 
 
Şu xain Anjeli həmən dəf’ eylə 
Yoqsa məhv olur bütün bir ailə. 
 
(Kitablarını alıb sol qapıdan çıqmaq üzrə ikən bir daha dönərək.) 
 
Saqın, Gövərçini yalnız buraqma! 
 
C ə l a l 
 
(yarım qəhqəhəylə) 
 
Şimdi pək sərxoşum, qüsurə baqma! 
 
Əkrəmlə bərabər çıqar, bu sırada Y ı l d ı r ı m l a A n j e l sağ tərəfdən daxil olur. Anjel 
yazlıq əlbisə geymiş; köksü, qolları açıq və omuzunda ipəkli, süd mavi bir şal var. 
 
A n j e l 
 
Nerdəsin? Bir həftədir bir kərə də 
Gəldiyin yoq Anjeli ziyarətə... 
 
Y ı l d ı r ı m 
 
Çünki uzaq bulunduqca Anjeldən 
Yenə az-çoq təsəlli bulurum bən. 
Ayrılıqda həp qəlbimə hökm edən 
Yalnız sən olursun, gülüm, yalnız sən!.. 
Lakin sana yaqlaşırkən daima, 
Cəlal kibi rəqib çıqar qarşıma. 
 
A n j e l 
 
Bunca qısqanc olmanı arzu etməm. 
 
Y ı l d ı r ı m 
 
(əzabi-vicdan ilə ətrafa) 
 
Ah, Gövərçin!.. Ah, zavallı həmşirəm!.. 
 
A n j e l 
 
(balkona baqaraq) 
 
Aman, yarəb, nə şairanə məhtab!.. 


321 
 
Y ı l d ı r ı m 
 
Əvət, gözəl... lakin kədər, iztirab, 
Ruhumu qaplayan qara teyiflər, 
Qorqunc xəyallar həp bəni məhv edər. 
Gözlərimdə sanki hər şey bir sərab... 
Bəncə həp fərqsiz zülmətlə məhtab. 
Bən məhtabı yalnız kəndi ruhumda, 
Kəndi qəlbimdə görmək istərim... 
 
A n j e l 
 
(heyrət və təbəssümlə) 
 
Ya!? 
O məhtab nə imiş? 
 
Y ı l d ı r ı m 
 
Sanki bilmiyor? 
Eşqi təmsil edən o pənbə bir nur, 
O bir nur ki, cəzb edər hər aşiqi; 
O bir nur ki, sənsin onun xaliqi. 
 
A n j e l 
 
Sən ki, daim eşqə gülərdin; niçin, 
Niçin böylə birdən-birə dəyişdin? 
 
Y ı l d ı r ı m 
 
Çünki hənuz hiç bir gözəllik bəni 
Əsir etməmişdi... Ta gördüm səni, 
Ta səndən ayrıldım, əsirin oldum, 
Həp sızlayıb durdu zavallı ruhum. 
Hər çiçəkdə duydum sənin ətrini, 
Hər çöhrədə könlüm səni dinlədi. 
Əmin ol, mələyim, əmin ol, şimdi 
Bəncə ən keçilməz qayeyi-əməl 
Sənsin, fəqət sən!.. Ah, sevimli Anjel! 


322 
 
Anjeli qolları arasına alıb balkona keçər. Gövərçinlə Aydəmir bu sırada daxil olub 
mənzərəyi seyr edərlər. 
 
Aydəmir 
 
Ah Cəlalın şu əxlaqsız metresi 
Doğru yoldan sapdıracaq hər kəsi. 
Hətta o elmas ruhlu Yıldırım da, 
Şu əf’iyə vuruldu ilk adımda. 
 
Gövərçin 
 
(acı təbəssümlə) 
 
Nə yapsa xoşdur, həm çıqmaz qüsurlu, 
Çünki Fransa ərməğanıdır bu. 
 
A n j e l 
 
Sən Parisdə etməsəydin çocuqluq
İnan, şimdi daha məs’ud olurduq. 
 
Y ı l d ı r ı m 
 
Əfv et, qüsurluyum, əfv et, sevgilim! 
Zatən bu bir təbii haldır, gülüm! 
Qara bulut sarmadıqca səmayı, 
İnsan duymaz günəşdəki səfayı, 
Bahar əldən çıqmadıqca anılmaz. 
 
A n j e l 
 
(laübali qəhqəhələrlə) 
 
Aman, yarəb, niçin fikirli, qurnaz! 
 
Aydəmir 
 
(son dərəcə sinirli) 
 
Cəlalın Tanrı versin bəlasını. 
 
Gövərçin 
 
Aman, aman, bu evdən çıqar bəni. 


323 
 
(hər ikisi digər odaya keçər) 
 
Y ı l d ı r ı m 
 
(Anjel ilə bərabər salona keçərək) 
 
Xayır, xayır, Bosforu tərk etməli, 
Bu evdən çıqmalı, artıq getməli. 
 
A n j e l 
 
Sənin gah dağ kibi mətanətin çoq
Gah xırçın bir çocuq qadar səbrin yoq... 
 
Y ı l d ı r ı m 
 
Xayır, xırçın deyil, bir xəstəyim bən, 
Könül yalnız dilər şəfayı səndən. 
Gedəyim, Gövərçin bəkliyir bəni, 
Sən də həmən düşün-daşın həpsini. 
 
(digər odaya keçər) 
 
C ə l a l 
 
(
Sofa qapısından daxil olur. Yıldırımın çıxdığını görüncə Anjeli yaqalar, diqqətlə gözlərinə 
baqaraq.) 
 
Anjel! Yenə şu əfsunkar baqışlar, 
Sanki dəhşətli bir xəbər sayıqlar. 
 
A n j e l 
 
Ah, şu müəmmalı sözlər nə lazım!? 
 
C ə l a l 
 
Pəki səndən nə istiyor Yıldırım? 
 
A n j e l 
 
Onda pərəstişdən başqa bir şey yoq, 
Zatən o, bir çocuq, mə’sum bir çocuq. 


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə