Hüseyn caviD



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə63/65
tarix28.06.2018
ölçüsü1,34 Mb.
#51961
1   ...   57   58   59   60   61   62   63   64   65

324 
 
C ə l a l 
 
(kinayəli bir təbəssümlə) 
 
Lakin sevimli bir çocuq, deyilmi? 
 
A n j e l 
 
Hiç onu inkar eyləmək qabilmi!? 
 
(salonu tərk etmək istər.) 
 
C ə l a l 
 
(onu yaqalar, hiddət və həyəcan ilə) 
 
Xayır, bən nə qadar olsam da sərsəm, 
Kimsəyə əyləncə olmaq istəməm. 
Düşün bir nerdəsin? Əlverir sükut, 
Artıq Fransayı unut, həp unut!.. 
 
A n j e l 
 
(məhzun) 
 
Bən bunu əvvəldən bilirdim, əvət, 
Gedər də hürriyyət, gəlir əsarət. 
 
C ə l a l 
 
Xayır, bən demədim əsir ol sana
Fəqət bə’zən tutduqların pək fəna... 
 
(kəskin) 
 
Başından çıqmalı boş düşüncələr, 
Yetər, yetər, bunca sapqınlıq yetər!.. 
 
Hiddətlə sağ qapıdan çıqar, Anjel onun çıqdığını görüncə laübali və istehzalı 
qəhqəhələrlə gülməyə başlar. 
 
Edmon 
 
(sofa qapısından içəri soqularaq) 
 
İştə kanaryamı buldum şakarkən... 


325 
 
A n j e l 
 
Ah, siz kimsiniz?! 
 
Edmon 
 
(zəhrxənd ilə) 
 
Bən bənim, sən də sən... 
 
(Yapma saqalını qoparır.) 
 
A n j e l 
 
(heyrətlə) 
 
Sən buraya nasıl girdin?.. 
 
Edmon 
 
(istehzalı təbəssümlə) 
 
Ah, gülüm! 
Bulutlardan üçdum, bacadan düşdüm, 
Sən unutdun Edmonu, lakin Edmon 
Eldən-elə qoşar səninçin... 
 
A n j e l 
 
Edmon! 
 
Əfv et bəni, əfv et! Bəndə qüsur çoq... 
 
Edmon 
 
(acı təbəssümlə) 
 
Xayır, xayır, səndə hiç bir qüsur yoq
Bənim idrakımı kor etdi Tanrı, 
İlk öncə əldən qaçırdım şikarı, 
Sonra düşdə uçan bir xəyal kibi, 
Gövərçin izləyən bir qartal kibi, 
Avropayı ölkə-ölkə dolaşdım; 
Ormanlardan keçdim, dağlardan aşdım; 
Tufanlar qoparkən sərsəm başımda, 
Nəhayət buldum Anjeli qarşımda. 


326 
 
A n j e l 
 
(müztərib) 
 
Ah, bu gəlişdən məqsədin nə, söylə? 
 
Edmon 
 
(istehzalı təbəssümlə) 
 
Bir az əylənmək istərdim səninlə. 
 
A n j e l 
 
(divarda asılı xəncəri göstərir) 
 
Bəni məhv etmək istiyorsun əgər
Al da vur,  İştə köksüm!  İştə xəncər! 
 
Edmon 
 
Xayır, o nərmin, o lətif sinəyi 
İsırmaqçın dodaq xəncərdən eyi... 
Lakin isırmaq quduzluqdur, xayır, 
Əmmək, öpüb əmmək daha datlıdır. 
 
(Anjeli qolları arasına alıb da öpmək istər.) 
 
A n j e l 
 
Allah eşqinə dur, Edmon! Aman, dur! 
Cəlal duysa həmən çıldırıb durur. 
Nə sən sağ qalırsan, nə bən... haydı, get! 
Hiç zərər yoq, get, bir qadar də səbr et! 
Yarın aqşamlayın köprü başında, 
Mütləq Anjeli bulursun qarşında. 
 
Edmon 
 
Fəqət, saqın, sözün yalan çıqarsa, 
Qurtulamazsın əlimdən bir daha. 
 
A n j e l 
 
Xayır, artıq dönüklük umma bəndən, 
Yalnız, yalnız yardım istərim səndən. 


327 
 
Edmon 
 
(onun əlini öpərək) 
 
Pəki, bir daha imtihan eylərim, 
Yarın söylədiyin yerdə bəklərim. 
 
Mütərəddid adımlarla çıqar. Anjel də düşüncəli bir halda balkona keçər. Yıldırım getdiyi 
odadan dönərək Anjelin yanına gəlir. Edmon təkrar salona girib onları dinlər. 
 
Y ı l d ı r ı m 
 
(Anjelin əlini əlləri arasına alaraq, heyrətlə) 
 
Aman, niçin böylə dəyişdin, niçin? 
Xayır, sən dəminki Anjel deyilsin. 
Sana qaplanlarmı hücum eylədi? 
Yoqsa Cəlal bəymi bir şey söylədi? 
 
A n j e l 
 
Əvət, əzizim, bir şey olmuş bana, 
Fəqət onu sonra söylərim sana. 
 
Y ı l d ı r ı m 
 
Çəkinmə, söylə, hər əmrini inan, 
İcrayə hazırdır Yıldırım əl’an. 
 
A n j e l 
 
Xayır, əmr etmək deyil, bir ricam var, 
Yalnız bəni çapuq bu evdən çıqar! 
 
(Dərhal omuzundakı şala bürünərək.) 
 
Şu məhbəsdən çıqar da qurtar bəni, 
Həm də bu saət, bu saət, bildinmi? 
 
Y ı l d ı r ı m 
 
Lakin bunca səbirsizlik nə lazım? 
Hər işdə bir qadar düşüncə lazım... 


328 
 
A n j e l 
 
Bənim həlakımı istərsən əgər 
Çıq get! Yoqsa düşüncə verməz səmər. 
Düşün, bitmiş artıq tabım, təvanım, 
Uçurumdur sağım, solum, hər yanım. 
 
Y ı l d ı r ı m 
 
Fəzlədir bunca iztirabü dəhşət
Gəl, gedəlim, gəl! Yoq təlaşə hacət! 
Edmon dərhal qarşıdakı küçük odaya keçər. 
 
A n j e l 
 
(Yıldırımla bərabər sofa qapısına yaqlaşaraq) 
 
Sanki oyar qəlbimi xain bir əl, 
Hər tərəf fəlakət... Gəl, gedəlim, gəl! 
 
(Çıqarlar.) 
 
Edmon 
 
Xainlər, ah, səfillər! Gedin, gedin! 
Fəqət əsla qurtuluş yoq sizinçin. 
 
Onları izlər. O çıqdıqdan sonra Gövərçin yavrusu qucağında, son dərəcə məhzun bir halda 
salona daxil olur. 
 
Aydəmir 
 
(sofa qapısından gələrək) 
 
Quzum, artıq bütün fəlakətlərin 
Ya sonudur, ya başlanğıcı... 
 
Gövərçin 
 
Niçin? 
Səndə var görünür başqa bir xəbər. 
 


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə