Hüseyn caviD



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə53/65
tarix28.06.2018
ölçüsü1,34 Mb.
#51961
1   ...   49   50   51   52   53   54   55   56   ...   65

268 
 
Məs’ud. Əvət! Rö’yan fəna rö’ya deyil (Yorğun bir halda yatağına uzanır). 
Rəuf (sevinclə). Aman, rö’ya dedin də, eyi xatirimə  gəldi.  Şimdicə gözlərimi 
qapamışdım, bir də gördüm damın üstü yarıldı, göydən nurani bir zat endi. Onun 
küçük bir işarəti ilə,  şu böyük divar havaya qalqdı; dərhal üçümüz də quş kibi 
qanatlanıb uçmağa başladıq. Fəqət biz ikimiz yuca bir dağ üzərinə endik; Şeyda isə 
uçduqca uçdu, yüksəldikcə yüksəldi. Nihayət bulutlara qavuşaraq büsbütün qeyb oldu. 
 
(Məs’udun yanı başında uzanıverir). 
 
Məs’ud (usanmış bir halda). Allahını sevərsən,  şu rö’yaları  bıraq da azacıq 
rahatlanayım, bu gecə gözümə uyqu girdiyi yoq... (Bu zaman Şeydanın yanındakı 
pəncərəyə parmaq ucu ilə vurularaq “Şeyda! Şeyda!..” deyə Rozanın səsi eşidilir). 
Şeyda. Xayır, xayır, gəlməm. Get, Allah eşqinə, get! 
 
Təkrar pəncərəyə vurularaq “Şeyda! Şeyda!” deyə əvvəlki səs eşidilir. 
 
Şeyda. Nə istiyorsun? Ah, bəndən nə istiyorsun? (Üzgün bir halda qalqıb oturur. 
Pəncərəyi açaraq bir qadar alıq-alıq dışarıya baqdıqdan sonra). Roza! Roza! Nerəyə 
getdin? Niçin gəldin də, niçin getdin? Ah, niçin bana rahət vermiyorsun? Qəhr olmuş 
bir zavallıdan nə istiyorsun? 
Rozanın xəyalı yaldızlı nurlar içində, mələk qiyafətində olaraq görünür. Süzgün 
və munis baqışlarla Şeydaya doğru ilərilər. 
Şeyda (dönüb baqınca). Ah, rö’yamı görüyorum? 
Roza (nəvazişlə). Şeyda! 
Şeyda (heyrətlə). Aman, yarəbbi! 
Roza (həsrətlə). Şeyda! 
Şeyda. Ah, nə istiyorsun? 
Roza (təbəssümlə). Şeyda! 
Şeyda (darğın). Roza, Roza! Allah eşqinə, get! 
 
Bu halda qəhrəman simalı, durğun baqışlı, qara geyimli bir mələk gəlir. Şeyda durmaz. 
 
Roza. Şeyda! Bəni unutdunmu? 
Şeyda (göküs keçirərək, sinirli). Xayır, xayır, sana pərəstiş etdiyim günləri, sana 
sarıldığım dəqiqələri hənuz unutmadım. İlk eşqimizlə  


269 
 
süzülən baqışlarını, o mə’sumanə təbəssümlərini hala xatırlıyorum. Lakin, uf!.. Bəni 
atmış olan vəfasız Rozayı, o mərhəmətsiz afəti bir daha xatırlamam, bir daha görmək 
istəməm. 
Qarageyimli mələk (yarınəvazişkar, yarı-amiranə bir tevrlə). Nə söylüyorsun, 
Şeyda, nə söylüyorsun!? O sənin məftununsa, sən də onun məcnunusun. 
Şeyda (müztərib). Ah, sən kimsin? 
Qarageyimli mələk. Bən bənim, müstərih ol!.. Bən oyam ki, bütün ağlar gözlər, 
yaralı könüllər, bütün iztirablar və  həyəcanlar həp bənim sayəmdə rahət bulur, həp 
bənimlə mütəsəlli olur. 
Şeyda (onun durğun və mə’nalı baqışlarından sarsılaraq). Uf, aman, yarəbbi! 
Qarageyimli mələk (mütəbəssim).  Şeyda! Sən bəxtiyarsın.  Əvət,  şimdi, 
bəxtiyarsın. 
Şeyda. Xayır... xayır... Bən hiç bir təsəlli istəməm (təlaşla). Ah, o munis çöhrən nə 
qadar nəvazişkar isə, dərin və durğun baqışların da bir o qadar qorquncdur. 
Q a r a g e y i m l i mələk. Qorqma, hiç qorqma! Bən səni sıqmaq için deyil, 
yalnız könlünü almaq, acılarını unutdurmaq için gəldim. (Parmaqları arasında 
parlamaqda olan yüzüyü göstərir).  İştə bu elmas yüzüyü görüyormusun? Əbədi bir 
nişan olmaq üzrə Rozaya təqdim ediyorum, sənin tərəfindən təqdim ediyorum.  İştə, 
bu, qırıq könüllərinizi birləşdirir, küskün ruhlarınızı barışdırır. 
Şeyda (Rozaya işarətlə). Xayır, bən ona inanmıyorum, ah, inanmaq istəmiyorum. 
Qarageyimli mələk. Əmin ol, Şeyda, əmin ol! Bundan sonar hiç bir maneə, hiç bir 
qüvvət sizi bir-birinizdən ayıramaz. (Açıq pəncərəyə işarətlə). Baqsana!  İştə bu ilahi 
eşqi yıldızlar da alqışlıyor, mələklər də təqdis ediyor. 
Şeyda (baqar, son dərəcə heyrət və sevinclə). Aman, yarəbbi! O incə bulutların 
toqquşması, şu parlaq yıldızların aqışması nə gözəl!.. 
Ah, o rəngarəng quşlar,  şu al qanatlı  mələklər nasıl da oynaşıyor, necə  də 
uçuşuyor!.. 
 
Bu sırada Rozanın xəyalı ilə qara geyimli mələk haman qeyb olurlar. 
 
Rəuf (gözlərini ovuşdurub yerindən qalqar. Şeydayı bu halda görüncə  təlaş  və 
mərhəmətlə). Aman, nə yapıyorsun? 


270 
 
Şeyda (mültəfit olmayaraq). Of.. şu behişti mənzərə nə qadar lətif, nə qadar ülvi... 
(Dönüb Rəufu yanında görüncə). Ah, onlar nə oldu? Onlar nerəyə getdi? 
Rəuf (heyrətlə). Kimi arıyorsun? 
Şeyda (səbirsizliklə). Allah eşqinə, onlar nə oldu? 
Rəuf. Kimi soruyorsun? 
Şeyda (sinirli). Roza!.. Ah, mərhəmətsiz mələk!.. 
Rəuf (Şeydanın açmış olduğu pəncərəni qapayaraq). Hiç bu olur şeymi ya!? Sən 
nihayət, kəndini xərab edəcəksin. 
 
Yatar. Bu sırada qomşu odadan yaralı bir ahənglə dəşti məqamı üzərinə söylənən aşağıdakı 
şərqi eşidilər. 
 
İlahi, biqərarım, biqərarım, 
Yanar ruhum, dəmadəm əşkbarım; 
Vuruldum bir vəfasız işvəkarə, 
Əsirim bən, əsiri-eşqi-yarım. 
 
Bu sırada qara geyimli mələk təkrar görünür. 
 
Şeyda. Uf, bu səs sanki bənim ruhumu tərənnüm ediyor (onu görüncə)
Ah, yenəmi gəldin? 
Qarageyimli mələk. Əvət, gəldim də bərabər gedəlim. 
Şeyda. Pəki, nerəyə, nerəyə gedəcəyiz? 
Qarageyimli mələk. Başqa aləmlərə, daha yüksəklərə. 
Şeyda. Xayır, bən yalnız, yalnız Rozayı istərim. 
Qarageyimli mələk  (Rozanın görünməkdə olan duvaqlı  xəyalına işarətlə).    İştə, 
gəliyor, həm də gəlin duvağında... 
Şeyda. Of, gəl, gəl də bərabər gedəlim. 
Qarageyimli mələk  (Rozanın göksünü süsləməkdə olan pənbə gülü Şeydaya 
uzataraq).    İştə  cənnət fidanlarından dərilmiş bir qönçə... Al, al da qoqla, baq, nə 
qadar gözəl qoquyor. 
Şeyda (mütərəddid). Ah, xayır... xayır... 
Roza. Rədd etmə, al! 
Şeyda. Roza, Roza! Şu munis çöhrə könlümə dəhşət veriyor. 
Onun gözlərinə əsla inanamıyorum, sanki o bəni səndən ayırmaq istiyor. 
Qarageyimli mələk  (mə’nalı bir təbəssümdən sonra).  Əvət, bən çoq anaları 
yavrusuz, çoq yavruları anasız qoydum. Bir düyün, yas 


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə