Hüseyn caviD



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə51/65
tarix28.06.2018
ölçüsü1,34 Mb.
#51961
1   ...   47   48   49   50   51   52   53   54   ...   65

261 
 
DÖRDÜNCÜ PƏRDƏ 
 
Ətrafı  sərvlərlə  əhatə olunmuş bir xıristiyan məzarlığı, səhnənin ucunda
məzarçıya məxsus bir oda, hənuz günəş batmamış... Mariya matəm əsvabında olaraq, 
ətrafı, üzəri  əklillərlə, çiçəklərlə süslənmiş tazə bir məzar qarşısında dalıb gedir. 
Müller isə mütəəssir bir halda düşünüb durur. Bu sırada aşağıdakı türkü – şikəstə 
havasında olaraq – yaralı və tutqun bir ahənglə ətrafdan eşidilməyə başlar. 
 
Türkü 
 
Fələk hər gün qıyar bir novcəvanə, 
Hər gün qılar bir aşiqi divanə. 
Hər tərəf məzarlıq, hər yer qəmxanə, 
Açılmadan solmuş çiçəkli bağlar. 
 
Bir gülən yoq şu qayğılı dünyadə, 
Çoqlar nakam olub irməz muradə
Kimsəni görmədim zevqü səfadə, 
Bülbül ağlar, sünbül ağlar, gül ağlar. 
 
Maks Müller. Artıq günəş batıyor, getmiyəlimmi? 
Mariya. Ah, bənim yeni doğmuş günəşim batdıqdan sonra, başqa günəşlərin batıb 
çıqmasında nə əhəmiyyət ola bilir!? (Gözləri yaşarmış olduğu halda). Ah, Roza, Roza, 
mələk Roza! 
Maks Müller (onun qolundan tutaraq). Gedəlim, Mariya, vaqt keçiyor. (Istirham 
və nəvazişlə). Haydı, qalq, Mariya! 
Mariya. Ah, bəni buracıqda, yavrucığazımın yanında bıraqıb getsən, daha 
məmnun olurum. 
Maks Müller. Mariya! Gedəlim; qalq, gedəlim, yarın yenə gəliriz. 
Mariya (qalqaraq). Gedəlim, of, gedəlim. (Müllerin yardımı ilə dörd-beş adım 
yürür, birdən-birə yaralı ahu baqışilə dönüb baqaraq.) 
Əlvida! Yavrum, əlvida! 
Hər ikisi məhzun və mütəəssir adımlarla çəkilir. Bu sırada Rəuf ilə Məs’ud gəlir. 
Rəuf (Mariyanın uzaqlaşdığı tərəfə baqaraq). Zavallı Mariya, bir an səbr və aramı 
yoq. 


262 
 
Məs’ud. Nə yapsın? Gözünün işığı, yeganə ümidi, bir qızcığazı var idi, o da 
əlindən getdi. Əvət! Mariyanın halı pək acınacaq bir hal... Lakin şu Musaya nə dersin? 
Bir həftə var ki, hökumət hərifi arıyor da, bir dürlü bulamıyor. 
Rəuf. Doğrusu, bən onun sağ qaldığına  əsla inanamıyorum. Allah Məcid 
əfəndinin bəlasını versin, hərifi durduğu yerdə bədbaxt etdi. 
Məs’ud. Hələ Şeyda, hələ Şeyda! Onu unutuyormusun? 
Rəuf. Onu hiç söyləmə!  Şeydanın dərdi çəkilir dərdlərdən deyil... O, Rozanın 
məcnunu olmuş, bən də onun. Yoqsa şimdi bənim buralarda nə işim? 
Məs’ud. Nə etməli; əzizim, məhəbbət əsarətdir. 
Rəuf. Ən tuhafı bu ki, Şeyda Rozanın ölümünə əsla inanmaq istəmiyor. 
Məs’ud. Öylə isə onun burada nə işi?! 
Rəuf. Kim bilir, bəlkə... 
Məs’ud. Bəlkə biliyor da, sezdirmiyor, sezdirmək istəmiyor. 
Rəuf. Xayır, inan ki, Əzrail belə şəhadət eyləsə yenə inanmaz. 
Məs’ud. Haydı, kəndisini bulalım da, bən işin həqiqətini şimdi anlarım. Bu halda 
məzarçı odasından çıqar. 
Rəuf (məzarçıya). Arqadaş! Dünkü hərifi gördünmü? 
Məzarçı.  Şıq bəyimi? Ixtiyarımı? Dağınıq saçlı  dəliqanlıyımı? Hankisini 
soruyorsun? 
Məs’ud (Rəufa). Şu böylə ixtiyar kim imiş, əcəba? 
Rəuf. Bəy bizim Əşrəf, ixtiyar da babasıdır. 
Məs’ud. Pəki, onlar burada nə yapıyor? 
Rəuf (Rozanın məzarına işarətlə). Əşrəf bəy şu məzarın daimi mücavirlərindəndir. 
Babası da hər aqşam oğlunun arqasınca qoşub duruyor, kölgəsi kibi peşindən 
ayrılmıyor. 
Məzarçı (ətrafa). Əcaib şey! Nerdə bir şaşqın, sərsəri varsa həp buraya toplaşır. 
Məs’ud. Haydı, Şeydayı bulalım da evə gedəlim. 
Rəuf. Əvət, gedəlim, bəlkə şad bir xəbər duyarız. 
Məs’ud. Nə şad xəbər? 
Rəuf. Inqilab xəbəri... 
Məs’ud. Nasıl inqilab? 


263 
 
Rəuf. Yəqindir ki, qocaman şimal ayısının dərisi parçalansın. 
Müstəbid rus zənciri üzərimizdən qalqsın və  hər millət kəndi yurduna, kəndi 
hüququna qavuşsun. 
Məs’ud. Gəl canım, gəl... sən də Şeyda kibi xəyalpərəst olma!.. 
 
Gedərlər. 
 
Musa başında  əski, yırtıq bir şapka, təbdili-qiyafət etmiş olduğu halda məzarçı 
odasından çıqar. Rəufla Məs’ud getdiyi tərəfə baqaraq məzarçıya. 
Mu s a . Onları tanıyormusun?  İştə bizim əski arqadaşlar! 
Məzarçı. Aman, odaya çəkil; başqa bir adam daha gəliyor. 
Musa (müstəhzi).  İştə o da bizim başımızın sahibi Məcid  əfəndi! (Məmnun). 
Amma nə eyi təsadüf. Hiç şimdiyə qadar bir avın avçıyı izlədiyini eşitdinmi? 
Məcid əfəndi. Haydı, söylənmə, odaya get; bən də şuradakı odunları gətirəyim. 
Mu s a . Pəki, arqadaş, pəki... (odaya girər, məzarçı da bir tərəfə gedər). 
Məcid  əfəndi (ağır adımlarla məzarçının odasına yaqlaşaraq). Bana baq! Orada 
kim var? 
Musa (çıqar. Tanınmayacaq bir səslə). Kimi istiyorsun? 
M ə c i d ə f ə n d i . Əşrəf buraya gəlmədimi? 
Musa (sükut edər). 
Məcid əfəndi. Hər aqşam buraya gələn dəliqanlıyı görmədinmi? 
Musa (cəvab verməksizin ona yaqlaşar). 
Məcid əfəndi (qorqu və hiddətlə). Sağırmısın, yahu? Niçin cəvab vermiyorsun? 
Mu s a . Əvət, alçaqca sözləri eşitməmək için sağırım. 
Məcid ə f ə n d i . Ah! (Deyə geri çəkilir). 
Mu s a . Al,  İştə sana ən kəskin cəvab! (Dərhal revolverlə köksündən vurur). 
M ə c i d ə f ə n d i . Ah, ax... (Deyə arqası üstə düşər). 
Musa (vəhşiyanə). Gəbər!.. Gəbər, alçaq hərif, gəbər!.. Nihayət cəzanı buldun! 
(Müstəhzi). Tək  əl işə yaramazmış, tək  əldən səs çıqmazmış, öyləmi? (Çılğınca 
qəhqəhələrlə gülər). 
Məzarçı (qoltuğunda beş-altı odun parçası olaraq gəlir, heyrət və təlaşla). Aman, 
şu hərif kim? Buna nə oldu? 


264 
 
Musa (acı qəhqəhə ilə).  İştə sana yeni bir müştəri daha! 
Məzarçı (şaşqın). Nə yapdın? Yahu, nə yapdın? 
Mu s a . Başqa laf istəməz. (Cənazəyə  işarətlə). Haydı, al da şuracıqdakı boş 
məzarə göm! (Təbdili-tevrlə). Amma şikar pək yağlı şikar! Saqın, ciblərini unutma! 
Məzarçı. Ah, sən başımızı bəlayə soqacaqsın! 
Mu s a . Haydı, çoq söylənmə! Şimdiyə qadar sən bana əmr etdin. 
Artıq bundan sonra sıra bənimdir. 
Cənazəyi ayağından tutub göstərdiyi tərəfə  çəkər, məzarçı da odun parçalarını 
bıraqaraq baş tərəfdən yaqalar, bərabər götürürlər. 
Əşrəf (onlar çəkildiyi sırada, yaralı qolu ağ  məndillə bağlı olaraq gəlir, yaralı-
məhzun baqışlarla Rozanın məzarı qarşısında dalıb gedər, sonra məzarı tutaraq, sinirli 
və titrək bir səslə). Roza! Roza! Niçin bəni yalnız bıraqdın, niçin!? 
Ani bir hiss ilə dönüb ətrafa baqar. Haman cənazə götürülən tərəfə getmək istər, 
bu sırada  Şeyda başıaçıq, saçları dağınıq, solğun və  pərişan bir halda yan tərəfdən 
qarşısına çıqar. 
Əşrəf (bir-iki adım geri çəkilərək). Kim o? 
Şeyda. Ah, xain, mərhəmətsiz!.. Sənin burada nə  işin? Yoqsa, yoqsa bəni məhv 
etmək içinmi gəldin? 
Əşrəf (müztərib). Şeyda, əmin ol ki... 
Şeyda (onun sözünü kəsərək). Tanıyorum, bən səni tanıyorum, bəhanə istəməz. 
Qəlbimi nasıl parçaladınsa, vücudumu da öylə parçala, bəlkə rahatlanayım. 
(Həyəcanlı) Fəqət sən!.. Sən yaşa! Roza ilə bərabər yaşa! Roza ilə bərabər məs’ud ol! 
Bu halda Əşrəfə doğru bir qurşun açılır. Hər ikisi şaşırıb durur. Fəqət hiç birinə 
dəyməz. 
Musa (gələrək  Şeydaya). Xayır! Xayır! Yaşayacaq sənsin, sən... Yalnız xainlər 
gəbərməli, xainlər məhv olmalıdır. 
Ə ş r ə f . Nə istiyorsun, yahu, bəndən nə istiyorsun? 
Şeyda (ikisinin arasına girər. Istehzalı və məcnunanə bir baqışla Musaya). Çılğın 
hərif, səndəmi şaşırdın! Bəxtiyarların ölməsində, talesizlərin  


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə