Hüseyn caviD



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə12/65
tarix28.06.2018
ölçüsü1,34 Mb.
#51961
1   ...   8   9   10   11   12   13   14   15   ...   65

69 
 
A r s l a n b ə y (şaşqın). Çingiz!.. 
Na d i r b ə y . Haydı, Sultan, söylə baqalım... (Çingizlə Arslan bəyə təbəssümlə). 
Gizli söhbət yasaqdır, əfəndilər!.. 
A ş ı q S u l t a n (başlar) E...yyy... 
 
Vicdanları parlaq tutan sevgidir
Sevgisiz könül ya daşdır, ya dəmir... 
Bir könülə iki sevgi yaraşmaz, 
Könül bir, sevgi bir, böyük Tanrı bir... 
 
(Mükərrər.) 
 
T u r x a n bəy (başını sallayaraq mütəfəlsəfanə təkrar edər). 
 
Könül bir, sevgi bir, böyük Tanrı bir... 
 
A ş ı q S u l t a n . Əfəndilər!.. 
 
Sevgidədir ancaq Allah rizası, 
Sevgisiz bir gönül şeytan yuvası... 
Qardaşım! Bu dünya kimsəyə qalmaz, 
Aldanma! Çürükdür əsli, əsası... 
 
(Mükərrər.) 
 
Ç i n g i z b ə y . Yaşa, Sultan, yaşa! 
 
Aşıq bir-iki öksürür. Bu sırada Bayram, bənzi uçmuş bir halda içəri girib 
döşəməyi gözdən keçirir, ciblərini araşdıraraq  şaşqın və mütəcəssis bir halda çıqıb 
gedər.) 
 
A ş ı q S u l t a n . Aaxx... 
 
İnsan bir gün dikən, bir gün çiçəkdir, 
İnsan gah bir şeytan, gah bir mələkdir. 
Fənalıq, eyilik bil nə deməkdir! 
Yarın adın dastan olur dillərdə... 
 
(Mükərrər) 
 
Hər tərəfdən Sağ ol! Var ol! – deyə aşığı alqışlarlar. 
 


70 
 
Aşıq (yenə dəvam edər). Ağalar!.. 
 
Nə buldular İsgəndərlər, Çingizlər!? 
Qanlar döküb, canlar yaqıb getdilər!.. 
Cihanı titrədib alt-üst etdilər, 
Qanlı bir iz bıraqdılar ellərdə... 
 
(Mükərrər) 
 
Ç i n g i z b ə y (nifrətlə). Aşıq!.. 
A ş ı q. Əfəndim... 
Ç i n g i z b ə y (qapıyı göstərərək hiddətli). Artıq yetişir, haydı dəf’ ol!.. 
Turxan bəy (heyrətlə). Niyə, canım!? Nə oldu ki? 
Nadir bəy (mə’nalı bir qəhqəhədən sonra). Zərər yoq, Sultan, sən get. (Aşıq 
gedər). 
Turxan bəy (Çingizə). Yazıq deyilmi ya!.. Niçin könlünü qırdın? 
Ç i n g i z b ə y (sinirli). Allah eşqinə, söylətmə bəni... 
T u r x a n b ə y. Pəki, nə oldu ki?! Söyləsənə!.. 
Ç i n g i z b ə y (qızğın). Daha nə olacaq!.. Böyük Çingiz, o sarsılmaz hökmdar 
tariximizin ən şanlı bir qəhrəmanı olduğu halda, təhqir ediliyor da kimsə əhəmiyyət 
vermiyor. 
Turxan bəy (Çingiz bəyə). Bu, təhqir deyil, əzizim, bəlkə tarixlərdə görünmüş bir 
həqiqətdir. 
Ç i n g i z bəy (ayaqda gəzinərək qayət sinirli). Əfv edərsiniz,  əfəndim! Öylə 
çürük həqiqətlər bir taqım boş qafalara yerləşə bilir. Mühakiməli bir adam, öylə 
iftiralara  əsla qulaq verməz. (Daha şiddətli). Azacıq insaf etməli,  İştə  hər millətin 
tarixi meydanda... Əcnəbilər böyük İsgəndər, böyük Napoleon deyə öz 
qəhrəmanlarına abidələr yapdırıyor,heykəllər dikdiriyorlar. Fəqət bizlər!.. Bizlər isə 
Çingiz kibi cihangirlərə, Teymur kibi qəhrəmanlara xunxar, canavar deyə ləkələmək 
istiyoruz! 
B  ə y p o l a d (Çingiz bəyə). Doğrusu, bu xüsusda bən də  səninlə  həmfikirim. 
Gerçəkdən, millətimiz pək sönük, pək mühakiməsiz... Daima düşman ağzından 
eşitdiyi iftiraları bir həqiqət zənn edib də, ona görə söz söylər. Həm də bu iftiralar, bu 
həqarətlər ən ziyadə Şərq kitablarına məxsus bir haqsızlıqdır. 


71 
 
T u r x a n bəy (Nadir bəyə). Pəki, bu xüsusda sən nasıl düşünüyorsun? 
N a d i r bəy (sandaliyədən qalqaraq məharətli bir natiq tevrilə). 
Hər kəs eyi bilir ki, bən əsla qan dökülməsini sevməm. Deyil ki,  məxluqatın ən 
şərəflisi olan insanların, hətta zəif, aciz bir qarıncanınbelə qanına girmək, bəncə, əfv 
edilməz bir cinayətdir. Fəqət, tarixialəm bir dəfə gözdən keçirilsin... Şimdiyə qadar 
qansız, müharibəsiz hanki vəq’əyə rast gələ bilirsiniz? Birinci olaraq tarixi-müqəddəsi 
alın. Nə bulursunuz?.. İlk səhifədə Qabil kibi xain cəllad bir qardaş siyah nasiyəsilə 
qarşınızda dikilib durur. Sonra yapraqları çevirin! Dinisiyasi binlərcə qanlı  səhifələr 
gözlərinizi qamaşdırır. Din və məzhəb bayrağı altında dökülən qanlar bir yana, siyasət 
naminə edilən məzalimi sayıb bitirmək için binlərcə, milyonlarca kitab lazım... Yalnız 
Çingizi, yaxud onun kibi bir-iki cihangiri haqsız görüb də başqalarını haqlı göstərmək, 
zənnimcə pək böyük bir haqsızlıqdır. 
B ə y p o l a d. Əvət, doğru, həm də pək doğru... 
Na d i r b ə y . Lakin yenə  təkrar edərim, bəncə,  əsil qəhrəmanlıq yara 
bağlamaqdadır, abad etməkdədir. Yoqsa həmcinsinə  qıymaqdan, yaqıb-yıqmaqdan 
zevq alanlar, başqasının fəlakətində səadət arayanlar, birər adi cəlladdan başqa bir şey 
deyildir. 
Çingiz bəy (şiddətli qəhqəhələrlə). Öylə isə bütün insanlar, bütün təbiət, bütün 
kainat birər cəllad deməkdir. 
Bəypolad (saatına baqaraq ümuma). Əfsus ki, şərəfi-müsahibətinizdən məhrum 
olmaq zamanı yetişdi (Turxan bəyə). Müsaidə buyurulsa... 
T u r x a n b ə y. Nə əcələ ediyorsunuz, canım!.. 
B ə y p o l a d. Vəzifəm, rəsmi vəzifədir əfəndim, bir az daha geciksəm boynuma 
məs’uliyyət gəlir. Çünki şura bana müntəzirdir. 
T u r x a n b ə y. Bu şura niçindir, əcəba? 
B ə y p o l a d. Dəmiryol məsələsinə aiddir, əfəndim! 
T u r x a n b ə y. Pəki, bu gəlib-getməkdən biz nə anladıq?! 
B ə y p o l a d. Inşallah, yenə görüşürüz. 
Bu sırada Bayram şaşqın bir halda daxil olur, yenə ətrafı gözdən keçirir, bir daha 
ciblərini yoqlar. Boş qədəhləri toplayıb götürmək üzrə ikən bir-ikisini düşürür. 
T u r x a n b ə y. Nə olursun, bə!? Çıldırdınmı?! 


72 
 
Bayram. Əfəndim, əfv edərsiniz... (Yaşarmış gözlərini silərək). 
Ah, bilməm çaldılarmı? Kəndimmi düşürdüm? Iki aylıq maaşım qoltuq cibimdə 
idi... (Hönkür-hönkür ağlayaraq). Getdi, əvət, getdi... Bütün əməyim hədər oldu, 
getdi... 
Bəypolad (kəskin və hiddətli bir tevr ilə Bayrama). Gəl buraya, oğlum! 
Bayram ona yaqlaşır və donuq bir vəziyyətlə baqıb dururkən Bəypolad sərt və 
atəşli bir sillə eşq edər, məclisdəkiləri dərin bir heyrət alır, Bayram da durduğu yerdə 
dona qalır. 
B ə y p o l a d (Bayrama). Qeyb etdiyin para nə qadardi? 
Bayram (titrək səslə). İki altın, əfəndim... 
 
Bəypolad cibindən iki altın çıqarıb Bayrama vermək istər. 
 
Turxan bəy (mane olaraq). Aman, rica edərim! Nə yapıyorsunuz? (Çantasını 
çıqarır). 
B  ə y p o l a d. Xayır,  əfəndim, bənimlə Bayramın arasına kimsənin girməsini 
istəməm. (Bayram əllərilə göz yaşını silər. Turxan bəyə baqaraq verilən parayı qəbul 
etmək istəməzsə də, Bəypolad zorla avcuna sıqışdırır və əlini onun omuzuna qoyaraq 
sərt və  kəskin bir ahəng ilə). Bayram! Oğlum, Qulaqlarını eyicə aç! Sözümü, 
nəsihətimi dinlə!.. Sən bir baba yigitsən, bu hal sana yaraşmaz. Sən bir türk oğlusun, 
mərd oğul kökünü unutmaz. Ər oğlu ər ol, qəlbini dar tutma!.. Baq nə diyorum sana, 
sözlərimi unutma!.. (Qayət şiddətli və ağır bir ahəng ilə). 
Heysiyyətli bir baba yigit, nə oynar... nə gülər... nə  də  ağlar... Çünki oynamaq 
çingənələrin işidir, gülmək çocuqların payıdır, ağlamaq da dul qadınlara yaraşır... 
Anladınmı? İştə bu qadar! Haydı, get!.. 
 
Bayram qədəhləri alıb çıqar. 
 
B  ə y p o l a d. Əfəndilər! Cəsarətimin  əfv ediləcəyinə  əminim, çünki 
səmimiyyətdən iləri gələn qüsurlar daima əfv edilir. Bir də bənim təbiətim bu!.. Nerdə 
boynu bükük və miskin bir erkəyə rast gəlsəm, dərhal sinirlərimə toqunur, baxüsus o 
adam türk qevminə mənsub olursa!.. 
Çingiz bəy (Bəypolada). Zatən bu böyük bir məziyyət, böyük bir fəzilətdir, 
əfəndim! 


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə