Hüseyn caviD



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə20/65
tarix28.06.2018
ölçüsü1,34 Mb.
#51961
1   ...   16   17   18   19   20   21   22   23   ...   65

94 
 
T u r x a n b ə y. Pəki, biz bu gəlib-getməkdən nə anladıq? 
Qa z ı . Fəqət şər’i bir məsələ için gəldim. Yoqsa oturacaq deyilim. 
T u r x a n b ə y. Nasıl məsələ? Xeyir ola!? Qazı (acı-acı gülərək, heyrətlə). 
Doğrusu, bu arifanə təcahülünüz pək mə’nidardır! 
T u r x a n b ə y. Əfv edərsiniz, sözünüzdən hiç bir mə’na çıqaramıyorum. 
Qa z ı . Sübhanallah!.. Şəhirdə bütün ünas-zükur, müslim, qeyrimüslim hər kəsin 
bildiyi bir işi, siz niçin bilmiyəsiniz?! 
T u r x a n b ə y. Nasıl, əfəndim? Nə imiş, əcəba? 
Qazı (qafasını oynataraq). Təəssüf olunur!.. Təəssüf olunur. Turxan bəy əfəndi!.. 
Atadan-babadan sizin namuslu, heysiyyətli bir xanədən olduğunuzu bütün vilayət 
bilir, lakin... lakin çoq təəssüf olunur ki, böylə  şərəfli bir xanədanı siz ləkələmək 
istiyorsunuz! 
Turxan bəy (sinirli). Rica edərim, hər nə söyləmək istiyorsun, qısa və açıq söylə! 
Qazı (birdən-birə bağıraraq). Nə söyləyim ki, xalqın arasına yeni bid’ət 
qoyursunuz... Gəlinin islam qızı olduğu halda bir xıristiyandan seçilmiyor (Qayət 
sinirli). Ah... Ah!.. Müsəlmanlıq böylə gedərsə, çoq sürməz ki, ev-eşiyimiz Lut şəhri 
kibi yerin dibinə keçər! 
Na d i r b ə y . Əfv edərsiniz, qazı  əfəndi!..  Əvvəla, bu, vicdani bir məsələdir. 
Saniyən, bunu siz bid’ət bildiyiniz halda ən böyük üləma tamamilə  şəriətə müvafiq 
görüyor. 
Qa z ı . Kim? Üləmamı?.. (Zəhrxəndə ilə). Bir taqım  şəriət xainləri üləma 
sırasınamı keçdi?.. Yoqsa sizin kibi sərsəmlərə alət olmuşlar da, onunçünmü?! 
Na d i r b ə y . Zənn edərsəm həddini çoq təcavüz ediyorsun, bu dərəcə 
tərbiyəsizliyin lüzumu yoq... 
Qazı (hiddətlə yerindən qalqaraq). Banamı? Ah, artıq banamı tərbiyəsiz diyorsun? 
Nadir bəy (kəskin). Əvət, söylədiklərinə diqqət etsən, nə dərəcədə ağzı bozuq bir 
səfil olduğunu anlarsın!.. 
T u r x a n b ə y. Nadir! Rica edərim, artıq yetişir... 
Qazı (çılğın bir halda bağıraraq). Bir alimə bu dərəcə bihörmətlik ha?.. 
Nadir bəy (qəhqəhə ilə gülərək). Alimləri təhqir ediyorsun... 
Qa z ı . Ah, sapqınlar!.. Azğınlar!..  Şəriət xaini məl’unlar! (Qapıyı  şiddətlə 
qapayıb çıqar). 


95 
 
T u r x a n b ə y . Xayır, xayır, onda hiç bir qəbahət yoq... Bütün bu rəzalətləri 
törədən bənim o heysiyyətsiz,  şərəfsiz oğlumdur (Hiddətli və sinirli bir halda 
bağıraraq). Ah, Cəmil, Cəmil! Allah sana xoş gün göstərməsin... 
Cəmil bəy (şaşırmış bir halda daxil olaraq). Yenə nə var? Nə olmuş?.. 
T u r x a n b ə y. Daha nə olacaq!.. Daha nə olsun ki, dost-düşman içində bizi 
yerlərə soqdun! 
Cəmil bəy. Bənmi! 
Turxan bəy (nifrətlə). Allahını sevərsən, söylətmə bəni!.. 
Cəmil bəy.  Əgər bənim bu şəhirdə oturmam sizi sıqıyorsa, dəf’ olub getməyə 
hazırım. 
Na d i r b ə y . Bu sözlərin nə lüzumu var, canım! 
Turxan bəy (Cəmilə). Uzun laf istəməm, bir həftəyə qadar ya o qız bu şəhirdən 
çıqmalıdır, ya bən... 
Cəmil bəy (darğın). Xayır, bir həftə  pək uzaq... Bu saət!..  Əvət, bu saət 
qulluğundan mürəxxəs ola biliriz. 
T u r x a n b ə y. Buyurun!.. Buyurun! Uğurlar olsun! 
 
Cəmil çıqmaq istər. 
 
N a d i r b ə y (yaqalayaraq). Nə yapıyorsun, Cəmil! Divanəmisin? 
Cəmil bəy. Yetişir, Nadir, artıq yetişir... 
Nadir bəy (israr ilə). Allah eşqinə, çocuqluğu bıraq! 
Cəmil bəy. Əmin olunuz ki, bütün dünya bəni bu fikrimdən vaz keçirəməz. 
Turxan bəy (acı-acı gülərək, Cəmilə). Gerçəkdən gediyorsun ha!? 
Cəmil bəy (küskün və sinirli). Əvət, gediyorum, babacığım! Sağlıqda qalınız!.. 
(Sağ qapıdan çıqar). 
Nadir bəy (Turxan bəyə). Canım, sözü bir az mülayim söyləsəniz, olmazmı ya?.. 
Turxan bəy (qızğın). Nadir! Nadir! Artıq bən Cəmil adında evlad tanımıyorum, 
zərər yoq, dəf’ olub getsin!.. Baba sözündən çıqmaq nə olduğunu  iştə sonra anlar!.. 
Bayram (sol qapıdan tez içəri girib Turxan bəyə).  Əfəndim,  şəhir hakimi polis 
göndərmiş, sizi əcələ istiyor. 


96 
 
T u r x a n b ə y. Pəki, baqalım bu nə diyor? (Baqıb dışarı  çıqar. Bayram da 
arqasınca gedər. Nadir bəy sinirli və düşüncəli bir halda odada bir aşağı, bir yuqarı 
gəzinib durur. Bu sırada sağ qapı nazikanə vurulur). 
N a d i r b ə y . Kim o? 
Humay (bənzi uçmuş bir halda daxil olaraq). Nadir! Cəmil sizi görmək istiyor, 
bən də Turxan bəyi vida etməyə gəldim... 
N a d i r b ə y (şaşqın). Allah, Allah... Nə münasibətsiz hallar! (Qayət qızğın və 
sinirli). Xocalarımız  şöylə! Ixtiyarlarımız böylə!.. Gənclərimiz öylə!.. Insan 
düşündükcə qafası dönüyor... Hər tərəfə baqsan ya ifratdır, ya təfrit. Kimsə kimsəyi 
anlamıyor!.. Kimsə kimsəyi dinləmiyor!.. Nə vəhşilər kibi vəhşiyiz, nə mədənilər kibi 
mədəni!.. 
Humay (məhzunanə).  Əvət, pək doğru,  əfəndim!.. Lakin nə yapmalı!?  (Sağ 
qapıdan çıqarlar). 
Maral incə, nimşəffaf bir şal örtünmüş olduğu halda N a z l ı ilə  bərabər daxil 
olur. 
Böyük bir iztirab içində bir şey arar kibi baqınıb durur. 
N a z l ı (təlaş ilə). Yenə gözümə pək pərişan görünüyorsun? Nə var? Nə olmuş! 
Bət-bənizin niçin öylə uçmuş? 
Ma r a l . Bayram nerdə? 
N a z l ı . Nə yapacaqsın? 
Maral (müztərib). Ah! 
N a z l ı . Maral! Səndə bir xəbər var, fəqət bəndən gizliyorsun... Hər dərdinə şərik 
olduğumu bildiyin halda, niçin yürəyini bana açmıyorsun? 
Ma r a l . Of, hər dəqiqə yaqıcı xülyalar, vərəmli xəyallar beynimə hücum edib 
duruyor, nə söyləyəcəyimi kəndim də bilmiyorum. 
N a z l ı . Söylə, yavrum, söylə!.. Sənin yolunda əlimdən gələni əsirgəməm. 
Söylə, hiç çəkinmə!.. 
Maral (Nazlının qollarına sarılaraq, məhzunanə). Gediyorum, Nazlı bacı, getmək 
istiyorum. 
N a z l ı (heyrətlə). Nerəyə? 
Maral (məhcub). Ah... Arslan bəyə söz verdim, könül verdim... 
N a z l ı (şaşqın). Nasıl?! Qoşulub qaçmaqmı? 
Maral (titrək səslə). Əvət. 
N a z l ı (mülayimətlə). Maral! Maral!.. Həyat beş günlükdür, fəqət namu...s! 
Namus əbədidir! 
Maral (mütəəssir). Of, aman, yarəbbi! 


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə