Hüseyn caviD



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə19/65
tarix28.06.2018
ölçüsü1,34 Mb.
#51961
1   ...   15   16   17   18   19   20   21   22   ...   65

91 
 
N a z l ı . Baş üstünə, əfəndim... 
Maral (gələrək). Dəf’ oldumu? 
N a z l ı . Əvət, getdi... 
Maral (Turxan bəyin çıqdığı qapıya yaqlaşaraq). Get-get, Allahın iki ayaqlı 
bəlası!.. Get ki, gözlərim o bürüşmüş, murdar yüzünü görməsin!.. Qulaqlarım o gönül 
bulandırıcı  səsini eşitməsin (Qapıyı qapar). Ilahi!.. Bən nə günah işlədim ki, böylə 
işgəncələr içində  məhv olub gedəyim!.. (Pəncərədən bağçaya baqaraq sinirli və 
mütəəssir). Ah, bəxtiyar Humay! 
N a z l ı . Yaradana qurban olayım!.. Kimini ağladır, kimini güldürür. Bayram 
(dışarıdan bağırır). Nazlı bacı! Ay Nazlı bacı!.. 
N a z l ı (Marala). Səbirli ol, qızım, əlimizdən nə gəlir?! (Sağ qapıdan çıqar.) 
Maral (məndilini çıqarıb göz yaşını silmək istərkən bir rəsim düşər, dərhal yerdən 
alıb həsrətlə baqar, halı  dəyişərək). Ah, Arslan! Sevgili Arslan! (Öpərək). Bir daha 
səni görsəydim, ölməzdim. Əvət, hiç olmasa sənin qollarının arasında ölsəydim, yenə 
məs’ud olurdum. 
B a y r a m (daxil olaraq, məhrəmanə). Xanım, Arslan bəy gəlmiş... 
Ma r a l . Pəki, nə diyor. 
Bayram. Diyor ki, artıq hər şey hazır... Marala söylə ki, vaqtı qeyb etməsin, şimdi 
fayton gələcək... 
Ma r a l . Ah, pək gözəl... Fəqət saqın, kimsə duymasın! (Bayramın əlinə dörd-beş 
altın sıqışdıraraq). Al,  İştə bunları da evinizə göndərirsin. 
Bayram. Təşəkkür edərim. 
Ma r a l . Bən şimdi kəndi odama gedirim, fayton gəldiyi kibi xəbər verərsin. 
Bayram. Baş üstünə, xanım... 
Maral (sağ qapıdan çıqaraq). Ah, şu bayquş yuvasından bir qurtula bilsəydim... 
 
Humay ilə  Cəmil  əllərində birər çiçək dəməti olaraq sol qapıdan girərlər. Bu sırada eşik 
qapı çalınır. 
 
Cəmil bəy. Bayram, gör qapıyı çalan kimdir? Nadir bəy olsa gəlib söylərsin. 
Bayram (dışarı fırlayaraq). Pəki, əfəndim! 


92 
 
Humay (Cəmil bəyə). Haydı, gedəlim, bu günkü qəzetəyə bir göz gəzdirəlim, 
baqalım nə var, nə yoq... 
Cəmil bəy. Nə olacaq! Hər günkü saçma, hər günkü fəlakət!..  İştə hər tərəfdə haq 
naminə bir haqsızlıqdır gediyor... (Sağ qapıdan çıqarlar. Bu sırada T u r x a n b ə y , N 
a d i r b ə y , Bayram sol qapıdan daxil olurlar). 
Turxan bəy (Bayrama). Cəmil nerdə? 
Bayram. Odasındadır, əfəndim. 
T u r x a n b ə y. Yalnızmı? 
B a y r a m. Xayır, Humay xanım da yanında. 
T u r x a n b ə y. Ona şübhəmi var!.. Hiç o, Humaydan ayrılırmı? 
(Qızğın və sinirli). Canım, bu qız bir bəla olub da başımıza keçdi; artıq onun 
əlindən çarsuya, bazara çıqamıyoruz. Nerəyə getsən, xalqın ağzında “Cəmil-Humay” 
sözündən başqa bir laqırtı yoq. Eşik qapı təkrar çalınır, Bayram çıqar. 
Na d i r b ə y . Fəqət avam camaatın hər sözünə qulaq verilirmi, ya? 
Turxan bəy (hiddətli). Pək  ə’la, avam camaata qulaq vermədik, lakin bu qızın 
yüzü-gözü açıq gəzməsinə nə dersin? 
Na d i r b ə y . Zatən o, ta çocuqluqdan bəri açıq və sərbəst olaraq böyümüşdür. 
T u r x a n b ə y. Pəki, bu hərəkət şəriətə müvafiqmi ya? 
Na d i r b ə y . Əlbəttə, ona şübhəmi var?.. 
Turxan bəy (acı qəhqəhə ilə). Yanılıyorsun, əzizim, yanılıyorsun... 
Na d i r b ə y . Bilməm!.. Fəqət bəncə:  şəriət insanların nicat və  səadəti için 
yapılmış bir qanundur. Xalqı təhlikəli uçurumlara yuvarlayan bir qanun isə pək çürük 
və mə’nasız bir əfsanə deməkdir. Bir də nə islam şüarı, nə türklük səciyyəsi qadınlara 
“örtün!” deyə,  əsla məcbur etməz və bu hal yalnız e’tiyaddan doğma bir 
məhkumiyyətdir ki, o da er-gec zail olar. 
T u r x a n b ə y. Pək gözəl, bu şəhirdə Humaydan başqa qız-gəlin yoqmu ya? 
N a d i r b ə y (mütəbəssim). Dedim ya... bir az sonra həpsini Humaya arqadaş 
bulursunuz... 
T u r x a n b ə y. Nə demək istiyorsun, Nadir?! Sən dəmi şaşırdın? 


93 
 
Na d i r b ə y . Doğrusu, dağ keçisi kibi vəhşi böyümüş bir qadına deyəcək yoq... 
Lakin sağlam bir tərbiyəyə, sarsılmaz bir əxlaqa malik olan xanımların açıq 
gəzməsində hiç bir məhzur görəmiyorum. Bununla bərabər əcnəbilərdə olan mə’nasız 
sərbəstliyə də əsla tərəfdar deyilim. Hələ onun-bunun qoltuğunda rəqs edən, hər rast 
gəldiyi adamla qol-qola gəzən bir xanım, bəncə qadınlıq namına böyük bir ləkədir. 
T u r x a n b ə y. Aldanıyorsun, Nadir, aldanıyorsun! Ah, qadınlara hürriyyət ha!? 
(Acı qəhqəhədən sonra, ciddi və həyəcanlı). Nadir! Nadir! 
Quyruqlu yıldızlar uğradığı yerləri nasıl zəhərlərsə, nasıl yaqıb-yıqarsa,  əmin ol 
ki, sərbəst qadınlar da eyni rolu oynayacaq, eyni fəsadı törədəcəkdir. 
Na d i r b ə y . Fəqət eyicə düşünülürsə, tərbiyəli qadınların törətdikləri fəsad, 
yaratdıqları fəzilətə nisbətlə hiç dərəcəsindədir. 
Turxan bəy (istehzalı qəhqəhələrlə). Öyləmi?.. Öyləmi?! 
Na d i r b ə y . Öylə ya... Tariximizin ən şanlı qəhrəmanlarını, ən böyük dahilərini 
vücuda gətirən, əcəba qadınlar deyil də kimlərdir!? 
T u r x a n b ə y. Əfsus ki, dünyanın ən böyük qəhrəmanları yenə onların lətif və 
yumşaq əllərilə məhv olub getmişlər... 
Na d i r b ə y . Lakin bir qaç istisna, hiç bir əhəmiyyəti haiz olamaz... 
T u r x a n b ə y . Bən onu-bunu bilməm. Ancaq şimdiyə qadar nerdə bir fəlakət, 
nerdə bir cinayət eşitdimsə, orda mütləq bir qadın parmağı olduğunu gördüm. 
Nadir bəy (qəhqəhə ilə). Doğrusu, fəna mühakimə deyil! Nədənsə qadınlardakı 
mə’sumanə  və  mələkanə xislətlər, onların bəşəriyyətə verdiyi ülviyyət və  səadətlər, 
bir dürlü nəzərinizi cəlb edəmiyor da, daima əksini görüyorsunuz, öylə görmək 
istiyorsunuz... 
Qazı (başında qocaman bir sarıq, burnunun ucunda pək  əski və böyücük bir 
gözlük olduğu halda, Bayramla bərabər daxil olaraq). Əssəlamu  əleyküm... (Turxan 
bəylə Nadir bəy yerindən qalqaraq “əleyküm-əssəlam” – deyə salamlaşırlar). 
T u r x a n b ə y. Buyurun, qazı əfəndi, buyurun, baqalım... (Bayrama). Çapuq bir 
nargilə hazırla! 
 
Bayram tez çıqar. 
 
Qa z ı . Xayır, zəhmət etməyiniz! (Ara-sıra düşmək üzrə olan gözlüyünü 
əli ilə tutaraq düşməsinə mane olur). 


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə