Hüseyn caviD



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə21/65
tarix28.06.2018
ölçüsü1,34 Mb.
#51961
1   ...   17   18   19   20   21   22   23   24   ...   65

97 
 
N a z l ı (kəskin). Maral! Yavrum! Allahın əmri... Peyğəmbərin şəriəti... ayaqlar 
altına alınmaz, qızım! Anlayormusun? Hələ bunu cəllad sifətli Turxan bəy duyarsa, 
inan ki, səni əsla sağ bıraqmaz! 
Maral (sinirli). Ah, şimdiyə qadar öylə bir nəzakətdə bulunsaydı, daha məmnun 
olurdum! 
N a z l ı . Uf, yavrum! 
Ma r a l . Söylə, Allah için söylə! Əcəba xain bir cəllad əlində qəhr olmaq, şəriətə 
itaətmi deməkdir? 
N a z l ı . Qızım, bir düşün!.. Kimsəsiz anan, o zavallı qadın ayaqda duracaq halı 
yoq ikən, şimdi böylə dəhşətli bir xəbər duyarsa, gör nə olur?! 
Ma r a l . Artıq təhəmmülüm qalmadı. Yetər! Ah, daha söyləmə! 
(Bu sırada “Nazlı! Ay Nazlı” deyə Cəmil bəyin səsi eşidilir). 
N a z l ı . Şimdicik gəliyorum, elmasım, məraq etmə! Allah kərimdir (Sağ qapıdan 
çıqar). 
Ma r a l . Allah kərimdir! (Mə’yus bir halda düşünür). 
Bayram (sol qapıdan içəri girər). Xanım, Arslan bəy gəldi, sizi bəkliyor. 
Ma r a l . Söylə ki, kefim yoq, bu gün gedəməm. 
Bayram (düşünür). 
Ma r a l . Haydı, get!.. Get, söylə! Həm də içəri gəlmək istəsə, saqın, 
bıraqma! 
Bayram. Hiç bu mümkünmü ya!.. Şimdicə getmək için söz vermədinmi? 
Maral (hiddətli). Sana nə söylərlərsə, ona baq! 
Bayram. Pəki... (Çıqar). 
Maral (şaşqın və  sərsəm bir halda). Ah, aman yarəbbi! Hər iki tərəfim təhlikəli 
uçurum... Burada qalsam Turxan bəyin murdar nəfəsi, qoşulub qaçsam namus, iffət 
məsələsi bəni bitirəcək, bəni məhv edəcəkdir. 
 
A r s l a n b ə y sol qapıdan əcələ içəri girər, Maral ürkərək bir tərəfə çəkilir. 
 
A r s l a n b ə y . Maral! 
Ma r a l . Ah, Arslan! (Bir az daha çəkilir). 
A r s l a n b ə y . Maral! Bu nə kefsizlikdir? 
Ma r a l . Hiç, Arslan! Hiç.. 


98 
 
A r s l a n b ə y (Maralın əllərini yaqalayaraq). Öylə isə niçin duruyorsun? Haydı, 
gedəlim. 
Ma r a l . Xayır, xayır, Arslan, daha gedəmiyəcəyim. Artıq bundan sonra... 
A r s l a n b ə y . Aman, nə demək istiyorsun?! 
Ma r a l . Əvət, artıq bundan sonra bəni unut!.. Bu çarəsiz bədbaxtı unut! 
A r s l a n b ə y . Maral, Maral!.. Ah, nələr eşidiyorum!? 
Maral (müztərib). Aman, yarəbbi! 
A r s l a n b ə y . Maral!? 
 
Bu halda Turxan bəy gəlir, onları böylə görüncə şaşırıb durur. 
 
Ma r a l . Ah, Arslan!.. Arslan!.. 
Turxan bəy (dərhal revolverini çıqarır. Maralın sözünü kəsərək acı qəhqəhə ilə). 
Ya!.. Səndəki vəfa bu imiş ha!? 
Maral (məzlumanə). Aman, bəyim! 
T u r x a n b ə y . Uzun söz lazım deyil... Al,  İştə bu sənin... (Revolver patlar, 
Maral – “Ah” deyə düşü verir. Sonra Arslan bəyi nişanlayaraq). Bu da... (Revolver 
açılmaz). 
A r s l a n b ə y (hücum edərək). Ah, namərd! Alçaq! O, mələk kibi mə’sumdur 
(Haman xəncər ilə Turxan bəyi göksündən yaralar və dışarı fırlar). 
T u r x a n b ə y. Xain!.. Vicdansız!.. 
 
(Deyə Arslanı izlər) 
 
Maral (həzin və yaralı bir səslə). Uf... (Sofada bir-iki qurşun 
daha patlar). 
Humay (təlaş ilə daxil olaraq). Eyvah, bu nə fəlakət!.. (Maralı 
qucaqlayaraq). Maral!.. Maral!.. 
Maral (məhzun və acı təbəssümlə). Ah, Humay! Sənmisin?.. 
Humay. Sevgili Maral, hanki cəllad sana qıydı? 
Ma r a l . Hiç sorma!.. 
Nadirlə  Cəmil gəlir, mənzəreyi-faciəyi görüncə “ah” – deyə dona qalırlar. Eyni 
zamanda Turxan bəy də göksünü sağ əli ilə tutmuş olduğu halda geri dönər. Şaşqın və 
nadim bir cəllad tevri ilə baqıb durur. 


99 
 
Ma r a l . Humay!.. Əlvida!.. Ah, bəndən anama... salam! Unutma!.. 
Uf!.. Əl...vida!.. (Təslimi-ruh edər). 
Humay (yaralı bir fəryad ilə). Ah, Maral!.. Maral!.. Maral!.. 
(Deyə öpüb bağrına basar və şiddətli hıçqırıqlar içində boğulub düşər). 
 
Lakin Humay ilə Maralın son sözləri dəvam etdiyi sırada Nadirlə  Cəmilin sabit və  əzici 
nəzərləri daima yuqarıdan aşağıya olaraq Turxan bəy üzərinə dikili qalır. 
 
Pərdə 
 
 
 
SON 
 
 
 
Gəncə, 1913 


100 
 
ŞEYX SƏN’AN 
 
FACIƏ – 4 PƏRDƏ 
 
Qeyd 
 
“Şeyx Sən’an” mövqu-tamaşaya qonulduğu zaman ikinci pərdənin birinci 
səhnəsi ilə ikinci səhnəsi bir yerdə təmsil edilir. 
Üçüncü pərdənin ikinci səhnəsi ilə sondakı ilavə isə bütün-bütünə atılır. 
H.C. 
 
ƏŞXAS 
 
Şeyx Kəbir – fəzilət və irfanilə, irşad və ictihadilə məşhur, ağsaqal və nurani 
bir mürşid. 
Şeyx Əbuzər – Şeyx Kəbirin ailəsinə məhrəm, ev işlərinə nəzarət edər bir 
ixtiyar. 
Zəhra – Şeyx Kəbirin qızı. 
Əzra – Zəhranın rəfiqəsi, Şeyx Əbuzərin qızı. 
Şeyx Sən’an – otuz yaşında, xoşsima bir tələbə. 
Şeyx Hadi 
Ş e y x  S ə d r a – Şeyx Sən’anın yaqın arqadaşları. 
Əbülüla 
Şeyx Mərvan – təkgözlü, orta yaşlı bir şəxs. 
Şeyx Nəim – Şeyx Mərvanın məsləkdaşı. 
Şeyx Əbülləhyə orta yaşlı, iki zahidməslək arqadaş. Fəqət ƏbdülləhyəŞeyx 
Cəfər nin saqalı aşırı dərəcədə uzundur. 
Oğuz – iki gürbüz dəliqanlı 
Özdəmir – iki gürbüz dəliqanlı 
Dərviş – nurani bir ixtiyar. 
İki kor ərəb, dəvəçi, mələklər, sair şeyxlər və müridlər. 
Xumar (Tamara) – olduqca gözəl və mə’sum ruhlu bir gürcü qızı. 
Nina – Xumarın rəfiqəsi. 
Anton – şıq dəliqanlı. 
Simon – şıq dəliqanlı. 
P l a t o n – Xumarın babası. 
Serğo – Platonun xidmətçisi. 
Papas – sağlam vücudlu, mühib simalı bir keşiş. 
 
S a i r  d ə l i q a n l ı l a r , q ı z l a r  və ço c u q l a r ... 
Ş e y x l ə r və m ü r i d l ə r – ərəb qiyafətində; gürcülər isə əski gürcü 
qiyafətindədirlər. 


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə