Hüseyn caviD



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə23/65
tarix28.06.2018
ölçüsü1,34 Mb.
#51961
1   ...   19   20   21   22   23   24   25   26   ...   65

107 
 
Zəhrada dərin bir heyrət. 
 
Xumar 
 
(Şeyx Sən’ana) 
 
Durma, yüksəl, ənisi-ruhum, gəl! 
Mütərəddid görünmə! Gəl, yüksəl! 
Oqunur gözlərində nuri-dəha
Yüksəl, ey şeyx! Gəl, düşünmə daha!.. 
 
Şeyx Sən’an 
 
Of, bəndən nə istiyorsun, get! 
Bəndə can qalmamış, bir insaf et. 
 
Xumar qürur və istiğna ilə gedəcək olur. Şeyx Sən’an böyük bir təlaş və nədamətlə. 
 
Gediyor... a-h... getmə, atma bəni! 
Mərhəmət qıl, aman, unutma bəni! 
Getdi, eyvah, getdi... 
 
Zəhra 
 
Sən’an, kim? 
 
Şeyx Sən’an 
 
(Xumara) 
 
Getmə, gəl a-h, nazənin mələgim!.. 
 
Xumar 
 
(çəkilərək) 
 
Qal, səlamətlə qal, böyük Sən’an! 
 
Ucdakı pərdə qapanır, səhnə aydınlaşır. 


108 
 
Şeyx Sən’an 
 
Getdi, eyvah, küsdü getdi... Aman! 
 
Məcnunanə bir ıçqırıqdan sonra bayğın bir halda düşəcək olur. 
 
Zəhra 
 
(dərhal tutar, başını dizi üstünə alaraq) 
 
Nə fəlakətli hal, aman, ya Rəb! 
 
Əzra 
 
(gələrək) 
 
Bu nə dəhşət! Nədir bu halə səbəb? 
Bu sırada Şeyx Mərvan ilə Şeyx Əbuzər qapı arasında görünür. 
 
Şeyx Mərvan 
 
(istehzalı bir tövr ilə) 
 
Şeyx Əbuzər! Baq,  İştə seyr eylə. 
Hər nə gördünsə get də aç, söylə. 
Olmuş ağuşi-nərmi Zəhranın 
Bəstəri-nazi Şeyx Sən’anın. 
 
Əzra 
 
(bunları görüncə Zəhraya) 
 
Gəldilər a-h, aman, çabuq gedəlim. 
Durma, Zəhra!.. 
 
Zəhra 
Fəqət, yazıq!.. 


109 
 
Əzra 
 
Gedəlim! 
 
Hər ikisi çəkilib gedər. Şeyx Əbuzərlə Şeyx Mərvan haman Sən’anın üstünü alırlar. 
 
Şeyx Əbuzər 
 
Bu nə pəjmürdə hal... Aman, Sən’an! 
 
Şeyx Mərvan 
 
Büsbütün hiylədir, inan... 
 
Şeyx Əbuzər 
 
Sən’an! 
 
Şeyx Mərvan 
 
Xain, alçaq! Nasıl da baq, susuyor? 
Sanki bir tilki seyd için pusuyor. 
 
Şeyx Əbuzər 
 
Sus bə! 
 
Şeyx Mərvan 
 
Aldanma tilkidir, tilki. 
 
(acı-acı gülər) 
 
Şeyx Əbuzər 
 
(hiddətli) 
 
Nə təbiət bu səndə, bilməm ki!.. 


110 
 
Şeyx Mərvan 
 
(müstəhzi) 
 
Əhli-hal eşq için əvət, bayılır, 
Haydı, Zəhrayı get, çağır, ayılır. 
 
Şeyx Əbuzər 
 
Sus, yetər,  iştə gəldi Şeyx Kəbir. 
 
Şeyx Mərvan 
 
Gəlsin, etsin də barı bir tədbir... 
 
Şeyx Kəbir digər şeyxlər və müridlər ilə daxil olur. Böyük bir heyrətlə ətrafı sararlar. Şeyx 
Hadi Şeyx Sən’anın başını qolları arasına alır. 
 
Şeyx Kəbir 
 
Bu nasıl bət-bəniz? Oğul, Sən’an! 
 
(Şeyx Əbuzərə) 
 
Su gətir, haydı qoş! 
 
Şeyx Hadi 
 
Gecikmə, aman! 
 
Şeyx Əbuzər gedər. 
 
Şeyx Kəbir 
 
Hiç səbəbsiz deyil bu müdhiş hal!? 
 
Şeyx Hadi 
 
Nə də bayğın!.. Yoq onda tabü məcal. 


111 
 
Şeyx Kəbir 
 
Şübhəsiz, burda bir fəlakət var. 
 
Ümum 
 
Şübhəsiz, şübhəsiz bir illət var. 
 
Şeyx Mərvan 
 
Şübhəsiz, var cəzası hər əməlin, 
Hiç zərər yoq, cəzasıdır çəksin. 
 
Şeyx Kəbir 
 
(hiddətli) 
 
Söylə, Mərvan, nasıl cəza? Nə əməl!? 
 
Şeyx Mərvan 
 
Möhtərəm Şeyx! Altı gün əvvəl 
Vardı Sən’anla bir mübahisəmiz, 
Bağırıb söylüyordu pərvasız; 
“Olsa me’rac, olur da ruhani, 
Həp yalandır üruci-cismani. 
Bir bəşərdir, diyordu peyğəmbər
Hiç görülmüşmü çıqsın ərşə bəşər?” 
 
Ümum 
 
(heyrətlə) 
 
Allah, Allah! 
 
Şeyx Hadi 
 
Saqın, inanmayınız! 
Çünki Sən’anı söylətən yalınız 


112 
 
Şübhədir... Yoqsa şübhədən başqa 
Yoq onun bir qüsuru, yoq əsla. 
 
Su gəlir, həm Sən’anə içirir, həm də başını avuşdururlar. 
 
Şeyx Kəbir 
 
Şübhədir hər həqiqətin anası, 
Şübhədir əhli-hikmətin babası. 
Şübhə etməkdə haqlıdır insan, 
Çünki hər kəscə bəllidir: Yaradan 
Hər zaman, hər tərəfdə nurəfşan, 
Fərqsiz onca həp zamanü məkan... 
Ona məxsus yoqsa bir mə’va, 
Ərşə çıqmaqda varmı bir mə’na? 
 
Şeyx Nəim 
 
Sadə me’racı etmiyor inkar, 
Hələ tövhid için də şübhəsi var. 
Söylüyor: “Görməyincə xaliqi bən, 
İctinab eylərim pərəstişdən”. 
 
Şeyx Mərvan 
Bu zəlalətdir  İştə... 
 
Şeyx Hadi 
Sus, sən sus! 
 
Şeyx Mərvan 
Sanki bən susdum, öylədir, əfsus. 
 
Şeyx Kəbir 
 
(böyük bir dalğınlıqdan sonra) 


113 
 
Şübhə artarsa, həm yəqin artar
Mə’rifət nuru şübhədən parlar, 
Zənn edərsəm yanılmıyor Sən’an, 
Çünki xəllaq için şərəfli məkan 
Eyi, parlaq könüllər olsa gərək... 
Kim ki, Allahı istiyor görmək, 
Arasın qəlbi-tabnakində, 
Arasın kəndi ruhi-pakində
Hər kimin qəlbi, ruhu düzgündür, 
Daima hiss edər də haqqı görür. 
Feyləsufanə ruha malik olan 
Yaşamaz ayrı hərgiz Allahdan. 
Şeyx Sən’an gözlərini açaraq donuq bir vəziyyətlə baqınır. 
 
Şeyx Kəbir 
 
“Və minəl mai külli-şey’ün hey” 
 
Şeyx Hadi 
 
Su ilə canlanır, əvət, hər şey. 
 
Şeyx Sən’an 
Of... 
 
Şeyx Hadi 
 
Sən’an! 
 
Şeyx Kəbir 
 
Nasılsın, evladim? 
 
Ümum 
 
Çoq şükür!.. 


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə