Hüseyn caviD



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə25/65
tarix28.06.2018
ölçüsü1,34 Mb.
#51961
1   ...   21   22   23   24   25   26   27   28   ...   65

121 
 
Zəhra 
 
A-h!.. 
 
Şeyx Kəbir 
 
O yalnız qadındır,  İştə qadın! 
 
Şeyx Mərvan 
 
(istehzalı bir tövr ilə Şeyx Əbuzərə) 
 
Söylə Zəhrayə: “Gözlərin aydın!” 
 
Şeyx Sən’an 
 
(göyə doğru) 
 
Ey böyük Tanrı, ey böyük Yaradan! 
Hər qulun halı, fikri səncə əyan. 
Bəni səndən gözəl bilən, tanıyan, 
Varmı, ey xaliqi-zəminü zaman! 
 
(Şeyx Kəbirə) 
 
Bən otuz yıl cihanda zahidvar, 
Bilmədim qız-qadın nədir zinhar. 
Nə qadar bəndə varsa hissü həyat, 
Ehtirasatə düşmənim... heyhat! 
Bana biganə, zevqi-nəfsani, 
Sevdiyim yalnız eşqi-ruhani... 
Daha gönlümdə qeyri eşqə, inan, 
Yer bulunmaz, xayır... xayır... 
Bu sırada təkrar səhnənin işığı azalır, ikinci pərdə qalqaraq ta ucda əvvəlki behişti 
mənzərə görünməyə başlar. 
 
Xumar 
 
(sıtmalı bir ahənglə) 


122 
 
Sən’an! 
 
Nə çabuq çıqdı xatirindən? 
 
Şeyx Sən’an 
Aman!.. 
Bən şaşırdım. Saqın, inanma! 
 
Xumar 
 
Yalan!.. 
Hər kəsdə böyük bir heyrət... 
 
Şeyx Sən’an 
Ah, gəl, gəl, qüsurə baqma... 
 
Şeyx Kəbir 
Nə o? 
Nədir, oğlum? 
 
Şeyx Sən’an 
Odur, o!.. Baq, yenə o! 
 
(Xumara) 
 
Bəni əfv et!.. 
 
Xumar 
 
Sevimli Sən’an, gəl! 
Gəl, gəl!.. Oldunsa gər peşiman, gəl! 
 
(gedəcək olur) 
 
Şeyx Sən’an 
 
(Xumara doğru qoşaraq şaşqın və məcnunanə) 
 
Gediyor... A-h, getmə! 
 


123 
 
Şeyx Kəbir 
 
Kimdir o, kim? 
 
İkinci pərdə yavaş-yavaş qapanmağa başlar. 
 
Şeyx Sən’an 
 
(yaralı və həyəcanlı) 
 
Getmə, dur!.. Getmə, nazənin mələgim! 
 
(qoşub Xumarı qucaqlamaq istər, lakin müvəffəq olamaz, bayılıb düşər.) 
 
Şeyx Kəbir 
 
Allah-Allah, nədir bu əfsanə!? 
 
Şeyx Mərvan 
 
 İştə divanədir o, divanə!.. 
 
Şeyx Sən’anın qorqunc halını seyr etməkdə olan Zəhra pək həzin və dərin bir ah 
çəkərək, bitab bir halda Əzranın qolları arasına düşər; bu sırada pərdə yavaş-
yavaş enməyə başlar. 
 
Pərdə 
 
II SƏHNƏ 
 
Məkkeyi-müəzzəmədə böyük bir yol... Yol kənarında bir taqım evlər, uzaqda böyük 
came’lər, bilxassə qara örtülü Kə’bə görünür. Vəq’ə on yıl sonra vaqe olduğu için 
birinci səhnədəki əşxas, simaca gözə çarpacaq dərəcədə dəyişmişdir. Pərdə açıldıqda 
əlində su dəstisi olduğu halda küçücük bir ərəb qızının yoldan keçdiyi görülür. Şeyx 
Sədra ilə Əbülüla digər tərəfdən çıqarlar. 
 
Şeyx Sədra 
 
Bu nə müdhiş hava, susuzluqdan 
Adəta qavrulub yanar insan. 


124 
 
Əbülüla 
 
(Kə’bəyi göstərərək) 
 
Şübhəsiz olmasaydı Beytullah, 
Məkkə olmazdı hiç iqamətgah. 
Burda ömr eyləmək fəlakətdir, 
Şimdi bildim Mədinə cənnətdir. 
 
Şeyx Sədra 
 
(yoldan keçən qıza) 
 
Gəl, qızım, bir içim su ver bana sən. 
 
(Qız məmnun bir tövr ilə gülümsəyərək dəstiyi verir) 
 
Əbülüla 
 
Baş-beyin çatlıyor hərarətdən. 
 
Şeyx Sədra 
 
(azacıq sudan içər, dəstiyi iadə ilə) 
 
Sana, yavrum, Xuda əcir versin. 
 
Əbülüla 
 
Su nasıldır? Sərinmi? 
 
Şeyx Sədra 
 
Sorma!.. 
 
Əbülüla 
 
Niçin? 


125 
 
Şeyx Sədra 
 
İstiyorsan al iç də baq, qandır, 
Su deyil, adəta yapışqandır. 
Allah-Allah! Tənəffüs etdikcə, 
Ruhu təzyiq edər bir işgəncə. 
Halım, eyvah, pək müşəvvəşdir, 
Yudduğum həp alavdır, atəşdir. 
 
Hər ikisi böyük bir intizar içində çəkilib gedər. Bu sırada Ş e y x Mə r v a n ilə 
Şeyx Nəim görünür. 
 
Şeyx Nəim 
 
(Şeyx Mərvana) 
 
Düşünürsün də həp inildərsin, 
Söylə, Mərvan, niçin mükəddərsin? 
Həp dəyişdin Mədinədən çıqalı... 
 
Şeyx Mərvan 
 
Sorma, gönlüm yaralıdır, yaralı, 
Kor olaydı şu tək gözüm də bənim, 
Kaş ki, Zəhrayı görmiyəydi, Nəim!.. 
 
Şeyx Nəim 
 
Şu fəsahətlə sən niçin əcəba 
Onu ram etmədin!?. 
 
Şeyx Mərvan 
 
Xayır, əsla, 
Yoqdu əsla təşəbbüsümdə qüsur, 
Kim ki, mə’yub olursa, rədd olunur
*

 
 
                                                            
*
Küll mə’yub mərdud. 
 


126 
 
İştə çirkinlik öylə bir illət 
Ki, dəmadəm qazandırır nifrət. 
 
Şeyx Nəim 
 
Batinin əksidir fəqət zahir. 
 
Şeyx Mərvan 
Bir yalan sözdür  İştə şöhrətgir. 
 
Şeyx Nəim 
 
Bunca əndişə bisəmər... zira 
Şeyx Hadi, Əbülüla, Sədra 
Bir-birindən zəki, gözəl insan
Yenə Zəhracə möhtərəm Sən’an! 
 
Şeyx Mərvan 
 
(hiddətli) 
 
Onu xəllaqi-eşqə sormalıdır. 
 
Şeyx Nəim 
 
Xayır, insanda tale olmalıdır. 
 
Şeyx Mərvan 
 
(yola baqaraq, usanmış bir halda) 
 
Əcəba nerdə qaldılar bunlar? 
 
Şeyx Nəim 
 
Baqalım, bəlkə başqa maneə var. 
 
Hər ikisi geri dönər. Bu sırada i k i k o r ə r ə b görünərək, birinci suzişli və tutqun ahənglə 
ud çalar, ikinci də yaralı səslə hicaz məqamında olaraq aşağıdakı əbyatı oqur. 


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə