Hüseyn caviD



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə26/65
tarix28.06.2018
ölçüsü1,34 Mb.
#51961
1   ...   22   23   24   25   26   27   28   29   ...   65

127 
 
İ k i n c i  k o r 
 
Nə eşq olaydı, nə aşiq, nə nazlı afət olaydı, 
Nə xəlq olaydı, nə xaliq, nə əşki-həsrət olaydı. 
Nə dərd olaydı, nə dərman, nə sur olaydı, nə matəm, 
Nə aşiyaneyi-vüslət, nə bari-firqət olaydı. 
Gönüldə nuri-məhəbbət, gözümdə pərdeyi-zülmət... 
Nə nur olaydı, nə zülmət, nə böylə xilqət olaydı. 
Nədir bu xilqəti-bimərhəmət, şu pərdəli hikmət? 
Bu zülmə qarşı nolur bir də bir ədalət olaydı. 
Tükəndi taqətü səbrim, ədalət! Ah, ədalət! 
Nə öncə öylə səadət, nə böylə zillət olaydı. 
 
Qəzəl bitmək üzrə ikən dəvəçi qiyafətində bir ərəb sür’ətlə gəlib keçər. 
 
B i r i n c i  k o r 
 
Ey keçən arqadaş!.. 
 
Dəvəçi 
 
Nədir dərdin? 
 
B i r i n c i k o r 
 
Bizə Sən’anı göstər, Allah için. 
 
Dəvəçi 
 
Şimdi əl’an o, Məkkədən çıqıyor. 
 
B i r i n c i k o r 
 
Bizi bir dərdi-biaman sıqıyor, 
Ona Sən’an bulur da bəlkə dəva... 
 
Dəvəçi 
 
Nə imiş dərdiniz sizin əcəba? 


128 
 
B i r i n c i k o r 
 
Biz eşitdik yığın-yığın kor, lal, 
Hər tərəfdən sağır, çolaq və topal
Şeyx Sən’anə iltica ediyor, 
Hər kəs ondan şəfa alıb gediyor. 
İştə kordur bizim də gözlərimiz, 
Yalvarıb biz də bir şəfa diləriz. 
 
Dəvəçi 
 
(acı-acı gülərək) 
 
Bu kəramətlə ya niçin Sən’an 
Şeyx Mərvanə eyləməz dərman?! 
Barı açsın onun da tək gözünü, 
Xalq seyr eyləsin də mö’cüzünü. 
 
B i r i n c i k o r 
 
Şeyxi göstər də, bəlkə çarə bilir... 
 
Dəvəçi 
 
Burda siz bəkləyin, o şimdi gəlir. 
 
Dəvəçi gedər. Korlar mə’yus bir halda düşünür. Bu sırada Zəhra ilə Əzra erkək qiyafətində 
görünürlər. Zəhra şimdi pək dəyişmiş, bət-bənizi uçmuş... Adəta sarı bir 
gül yaprağı qadar solğun, daima düşüncəli və məhzundur. 
 
Əzra 
 
Xastasn, xasta... Nazənin Zəhra, 
Səni er-gec xərab edər bu hava. 
Bu nasıl bət-bəniz? Deyilmi yazıq? 
Niyə bilməm Mədinədən çıqdıq. 
 


129 
 
Zəhra 
 
Qalmamış bəndə ixtiyar əsla, 
Neyləyim, başqa çarə yoq, Əzra! 
Son nəfəsdir, düşün də qıl tədbir... 
 
Əzra 
 
Nə gəlir əldən a-h! Şeyx Kəbir 
Oldu mane sənin səadətinə, 
Oldu bais sənin fəlakətinə. 
Dedi Sən’anə: “Qafil olma, saqın! 
Sana düşman qadındır,  İştə qadın...” 
Dinləyib şeyxi binəva o zaman
Dəyişib oldu başqa bir insan... 
 
Zəhra 
 
Daha bir çarə yoq, keçən keçmiş, 
Çünki Sən’an yürəklə and içmiş. 
Həp qadınlardan eyliyor nifrət, 
Başqa bir fikrə bəsliyor hörmət. 
 
(həzin bir ah ilə) 
 
Onu son dəmdə bir də görsəydim, 
Daha qalmazdı həsrətim, dərdim. 
 
Dəvəçi 
 
(getmiş olduğu tərəfdən evdətlə gəlib keçərək, korlara) 
 
Şimdi Sən’an müridlərilə gəlir
Sorunuz, bəlkə, bəlkə çarə bilir... 
 
K o r l a r 
 
Tanrı versin cəzayi-xeyr sana. 


130 
 
Birinci kor udu torba içinə qoyub saqlar. 
 
Zəhra 
 
(Əzrayə) 
 
Bəni tut, a-h, bir şey oldu bana. 
 
Əzra 
 
Gəl də yoldan bir az kənar olalım. 
 
Zəhra 
 
Baq, fənalaşdı büsbütün halım. 
 
Əzra 
 
Üzülürsün, aman, aman, Zəhra! 
 
Zəhra 
 
(Əzranın yardımilə bir tərəfə çəkilərək) 
 
Bəndə can yoq, inan, inan, Əzra! 
Ayrı düşdükcə Şeyx Sən’andan, 
Bana guya cihan olur zindan. 
 
Bu sırada ş e y x l ə r və m ü r i d l ə r görünməyə başlar 
 
Şeyx Mərvan 
 
Nə səfərdir bu, anlamam ki?! 
Şeyx Nəim 
 
Əvət, 
 
Hiç də mə’nası yoq bunun, əlbət. 


131 
 
Əbülüla 
 
Yalınız borcumuz itaətdir. 
 
Şeyx Sədra 
 
Başqa söz söyləmək cəhalətdir. 
 
Şeyx Əbülləhyə 
 
Nə çıqar böylə boş səyahətdən? 
Xəlqi məhrum edər ibadətdən. 
 
Şeyx Cəfər 
 
Bəncə hiç şübhə yoq ki, insilə cin 
Yaratılmış fəqət ibadət için. 
 
Şeyx Sədra 
 
Buna idrakınız varırmı sizin? 
Sizcə məchul... qədri şeyxinizin. 
Hər kimin qəlbi korsa, keçmiş ola!.. 
Şeyx Sən’anı anlamaz əsla. 
 
Əbülüla 
 
Şeyximiz sahibi-kəramətdir, 
Hər nə söylərsə eyni-hikmətdir. 
 
Dəvəçi 
 
(çabuq dönərək) 
 
Əcəba şeyx nerdədir?.. Dəvələr, 
Yük ağırdır, əzildilər yeksər. 


132 
 
Şeyx Mərvan 
 
Pək təbii bu, yüklənən əzilir. 
 
Şeyx Sədra 
 
Hiç məraq etmə, şimdi gəlir. 
Dəvəçi sür’ətli adımlarla gəldiyi tərəfə dönər. 
 
B i r i n c i k o r 
 
Bizə imdad edin, aman! 
 
İ k i n c i k o r 
 
Hələ dur! 
 
Əbülüla 
 
(yola baqaraq, arqadaşlarına) 
 
Gəliyor,  iştə şeyximiz gəliyor. 
 
Hər kəs bir tər tərəfə çəkilib şeyxin vüruduna müntəzir olur; Ş e y x S ə n ’ a n , 
Şeyx Hadi və Şeyx Əbuzər sür’ətli adımlarla gəlirlər. 
 
Şeyx Hadi 
 
(ümuma) 
 
Möhtərəm arqadaşlar! On sənədir, 
Tərk qılmış cihanı Şeyx Kəbir. 
Şeyx Sən’an ki, bəhri-hikmətdir, 
İştə ondan bizə əmanətdir. 
İctihadilə bəlli bir ustad. 
Bizi on yıldır eyliyor irşad. 
Şimdi əzm eyliyor də Turanə, 
Keçəcək sonra xaki-Iranə. 
Bu səfərdən məramı şeyximizin, 


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə