Hüseyn caviD



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə28/65
tarix28.06.2018
ölçüsü1,34 Mb.
#51961
1   ...   24   25   26   27   28   29   30   31   ...   65

139 
 
Əzra 
 
(əlilə göstərir) 
 
Döndü Sən’an, baq,  İştə baq, gəliyor, 
Gəliyor, həm də baq, nasıl məsrur... 
 
Zəhra 
 
Ah, yarəbbi, çoq şükür!.. Lakin, 
Bu gəliş, kim bilir, əcəb nə için?.. 
 
Şaşqın bir halda dörd-beş adım çəkilib bəklərlər. Şeyx Sən’an, Şeyx Əbuzər, Şeyx Əbülləhyə 
və Şeyx Cəfər bərabər dönüb gəlirlər. 
 
Şeyx Sən’an 
 
Şeyx Əbuzər! Sənin də sinnin çoq
Həm vücudunda istitaət yoq. 
Sən də bunlarla şimdi bir yerdə 
Get, tapın rövzeyi-peyəmbərdə. 
Daima eylə Haqqa həmdü səna... 
Azacıq xastadır fəqət Zəhra. 
 
( hər üçünə) 
 
Gecə-gündüz xəbər bilin ondan, 
Unutub qafil olmayın bir an. 
Həm nəzakət bu, həm səvab işdir... 
 
Əzra 
 
(Şeyx Sən’anə yaqlaşaraq) 
 
Səni Zəhra vidayə gəlmişdir. 
 
(Şeyx Sən’anda dərin bir heyrət... Zəhrayı göstərərək) 


140 
 
İştə, qarşında titrəyir duruyor, 
İştə, solğun çiçək qadar məğdur!.. 
 
Şeyx Sən’an 
 
Ah, Zəhra! Zavallı, solğun nur! 
Səni Sən’an görüncə alçalıyor. 
Gəlməz əldən əyilməmək... Əlbət, 
Səndə var çünki başqa ülviyyət. 
Bəni əfv eylə, ey şikəstə həyat! 
Sən mələksin... Fəqət... Fəqət... Heyhat... 
 
Zəhra 
 
Ah, Sən’an!.. Aman!.. Böyük Sən’an!.. 
 
(Həmən bayılıb Əzranın qolları arasına düşər) 
 
Şeyx Sən’an 
 
(acı və dəhşətli bir sükutdan sonra
 
Şeyx Əbuzər! Müvazib ol... hər an 
Onu təskin için çalış... Zira 
Pək fəna xastadır... 
 
(Əzraya) 
 
Saqın, Əzra! 
Onu gözdən ayırmayın əsla. 
 
(dört-beş adım uzaqlaşaraq) 
 
Əlvida!.. Əlvida!.. Gözəl Zəhra!.. 
 
Pərdə 
 


141 
 
İKİNCİ PƏRDƏ 
 
I SƏHNƏ 
 
Qafqasyada, şimdiki Tiflis civarında küçük bir dağ ətəyində mənzərəli bir yer... Bir tərəfdə 
Kür nəhri, digər tərəfdə dağa doğru ucu görünməz əyri bir cığır nəzərləri oqşar. Qarşıda iki-üç 
çadır görünür. Müridlərdən bir qaç kişi çadırlardan çıqaraq əllərində dəsti Kürdən su gətirir. 
Bahar mevsimi... Gürcü yortusu. Ikindi çağı... Qürubə qarşı...  Şeyx Sən’an  Şeyx Sədra ilə 
bərabər gəzinərək ötüşməkdə olan bülbülləri dinlər və şaşqın bir baqışla ətrafı tamaşa edər... 
 
Şeyx Sən’an 
 
(məczub bir halda) 
 
İştə Qafqas!.. Səfalı bir mə’va! 
Allah-Allah, nədir bu abü həva!? 
Nə qadar şairanə bir xilqət! 
Yerə enmişdir adəta cənnət. 
Bu tamaşayə qarşı hər insan, 
Bəncə biixtiyar olur heyran. 
Nə qadar dilrüba yeşil təpələr! 
Seyrə daldıqca ruhu cəzb eylər. 
Gülüşür pəmbə, al, bəyaz güllər, 
Ötüşür hər tərəfdə bülbüllər. 
Ninni söylər küçük sular xəndan, 
Görünür hər tərəfdə bir orman. 
Qarlı, qartallı bir yığın dağlar, 
Ta uzaqlarda bəmbəyaz parlar. 
O bulutlar nə, öylə rəngarəng!? 
Bu nə qüdrət! Nə dilfirib ahəng?! 
Burda qızğın günəş də pək munis 
Gecələr büsbütün nədimeyi-hiss... 
Hələ Kür nəhri başqa bir aləm! 
Gecə məhtabə qarşı pək həmdəm 
Gah olur bir dərin sükutə varır, 
Gah çağlar da bir fəğan qoparır; 
Çırpınır Kür boyunca pək dilbər 


142 
 
Qoyu kül rəngi, gök güvərçinlər
İştə onlar: həp oynaşan, qoşuşan 
Dalğacıqlardır öylə xəndəfəşan... 
O da bir karivan, aqıb gediyor, 
Bir ədəmgahə doğru əzm ediyor, 
Bir səfərdir bu adəta məchul... 
Qayə məchul, ibtida məchul... 
İştə, insanların da halı budur, 
Anlaşılmaz niçin gəlib gediyor!? 
 
Bu sırada aşağıdakı türkü eşidilməyə başlar, hər kəs dərin bir məczubiyyətlə dinlər, durur. 
 
Yücə dağlar aşdım, ormanlar keçdim, 
Gözəllər içində bir gözəl seçdim
Bən o gündən yaradana and içdim, 
Dünya gözəl olsa, dönməm yarımdan. 
Bənim yarım al yanaqlı mələkdir, 
Tazə açmış sevimli bir çiçəkdir
Qəhr olsun o qəhrəman ki, dönəkdir, 
Dünya gözəl olsa, dönməm yarımdan. 
 
Türkü söyləməkdə olan Özdəmirlə Oğuz görünməyə başlar. 
 
Şeyx Sədra 
 
Bana baq, arqadaşlar! 
 
Özdəmir 
 
Əmr ediniz! 
 
Şeyx Sədra 
 
Hanki soydansınız? Nə dindəsiniz? 
 
Özdəmir 
 
Soyumuz türk, dinimiz islam... 


143 
 
Şeyx Sən’an 
 
Pək gözəl... 
 
Şeyx Sədra 
 
Gəl, yaqın gəl,  İştə tamam. 
 
Şeyx Sən’an 
 
Bu civarlarda çoqmu, azmısınız? 
 
Özdəmir 
 
Doquz-on köy qadar varız yalınız. 
 
Oğuz 
 
Şeyx! Təşrifiniz əcəb nerədən? 
 
Şeyx Sən’an 
 
Kə’bədən, Məkkeyi-mükərrəmədən... 
 
Hər ikisi böyük hörmət və səmimiyyətlə Şeyx Sən’an və Şeyx Sədranın əlini 
öpərlər. 
 
Şeyx Sən’an 
 
Arqadaş, isminiz nədir? 
 
Özdəmir 
 
Qulunuz 
 
Özdəmir... 
 
Şeyx Sən’an 
 
Pək gözəl, onunku? 


144 
 
Özdəmir 
 
Oğuz... 
 
Şeyx Sən’an 
 
Əcəba, böylə şimdi siz nerəyə? 
 
Özdəmir 
 
Gediyoruz yaqında qomşu köyə. 
 
Oğuz 
 
(yola doğru baqaraq böyük bir məraqla) 
 
Özdəmir, Özdəmir! Baq,  iştə odur, 
Dəli dərvişə baq, nasıl gəliyor. 
 
Bu sırada ağ geyimli, nurani bir d ə r v i ş yol kənarında görünür. Heyrətli və  kəskin bir 
nəzərlə baqınıb durur. 
 
Şeyx Sən’an 
 
Əcəba!? 
 
Özdəmir 
 
Söylətib də bilməlidir. 
 
Oğuz 
 
Dəlidir, şeyx əfəndi, pək dəlidir. 
 
Şeyx Sədra 
 
Kim bilir, bəlkə hiylədir... 


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə