Hüseyn caviD



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə30/65
tarix28.06.2018
ölçüsü1,34 Mb.
#51961
1   ...   26   27   28   29   30   31   32   33   ...   65

150 
 
D ə l i q a n l ı l a r 
 
Səfalıdır çəmən, çiçək, 
Fəqət nə çarə eyləmək 
Ki, hər baqışda bir mələk 
Könülləri şikar edər. 
 
Q ı z l a r v ə ç o c u q l a r 
 
Məhəbbət əhli daima 
Olur bəlayə aşina. 
Cəfayə etməz e’tina, 
Nigarə can nisar edər. 
 
D ə l i q a n l ı l a r 
 
Gözəllərin vəfası yoq, 
Cəfası var, səfası yoq, 
Bu sözlərin əsası yoq, 
Nə etsə yarə, yar edər. 
 
Dəliqanlılardan dört-beşi  şeyxləri salamlar; birisi də çalğıçılara “çal!” deyə, bir qızla 
bərabər rəqsə başlar. Oğuzla Özdəmir də onlara yaqlaşıb  əl çalar. Sonra dəliqanlılardan bir-
ikisi Oğuza əl və göz işarətlərilə oynaması için rica edərlər. O da bir qızla bərabər ləzgicə rəqs 
eylər. Rəqs bitdikdə  həpsi bir yerdə  əvvəlki  şərqiyi çalğıya uyduraraq oquya-oquya uzaqlaşıb 
gedərlər. Özdəmirlə Oğuz da şeyxlərə yünül bir təmənna edərək onları izlər. 
 
Şeyx Mərvan 
 
(Özdəmirlə Oğuzu göstərib istehzalı qəhqəhə ilə) 
 
Şeyx Sən’anı şimdi gəl qandır, 
Sanki bunlar da bir müsəlmandır. 
 
Şeyx Sədra 
 
Onların baqmıyıb da zahirinə, 
Baq riyasız təmiz yürəklərinə. 
Var fəqət bə’zi şeyx bədbatin, 


151 
 
Zahiri-halı xoş, yürək xain... 
Çəkməz əl şeytənətlə vəsvəsədən, 
Həp müzəvvirlik onca danişü fənn... 
 
Şeyx Sən’an 
 
(sərsəm bir halda dərvişin getdiyi tərəfə doğru iləriləyərək) 
 
A-h, o dərviş, o ruhi-müstəsna!.. 
 
Şeyx Sədra 
 
(Sən’ana yaqlaşaraq) 
 
Möhtərəm şeyx, halınız nə fəna?! 
 
Şeyx Sən’an 
 
Nerdə dərviş? O nerdə, göstəriniz? 
 
Şeyx Mərvan 
 
Dəlidir, şeyx, o həm də bir dinsiz. 
 
Şeyx Sən’an 
 
Dəlilik başqa bir fəzilətdir, 
Dinsiz olmaq da bir təriqətdir. 
Dəlidir, sözlərində mə’na var, 
Sərsəridir, başında sevda var. 
O deyil gərçi zahirən Mənsur
Həp “ənəlhəq” diyor da, çırpınıyor. 
 
Şeyx Sədra 
 
(çəkilməkdə olan Sən’anı izləyərək) 
 
Getdi, şeyxim, çəkildi, getdi inan, 
Hiç bilinməz o nerdədir əl’an? 


152 
 
Şeyx Sən’an 
 
Başqa laf istəməm, xayır... yalınız 
Azacıq şimdi bəndən ayrılınız; 
Bir qadar Kür boyunca tək-tənha
Düşünüb gəzmək istərim... 
 
Şeyx Mərvan 
 
Əcəba! 
 
Əcəba biz də gəlsək olmazmı? 
 
Şeyx Sən’an 
 
Yenidən siz də deşməyin yaramı. 
 
Şeyx Nəim 
 
(gələrək) 
 
Şeyx!.. 
 
Şeyx Sən’an 
 
Get, get, düşüncəsiz budala! 
 
Şeyx Sədra 
 
Bən nasıl? 
 
Şeyx Sən’an 
 
(əlilə rədd edərək) 
 
İstəməm, xayır!.. Əsla!.. 
 
Pək dalğın adımlarla uzaqlaşıb gedər. Hər kəsi dəhşətli bir heyrət istila edər və  şeyxin 
getdiyi sırada pərdə enməyə başlar. 
 
Pərdə 


153 
 
II SƏHNƏ 
 
Yol üzərində küçük bir balkon... Qarşıda havuzlu, çiçəkli bir bağça... Gündüz... 
 
Serğo 
 
(aşğıdakı türküyü çağıraraq bağçayı sulamaqla məşğul olur) 
 
Uzaqlşdım gülümdən, sevgilimdən, 
Ayrı düşdüm vətənimdən, elimdən. 
Həp sızlarım, bir şey gəlməz əlimdən, 
Yar-yar deyib gecə-gündüz ağlarım. 
 
Çoqdan bəri nazlı yarı görmədim, 
Öpmədim, gül yüzündən gül dərmədim
Gülər yüzlə hiç bir ömür sürmədim, 
Yar-yar deyib gecə-gündüz ağlarım. 
 
Anton 
 
(əlində bir çiçək dəməti olduğu halda, bağça tərəfindən gələrək) 
 
Serğocan, Serğo!.. 
 
Serğo 
 
Vay, əfəndiciyim! 
 
Anton 
 
(bir bəxşişlə bərabər dəməti Serğoya verir) 
 
Şunu lütfən Xumara ver də... 
 
Serğo 
 
Bəyim! 
 
Daha bir başqa əmriniz? 


154 
 
Anton 
 
Nə deyim! 
Söylə Antondur eyləyən təqdim. 
 
(Çəkilib görünməz bir guşədə bəklər) 
 
Serğo 
 
(balkona çıqıb da qapıya yaqlaşır, yarım səslə) 
 
Gəl, Xumar! Nerdəsin, Xumar, bana baq! 
 
Xumar 
 
(ağ geyim geymiş olduğu halda çıqar, Serğonun əlindəki dəmətə 
baqaraq) 
 
Şunu kim verdi? 
 
Serğo 
 
Anton... 
 
Xumar 
 
(hiddətli) 
 
Ay axmaq! 
Al, götür haydı, ver də kəndisinə. 
 
E’tinasız bir tevr ilə içəri girər. Serğo dönüb təkrar çiçək dəmətini Antona iadə 
edər. 
 
Anton 
 
Nə diyor? 
 
Serğo 
 
Rədd edib də atdı yenə... 


155 
 
Sanki bilməzsiniz təbiətini? 
 
Allah alsın onun şu xislətini. 
 
Anton 
 
(dəməti yerə atıb çignəyərək, zəhrxənd ilə) 
 
Sən də biçarə taleyim kibi sol
Ayaq altında çignənib qəhr ol. 
 
(Mə’yus bir halda çıqıb gedər) 
 
Serğo 
 
(həm Antona, həm də balkona baqaraq heyrətlə) 
 
Qız deyil, bir bəladır  İştə Xumar, 
O, bir atəş ki, həp cihanı yaqar. 
 
(çəkilib bir tərəfə gedər) 
 
Simon 
 
(şaşqın və düşüncəli adımlarla yoldan keçər. Gözü balkona ilişincə) 
 
İştə dilbər, sevimli bir mələyin, 
Qəsri-pürnuri!..  İştə xüldi-bərin! 
Dolaşıb gainatı seyr etsəm, 
Nerdə əyləncə varsa, həp getsəm, 
Yenə könlüm açılmıyor əsla. 
A-h, o!.. Yalnız o hüsni-müstəsna 
Qəlbimin aşinayi-giryəsidir. 
Ruhi-məcruhimin nədiməsidir. 
Bu sırad Xumar əlində ipəkli işləmə olduğu halda balkona çıqar. 
 
Simon 
 
(onu görür-görməz) 


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə