Hüseyn caviD



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə24/65
tarix28.06.2018
ölçüsü1,34 Mb.
#51961
1   ...   20   21   22   23   24   25   26   27   ...   65

114 
 
Şeyx Mərvan 
 
(Sən’ana) 
 
Tutduğundan ol nadim, 
Bir də hiç şübhə etmə!.. 
 
Şeyx Sədra 
 
(Mərvana) 
 
Sus, yahu! 
 
Şeyx Sən’an 
 
(oturaraq, bitab) 
 
“Vəhdəhu la ilahə illa hu” 
 
Şeyx Kəbir 
 
(Şeyx Mərvana) 
 
Hiç utandınmı? 
 
Şeyx Hadi 
 
(hakəza) 
 
Var sözünmü yenə? 
 
Şeyx Nəim 
 
Hələ “Şəqqülqəmər” hekayəsinə, 
Veriyor başqa dürlü bin mə’na. 
 
Şeyx Kəbir 
 
(Nəimə) 
 
Yetişir, sən də sus!.. 


115 
 
Şeyx Hadi 
 
(yana) 
 
Səfil, ədna!.. 
 
Şeyx Mərvan 
 
(Nəimə, xüsusi) 
 
Hələ, Zəhra!.. 
 
Şeyx Nəim 
 
Nasıl? 
 
Şeyx Mərvan 
 
Tuhaf bir sirr
 
O da bambaşqa bir rəzalətdir. 
 
Şeyx Kəbir 
 
(mırıldanmaqda olan Şeyx Mərvan ilə Şeyx Nəimə) 
 
Böylə dar ruha malik olduğunuz 
Hiç də layiq deyil... Yetər, susunuz! 
 
(dirsəklənib oturmaqda olan Sən’ana) 
 
Söylə, Sən’an, nə var? Nə oldu sana? 
 
Şeyx Sən’an 
 
Möhtərəm Şeyx! Sorma, hiç sorma! 
 
Şeyx Kəbir 
 
Nerdəsin? Üç gün oldu müntəziriz, 
Söylə, bir söylə... 


116 
 
Şeyx Sən’an 
 
(məhcub) 
 
A-h, əfv ediniz. 
 
Şeyx Kəbir 
 
Yaşamaqçin hicab qorquludur, 
Utananlar pək az müvəffəq olur. 
Bu sıqılmaqda bəncə yoq mə’na, 
Hər nə var, hiç çəkinmə, söylə bana. 
 
Şeyx Sən’an 
 
Çünki dəhşətli gördüyüm rö’ya... 
 
Şeyx Kəbir 
 
Söylə... 
 
Şeyx Sən’an 
 
Hiç varmıyor dilim əsla. 
 
Bu sırada Zəhra ilə Əzra yarı açılmış qapı arasında görünərək onları böyük bir 
məraq ilə dinləyib dururlar. 
 
Şeyx Hadi 
 
(Sən’ana) 
 
Bu tərəddüd, inan ki, bicadır. 
 
Şeyx Kəbir 
 
Bir həqiqət deyil bu, rö’yadır. 
 
Şeyx Sən’an yerindən qalqaraq rö’yasını söyləməyə başlar.  Şeyx Kəbir onun sözlərini 
dinləyərək yeri gəldikcə başını təhərrüklə təsdiq və dəvam əlamətləri göstərir. 


117 
 
Şeyx Sən’an 
 
Ey böyük Şeyx! Gördüm ətrafi 
Sarıyor incə, xoş bir aydınlıq. 
Gecənin sanki xəndeyi-safi 
Saçıyor kainatə bayğınlıq. 
Ruhu təsxir edən gözəl məhtab, 
Dəmbədəm nəşr edərdi mevceyi-nur, 
Gəldi bir şeyx o dəm yüzündə niqab
Bəni ta gördü, oldu pək məsrur. 
Sanki bir tifl idim... Qucaqlayaraq 
Bir zaman öpdü, sevdi, hoplatdı. 
Sonra omzunda çoq atıb tutaraq, 
Gah gəzdirdi, gah oynatdı. 
Aqibət bən o möhtərəm şeyxin 
Sillələr endirib də yüz-gözünə
Əylənirdim... xilas edilmək için, 
Xeyli yalvardı, baqmadım sözünə. 
Azacıq keçdi, şeyxi-namə’lum, 
Bir də gördüm diyor ki: “Baq, Sən’an! 
Baq nə müdhiş, nasıl dərin uçurum. 
 İştə son mənzil!  İştə Gürcüstan!” 
Baqdım eyvah, atıb da boynundan, 
Bəni bir an içində məhv edəcək. 
Bağırıb Haqdan istəyincə aman 
Qoşdu imdadə bir ziyalı mələk... 
 
Şeyx Kəbir 
 
Sonra? 
 
Şeyx Sən’an 
 
Ta şeyxə eylədim diqqət, 
Bəni titrətdi bir dərin heyrət. 
 
Şeyx Kəbir 
 
Əcəba kimdi şeyx? 


118 
 
Şeyx Sən’an 
 
Sorma!.. 
 
Şeyx Kəbir 
 
Niçin? 
 
Şeyx Sən’an 
 
Sən idin ah, o şeyx, əvət, sən idin. 
 
Hər kəsdə böyük bir heyrət. Şeyx Kəbir isə mə’nalı bir tərzdə başını təhərrüklə, bir qadar 
sükut ixtiyar edər. 
 
Bəni, şeyxim, bağışla, mə’zurim; 
Çünki məğdur, həm də mənfurim. 
 
Şeyx Mərvan 
 
(yarım səslə Nəimə) 
 
 İştə gördünmü? Baq, nasıl xain!.. 
 
Şeyx Nəim 
 
(Şeyx Kəbiri göstərərək, eyni ahənglə istehzalı) 
 
Baqalım, bir nə söylüyor kahin! 
 
Şeyx Hadi 
 
(Sən’anı təsliyətlə) 
 
Bunca dəhşət, inan ki, bicadır. 
 
Şeyx Sədra 
 
Hiç təlaş istəməz, bu rö’yadır. 


119 
 
Şeyx Kəbir 
 
(Sən’ana) 
 
Oğlum! Er-gec tutar cihanı adın, 
Söylənir ictihadü irşadın. 
Cahil-arif, böyük-küçük yeksər, 
Səni özlər, sevər, pərəstiş edər. 
Bəni bir gün gəlir də xalq unutub 
Sana həp əhli-hal olur məczub. 
Hər kəsdə qibtəli bir heyrət. 
 
Şeyx Hadi 
 
(arqadaşlarına) 
 
Bu nə tale, nasıl məziyyətdir?! 
 
Şeyx Sədra 
 
Şübhəsiz ən böyük səadətdir. 
 
Əbülüla 
 
Kimsə bir böylə şanlı gün görməz... 
 
Şeyx Kəbir 
 
Bu səadət fəqət uzun sürməz. 
 
(Sən’ana) 
 
Çünki rö’yada gördüyün uçurum 
Səni eylər bu feyzdən məhrum
Baş verir səndən öylə bir hərəkət 
Ki, bütün xalq edər həman nifrət. 
Alçalır, ruhun alçalır... Ancaq, 
Səni alçaldan ehtiras olacaq. 


120 
 
Şeyx Mərvan 
 
(Nəimə) 
 
Bu, fəzilət deyil, rəzalətdir... 
 
Şeyx Nəim 
 
(Mərvana) 
 
Bu, səadət deyil də, zillətdir. 
 
Şeyx Sən’an məbhut bir halda azacıq düşünür. Sonra ağlayacaq dərəcədə bir tutqunluqla 
Şeyx Kəbirin ayaqlarına qapanır. Şeyx Kəbir onun qolundan tutub qaldırır və əlini omuzuna 
qoyar. 
 
Şeyx Kəbir 
 
Səni annən doğurdu Turanda, 
Yaşadın bir zaman da Iranda, 
Kəsbi-irfan için, fəzilət için 
Sonra Iranı tərk edib gəldin, 
Ərəbistanı ixtiyar etdin. 
Gənc ikən kəsbi-iştihar etdin. 
Lakin ən son yerin, zəki Sən’an! 
Olacaq son nəfəsdə Gürcüstan. 
Qapılıb hissə olmasan gümrah
Olacaq məqbərin ziyarətgah. 
 
Şeyx Sən’an 
 
Şeyxim, əfv et, fəqət bir ərzim var. 
 
Şeyx Kəbir 
 
Söylə, yavrum, sıqılma, yoq icbar. 
 
Şeyx Sən’an 
 
Hanki şeydir səbəb fəlakətimə? 
Onu mümkünsə, söylə, gizlətmə! 
 


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə