Hüseyn caviD



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə22/65
tarix28.06.2018
ölçüsü1,34 Mb.
#51961
1   ...   18   19   20   21   22   23   24   25   ...   65

101 
 
BIRINCI PƏRDƏ 
 
I SƏHNƏ 
 
Mədineyi-Münəvvərədə,  Şeyx Kəbirin evində üləmayə  məxsus bir qəbul odası... 
Odanın iki qapısı, üç-dört pəncərəsi var. Qapının biri Şeyxin hərəmxanəsinə açılır. 
Pəncərələrdən ikisi xurmalıqdan ibarət gözəl bir bağça ərz edər. 
Pərdə açıldıqda, Şeyx Əbuzər odanın bir guşəsində ikindi namazını bitirmiş, əlləri 
və yüzü göyə doğru duaya məşğul görünür. 
 
Zəhra 
 
(Əzra ilə bərabər hərəmxanə qapısından daxil olaraq) 
 
Şeyx, ya Şeyx! 
 
Əzra 
 
Şeyx! 
 
Şeyx Əbuzər 
 
(niyazkar) 
 
Ya Allah! 
 
Zəhra 
 
Bana baq... 
 
Şeyx Əbuzər 
 
(mütəvəkkil) 
 
La ilahə-illəllah! 
 
Zəhra 
 
(yaqlaşaraq) 
 
Şeyx Əbuzər! 
 


102 
 
Şeyx Əbuzər 
 
(dönərək) 
 
Nədir, qızım? 
 
Zəhra 
 
Əl’an, 
 
Bir xəbər yoqmu Şeyx Sən’andan? 
 
Şeyx Əbuzər 
 
İki-üç dəfə getdim evlərinə... 
 
Zəhra 
 
Əcəba xastalanmamış ki yenə? 
 
Şeyx Əbuzər 
 
Qomşular söylüyor ki, həp gecələr 
Uyumaq bilmiyor sabahə qadar. 
Qoşuyor hər səhər biyabanə, 
Həm də əsla qarışmaz insanə. 
Halı pəjmürdə, sanki bir məcnun
Anlaşılmaz nədir məramı onun?! 
Şaşırır həp Mədinə əhli bütün 
Onu gördükcə müztərib, düşkün. 
 
Zəhra 
 
Nə olur? Bir də get, rica edərim. 
 
Şeyx Əbuzər 
 
Pəki, gedərim. 
 
(Qalqıb gedər. Çıqdığı sırada mə’nalı bir baqışla Zəhraya baqaraq) 


103 
 
Bunda bir sirr var, edilməz faş, 
Nə için, anlamam, əcəb bu təlaş!? 
 
Əzra 
 
Bu məraq  İştə fəzlədir, Zəhra! 
 
Zəhra 
 
Sorma, hiç sorma, nazənin Əzra!.. 
 
Əzra 
 
Səndə bir öylə hüsnü cazibə var
Ki olur, hər görən pərəstişkar. 
Səni Sən’an arar da kəndi bulur, 
Daima eşq hüsnə mail olur. 
 
Zəhra 
 
Qalmamış bəndə zərrə səbrü qərar, 
Bana Sən’ansız olmuş aləm tar. 
Altı yıldır ki, zarü dərbədərim, 
Həp onundur məsərrətim, kədərim. 
Altı yıldır əsirü mədhuşim, 
Onun eşqilə məstü bihuşim. 
Azacıq bəndə varsa hüsnü cəmal
Onda həm hüsn var, həm elmü kəmal. 
 
Əzra 
Kimsəsiz bir zavallıdır Sən’an, 
Səndə vardır fəqət nəcabətü şan. 
Bir baban var, cihanda şöhrətgir: 
Fazili-binəzir, Şeyx Kəbir. 
 
Zəhra 
Doğru, pək doğrudur sözün, lakin, 
Bəncə mə’nası yoq həsəb-nəsəbin. 


104 
 
Qara quldan da alçaq olsa, inan, 
Yenə bəndən şərəflidir Sən’an. 
 
Əzra 
 
(pəncərəyə baqaraq) 
 
Gəliyor,  İştə, gözlərin aydın... 
 
Zəhra 
 
(şaşqın) 
 
Kim? O kimdir? 
 
Əzra 
 
(əlilə göstərir) 
 
Zavallı pək dalğın... 
 
Zəhra 
 
(baqaraq) 
 
Ah, Sən’an! Nasıl da halı fəna!.. 
Bizi yalnız bıraq da... 
 
(odadan çıqdığı sırada Əzraya) 
 
Sonra sana 
Söylənir, şübhəsiz bütün əhval. 
 
Böyük bir təlaş içində qapıya yaqın bir guşədə bəklər. Şeyx Sən’an daxil olub 
baqınır. Zəhrayı görüncə halı dəyişir. 
 
 
Söylə, Sən’an, nədir bu müdhiş hal? 
 
Şeyx Sən’an sükut edər. 
 
Nə bəla var başında? Söylə, nə var? 


105 
 
Şeyx Sən’an cəvab verməz. 
 
Söylə, aç söylə... 
 
Şeyx Sən’an 
 
Etmə gəl israr. 
 
Zəhra 
 
Səndə var bəlli, bir yığın əsrar. 
Söylə, aç söylə, bivəfa, qəddar! 
Nə qiyafət bu? Sanki ağlarsın? 
 
Şeyx Sən’an 
 
Şimdi get, sonra, sonra, anlarsın. 
 
Zəhra 
 
Bəndə bilməm nədir bu taleyi-şum! 
Sana halım deyilmidir mə’lum? 
Altı yıldır sənin əsirin ikən, 
Şimdi biganəyimmi gönlünə bən? 
Nə təbiət bu səndə? Həm nə tuhaf! 
Yoqmudur səndə mərhəmət, insaf? 
Nerdə əvvəlki və’dlər əcəba? 
Əcəba yoqmu, yoqmu, səndə vəfa? 
O məhəbbətlə parlayan gözlər
Şimdi bir başqa macəra söylər. 
Qalmamış bəndə zərrə tabü təvan, 
Məni qəhr et də, lakin atma, aman!.. 
 
Şeyx Sən’an 
 
Səni atmaqmı!? Bir düşün, əcəba 
Bu olur şeymi, nazənin Zəhra? 
Sən mələksin, sevimli afətsin... 
 


106 
 
Zəhra 
 
(Şeyx Sən’ana sarılaraq) 
 
Ah, sən xaliqi-fəzilətsin. 
 
Bu sırada səhnənin işığı  çəkilir, ta ucda ikinci pərdə qalqar. Azacıq yüksəkdə, 
olduqca şairanə, cazibədar, behişti bir mənzərə görünür. Altın qanatlı mələklər əl-ələ, 
qol-qola olaraq incə  qəhqəhələrlə gülüşüb gəzinirlər. Təbii, mələk qiyafətində olan 
Xumar da onların içində bulunur. 
 
Xumar 
 
Şeyx, gəl-gəl! Sevimli Sən’an, gəl! 
Sana layiq deyil o yer, yüksəl! 
 
Şeyx Sən’an 
 
(şaşqın və həyəcanlı) 
 
Ah, o... Cənnət pərisi, nazlı mələk! 
Bana yüksəl diyor gülümsəyərək. 
 
Zəhra 
 
Söylə, Sən’an, nə var? Nə oldu yenə? 
Əcəba kim göründü gözlərinə? 
 
Şeyx Sən’an 
 
Baq da gör,  İştə cənnət,  İştə mələk! 
 
Zəhra 
 
Nerdə? 
 
Şeyx Sən’an 
 
Baq, dinlə, şimdi söyləyəcək. 


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə