Hüseyn caviD



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə18/65
tarix28.06.2018
ölçüsü1,34 Mb.
#51961
1   ...   14   15   16   17   18   19   20   21   ...   65

88 
 
(Usanmış bir halda). Off! Bəxtiyarlıq içində talesizlik, nə böyük fəlakət!.. Həm 
mərhəmət, həm istiğna! Nə gülünc həqarət... (Acı-acı gülərək  əli alnında pəncərəyə 
dayanır. Bu sırada Səltənətlə Humay əlində bir qədəh süt olduğu halda sofada 
görünürlər). 
S ə l t ə n ə t . Haydı, yavrum!.. Nə olur? Yazıqdır, südünü içirirsin, yarım saat 
qadar də kəndisilə qonuşursun, bəlkə könlü açılır. 
Humay (mütərəddid). Pəki bir aydır odasına ayaq basdığım yoq... Şimdi nasıl 
gözünə görünə bilirim!? 
S ə l t ə n ə t . Zərər yoq, quzum, hiç zərər yoq... Əmin ol ki, səni gördüyü kibi 
sevinir. Haydı, elmasım, düşünmə!..  İştə bən gediyorum. (Gedir). 
 
Humay bir-iki adım ilərlər. Mütərəddid bir cəsarətlə yarı açılmış qapıdan üsulluca içəri 
girər. Səltənət təkrar sofaya dönər, sonra N a d i r b ə y l ə Bəypolad da gəlir. 
Cəmili dinləyərək heyrətlə baqışırlar. 
 
Cəmil bəy (yenə sinirli və  çılğın bir səslə  dəvam edər). Ah, aman!.. Aman, 
yarəbbi, uçuyor... Bana küsmüş  də qaçıyor. (Böyük bir təlaşla). Humay! Humay!.. 
Uçma da, səbr et, bərabər uçalım. Bıraq ruh bədəndən ayrılsın da qol-qola uçalım, əl-
ələ uçalım, dodaq-dodağa uçalım, şu fəlakət zindanından xilas olub da qaçalım... Ucu-
bucağı yoq fəzalara qadar uçalım... (Humay həzin bir ah çəkərək Cəmilə doğru ikiüç 
adım daha ilərlər. Cəmil bəy mə’yusanə bir fəryad ilə). Xayır, xayır, getdi! Uçdu, 
getdi!.. Ah, insafsız!.. Mərhəmətsiz! (Usanmış bir halda yüzü divara olaraq yatağa 
düşər. Humayın gözləri yaşarır, bir az daha ona yaqlaşaraq mütəəssiranə baqıb durur). 
Cəmil bəy (bitab). Off! 
Bəypolad (Nadir bəyə). Ah, Nadir! Sən nə ruhaşina həkim imişsin!? 
S ə l t ə n ə t . Öylə, ya!.. Bir baqışda dərdini bildi. 
Na d i r b ə y . Fəqət dərdi bilməklə iş bitməz. Dərmanını da bulmaq lazım... 
B ə y p o l a d. Artıq hiç məraq etməməli, həpsi düzəlir. 
Humay (titrək səslə). Cəmil! Cəmil! 
Cəmil bəy. Ah, getdi! 
Humay (yaralı və mərhəmətli). Off, aman, yarəbbi! (Cəmil bəyə). 
Cəmil! Qalq, südünü iç! 
Cəmil bəy. Ha? 


89 
 
Humay. Cəmil! 
Cəmil bəy. Ha!.. (Deyə təkrar çevrilir, Humayı görür-görməz). Sənmi!? Humay, 
sənmisin?!. (Böhranlı). Ah, yıqdığın heykəli dikməyəmi gəldin? Yoqsa Isa kibi ölü 
diriltməkmi istiyorsun?! Haha-ha-ha-ha. Hiç ölü dirilirmi, ya?.. (Humayın  əlindəki 
qədəh düşüb qırılır, daha da şaşqınlaşır. Cəmil bəy təkrar qəhqəhə ilə gülərək). 
Humay! Hiç ölü dirilirmi, ya?! 
Humay (bir söz söyləmək istər kibi). Cəmil! Niçin... 
Cəmil bəy (bir Humaya, bir də  qırılmış  qədəhə baqaraq zəhrxəndə ilə). Zavallı 
qədəh!  İştə  bənim qəlbim kibi parça-parça oldu! (Humay getmək istər, Cəmil təlaş 
ilə). Humay! Nerəyə? Nerəyə gediyorsun? 
Ah, bəndən yenəmi nifrət ediyorsun? 
Humay. Xayır, Cəmil, xayır... Süt için gediyorum. 
Cəmil bəy. Aman, getmə!.. Lazım deyil... Yalnız ver əllərini əməyim,  iştə kafi!.. 
(Yataqdan düşəcək olur). 
Humay (onu tutaraq). Cəmil! Niçin kəndini üzüyorsun?.. 
Cəmil bəy (Humaya sarılır, əlini-qolunu öpərək, titrək və mə’sumanə bir ahənglə). 
Söylə, Humay, söylə! Şimdi bəni seviyorsun, deyilmi? 
Humay. Əvət, Cəmil, seviyorum. 
S ə l t ə n ə t (sofada). Böyüksün, Ilahi! 
Bəypolad və Nadir bəy məmnunanə baqışırlar. 
Cəmil bəy (böhranlı). Xayır, xayır, sən bəşər deyilsin, Humay!.. 
Ah! Sən  əcəlin pənceyi-qəhrində  mələyən, fəlakət zəncirində inləyən bir əsiri 
qurtarmaq için Allah tərəfindən göndərilmiş şəfqətli, mərhəmətli bir mələksin!.. (Hər 
ikisi məhzun və məmnun bir halda baqışırlar). 
Bəypolad (sofadakılara mə’nalı bir ahənglə). Haydı, gedəlim... 
Məhəbbət Humay ilə Cəmili birləşdirdi. 
 
Gedirlər. 
 
Pərdə 


90 
 
DÖRDÜNCÜ PƏRDƏ 
 
Səhnə birinci pərdədə olduğu kibi Turxan bəyin evini göstərir. Salonun bağçaya nazir 
pəncərələrindən bir-ikisi açıq bulunaraq şairanə bir mənzərə  ərz edər. Eylül... Gündüz... Pərdə 
açıldıqda Humay Cəmil bəylə bərabər salona daxil olur. 
 
Cəmil bəy. Baq, bir ay əvvəl nerdə idik, şimdi nerdə bulunuyoruz! Barjomda 
keçirdiyimiz o şətarətli, o dilbər həyatı hiç bir zaman unutmayacağım. Hələ oranın o 
çəmənli-çiçəkli mənzərələri nə qadar gözəl!.. 
Humay (gülümsəyərək pəncərədən bağçayı göstərir). Allah eşqinə, bağçamızdakı 
güllərin, çiçəklərin hanki birisinə orada rast gələ biliriz? 
Cəmil bəy. Rica edərim, onu hiç söyləmə! Orada bənim  əlimə öylə bir 
həmişəbahar gülü keçdi ki, inan, hələ mislini görmədim. 
Humay. Nə? Həmişəbaharmı? 
Cəmil bəy. Əvət... 
Humay. Pəki, niçin onu bana göstərmədin? 
Cəmil bəy (gülümsəyərək).  İştə, ayinəyə baqsan, şimdi də görə bilirsin... 
Humay (gözlərini süzərək). Yenə  şairliyin tutdumu? Haydı, gəl, bağçaya enəlim 
də, bir az gəzinəlim. 
Cəmil bəy. Haydı, enəlim... (Qol-qola verib sol qapıdan çıqarlar. 
T u r x a n b ə y eyni qapıdan içəri girər. Qızğın və düşüncəli bir halda beş-on 
adım gəzinir. Şimdi artıq saqalı tıraş edilməmişdir). 
N a z l ı (sağ qapıdan daxil olur, onun halına diqqət edincə, təlaşla). 
Aman,  əfəndim, bu gün sizdə başqa hallar görüyorum. Allah etməsin! Yenə bir 
şeymi olmuş? 
Turxan bəy (hiddətli). Daha nə olacaq! Cəmili məktəbə verdiyim gün, kaş ki, 
boynum qırılaydı... Bədbaxt! Gül kibi milyonçu qızı burda qoydu da, gör, getdi nə 
buldu?! Arsızlığı, divanəliyi para ilə satın almaq,  İştə buna derlər. Hələ Humay!.. 
Hələ Humay! Aman, yarəbbi!.. Nədir o açıq-saçıq hallar?!. 
N a z l ı . Yaradana qurban olayım... Kiminə saleh evlad verir, sevindirir, kiminə 
də  Cəmil kibi ağıllı bir dəli kəramət edər. Nə etməli? Bunlar həpsi Allah işidir, 
bəyim!.. 
Turxan bəy (acı-acı gülərək).  Əvət, Allah işidir! (Ciddi). Bən qomşuya 
gediyorum, soracaq olurlarsa, dersin ki, bu saət gəlir... (Sol qapıdan çıqar). 


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə