Hüseyn caviD



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə15/65
tarix28.06.2018
ölçüsü1,34 Mb.
#51961
1   ...   11   12   13   14   15   16   17   18   ...   65

79 
 
Humay (heyrətlə). Nasıl?! 
Cəmil bəy (düşünür, cavab verməz). 
Humay. Niçin susdun? Artıq, bəni məraqlandırıyorsun. 
Cəmil bəy. Şimdi ki, məraq ediyorsun, dinlə! 
Humay. Dinliyorum,  İştə söylə! 
Cəmil bəy. Humay! Gördüm ki, Barjom misafirləri yavaş-yavaş dağılıyor, hər kəs 
gəldiyi yerə gediyor... 
Humay (məraqlı və güləryüzlə). Sonra? 
Cəmil bəy. Sonra biz də yol tədarükünə başladıq. Səndən ayrılacağımı sanki hiç 
düşünməmişdim, ayrılıq zamanı yaqlaşınca birdənbirə gözlərim yaşardı. Təhəmmül 
edəmiyərək öksüz çocuqlar kibi ağlayıb sızlamağa başladım. 
Humay (incə qəhqəhə ilə). Doğrusu, tuhaf təbiətiniz var! Pəki, ayrıldıqdan sonra 
təkrar görüşmək gücmü ya?! 
Cəmil bəy (azacıq düşünərək, birdən-birə Humayın  əlini  əlləri içinə alır). 
Humay!.. Sən hiç bəni sevərmisin? 
Humay (yarım qəhqəhə ilə). Çocuqmu oldun, Cəmil! Pəki,  şimdiyə qadar, sana 
qarşı hanki sevməməzlikdə bulundum? 
Cəmil bəy. Demək, bəni seviyorsun, deyilmi? 
Humay. Şübhəsiz... 
Cəmil bəy. Məsəla, nə kibi? 
Humay. Sevgili bir qardaş kibi. 
Cəmil bəy. Daha?.. 
Humay. Əziz bir arqadaş kibi, səmimi bir əhbab kibi... 
Cəmil bəy (çocuqca). Daha? Daha? 
Humay. Dahası yoq, əzizim... 
Cəmil diz çökərək onun əlini öpmək istərsə  də, Humay nazikanə bir tevrlə geri 
çəkilir. 
Cəmil bəy (sinirli və aşiqanə). Humay!.. 
Humay (heyrətlə). Cəmil!.. 
Cəmil bəy (yalvararaq). Mərhəmət, Humay! Mərhəmət! 
Humay. Bugünkü halın pək qarışıq, Cəmil, nə demək istədiyini bilmiyorum. 
Cəmil bəy (əfsürdəhal). Bilməz kibi görünmə, Humay, qəhr etmə  bəni!.. 
Seviyorum,  İştə seviyorum səni. Həm də bir Məcnun kibi seviyorum, anladınmı?! 


80 
 
Humay (təzyif ilə). Lakin nişanlı bir qız olduğumu unutuyorsun... Həm də bu 
hərəkətini dayım bilsə, səninçin əsla xeyirli olmaz. 
Cəmil bəy (acı-acı gülərək). Bir ölüyə  Əzraildən bəhs etmək tuhaf deyilmi ya!.. 
Hiç ruhsuz bir iskelet parçalanmaqdan mütəəssir olurmu? Hiç quru bir heykəl e’dam 
ediləcəyi için təlaş edərmi? (Məhzunanə). 
Humay! Bən çoqdan əriyib bitmişim. Görüyorsun ki, bəndə həyatdan əsər yoq... 
Bəni yaşatacaq yalnız, yalnız sənin məhəbbətindir. 
İnan ki, səndən ayrılsam, yalnız ölümlə birləşirim.  Əvət, sevdiyinə 
qavuşmayanlar, fəqət məzarıstana qavuşurlar. 
Humay (beş-üç adım uzaqlaşaraq). Lakin... Lakin!.. 
Cəmil bəy (boynu bükük bir halda). Mərhəmət, Humay, mərhəmət!.. Humay (bir 
az daha uzaqlaşaraq). Xayır, Cəmil, xayır... Bu hal, əsla şayani-mərhəmət deyil, olsa-
olsa ancaq layiqi-nifrət ola bilir!.. 
Cəmil bəy (qayət mütəəssir). Ah, nifrətmi?! (Qəhriz xəndə ilə). 
İştə bən də bunu bilmək istiyordum. Anlaşıldı, Humay, anlaşıldı... Əvət, bənim nə 
qadar alçaq, nə qadar şərəfsiz, nə qadar bədbaxt bir səfil olduğum anlaşıldı... (Sinirli). 
Nifrət! Nifrət! Nə tatlı mükafat!.. 
Humay (mərhəmətli). Cəmil, Cəmil! Niçin düşünmüyorsun? 
Cəmil bəy (yaralı bir səslə). Yetişir, Humay, yetişir! Yaralı könlümə  bıraqmış 
olduğun yanğını, əmin ol ki, dəryalar belə söndürəməz. 
 
(Sür’ətli və sərsəmcə adımlarla uzaqlaşıb gedər). 
 
Humay (Cəmilin getdiyi tərəfə baqaraq nədamət və  təəssüflə). Ah, nə  fəlakətli 
təsadüf!.. Zavallı xəstəlikdən büsbütün xərab olacaq... 
Bu sırada Bəypoladın xidmətçisi  əlində bir telqraf kağızı bulunduğu halda, 
qoşaraq Humayın yanına gəlir. O nə? 
Xidmətçi. Telqrafdır, xanım, Bəypolada yetişməlidir. 
Humay (kağızı alıb baqaraq). Kim bilir, o şimdi nerdə? 
Xidmətçi. İştə gəliyorlar. 
Humay. Haydı, al da kəndisinə ver! (Humay gəzinmək bəhanəsilə bir tərəfə 
çəkilir). 
Bəypolad (Səltənətlə  bərabər gələrək telqrafı alıb oxur. Qafasını oynataraq 
məmnun bir tevr ilə). Nə ə’la!.. Nə ə’la!.. 
S ə l t ə n ə t . Əcəba nerdən? 


81 
 
B ə y p o l a d. Peterburqdan... 
S ə l t ə n ə t (məraqlı). Kimdən? Şahmardanmı? 
B ə y p o l a d. Xayır, Şahmardan deyil, fəqət ona dairdir... 
S ə l t ə n ə t . Pəki, nə var? Nə olmuş? 
Bəypolad (kəskin və mə’nalı bir ahənglə). Şahmar bəy yeni sevmiş olduğu bir rus 
qızı için intihar etmiş!.. 
S ə l t ə n ə t . Nə? Intiharmı? 
Bəypolad (soğuqqanlı). Əvət! 
S ə l t ə n ə t (sinirli). Nişanlısı olduğu halda, öyləmi? 
B ə y p o l a d. Əvət! 
S ə l t ə n ə t (həyəcanlı). Ah, rəzil! Alçaq!.. 
Bəypolad (Səltənətin qolundan tutaraq mə’nalı bir təbəssümlə). Gəl, canım, gəl!.. 
Haydı, gedəlim də Humay xanıma baş sağlığı verəlim!.. 
(Gedərlər). 
 
Pərdə 
 
ÜÇÜNCÜ PƏRDƏ 
 
Vəq’ə bir ay sonra, gündüzün Barjomda vaqe olur. Sağ tərəfdə bir sofa (koridor), solda tək 
qapılı, iki pəncərəli, küçük, sadə bir oda. Pəncərə önündə bir çarpayı, bir masa, dörd-beş 
sandalya və masa üzərində bir sürahi, bir-iki qədəh və bir taqım ilac şişələri görünür. Təmmuz... 
ikindi çağı... Cəmil bəy xəstə olaraq yataqda uyur. 
 
Humay (sofada bət-bənizi uçmuş və məhzun bir halda düşünür. 
Yüzünü göy səmtinə tutaraq). Aman, yarəbbi! Bu nə  fəlakətli hal!.. Cəmili 
azarladığım o mənfur saət, o məş’um dəqiqələr kaş ki, yaranmayaydı!.. Ah, gedib 
ayaqlarına qapanmaq istiyorum, fəqət, heyhat!.. 
S ə l t ə n ə t (Humaya rast gələrək). Nə düşünüyorsun, yavrum? 
Humay. Hiç!.. 
S ə l t ə n ə t . Niçin içəri girmiyorsun? Haydı, gəl, Cəmilin keyfini soralım... 
Humay. Doğrusu, onu bu halda görməyə qəlbimdə qüvvət bulamıyorum.(Gedər). 
S ə l t ə n ə t (dərin bir ah çəkərək). Yazıqdır... Allah köməyi olsun!.. (Qapıyı açıb 
içəri girər, Cəmil bəyə yaqlaşaraq). Cəmil! Cəmil!.. 
Nasılsın, oğlum?.. 


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə