Hüseyn caviD



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə11/65
tarix28.06.2018
ölçüsü1,34 Mb.
#51961
1   ...   7   8   9   10   11   12   13   14   ...   65

65 
 
T u r x a n b ə y. Eyi xatirimə gəldi, bir xoş xəbər daha... 
Nadir bəy (məraqla). Nasıl? Nə imiş, əcəba? 
T u r x a n b ə y. Cəmili evləndirmək istiyorum, yalnız gəlib çıqmasını 
bəkliyorum. 
Na d i r b ə y . Kim bilir! Bəlkə o, şimdiyə qadar birilə sevişib evlənmiş də, yalnız 
bizim xəbərimiz yoq... 
T u r x a n b ə y . Xayır, oğul bənimsə, xəbərsiz iş tutmaz. Onun için bir qız 
bulmuşum ki, röyasında belə görəməz. Həm gözəl, həm anababasının bir danəsi, həm 
də son dərəcə zəngin. 
Na d i r b ə y . Bəncə gözəllik zevqə aid bir şeydir. Sərvət isə, düşündüyünüz 
kibi, insanı  pək da məs’ud edəməz. Bir də bir qızı  sərvəti için deyil, dilxah və 
tərbiyəli olduğu için alırlar. 
T u r x a n b ə y. Nadir! Nadir! Hiç bir hiss, hiç bir qüvvət, hiç bir yer yoq ki, 
orada altın, gümüş rol oynamasın.  Əmin olunuz ki, dünyanın bütün İzzəti bütün 
səadəti ancaq para ilə əldə edilə bilir. 
Nadir bəy (yerindən qalqaraq). Əvət, hər  şey para ilə  əldə edilir; illa fəzilət və 
insaniyyət!.. 
T u r x a n b ə y . Xayır! Xayır... Fəzilət də paradadır, insaniyyət də... 
Na d i r b ə y . Yanılıyorsunuz, əfəndim, sizə insan qılığında öylə çulsuz-palansız 
uzunqulaqlar göstərə bilirim ki, yalnız altından yapılmış bir palanları əskikdir. 
 
 Turxan bəy istehzalı qəhqəhələrlə gülər. 
 
B a y r a m (əcələ içəri girər). Əfəndim, aşıq Sultan gəlmiş. 
Na d i r b ə y . Hanki Sultan? Bizim köy işlərinə baqanmı? Bayram. Əvət, 
əfəndim. 
Turxan bəy (Nadir bəyə). Nə eyi təsadüf!.. Onun saz çalmasını  və  dəyərli aşıq 
sözlərini çoqdan bəri eşitdiyim yoq. 
Nadir bəy (Bayrama). Söylə, içəri gəlsin. 
Bayram. Kəndisi yalnız deyil, əfəndim, yanında dağıstanlı bir bəy də var. 
T u r x a n b ə y. Pəki, adını öyrənəmədinmi? 
Bayram. Adı Bəypoladdır, əfəndim. 
T u r x a n b ə y. Haydı, söylə buyursunlar. 
 
(Bayram çıqar) 


66 
 
Na d i r b ə y . Əcəba bu hanki Bəypoladdır? 
T u r x a n b ə y. Zənnimcə Cəmilin arqadaşı olmalı... 
Na d i r b ə y . Pəki, onun burada nə işi?.. 
Turxan b ə y . O, mühəndisdir, ehtimal ki, dəmiryola baqmaq için gəlmiş. 
Na d i r b ə y . Ehtimal ki... 
T u r x a n b ə y . O olsa fəna olmaz, Cəmildən eyi bir xəbər bilmiş oluruz. 
 
Bu sırada Bəypolad ilə  aşıq Sultan içəri girər, salamlaşaraq adlarını bir-birinə 
söylərlər. Hər üçü oturur, yalnız aşıq ayaqda durur. 
 
T u r x a n b ə y (Bəypolada). Təşrifiniz Barjomdanmı, əfəndim? 
B ə y p o l a d. Əvət... 
Na d i r b ə y . Cəmil bəyin keyfi nasıl? 
B ə y p o l a d. Əvvəllər azacıq yorğun kibi idi, lakin şimdi eyidir. Həm də sizə 
məxsusi salamı var. 
Na d i r b ə y . Təşəkkür edərim. 
B a y r a m (daxil olur, Turxan bəyə).  Əfəndim, Çingiz bəy adam göndərmiş, 
diyor ki, bəy əfəndi evdə isə buyursunlar, bir az vaqt keçirəlim. 
T u r x a n b ə y . Söylə ki, misafirimiz var, əgər arzu edərsə kəndisi buyura bilir. 
Bayram çıqar. 
 
A ş ı q S u l t a n (Turxan bəyə). Bəndəniz gedəyimmi, əfəndim? 
T u r x a n b ə y. Gedə bilirsin, əzizim, fəqət sazını alıb geri dönmək şərtilə. 
 
Aşıq Nadir bəyə baqar. 
 
Na d i r b ə y . Zərər yoq, madam ki, arzu ediyorlar, sazını al da, gəl, fəqət çoq 
gecikmə! 
A ş ı q S u l t a n . Baş üstünə, əfəndim... (Çıqar.) 
Turxan bəy (Bəypolada). Doğrusu, böylə birdən-birə təşrif etməniz bəni o qadar 
sevindirdi ki!.. Nasıl təşəkkür edəcəyimi bilmiyorum. 


67 
 
B ə y p o l a d. Əskik olmayın, əfəndim... 
N a d i r b ə y (Bəypolada). Nasıl? Cəmil kəndinə eyi arqadaşlar bulmuşmu? 
B ə y p o l a d. Xayır, o kimsəyə qarışmaz. 
Na d i r b ə y . Pəki, yalnız başına sıqılmıyormu? 
B ə y p o l a d. Niçin sıqılsın! Səhər-aqşam həmşirəmin qızı Humay ilə bərabər 
seyrə çıqarlar. 
Na d i r b ə y . Zənn edərsəm, Cəmil təbiətdəki gözəlliklərə pək məftun olmalı! 
B ə y p o l a d. Onu hiç sormayınız!.. Ya o, ya Humay xanım küçücük bir şəlalə 
qarşısında saatlarca dalıb gedərlər. 
Turxan bəy (Nadir bəyə). Ey, təbiətdəki gözəlliyə onlar məftun olmayıb da, bənmi 
olacayım? Gənclik öylə bir ne’mət ki, onunla hər  şey insana xoş görünür. Ömür 
artdıqca həyatdakı nəş’ə də o nisbətdə əksilir; nəş’ə əksildikcə qeydi-həyat artar, qeyd 
artdıqca binlərcə  sıqıntı-üzüntü insanı sarmağa başlar. (Divardakı saatı göstərərək). 
İştə bu saatın hər vuruşu həyatımız için ən müdhiş bir zərbə deməkdir... 
 
Bu sırada Ç i n g i z bəylə A r s l a n bəy daxil olurlar. 
 
Ç i n g i z b ə y (ciddi və  məğrur bir ahənglə). Canım, biz alçaq könüllü 
peyğəmbərlərdəniz; dağ bizə gəlməzsə, biz dağın ətəyinə gedəriz. 
T u r x a n bəy (qəhqəhə ilə). Hiç Çingiz adında peyğəmbər eşitdinizmi? 
Çingiz bəy (Turxan bəyə). Allah eşqinə, sən... sən hələ bəni 
tanımadınmı? (Məclisdəkilər ilə görüşürlər). 
Turxan bəy (təkrar gülərək). Otur baqalım,  əzizim, otur. Səninlə sonra 
qonuşacayım (Çingiz bəy və Arslan bəy otururlar). 
Ç i n g i z bəy (Bəypoladı diqqətlə süzərək).  Əfsus ki, bəy  əfəndiyi 
tanıyamıyorum. 
T u r x a n bəy (Çingizə). Nasıl!? Ha, ha, ha...  İştə, Bəypolad həzrətləri; 
Cəmilin Barjom arqadaşı, həm də pək alicənab və möhtərəm bir zat! 
Ç i n g I z bəy (böyük bir heyrətlə yerindən qalqaraq). Aman, nə diyorsunuz! 
T u r x a n b ə y. Əvət, əzizim! 
Ç i n g i z b ə y (təkrar Bəypoladın əlini sıqaraq səmimi bir ciddiyyətlə). Şübhəsiz, 
Dağıstan tərəfindənsiniz, deyilmi? 


68 
 
B ə y p o l a d. Əvət, qardaşım!.. Dağıstan türklərindənim. 
Ç i n g i z b ə y . Ah, bu görüşdən nə qadar məmnun oldum, bilirmisiniz? 
B ə y p o l a d. Əskik olmayın. 
T u r x a n bəy (Bəypolada).  Əfəndim, Çingiz bəy Dağıstan xalqına qarşı  pək 
başqa hörmət, pək başqa bir məhəbbət bəslər; dağıstanlı adı  eşitdimi, büsbütün 
çıldırır. 
Ç i n g i z b ə y . Fəqət haqsızmıyım? Onu söyləyiniz!.. (Şeyx Şamilin divarda 
asılmış  rəsminə yaqlaşaraq kəskin bir ahəng ilə).  İştə  həm fazil, həm cəngavər bir 
dağıstanlı!  İştə  Şeyx  Şamil!.. Baqınız, yalnız  şu heykəli-cəladət,  şu qoca qəhrəman
ilələbəd dağıstanlı adını yaşatmaq için kafidir! Ah, nədənsə bilməm, daima şu böyük 
simaya qarşı qəlbimdə dərin bir hörmət, böyük bir məhəbbət hiss edərim. Şu parlaq 
nasiyədə,  şu düşüncəli gözlərdə öylə  mə’nalı bir əzəmət, öylə  əzəmətli bir məhabət 
var ki, yalnız dostları deyil, düşmanları belə bir baqışda heyran olub qalırlar. 
T u r x a n bəy (yerindən qalqaraq). Yaşa, Çingiz, yaşa!.. Doğrusu, sözlərinizin 
hər biri birər elmas parçasından daha dəyərlidir. (Bu sırada aşıq Sultan içəri girər). 
Otur, aşıq, otur, baqalım. (Qapıya) Bayram! 
B a y r a m! (Bayramdan cavab gəlməz, Arslan bəy onu çağırmaq için qalqar). 
T u r x a n bəy (Arslan bəyə). Rica edərim, söylə çay gətirsinlər... 
A r s l a n b ə y . Bu saat, əfəndim. (Sağ qapıdan çıqar). 
T u r x a n b ə y . Haydı, Sultan, söylə baqalım!.. 
A ş ı q S u l t a n . Bəylər, əfəndilər nə əmr edər? 
Ç i n g i z b ə y . Sənin keyfin nə istərsə, onu... 
A r s l a n b ə y (daxil olub Turxan bəyə). İştə gəliyor, əfəndim... 
T u r x a n b ə y. Allah onun bəlasını versin. Bayram çay gətirir. Payladıqdan 
sonra çıqar. 
A r s l a n b ə y (Çingizin qulağına heyrətlə). Ah, Maral, nə Maral!.. Maral demə
bir cənnət pərisi... 
Ç i n g i z b ə y (hiddətli, fəqət alçaqdan). Arslan! Gözlərimin içinə bir eyi baq!.. 
A r s l a n b ə y (təlaş ilə). Aman! Rica edərim. 
Ç i n g i z b ə y (eyni ahənglə). Sən vicdanını nerdə qayb etdin? 


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə