I cild görsən bir milləti mala meyilli



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə58/69
tarix15.07.2018
ölçüsü1,15 Mb.
#55913
1   ...   54   55   56   57   58   59   60   61   ...   69

232
Ən fəzilətli şahidlik, şübhəsiz, hökmdarın qəzəbinə tuş 
gəlməkdən qorxmayaraq onun yanında həqiqəti söylə mək -
dir. “Şahidliyi gizlətməyin. kim onu gizlərsə, qəlbi gü­
nahkar olar” (əl-Bəqərə, 283). Hər bir rəhbər idarəsi altında 
olanların yaşayışı, məmurlarının fəaliyyəti barədə vaxtında 
və  dürüst  məlumatlandırılmalıdır.  Rəhbər  adil  şahidləri 
sevməyə bilər, fəqət rəhbərlik ədalətli şahidlik tələb edir. 
Allah yolçuları zalimlərin sarayına yalnız həqiqəti çatdır-
maq  niyyəti  ilə  girməlidir.  Qeyri  niyyətlərlə  girənlər  bu 
yo lun həqiqi yolçusu ola bilməzlər. Allah Rəsulu buyurdu: 
“Çox yaxında zalım, fasiq idarəçilər olacaq. Kim onların 
yalanlarını təsdiqlər, zülmlərinə yardımçı olarsa, o mən dən 
deyil, mən də ondan deyiləm. O, əbədi olaraq mənim hovu­
zumdan içməyəcəkdir”.
İbrət
Bəsrə valisi ibn Hubeyrə Bəsrə böyüklərindən Mu həm-
məd ibn Sirin, Həsən Bəsri və Şabi həzrətlərini yanına dəvət 
edərək ibn Sirindən soruşdu: “Ya Əbu Bəkirin atası, şəhər 
camaatını necə gördün?” Həzrət cavab verdi ki: “Zülmün 
baş alıb getdiyini gördüm”. Arxasında durmuş qardaşı oğlu 
onun susmasına işarə olaraq çiynini çimdiklədi. İbn Sirin 
ona  baxaraq  buyurdu:  “Soruşulan  sən  deyilsən,  məndən 
soruşulur”. O, valinin sorduğu məsələnin şahidlik olduğu 
qənaətindəydi və gizlətməyi məkruh görürdü.
Görüşdən sonra vali Həsən Bəsriyə dörd min, ibn Sirinə 
üç  min,  Şabiyə  də  iki  min  dirhəm  göndərdi.  Amma  ibn 
Sirin  bəxşişi  qəbul  etməyib  geri  qaytardı.  Nə  üçün  qəbul 
etmədiyini  sorduqda  səbəbini  belə  açıqladı:  “Onu  mənə 
xeyir  olaraq  verdiyinimi  zənn  edirsən?  Əgər  mən  onun 
dü şündüyü kimiyəmsə, o bəxşişi qəbul etməməyim gərək-
dir. Əgər mən onun düşündüyü kimi deyiləmsə, hədiy yə-
sini qəbul etməyim caiz deyildir”.


233
Dünya dolu vəhşi ilə,
Demirəm ki, timsahdan qorx.
Dünya dolu bəxşiş ilə,
Deyirəm ki, tamahdan qorx.
Nə yeganə, nə vahidsən,
Vahid Odur, sən şahidsən.
Şahid ölsən, bil, şəhidsən,
Sən yeganə Padşahdan qorx.
Ömür nazik, naxışlı sap,
Sökmə, tik sən, tikmək savab.
Bu gün əməl, sabah hesab,
Sabahdan qorx, sabahdan qorx.
Əyləş, haqqı diz-dizə de,
Alınmasa, dur üzə de.
Qorxma şahdan, şax gözə de,
Deyəmməsən, Allahdan qorx!
Ədalətsiz məmləkətlərdə və məhkəmələrdə yalançı şa-
hidlər çox olar. Sirr deyil ki, şahidlərin ən çox dəvət edil diyi 
yer  məhkəmələrdir.  Ölkəni  zalım  idarəçilər  idarə  edirsə, 
hakimlərin adil olacağı düşünülməz. Təyin edən necə dirsə, 
təyin  olunan  da  o  cür  olur,  yaxud  olmağa  məhkumdur. 
Belələrinin də yalançı şahidlərsiz işləri keçməz. Bütöv lükdə 
isə bu cür durum dindən, imandan uzaq olmanın məh su-
ludur. Çünki həqiqi mömin, yəni müttəqi kimsə hər hansı 
təzyiqdən  sınıb,  təmənnaya  uyub,  yalan  şahidlik  etməz, 
Rəbbindən çəkinər, aqibətindən qorxar. Saxta şahidlər, bir 
qayda  olaraq,  Rəbbindən  çox  rəhbərindən  qorxan, Axirə-
tini  deyil,  dünyasını  itirməkdən  əndişələnən  kimsələrdir. 
Hətta hakimlər, adil olsa belə, idarəçilərin cavabdeh, iddiaçı, 
yaxud şahid qismində dəvət edilmədiyi məhkəmələr əda-
lətiylə tanına bilməz. Çünki bu zaman məhkəmə amir və 


234
məmurların  fövqündə  yox,  onlar  məhkəmənin  fövqündə 
durmuş  olur.  Belə  hallarda  isə  bir  adil  şahidin  önünə  on 
yalançı şahid çıxarmaq çətin deyildir. 
İbrət
Hz.Əli  (aleyhissəlam)  Siffeyn  savaşına  gedərkən  yolda 
zirehini itirdi. Savaşdan sonra Kufəyə dönərkən zirehini bir 
yəhudinin əlində gördü. Yəhudiyə “Bu mənim zirehim dir, 
onu  nə  satdım,  nə  də  hədiyyə  etdim”  –  desə  də,  yəhudi 
“Zireh mənimdir” – deyib, onu verməkdən boyun qaçırdı. 
Hz. Əli (aleyhissəlam) zor tətbiq etmək istəmədi və onun tək-
lifi ilə hər ikisi hakimin yanına gəldilər. Qazi Şüreyh ibn 
Haris məsələni dinləyib Hz. Əlidən (aleyhissəlam) “İddianı 
sübut edəcək dəlil varmı?” – deyə soruşdu.
Hz. Əli (aleyhissəlam) “Bəli, var, xidmətçim Qənbər və 
oğlum Həsən bu zirehin mənimki olduğuna iki şahiddir”, 
– deyə buyurdu.
Hakim: “Oğlun ata üçün şəhadəti caiz deyildir”, – dedi.
Xəlifə: “Cənnət əhlindən olan şəxsin şəhadəti niyə qəbul 
olunmur?  Mən  Rəsulullahdan  (salləllahu  aleyhi  və  səlləm
“Həsən və Hüseyn Cənnət cavanlarının ağasıdır” buyur du-
ğunu eşitdim” desə də, hakim qəbul etmədi və sonda dəlil 
azlığını əsas götürüb yəhudinin xeyrinə qərar verdi.
Bu  ədaləti  gözləməyən  yəhudi  heyrətini  gizlədə  bil-
mədi:
“Möminlərin Əmiri məni hakimin yanına gətirdi, özü-
nün təyin etdiyi hakim isə onun əleyhinə hökm verdi. Mən 
şəhadət verirəm ki, bu din haqdır. Və yenə şəhadət edirəm 
ki, Allahdan başqa ilah yoxdur. Məhəmməd də Onun Rəsu-
ludur.  Bu  zireh  sənindir.  Dəvəndən  düşmüşdü,  mən  də 
götürmüşdüm”.
Hz. Əli (aleyhissəlam) yəhudinin müsəlman olmasına çox 
sevinərək buyurdu: “Bir halda ki müsəlman oldun, mən də 
zirehi sənə hədiyyə edirəm”.


235
Sözdə kim sabit isə, əməldə həm səbat eylər,
Vay onun halına kim, qeyri-sabit vəfat eylər.
Kimin hər cümləbaşı hər bəyanı Allah ola,
Ona hər addımbaşı Allah özü imdad eylər.
Qəlbdə yoxdursa işıq, sən arama sözdə hüsn,
Kim sözün nurunu fərq etməsə, o, fəryad eylər.
Ərşü-əlada, könül, haqq kəlamdan dadlı nə var?
Sən sözü eylə şirin, söz də səni Fərhad eylər.
Bəşəri bəndə edən Haqq kəlamı tutmasıdır,
Həqiqi Hakim Odur, qeyriləri fəsad eylər.
Ey dil, Haqq şahidi ol, hər sözün şahidləri var,
Axirət mülkümüzü dil qədər kim bərbad eylər?
İnsanlar təkcə şahid olmaq deyil, şahid tutmaq zəru rə-
tilə də tez-tez qarşılaşırlar. Bu hal borc, girov, vəsiyyət və 
sair kimi məsələlərdə özünü daha çox büruzə verir. Döv-
rümüzdə xüsusən şahidsiz, yaxud etibarsız şahidlə həyata 
keçirilən borc müqavilələrinin çox zaman acı sonluqla nəti-
cələndiyi bir gerçəklikdir. Yaxud hansısa bir məmurun ta nı-
madığı və ya az tanıdığı vətəndaşa “şirinlik” müqabilində 
istənilən xasiyyətnaməni verməsi adi qarşılanan hallar dan-
dır. Halbuki söhbət yalan şəhadətdən gedir. Allah bizləri 
cahil  olmaqdan  qorusun!  Ayədə  buyuruldu:  “(Borc  alış­
verişində) öz adamlarınızdan buna hazır olan iki kişini 
şahid tutun! Əgər iki kişi hazırda yoxsa, o zaman doğru­
luğuna güvəndiyiniz bir kişi ilə iki qadın tutun ki, biri 
unudursa, digəri xatırlatsın. Şahidlər də dəvət olunduq­
ları zaman boyun qaçırmasınlar” (əl-Bəqərə, 282).


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə