I cild görsən bir milləti mala meyilli



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə60/69
tarix15.07.2018
ölçüsü1,15 Mb.
#55913
1   ...   56   57   58   59   60   61   62   63   ...   69

240
danışma”.  O  isə  cavabını  sualla  verdi:  “Bura  quşlamağa 
çıxmışıq ki?”
Çevrən qəfəs, çıx azad ol!
Quşbeyin yox, quşqanad ol!
Uç uzaqlaş, salamat ol!
Dayanmağa gəlməmişik.
Lağlağı söhbətlər çox asanlıqla yalan, qeybət kimi böyük 
günahlara yol aça bilir. Odur ki, təqva əhlinin nəinki belə 
söhbətləri  dinləməsi,  hətta  onlara  etiraz  etmək  niyyətilə 
bu cür məclislərə qatılması belə məqbul deyildir.
İbrət
Bir gün Vuheyb ibn Ömər Sayrafi həzrətlərini qəbir daş-
ları  arasında  ayaqlarını  uzadıb  torpaqla  oynayarkən  gö-
rənlər soruşdular: “Ey Bəhlul, nə edirsən?” Həzrət sakitcə 
buyurdu:  “Mənə  əziyyət  etməyən,  qeybətimi  qılmayan 
insanlarla  oturub  söhbət  edirəm.  Bunlar  dirilərdən  daha 
təhlükəsizdirlər”.
içindən ələmlərin,
Həşri vardır aləmlərin.
Arasında zalimlərin
Oyanmağa gəlməmişik.
Bütləri yıx, hər sənəm od!
Dövründən çıx, bu dönəm od!
Cənnət nurdu, Cəhənnəm od,
Biz yanmağa gəlməmişik.
Boş, faydasız, zərərli şeylərdən biri yüngül, bayağı mu-
siqiylə  müşayiət  olunan  eyş-işrət  məclisləri,  əyləncələr, 
tamaşalardır. Dövrümüzdə belə şeylər o qədər yayılmışdır 
ki, artıq onları mənəviyyatlara yaratdığı təhlükə baxı mın-
dan birinci yerə də qoymaq olar. Müasir texniki imkanlar 


241
elədir ki, istənilən şəxs evindən, kabinetindən, maşınından 
çıxmadan istənilən əyləncəni seyr edə, hətta ona qatıla bilir. 
“İnsanlardan elələri vardır ki, elmsizcəsinə Allah yolun­
dan sapdırmaq və onu əyləncəyə çevirmək üçün boş söz­
ləri  satın  alırlar.  onlar  üçün  həqarətli  bir  əzab  vardır” 
(Loğman, 6). Bu ayənin nüzulu ilə bağlı rəvayət olunur ki, 
Məkkə müşriklərindən Nadr ibn Haris gözəl bir müğənni 
cariyə almışdı. Qureyşdən birini İslama meyillənən görüncə 
evinə gətirər, cariyəsinə onu yedirib-içirməyi, xoş söhbət-
lərlə, mahnıyla, şeirlə əyləndirməyi tapşırardı. Beləcə, o kim-
səni nəşələndirib, sonda deyərdi: “Gördünmü, bu, Mu həm-
mədin  dəvət  etdiyi  şeydən,  namazdan,  onun  qar şısında 
çarpışmaqdan daha gözəl deyilmi?”
Adəm oğlu, həddini bil!
Nədən belə tərs, inadsan?
Özünü bil, Rəbbini bil:
Yer üzündə amanatsan.
At hər zülfü-pərişanı,
Eyş-işrəti, şöhrət-şanı.
At dünyanı, kəhkəşanı,
Sən özün bir kainatsan.
Böyüklərimiz hər cür əyləncə məclislərindən nəinki uzaq 
durar, hətta belə şeylərə rast gəldikdə bunu xətalarının nəti-
cəsi hesab edərdilər.
İbrət
Hammad ibn Müslim Dəbbas həzrətləri bir gün yolda 
gedərkən bir evdən çalğı və mahnı oxuyan bir qadının səsini 
eşitdi. Dərhal tövbə və istiğfar edərək evinə dönüb ev əhlin-
dən soruşdu: “Biz hansı günahı işlədik ki, bu gün yolda bir 
günahla qarşılaşdıq?” Xanımı: “Axşam evə hədiyyə olaraq 
bir  tabaq  gətirmişdilər.  İçində  bir  canlının  şəkli  vardı”  – 
söy lədi.


242
Tabağı gətirdib qırdıqdan sonra buyurdu: “Bir də belə 
şey qəbul etməyin”! 
Dünyana sən hörmət qoysan,
Sərmayə və zəhmət qoysan,
Nəfsinə sən qiymət qoysan,
Ya qəpiksən, ya manatsan.
Nəfs  yüngül,  oynaq,  bayağı  şeylərə  daha  meyillidir. 
Tərbiyə edilməzsə, o meyil hər yaşda qalır. İbrahim Nəvvas 
həzrətlərindən soruşdular: “Əcəba, nədən insan şeir din lər-
kən vəcdə gəlir, halbuki Quran dinlərkən eyni vəcdi duy-
mur, hərəkətə gəlmir? Hikməti nədir?”
Həzrət buyurdu: “Quran insana çökən bir ağırlıq san cısı 
kimidir. Ona qapılan kimsədə taqət qalırmı ki, vəcdə gəlsin, 
hərəkət  edə  bilsin.  Amma  şeir  elə  deyildir.  Nəfs  ondan 
xoşlanır və dinlərkən hərəkətə keçir”.
Şair odur sözü güdə,
Nə fitnə, nə fəsad ola.
Qələmini külüng edə,
Özü gərək Fərhad ola.
Şair yazmaz, həkk eləyər,
Nə şirk, nə də şəkk eləyər.
Hər haramı tərk eləyər,
Hər tövbəsi fəryad ola.
Haqq şairi para pusmaz,
Sözü udar, amma qusmaz.
Haqla söylər, haqsız susmaz,
Bəlkə ondan ustad ola.
Haqq qafiyə kəramətdir,
Qeyriləri nədamətdir.
İşin sonu Qiyamətdir,
Axırımız abad ola.


243
Mənasız, lüzumsuz şeylərə uymamaq bu şeylərə aludə 
olan  insanlardan  da  bacardıqca  gen  durmaq  deməkdir. 
Allah yolçusu yol yoldaşlarını düzgün seçməlidir. Yusif ibn 
Hüseyn Razi həzrətləri buyurdu: “Allah yolunda yerimək 
istəyən bir kimsə üçün ən böyük təhlükə bu yolda olma yan 
kimsələrlə bərabər olmaqdır”.
İbrət
İbrahim ibn Əbu Talib Bətaihidən nəql olunur: “Bir gün 
Əbu Bəkr ibn Qavvam həzrətlərini ziyarət etmək üçün yola 
çıxdım.  Bir  karvana  rast  gəlib  onlara  yol  yoldaşı  oldum. 
Yolboyu  karvandakılar  içkidən,  içki  məclislərindən  bəhs 
etdilər.  Mən  yolu  başa  vurub  ibn  Qavvam  həzrətlərinin 
hüzuruna  getdim.  Məni  görüncə:  “Xeyirdir,  ya  İbrahim, 
bu halın nədir?” – dedi. Mən də: “Halım necədir ki?” – deyə 
sordum. O: “Əlində içki və alətləri var”, – dedi. Mən: “Yol 
gə lərkən  bir  karvanın  camaatı  ilə  yol  yoldaşlığı  elədim. 
Onlar ancaq içkidən bəhs edirdilər. Deməli, söhbətləri mənə 
təsir etmişdir”, – dedim. Həzrət buyurdu: “Övladım, yaxşı 
kimsələrlə  yoldaşlıq  et.  Pislərdən  bacardığın  qədər  uzaq 
dur. Çünki onlarla ünsiyyət dünya və Axirətdə üz qarasıdır”.
Adəm oğlu, cahil olma,
Hər əməlsiz alimdən qaç.
Dünya qəflət, qafil olma,
Hər əməlli zalimdən qaç.
Pislərin içində gəzən pisliyin özünə, ətrafında dolanan 
tozuna bulaşar. Uca Allah buyurdu: “zülm edən kim sə lərə 
yaxın getməyin ki, sizə toxunar” (Hud, 113). Zalıma zəru rət 
olmadan  yaxınlaşmaq  istəyən  onu  zülmdən  çəkindirmək 
niyyəti güdmürsə, onun məiyyətindən sayılır.
İbrətlər 
Süfyan Sevri həzrətləri birisiylə birlikdə evin qapı sında 
dururdu. Önlərindən süslənmiş bir adam keçdi. Yoldaşı bu 


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə