I cild görsən bir milləti mala meyilli



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə59/69
tarix15.07.2018
ölçüsü1,15 Mb.
#55913
1   ...   55   56   57   58   59   60   61   62   ...   69

236
İbrət
Bir şikayətçi öz barəsində şahidlik etmək üçün bir nəfəri 
gətirmişdi. Xəlifə şahiddən soruşdu:
– Bunu necə tanıyırsan?
O şəxs dedi:
– Yaxşı adamdır.
– Yaxın qonşusan?
– Xeyr.
– Bir alış-verişiniz olubmu?
– Xeyr.
– Belə təxmin edirəm ki, sən bu adamı məsciddə başını 
əyib Quran oxuyarkən gördün. “Yaxşı insandır” demə yinin 
səbəbi budurmu?
– Elədir, belə oldu.
Bundan  sonra  Hz.Ömər  şikayətçiyə  üz  tutaraq  dedi: 
“Get, səni yaxından tanıyan birini gətir”.
Ey qələmim, gerçəyi yaz.
Doğru sözdən əzəl nə var?
Çirkini yaz, göyçəyi yaz.
Ədalətdən əfzəl nə var?
Ümumi de, ya özəl de,
Moizə de, ya qəzəl de,
Hər nə desən, sən gözəl de.
Gözəl sözdən gözəl nə var?
Hər sözü güd, tutularsan.
Hər sözü çək, dartılarsan.
Nəhəng sözlə qurtularsan,
Cırtdan sözdən cəncəl nə var?
Bu dünyada gecə gündüzü, gündüz də gecəni təqib edir. 
Qaranlıqlar  heç  nəyi  əbədi  örtməz. Adəm  oğlunun  gizli-
gizli  işləri  çox  olsa  da,  əslində  gizli  olan  bir  şey  yoxdur. 
Hər  kəs  özünü  şahid  saymasa  belə,  bir  an  da  şahidlərsiz 


237
deyil. “Sağında və solunda qeyd edən iki mələk otur muş­
dur. Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır 
durub gözləyən vardır” (Qaf, 17-18). Bunlar Allahın təyin 
etdiyi şahidlərdir. Yer üzündə kimsədən qorxmaz, kimsə-
nin  təsiri  altına  düşməz,  heç  bir  təmənnada  bulunmaz, 
yalnız  aləmlər  Rəbbinin  əmrlərini  yerinə  yetirərlər. Allah 
yolçusunun şahidliyi onların şahidliyi kimi olmalıdır.  
Kim düşünür şahidsizdi,
Qəflətini aşkar eylər.
Rəhmətdən o, ümidsizdi,
O, Rəhmanı inkar eylər.
Bir gəmidi, lövbəri yox.
Bir gədadı, rəhbəri yox.
Mələklərdən xəbəri yox,
Cin-şeytanla ilqar eylər.
Ey qələmim, qızanlar var,
Çox yazma ki, yozanlar var.
Yazmasaq da, yazanlar var:
Sağda, solda qərar eylər.
10. “(rəhmanın qulları) o kəslərdir ki, ləğvə (boş şey­
lərə) rast gəldikləri zaman vüqarla oradan keçib gedər lər” 
(əl-Furqan, 72).
Ayədə işlənən “ləğv” kəlməsi din və dünyamız üçün 
zərərli,  yaxud  faydasız,  lüzumsuz  şeylər  anlamına  gəlir. 
Dilimizdə “lağlağı” kimi ifadə olunur.
Sanma hər dadlı sözün, ey dil, qədri, qiyməti var.
O sözün qiyməti var, qədri var ki, hikməti var.
Rəhmanın hökmünə uyğundusa, hikmətlidi söz,
Yoxsa ki hansı sözün hikmətdən bir qisməti var?


238
Sözü hörmətsiz edən baxsın əməl dəftərinə:
Orda yalnız sözə hörmət qoyanın hörməti var.
Hər dili söz tutana hər zaman vacibdi şükür,
Çünki Rəbbindən onun nitq kimi bir neməti var.
Haqq əgər söyləməsək, Şeytanla söz birliyi bu.
Harda haqq söylədiksə, Rəbbimizin rəhməti var.
Vaxt “öldürməyə”, zamanı hədər keçirməyə xidmət edən 
boş, mənasız söhbətlər, şit, bayağı musiqilər, oyunlar, eyş-
işrət məclisləri də “ləğv”ə aid edilə bilər. Bir sözlə, “ləğv” 
o şeylərdir ki, insan onlar üçün yaradılmayıb.
İbrət
Bir  gün  Vuheyb  ibn  Ömər  Sayrafi  (Bəhlul  Danəndə) 
həzrətləri küçəylə gedərkən oynayan uşaqlar gördü. Uşaq-
lardan biri kənara çəkilib onlara baxır və ağlayırdı. Həzrət 
o uşağa yaxınlaşdı, başını oxşayıb soruşdu: “Niyə ağlayır-
san? Gəl sənə bəzi şeylər alım, sən də yoldaşlarınla oyna”. 
Uşaq  ona  tərəf  dönüb:  “Ey  qəribə  adam!  Biz  oyun  üçün 
yaradılmadıq”, – dedi. Həzrət bu sözə çox şaşırıb soruşdu: 
“Ey oğlum, yaxşı bəs nə üçün yaradıldıq?” Uşaq eyni cid-
diy yətlə cavab verdi: “Allah-Təalanı tanımaq və Ona iba dət 
etmək  üçün”.  Həzrət  daha  artıq  təəccüb  edərək  soruşdu: 
“Yaxşı,  bunun  belə  olduğunu  haradan  bilirsən?”  Uşaq 
Qurani-Kərimin əl-Muminun surəsinin 115-ci ayəsi ilə ca-
vab verdi: “Sizi ancaq boşuna yaratdığımı və gerçəkdən 
bizə dönməyəcəyinizimi zənn etdiniz?”
Həzrət uşağın dilindən bu ayəni eşidəndə ağlayıb ba-
yıldı. Özünə gələndə soruşdu: “Ey oğlum! Sənin günahın 
yox. Sən bir çocuqsan. Necə olur ki, belə düşünə bilirsən?” 
Uşaq cavabında dedi: “Atamı ocaq qalayarkən gördüm. İri 
odunları  kiçik  çırpılarla  alışdırırdı.  Mən  də  Cəhənnəmin 
yanan kiçik odunlarından olacağımdan qorxuram”.


239
Vuheyb həzrətləri yenə ağlayıb özündən getdi. Özünə 
gələndə uşağı görməyib yanındakılardan onun kim oldu-
ğunu soruşdu. “Həzrət Hüseynin nəslindən olan seyid bir 
çocuqdur”.  (Onun  imam  Muhəmməd  Təqi  (əleyhissəlam
ol duğu rəvayət edilir.) Həzrət: “Ancaq belə bir ağacın mey-
vəsi belə yetişmiş ola bilər” – deyərək oradan ayrıldı.
Adəm oğlu, dünya oyun,
Oynamağa gəlməmişik.
Bir qazandı, altı odun,
Qaynamağa gəlməmişik.
Bəslənməyən bəslər bizi,
Haqq səfərə səslər bizi,
Təqva ilə süslər bizi,
Soyunmağa gəlməmişik.
Hər gününü dön təzələ,
Dünya durmur, sən tez elə.
Bir minikdi son mənzilə,
Yayınmağa gəlməmişik.
Rəhmanın qulu olan kimsələrin nəfsin qulu olan kim-
sələrlə, əlbəttə, sözü-söhbəti tutmaz. Belə cahillərlə rastlaş-
dıqda, ən yaxşısı, onlara baş qoşmadan keçmək, bu, müm-
kün  olmazsa,  “sizinki  sizdə,  bizimki  bizdə”  prinsipi  ilə 
dav ra naraq bir-iki zəruri kəlməni kəsib, salamatlaşıb ora-
dan  ayrılmaqdır.  “onlar  boş  bir  söz  eşitdikləri  zaman 
ondan üz çevirib: “Bizim əməllərimiz bizə, sizin əməl lə­
riniz sizə aiddir. Sizə salam olsun! Biz cahilləri istə mə­
rik” – deyərlər” (əl-Qəsəs, 55).
Gerçəkdən, Axirətini düşünənlər dünyasını düşü nən lə-
rin boş söhbətlərinə, mənasız məclislərinə necə qatıla bilər-
lər? Bir dəfə vaxt keçirmək üçün küçəyə toplaşanların müka-
liməsini eşitdim. Biri oradakılardan birinə deyirdi: “Quş-quş 


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə