I cild görsən bir milləti mala meyilli



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə62/69
tarix15.07.2018
ölçüsü1,15 Mb.
#55913
1   ...   58   59   60   61   62   63   64   65   ...   69

248
İbrət
Böyük bir izdiham içindən biri Tac-ul Arifin Əbul-Vəfa 
həzrətlərindən soruşdu: “İslam nədir?” Həzrət suala sualla 
qarşılıq verdi: “Hansı islamdan soruşursan? Sənin islamın-
danmı, yoxsa mənim islamımdan?”
O kimsə təəccüblə soruşdu: “İslam iki cürdür?”
Həzrət buyurdu: “Bəli, iki cürdür. Sizin islamınız ima-
nınızın eynidir. Sən kəlmeyi-şəhadəti dilinlə deyər, qəl binlə 
buna  inanarsan.  Haqq-Təalanın  və  Rəsulunun  (salləllahu 
aleyhi və səlləm) əmrini tutub onunla əməl edərsən. Amma 
biz imanın yanında “Heç vaxt Allah-Təaladan qafil olma-
maq  İslamdır”  deyirik.  Sizin  orucunuz  Ramazan  ayında 
fəc rin  ağarmasından  günəş  batıncayadək  yeməkdən,  iç-
mək  dən  ibarət  olub,  cinsi  təmasdan  çəkinmək  və  axşam 
olunca iftar etmək dir. Bizim orucumuz isə yeyəcəklərdən, 
içəcəklər dən  və  bütün  kainatdan  uzaq  durmaqdır.  Biz 
dünya ne mət lərin dən, sadəcə, ibadət və itaətdə güc qazan-
maq üçün faydalanırıq. Bizim üçün əsas bütün əxlaq po zucu 
şeylər dən məsafə sax lamaqdır. Zəkata gəlincə, gümüşdən 
bu qədər, qızıldan bu qədər, mal-qaradan bu qədər deyib, 
fiqhdə buyurulduğu kimi, verirsiniz. Bizim zəkatımız möv -
cud  olan  hər  şeyi  bol-bol  verməkdir  və  Allah-Təalanın 
nəz dində məqbul olan şey lərlə zənginlik hasil edib, bütün 
varlıqlardan əl çəkməkdir”.
Sorar olsan irqimizi,
Gönüqalın, bozsifətik.
Xəbər alsan xəlqimizi,
Kəmhövsələ, kəmfürsətik.
Maraq etsən nitqimizi,
Ya lağlağı, ya həsədik.
Sorsan əsas fərqimizi,
Qadınpərəst, pulpərəstik.
Soruşma heç firqəmizi,
Biz ayrı cür müsibətik.


249
Alma bizdən xirqəmizi,
Onsuz lax və lüt cəsədik.
Alma, ya Rəbb, əqlimizi,
Abrımızı gözəl eylə.
Dünya olub tazə gəlin,
Xəlq sanki öz toyundadı.
Nə nikah var, nə də kəbin,
Gəlin bəyin boynundadı.
Nə məzhəb var, nə də ki din,
Bəşər bütün oyundadı.
Sarmaşıbdı ins ilə cins,
Bir-birinin qoynundadı.
Çoban qurda aşiq, lakin
Qurdun gözü qoyundadı.
Gözəlliyə hanı zəmin,
Hamı gözəl hayındadı.
Kim insandan bu gün çirkin?
Rəbbim, bizi gözəl eylə.
11. “(rəhmanın qulları) o kəslərdir ki, özlərinə rəb­
binin  ayələri  zikr  olunduğu  zaman  onlara  qarşı  kar  və 
kor davranmazlar” (əl-Furqan, 72). 
Allah  Rəsulu  (salləllahu  aleyhi  və  səlləm)  buyurdu: 
“Quranın digər sözlərdən üstünlüyü Allahın məxluqatdan 
üstünlüyü kimidir”. Allah Kitabını başqa kitablar kimi oxu-
yan, yaxud dinləyən kimsədə xeyir yoxdur. Quran oxu nar-
kən susmayıb dillənənlər Allahın sözünü kəsmiş kimi olur-
lar. Çünki Quran oxumaq Allahla söhbətdir. “Sizlərdən kim 
Allah  ilə  söhbət  etmək  istədikdə,  Quran  oxusun”  (hədis). 
Allah Öz bəndəsi ilə söhbət edərkən başqası ilə nə cür da-
nışmaq olar? “Quran oxunanda onu dinləyin və susun ki, 
bəlkə rəhm olunasınız” (əl-Əraf, 240). Bəllidir ki, Allahın 
rəhm  etməyəcəyi,  bağışlamayacağı  yeganə  günah  şirkdir, 


250
Yaradana şərik qoşmaqdır. Haqqın sözünü xalqın sözü ilə 
eyni  tutanlar  məhz  Haqqa  şərik  qoşanlara  bənzər.  Çünki 
Quran  məxluq  deyil, Allahın  kəlamıdır.  Bunu  anlayanlar 
ilahi rəhmətdən nəsiblərini aldılar. 
Quran Haqdan Haqqa həmddi,
Xalqdan Haqqa belə həmd yox.
Quran qula məhəbbətdi,
Qulda belə məhəbbət yox.
Quran əldən düşmür bu gün,
Əzan zildən düşmür bu gün,
Hədis dildən düşmür bu gün,
Əməllərdə Muhəmməd yox.
Quran qula Haqq dəvətdi,
Səmavi bir ziyafətdi.
Haqq süfrədi, haqq söhbətdi,
Həmsüfrə az, həmsöhbət yox.
İbrət
Həyatda  ikən  “Quran  məxluqdur”  demədiyinə  görə 
28 ay xəlifənin zindanında işgəncələrə məruz qalan Əhməd 
ibn  Hənbəl  həzrətləri  vəfatından  sonra  röyada  görüldü. 
Allah-Təalanın  onunla  nə  cür  rəftar  etdiyi  sorulduğunda 
bu cavabı verdi: “Məni əfv etdi. Başıma tac qoydu, ayaq la-
rıma qızıldan iki ayaqqabı geydirdi və mənə: “Ey Əhməd, 
bu sənə dünyada Quranın Mənim kəlamım olduğunu söy-
ləmənə qarşılıq verildi” – buyurdu. Sonra da Sufyan Sevri dən 
mənə çatan və dünyada etdiyim dua ilə Ona dua etmə yimi 
istədi. Mən də: “Ey hər şeyin Rəbbi və Sahibi, ey hər şeyə 
qüdrətiylə hökm edən Allahım! Mənim bütün günah la rımı 
əfv et! Məndən heç bir qüsuruma görə hesab sorma” – deyə 
dua etdim. O zaman Allah-Təala mənə: “Ey Əhməd, bu dur 
Cənnət, gir Cənnətimə” – buyurdu, mən də girdim.” 


251
Nə Xaliqdi, nə məxluqdu,
Quran Allah kəlamıdır.
Varlıq onsuz bir yoxluqdu,
Haqqın xalqa salamıdır.
Azğınlara öyüddü o,
Yorğunlara ümiddi o,
Vurğunlara mürşiddi o,
Hər ümmətin imamıdı.
İki kitab var amanat,
Bir vücudda qoşa qanad;
Bir Qurandı, bir kainat, –
Elmlərin tamamıdı.
Allah-Təala son Kitabını zahiri gözlə oxuna biləcək şə-
kildə nazil etməmişdir. “(Vəhy enərkən) onu tələm­tələsik 
əzbərləmək üçün dilini tərpətmə. Çünki onu (sənin qəl­
bində) cəm etmək, oxutmaq Bizə aiddir. Biz onu oxut du­
ğumuz zaman oxunmasını diqqətlə dinlə. Sonra onu bə­
yan etmək də Bizə aiddir” (əl-Qiyamə, 16-19). Ayələr oxu ya-
nın, yaxud dinləyənin qəlbində yer etmədikcə qəlb sahibi 
üçün arzu olunan faydanı verməz. Söhbət Axirət üçün olan 
faydadan gedir. Quran həyatdan sonrakı ölümü və ölüm-
dən  sonrakı  həyatı  xatırladan,  qəlblərə  düşürən,  qəlbləri 
dü şündürən mübarək Kitabdır. “Sənə göndərdiyimiz mü­
ba rək  bir  kitabdır  ki,  ayələri  dərindən  düşünsünlər  və 
ağıl sahibləri ondan ibrət alsınlar” (Sad, 29). 
Biz nə dağ, nə də ki aran əhliyik,
Nə İran, nə də ki Turan əhliyik.
Məğrib vətəndi, nə Məşriq bizə,
Allaha məxsusuq, Quran əhliyik.
Quran  həqiqətlərindən  bəhrələnmək  istəyənin  təkcə 
imandan nəsibinin olması yetərli deyil, o həmçinin təqva 


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə