I cild görsən bir milləti mala meyilli



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə63/69
tarix15.07.2018
ölçüsü1,15 Mb.
#55913
1   ...   59   60   61   62   63   64   65   66   ...   69

252
sahibi olmalı, yəni gələcək günahlardan çəkinməli, keçmiş 
günahlarına içdən ağlamalıdır. “İman gətirənlərin qəlbləri­
nin Allahı xatırlamaq və Haqdan nazil olan (Quran) üçün 
yumşalma vaxtı gəlib çatmadımı?” (əl-Hədid, 16). Xam tor-
paqlar su verilib münbit hala gəlməyincə məhsul vermə diyi 
kimi, sərt qəlblər də göz yaşlarıyla suvarılıb yumşal ma yınca 
Qurandan  nəsib  almaz.  Odur  ki,  Allah  Rəsulu  (salləllahu 
aleyhi və səlləm) Allahın Kitabını avazla, yanıqlı səslə oxu-
mağı tövsiyə edər, bəzən özü də oxuyarkən, yaxud dinlər-
kən göz yaşını tuta bilməzdi.
Hədis
Abdullah  ibn  Məsud  (radiyallahu  ənh)  rəvayət  edir: 
“Rə sulullah (salləllahu aleyhi və səlləm) “Mənə Quran oxu” 
– dedi. “Ya Rəsulallah, Sənə endirilən Quranı mənmi oxu-
yum?” – dedim. Buyurdu ki: “Başqasından dinləmək istə-
yi rəm”.
Mən də “Nisa” surəsini (əzbərdən) oxumağa başla dım. 
“Hər ümmətə bir şahid gətirdiyimiz və səni də onlara şa­
hid gətirdiyimiz zaman halları necə olacaq?” (ən-Nisa, 41
ayəsinə çatdığımda “Yetər” dedi. Dönüb baxdığımda göz-
lə rindən yaş axırdı”.
Ağlamayım, kim ağlasın?
Gülənlərə ağlayıram.
Gedənləri kim saxlasın?
Gələnlərə ağlayıram.
Tamah tutub dörd bir yanı,
Yoxmu bunun bir doyanı?
Bu dünyada bu dünyanı
Bölənlərə ağlayıram.
Ərəb dilini bilməmək Qurani-Kərimi nazil olduğu dildə 
oxumağa əngəl olmamalıdır. İstənilən halda Quranı anla-


253
madan  oxumaq  dünyəvi  kitabları  anlayaraq  oxumaqdan 
xeyirlidir. Allah dilərsə, Onun ayələri ərəb dilini bilmə yə-
nin də qəlbində yer eylər. Yetər ki, Onun Kəlamını oxuyan 
Onun rizası üçün oxusun.
İbrət
Həbib Əcəmi həzrətləri ümmiydi. Quran oxumağı ba-
carmırdı. Amma yanında Allahın Kitabından bir ayə oxun-
duğu  zaman  özünü  saxlaya  bilməz,  hıçqıra-hıçqıra  ağlar, 
gözlərindən şəbnəm damlası kimi yaşlar tökülərdi. Onun 
bu qərib halını görənlər: “Sən oxuya bilmədiyin və zahiri 
mənasını anlamadığın halda Qurani-Kərimi dinlərkən nə-
dən ağlayırsan?” – deyə soruşduqda: “Lisanım (dilim) anla-
mır, amma qəlbim anlayır” – deyə cavab verərdi.
Bir ayə də oxumadan,
Bir hədisə toxunmadan,
Yüz yaşayıb doğulmadan
Ölənlərə ağlayıram.
Nədi axı dünya varı?
Yaz günündə quzey qarı.
Bilməyənin dərdi yarı,
Bilənlərə ağlayıram.
İmam Əhməd ibn Hənbəl həzrətlərindən rəvayət edi lir: 
“Rəbbimi röyada gördüm. Soruşdum: “Ya Rəbbi, Sənə yaxın 
olanları yaxınlaşdıran vasitələr arasında ən dəyərlisi nədir?” 
Buyurdu ki: “Kəlamımı oxumaq”. Sordum: “Anlayaraqmı, 
anlamadanmı?” Buyurdu ki: “Anlayaraq da, anlamadan da”.
Rəbbini tanıyan, yəni mərifət əhli Quran oxunarkən bi-
ganə qala bilməz. Çünki Onun kəlamıdır, dərhal Sahibini 
xatırladır. Ana yüz səsin içindən öz uşağının səsini seç diyi, 
nə  dediyini  anlamasa  da,  harayına  yüyürdüyü  kimi  arif 
qullar da Mövlanın kəlamını eşidincə, nə deyildiyini anla-
masalar belə, haqqını verməyə tələsərlər.


254
Qul tanınar qeyrət ilə,
Haqdan olan heybət ilə.
Savabları qeybət ilə
Silənlərə ağlayıram.
İtaətdə sönük olan,
Sahibinə dönük olan,
Öz nəfsinə minik olan
Köhlənlərə ağlayıram.
Qəlblər nə qədər yumşaq və təmizdirsə, Quran da bir 
o  qədər  təsirli  və  faydalı  olur.  Uşaqdan  daha  yumşaq  və 
təmizqəlbli kimdir?
Hər övlad şagirddi, oxuda bilin,
Zülmətdən ziyaya çıxarda bilin.
Özünüz sevin ki, sevsin Quranı,
Özünüz qorxun ki, qorxuda bilin.
Hədisi-qüdsidə buyuruldu: “Şanım haqqı üçün kim ço­
cuqlarına Quran öyrədirsə, Mənim qatımda min dəfə qəza 
etmiş, min ac doyurmuş, min çılpaq geyindirmiş və İsmayıl 
övladlarından min kölə azad etmiş kimidir. Hər hərfinə on 
həsənat verərəm, on günahını əfv edib bağışlaram”.
Elm Qurandadır, Quran öyrənin;
Hər gün öyrənməyin, hər an öyrənin.
Quran qalacaqdır sizə, çocuqlar,
Sizə qalmayacaq dövran, öyrənin.
İbrət
Bu  gün  Fudayl  ibn  İyad  həzrətlərinin  yanına  bir  qari 
(Quran oxuyan şəxs) gəldi. Həzrət onu oğlu Əlinin yanına 
göndərərək dedi: “Oğluma Qurani-Kərim oxu. Dinləmək-
dən çox xoşlanır, “Zilzal” və “əl-Qaria” surələrini oxuma, 


255
çünki Qiyamət sözünü dinləməyə taqəti yoxdur, tab gətir-
məz”. Qari getdi. Amma xəbərdarlığı unudaraq “əl-Qaria” 
surəsini də oxudu. Dördüncü ayəyə çatdıqda Əli: “Allah!” 
– deyərək yıxıldı. Köməyinə gəldikdə ruhunu təslim etdi-
yini gördülər. Fudayl ibn İyad oğlunun vəfatı xəbərini eşit-
dikdə  təbəssüm  etdi.  Səbəbini  sordular.  Buyurdu  ki:  “Bu 
anda Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) də dad-
mış olduğu övlad ölümü acısını dadmaqdayam. Anladım 
ki, Allah-Təala oğlumun ölümünə razıdır. Mən də Allah-
Təalanın rizasına razı oldum. Onun üçün güldüm”.
Ey övlad atası, övladı oxut,
Zehnini ac saxla, nəfsini tox tut.
Halalı, haramı başa sal ona,
Haqla sevindirib, Haqq ilə qorxut.
İbrət
Hakim Suleyman Ata hələ kiçik çocuqkən Qurani-Kərim 
dərsləri almağa başladı. Allahın Kitabını heç vaxt boy nun-
dan asmaz, əliylə başı üstündə tutaraq daşıyardı. Elmə hör-
məti o qədər böyük idi ki, oxuduğu məktəbə əsla kürəyini 
çevirməz,  dərsdən  çıxıb  evə  çatana  qədər  üzü  məktəbə, 
arxası evinə sarı olurdu.
Ortaya Quran qoy, yumruq qoyma sən,
Baş işlət, beyin qoy, buyruq qoyma sən.
Haqqı qoy ortaya, haqqı, a kişi,
Böyründə qulp qoyma, quyruq qoyma sən.
Allahın  Kitabını  bəndəyə  çocuqkən  öyrətməyə  başla-
maq öyrədən və öyrədilən üçün daha münasib və məqsə də-
uyğun olsa da, Quranı öyrənmək heç bir yaşda gec deyil-
dir. İnsan yaşlandıqca uşağa dönməyə, qəlbi yumşalmağa 
başlar. “Hər kəsə uzun ömür versək, onu xilqətcə dəyişib 
tərsinə çevirər, başqa şəklə salarıq” (Ya sin, 68). Yaşdan asılı 


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə