I cild görsən bir milləti mala meyilli



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə66/69
tarix15.07.2018
ölçüsü1,15 Mb.
#55913
1   ...   61   62   63   64   65   66   67   68   69

264
Səfər əmr, məskən yasaq,
Yox təqvadan başqa ərzaq.
Əcəl yaxın, mənzil uzaq,
Yır-yığışa dəymir dünya.
Bu dünyada Quranın siqlətini çəkə biləcək mizan, həc-
mini  ölçə  biləcək  meyar,  dəyərini  qiymətləndirə  biləcək 
məbləğ  yoxdur.  Allahın  kəlamından  başqa,  hər  şey  xəlq 
olu nub.  Məxluq  olmayanı  məxluq  olanla  nə  cür  çəkmək, 
cür ölçmək, nə cür qiymətləndirmək olar?! 
Hanı elə bir ərazi,
Haqq sövdəyə dükan olsun?
Hanı elə bir tərəzi,
Haqq çəkiyə imkan olsun?
Yeri gəlmişkən, kitab mağazalarında, köşklərdə Allahın 
Kitabının  digər  kitablarla  bir  sırada  satışa  qoyulması  acı 
təəssüf doğurur. Pulla satılması bir dərd, alınmayıb aylarla, 
illərlə  alıcısını  gözləməsi  başqa  dərddir.  Düşünürük  ki, 
Qurani-Kərim  tələbata  uyğun  miqdarda  nəşr  edilməli  və 
təmənnasız  olaraq  yayılmalıdır.  Allah  Öz  rizası  üçün  bu 
nəcib işi görənlərin dünyada ruzisini, Axirətdə mükafatını 
əskik etməz. 
Quran ərşdən enən ənam,
Yer süfrədi, Quran təam.
Demirəm ki, satmaq haram,
Amma ədəb-ərkan olsun.
Haqq satışı çoxmu asan?
Heç gördünmü satlıq ehsan?
Haqqı yerdə satan insan
Qorxmursanmı təkan olsun?
Quranın öyrədilməsi məsələsində maddi baxımdan düz-
gün yanaşma olmalıdır. İstənilən halda, öyrədənlə öyrə nən 


265
arasında  heç  bir  sövdələşmə  getməməli,  eyni  zamanda 
öyrədənin zəhməti qiymətləndirilməlidir. Əgər müəllimin 
başqa yerdən zəruri tələbatlarını ödəyə biləcək gəliri varsa, 
öyrətdiyinin  mükafatını  Allahdan  umması,  əgər  belə  bir 
gəliri yoxdursa, özünü təmamən bu işə həsr edə bilmə yin-
dən ötrü öyrənənin yaxınlarının, yaxud digər imkanlı və ya 
səlahiyyətli şəxslərin bu təlimi Allaha xatir təşkil və təmin 
etməsi nə gözəldir. Bu zaman Quran təlimi üçün ödənilən 
zəhmət haqqının Quranın bircə hərfinə belə adekvat olma-
dığı da unudulmamalıdır.
Haqq əməllə buluşanlar,
Haqq əməldə çalışanlar,
Haqq əmələ alışanlar
Görüm cənnətməkan olsun!
İbrət
Şeyx  ibn  Əbu  Zeyd  Keyravani  oğlunun  mürəbbisinə 
oğluna Qurandan iki hizb öyrətdiyi zaman yüz qızıl ver-
mişdi. Mürəbbi o qızılları alınca: “Bu çoxdur”, – dedi, Şeyx 
həzrətləri bu  sözləri eşidincə: “Bu  adam  dünyalıq  şeyləri 
çox və böyük görür. Dünyaya təzim edir” – deyərək oğlunu 
onun yanından aldı.
Quranı  öyrənən  İslamı  öyrənmiş  olur.  Əslində  din 
Qurandan ibarətdir. Çünki nə ona zidd ola, nə də ondan 
kənara çıxa bilər. O elə bir Kitabdır ki, hər bir müsəlmanın 
daim masasının üstündə, qəlbinin isə içində olmalıdır. Yəni 
şəriət də, təriqət də, həqiqət də onda cəmdir. Quran hər iki 
dünyanın Kitabıdır. Ondan dirilər də, ölülər də fayda lan-
maqdadır.
Adam gördüm, daşa dəyməz,
Başında yellər dolanır.
Daş da gördüm, küləkdöyməz,
Başına ellər dolanır.


266
Ömür var ki, keçər hədər,
Yox qədri bir gecə qədər.
Gecə var ki, əsrə dəyər,
Başına illər dolanır.
Dünya gördüm, bir Leyladı,
Bir kitablıq boş xülyadı.
Kitab gördüm, Haqq dünyadı,
Başına dillər dolanır.
İbrət
Bişr  Hafi  həzrətləri  qəbiristandan  keçirdi.  O  sırada 
məzardakıların bir şey paylaşdıqları ona göstərildi. Yal vardı: 
“Ya Rəbbi, bunların nə etdiklərini mənə bildir”. Nida gəldi 
ki: “Get, özlərindən sor”.
Gedib sordu. Cavab verdilər ki: “Bir həftə öncə bir mü-
səlman  bizə  üç  “İxlas”,  bir  “Fatihə”  göndərdi.  O  gündən 
bəri onun savabını paylaşmağa çalışırıq, hələ bitirə bilmə-
mişik”.
Bir  hədisdə  buyuruldu:  “Ümmətimin  savabları  mənə 
göstərildi. Onların içində məsciddən atılan çöp belə vardı. 
Quran oxumaqdan daha xeyirlisini görmədim. Ayrıca, üm­
mətimin günahları mənə göstərildi. Onlar arasında özünə 
əzbərləmə nəsib edilən bir surəni unutmaqdan daha böyü­
yünü görmədim”.
Bəşər məhşərdə bölünər,
Bölüklər başdan bəllənər.
Baş var ki, küllər ələnər,
Baş da var, güllər dolanar.
Quran və ədəb ayrılmaz anlayışlardır. Zamanından və 
məkanından asılı olmayaraq, bütün hallarda Quran ədəbi, 
Quran  əxlaqı  gözlənilməlidir.  Evdə,  yaxud  eşikdə,  işdə, 
ya xud istirahətdə, toyda, yaxud vayda ol, çılpaq, yaxud pal-


267
tarlı ol, durum dəyişməz. Allahın Kitabı zamana və məkana 
görə yox, zaman və məkan Allahın Kitabına görə qiymət-
lən di rilməlidir. Çünki Quran məxluq deyil və məxluq olan 
hər şeyin, o cümlədən zamanın və məkanın fövqündədir.
Hər kim dövran əhlidisə,
Kitabını tez bağlar o.
Hər kim Quran əhlidisə,
Zamanını qabaqlar o.
Dünya kimin qalasıdı,
Qələbədən qalasıdı.
Dünya kimin tarlasıdı,
Haqq məhsulu bol saxlar o.
İbrət
Bir gün Quran hafizlərindən biri İmam Rabbaninin əy-
ləşdiyi  kürsüdən  daha  alçaq  olan  bir  kürsünü  çəkib  üzə-
rində oturdu və Quran oxumağa başladı. İmam həzrətləri 
bu durumun fərqinə varıb, dərhal kürsüsündən durdu və 
yerdə oturdu. Heç zaman Qurani-Kərim oxuyan hafizdən 
yüksəkdə oturmağı özünə rəva bilməzdi.
Kim Quranın şövqündədi,
Rəbbi onun zövqündədi.
Quran kimin fövqündədi?
Çox zirvələr ayaqlar o.
İbrət
Bir gün İmam Rabbani həzrətləri oturub qəlbinə axan 
mərifətləri yazırdı. Bövl sıxışdırması səbəbiylə qalxıb tələsik 
təharətxanaya getdi. Amma girdiyi ilə çıxması bir oldu. Su 
istəyib, sol əlinin baş barmağını yuyaraq ovxaladı və yeni-
dən təharətxanaya girdi. Bir müddət sonra çıxanda tələbə-
lərinin heyrətini sezib buyurdu: “İçəridə gözüm dırna ğıma 


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə