I cild görsən bir milləti mala meyilli



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə68/69
tarix15.07.2018
ölçüsü1,15 Mb.
#55913
1   ...   61   62   63   64   65   66   67   68   69

272
çəkicidir: 1) duaçı Rəbbindən, ilk növbədə, təqvalı davam çı-
lar, yəni müttəqilərdən ibarət bir ailə, nəsil diləməkdədir. 
Zatən hədisdə də buyuruldu:  “Hər təqva sahibi Muhəm­
mədin (salləllahu aleyhi və səlləm) əhli­beytindəndir”. Bir vali-
deyn üçün haramlardan, şübhəli şeylərdən çəkinən, böyük-
kiçik tanıyan övladdan xeyirli nə ola bilər? Bu elə bir xeyir-
dir ki, valideyn nəinki öləndən, hətta diriləndən sonra da 
ondan bəhrələnə bilir. Bu dünyada isə o cür övladlar ana-
atanın üzünü ağ, könlünü xoş edən əvəzsiz nemətdir.
Kim nəfsinin adamıdır,
Sanma ondan adam olur.
Kim nəfsinin imamıdı,
Nəslinə də imam olur.
İmam odur, zəhməti var,
Xəlq Edənə xidməti var.
İmam odur, ümməti var,
Haqdan ona salam olur.
İbrət
İmam Rabbani həzrətləri ömrünün sona yaxınlaşdığını 
hiss  edərək  yaxınlarından  birinə  vəfatından  sonra  öz  ye-
rində ikinci oğlu Muhəmməd Saidin oturmasını istədiyini 
bildirmişdi. O da bunu Muhəmməd Saidə söylədikdə Həz-
rət tam bir təvazöylə buyurdu: “Mənim kimi bir qabiliy yət-
siz  belə  şeylərə  layiq  deyildir.  Həzrət  İmam  hara  getsə, 
qar daşım Muhəmməd Məsumu öz yerində oturdur, mənə 
isə  ona  uymağı  və  xidmət  göstərməyi  buyururlar.  Mən 
yük sək babamın şəhər kənarındakı məzarının başında bir 
hüc rəyə çəkilib bu vəzifəni o gözlərimin nuru Muhəmməd 
Məsuma həvalə edərəm”.
O şəxs bu sözləri Muhəmməd Məsuma ərz etdi. O da 
ağlayaraq buyurdu: “Əziz qardaşım Muhəmməd Said məni 
öz xidmətinə layiq görmür”.


273
İmam Rabbani həzrətləri iki oğlunun sözlərindən xə bər-
dar olduqda gözləri yaşardı, qardaşlar arasındakı bu mə-
həb bət və bağlılığı təqdir edib onlar üçün duada bulundu.
Ardınca bir gələn yoxsa,
Uğrunda bir ölən yoxsa,
Kimi imam bilən yoxsa,
İmamlığı nakam olur.
3)  “Bizi  müttəqilərə  imam  et”  duasında  diqqətçəkən 
ikinci  cəhət  budur  ki,  duaçı  Rəbbindən  ailəsinə,  nəslinin 
davamçılarına  istədiyi  təqvadan  daha  artığını  özü  üçün 
diləməkdədir.  Zatən  duaçı  təqvasız  olursa,  Allaha  qarşı 
gəlməkdən çəkinmirsə, duasına ehtiyac da yoxdur. Çünki 
“Allah yalnız müttəqilərdən qəbul edər” (əl-Maidə, 27). 
Nə qurddan, nə quşdan, nə ilandan qorx,
Nə bitdən, nə fildən, nə filandan qorx!
Ey şəri xeyrindən bol olan bəşər,
Sən qəhri rəhmindən az olandan qorx!
İmam özünə uyulan kimsədir. Lakin o kimsə öz yanında-
kılara, yaxud özündən sonrakılara nümunə, örnək olmazsa, 
ona uyan tapılmaz. Arxadıkılar öndə gedənin öndərliyini 
ona görə qəbul edib ardınca gedirlər ki, o şəxsi özlərindən 
üstün  bilir,  ona  bənzəməyə  çalışırlar.  Bu  cür  öndərlik, 
imamlıq gücün, imkanın deyil, inamın, etibarın hesabına-
dır. Fəqət ortada nümunə olmazsa, etibar da olmaz.
Böyüklərdən olmaq uman
Böyüklərlə kiçik olsun.
Böyüklərə qalmaq uman
Yoğun deyil, nazik olsun.
İmandı haqq dində edən,
Məxluqu qul, bəndə edən.
İki şeydi öndə edən:
Təqva, bir də bilik olsun.


274
İbrət
Leys ibn Səad həzrətləri ehtiyacı olanlara, xüsusən də 
elm əhlinə, din adamlarına çox ehsan edərdi. Oğlu Şüeyb 
də həmin ruhda böyümüşdü. Həzrət bir gün Qazı Mənsur 
ibn  Əmmara  min  dinar  göndərərək  buyurdu  ki:  “Bunu 
oğlum Şuayb eşitməsin. Çünki bunu sizə az görür”. Şuayb 
da Qazı Mansura atasınkindən bir dinar əskik göndərdi və 
dedi ki: “Atamın verdiyi kimi olmasın deyə, bir dinar əksik 
göndərdim”.
Örnək olmaq haqq bir yazı,
Çox qorxmaqdı bu ən azı.
Şeytan ondan hey narazı,
Nəfs daim incik olsun.
Nə gözəldi, düz niyyət var,
Allah üçün əziyyət var.
Həm rəhbər, həm rəiyyət var,
Vacib bu ki, birlik olsun.
İnsanlara imam olmaq və nəslə imam olmaq eyni deyil. 
İnsanların imamı Allahın seçimi ilə peyğəmbərlərdən, onla-
rın canişinlərindən, varislərindən (həqiqi alimlərdən) olur. 
Məsələn,  Allah-Təala  Hz.  İbrahimə  (aleyhissəlam):  “Səni 
insanlara imam təyin edəcəyəm” buyurdu (əl-Bəqərə, 124). 
Hz. Muhəmmədi (salləllahu aleyhi və səlləm) isə bütün insan-
lara və cinlərə rəhbər etdi. Bütün insanları sevmək, yaxud 
düşünmək,  onların  önündə  gedib  hidayətlərinə  çalışmaq 
Rəbbimizin çox az kimsəyə bəxş etdiyi nadir nemət lərdən-
dir.  Lakin  nəsil  sevgisi  fitridir  və  demək  olar,  hər  kəsdə 
özünü  göstərir.  Hətta,  Allah-Təala  Hz.  İbrahimi  (aleyhis-
səlam)  imam  təyin  edəcəyini  bildirəndə  o:  “nəslimdən 
necə”  –  deyə  soruşdu.  (Allah  isə):  “zalimlər  Mənim  əh­
dimə (imamlığa) nail olmazlar” – buyurdu (əl-Bəqərə, 124). 
Eləcə də Hz. Muhəmmədlə (salləllahu aleyhi və səlləm) bağlı 
bu ayə endi: “De: Mən bunun (risalətimin) müqa bi lində 


275
sizdən əqrəbama məhəbbətdən başqa bir şey istə mirəm” 
(əş-Şuara, 23).
Kim Muhəmməd Mustafadan,
O Həzrətdən, söylə, yaxşı?
Bil, böyüksüz bir tayfadan
Tayfasız bir kölə yaxşı.
Bar aranmaz cır meşədən,
Su umulmaz boş şüşədən.
Allahsız zövq və nəşədən
Şeytansız dərd, nalə yaxşı.
İmamlıq haqq rəhbərlikdir,
Hər rəhbərlik öhdəlikdir.
Hər öhdəlik fəhləlikdir;
Peşə gəzsən, fəhlə yaxşı.
İnsanların, yaxud müsəlmanların imamı olmaq müttə-
qilərin imamı olmaqla da eyni deyildir. Çünki müttəqilər 
yer üzündə sayca ən az olan təbəqədir, neyləsən də bütün 
insanları, yaxud bütün İslamı qəbul edənləri təqva sahibi 
edə bilməzsən. Ancaq hər kişi, hədisdə buyurulduğu kimi, 
öz ailəsinin, idarəsi altında olanların çobanı (imamı) sayıl-
dığından onların təqva əhli kimi yetişməsi üçün niyyətdə, 
duada, fəaliyyətdə bulunmağa borcludur və Allah dilərsə, 
bu borcunun öhdəsindən gələ bilər.
İbrət
Möminlərin Əmiri Ömər ibn Əbdüləzizin bu fani dün-
yada son günləri idi. Halsızlaşmışdı. Məsləmə ibn Əbdül-
məlik xəlifənin yanına gələrək dedi: “Ey Möminlərin Əmiri! 
Çoluq-çoçuğunu fağır bir halda buraxıb gedirsən. Heç ol-
masa, onları mənə təslim et. Səndən sonra baxıb ehtiyac la-
rını təmin edim”.


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə