I cild görsən bir milləti mala meyilli



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə64/69
tarix15.07.2018
ölçüsü1,15 Mb.
#55913
1   ...   61   62   63   64   65   66   67   68   69

256
olmayaraq, ölüm yaxınlaşdıqca da insan kövrəlməyə, axirə-
tini daha çox anmağa meyillənər. Allah kəlamına belə sin-
dən daha möhtac kim vardır?
Öz Rəbbindən rəhmət uman
Məhrumlara rəhm eyləsin.
Haqdan gözəl qismət uman
Haqq Kitabı fəhm eyləsin.
Quran qula dərk üçündür,
Göstəriş yox, görk üçündür.
Haramları tərk üçündür,
Halallarda əzm eyləsin.
İbrət
Cüneyd  Bağdadi  həzrətləri  vəfatından  qabaq  ağır 
xəstəydi. Buna rəğmən Qurani-Kərimi xətm edib, yenidən 
oxumağa başladı. Yanındakılar çox halsız olduğunu deyib, 
özünü çox yormaması üçün xahişdə bulundular. Buyurdu: 
“Bu anda bunlara məndən daha çox ehtiyacı olan varmı? 
Bax, vəfatıma az qaldı”.
Dörd mövsümü yaşayanlar,
Xəzan gəlib qışlayanlar,
Başqa dünya başlayanlar
Qoy Quranı xətm eyləsin.
Yaşı yetən baş qatmasın,
Yazı yatıb, qış yatmasın.
Yad bostana daş atmasın,
Öz nəfsini rəcm eyləsin.
Quran şəfadır. İlk növbədə, şübhəsiz ki, daha müdhiş 
sayılan mənəvi mərəzlərə çarə qılar, Qulu şirk, riya, həsəd, 
kin, tamah kimi qəlb xəstəliklərindən müalicə edər, batini 


257
pisliklərdən arındırar. “onlar ayələrə qarşı kar və kor dav­
ranmazlar”  ayəsi  də  məhz  qəlb  korluğundan,  qəlb  karlı-
ğından  qurtulanları  öyməkdədir.  Eyni  zamanda,  Allahın 
Kitabı iman və təqva sahibləri üçün cismani dərdin də dər-
manıdır.
Allahım, Quranla nurlandır bizi,
Bir mehdən sönənik, gurlandır bizi.
Xəstəyik, azğınıq, yoxsuluq, ya Rəbb,
Canlandır, yönləndir, varlandır bizi.
İbrətlər
Əbdülkərim  Kuşeyri  həzrətlərinin  çocuqlarından  biri 
şiddətli  bir  xəstəliyə  tutulmuşdu,  müalicəsi  mümkün  ol-
madı, sağalacağından ümid kəsildi. Həzrət bu durumdan 
çox üzüldü. Röyasında oğlunun xəstəliyini və özünün üzün-
tüsünü Rəbbinə ərz etdi. Ona buyuruldu: “Qurandakı şəfa 
ayələrini topla, onları çocuğunun üzərinə oxu, ayrıca onları 
bir qabın içinə yaz, içinə su tök və ona içir”.
Kuşeyri  həzrətləri  buyurulanı  etdi,  çocuq  dərhal  şəfa 
tapdı. Quranda keçən şəfa ayələri bunlardır:
1. “Allah möminlərin könlünə şəfa verir” (ət-Tövbə, 14).
2. “Ey insanlar, sizə rəbbinizdən bir öyüd, könül lər­
dəki xəstəliklərə bir şəfa, möminlər üçün bir hidayət və 
rəhmət gəlmişdir” (Yunus, 57).
3. “onda insanlar üçün bir şəfa vardır” (ən-Nəhl, 69).
4.  “Biz  Quranda  möminlər  üçün  bir  şəfa  və  rəhmət 
olan ayələr nazil edirik” (əl-İsra, 82).
5.  “Xəstə  olduğum  zaman  mənə  şəfa  verən  odur” 
(əş-Şüara, 80).
6.  De:  “o,  inananlar  üçün  bir  hidayət  və  şəfadır” 
(Fussilət, 44).
Bir millət ki haqla deyil,
Çoxu, azı nəyə yarar?
Bir ömür ki keçə veyil,
Qışı, yazı nəyə yarar?


258
Rəbbini sən Özüylə bil,
Kitabıyla, sözüylə bil.
Haqqı qəlbin gözüylə bil,
Kəllə gözü nəyə yarar?
Yəman ibn Müaviyətul-Əsvəd həzrətlərinin gözləri gör-
mürdü.  Quran  oxuyacağı  zaman  Haqq-Təalanın  izni  ilə 
gözləri açılır, oxuyub bitirdikdən sonra təkrar əvvəlki kimi 
olurdu.
Şərt deyil, qul alim olsun,
Şərt odur, qəlb salim olsun.
Bir nəfs ki zalim olsun,
Həkim, qazı nəyə yarar?
Muhəmməd  ibn  Səmmak  həzrətləri  xəstələnmişdi. 
İdrarını bir yəhudi təbibə götürdülər. Yolda gözəl, zəngin 
geyinmiş bir şəxs onlara rast olub hara getdiklərini sordu. 
“Filan təbibə ibn Səmmakın halını ərz etməyə gedirik”, – 
dedilər. Bunu eşidincə buyurdu: “Sübhanallah, Allah dos-
tuna Allah  düşmənindən  imdadmı  diləyirsiniz?  Rəvamı? 
Geri dönün! İbn Səmmaka deyin ki, əlini ağrıyan yerin üs-
tünə qoysun, “Və bil haqqi ənzəlnahu və bil haqqi nəzzələ” 
(əl-İsra, 105) desin”.
Elə də etdilər. İbn Səmmak şəfa buldu və o şəxsin Xızır 
(aleyhissəlam) olduğunu söylədi.
Sanma dərmanlıqdı dərdi bu qövmün,
Sanma fərmanlıqdı dərdi bu qövmün.
Həkim də vacibdi, hakim də, şəksiz,
Fəqət Quranlıqdı dərdi bu qövmün.
Bir gün Cüneyd Bağdadi həzrətləri dayısı və ustadı Seri 
Saqati həzrətlərinin yanına getdi. Biri orada bayılmış vəziy-
yətdə yatırdı. Onun nə üçün bayıldığını sordu. 


259
O kimsənin Allahın Kitabından bir ayə oxuyub bu hala 
düşdüyünü dayısından eşitdikdə dedi: “Eyni ayəni təkrar 
oxusan, ayılar”.
Seri Saqati şaşırsa da, deyiləni etdi və adamın, həqi qə-
tən,  ayıldığını  görüb  heyrətlə  sordu:  “Bunun  hikməti  nə, 
əcəba? Belə ayılacağını haradan bilirdin?”
Cüneyd Bağdadi cavab verdi ki: “Allahın Kitabından. 
Yəqub Peyğəmbərin gözləri oğlu Yusifin qanlı köynəyi gəl-
diyi zaman nurunu qeyb etməyə başladı və kor oldu. O göz-
lərlə görməyə başlaması yenə oğlu Yusifin köynəyinin gəl-
məsiylə baş verdi”.
Rəbbinlə söhbəti başla diz üstə,
Söz Onun sözüdür, saxla göz üstə.
Haqq sözdən, söhbətdən doyana yazıq,
Dünya sürüşkəndir, çıxma buz üstə.
Ən hissiyyatsız insan Quranın təsir etmədiyi insandır. 
İki gəncin nakam sevgi tarixçəsini oxuyub, yaxud seyr edib 
duyğulananlar  bütün  bəşəriyyətin  faciə  və  qurtuluşunu 
an ladan Kitabdan təsirlənmirsə, bunun ancaq bir izahı var-
dır: qəlbləri qapalıdır. Allah onları hansısa günahlarından 
dolayı möhürləmişdir. Belələrinin həqiqi məhəbbətdən, yəni 
gerçək  imandan  anlayışı  və  nəsibi  yoxdur.  “Möminlər  o 
kəslərdir ki, Allahı zikr edərkən qəlbləri əsər, onun ayə­
ləri oxunarkən imanları artar və rəbbinə təvəkkül edər­
lər” (əl-Ənfal, 2).
Doğru zövq Haqq dini dadmaqla və duymaqla olur,
Bu da Allaha və Peyğəmbərə uymaqla olur.
Əsil zövq elmi üçün sən Kitaba, sünnəyə bax,
Yoxsa, nə balla, nə bəhməzlə, nə qaymaqla olur.
Elm dəryadə duran kimsənin haqq yanğısıdır,
Cəhl sahildə durub dəryadən doymaqla olur.


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə