I mövzu: psixologiyanin bir elm kiMİ SƏCİYYƏSİ /2 saat



Yüklə 0,57 Mb.
səhifə21/39
tarix26.12.2022
ölçüsü0,57 Mb.
#97907
1   ...   17   18   19   20   21   22   23   24   ...   39
C fakepathmuhazire PIXOLOGIYA AZ (1)

Motivlər haqqında yuxarıda qeyd etdiklərimizdən aydın olduğu kimi, motiv insanı hər hansı bir fəaliyyətə təhrik edən, yönəldən səbəblərdir. Hər cür fəaliyyət zamanı müvafiq tələbatdan doğan səbəblər bizi həmin fəaliyyətə girişməyə və bu yolla öz tələbatımızı ödəməyə yönəldir.
Məqsədə gəldikdə o, insanın fəaliyyət zamanı hansı nəticəyə nail olmağa yönəlməsidir. Son nəticə daima fəaliyyətin məqsədi kimi təzahür edir. Məhz buna görə də insan fəaliyyəti daima dərk olunmuş məqsədləri ilə tənzim edilir. İnsanın həmin fəaliyyəti nə dərəcədə adekvat yerinə yetirməsi qarşıya qoyulan məqsədi həyata keçirməsi ilə xarakterizə olunur.
Bəzən fəaliyyətin motivi və məqsədi üst-üstə düşsə də çox vaxt məqsəd və motiv özünün xüsusiyyətlərinə görə bir-birlərindən fərqlənirlər. Məsələn, tələbədə olmayan hər hansı bir kitabı almaq üçün kitab mağazasına getməsi həm motiv həm də məqsəd rolunu oynaya bilər. Lakin «psixologiya» dərsliyini almaq üçün kitab mağazasına getmək onun məqsədi, həmin fənlə maraqlanması, sabahkı seminara hazırlaşması üçün getməsi isə motivi ola bilər.
Fəaliyyətin vasitələrinə gəldikdə o, həmin fəaliyyətin həyata keçirildiyi yollardır. Başqa sözlə insan həmin fəaliyyət zamanı qarşısına qoydugu məqsədə hansı yollarla nail olur. Şəbhəsiz həmin yol və vasitələrin düzgün seçilməsi fəaliyyətin səmərəli şəkildə həyata keçirilməsi üçün mühüm şərtdir.
Bütövlükdə götürüldükdə insanın hər cür fəaliyyətinin quruluşunda motiv, məqsəd, müvafiq işlər, onların icrası, qiymətləndirilməsi və nəzarət kimi mühüm komponentlər özünü göstərir. Bunları ümumiləşdirilmiş şəkildə götürmüş olsaq fəaliyyətin üç mərhələni keçdiyini söyləyə bilərik: hazırlıq, icra və qiymətləndirilmə. Fəaliyyətin icra mər­hələsində insan müvafiq işləri və hərəkətləri həyata keçirir ki, bu da həmin fəaliyyətin məzmununu, ən mühüm komponentini təşkil edir. Onlara qısa nəzər salaq.
İş və hərəkətlər. Fəaliyyət prosesində insan istər-istəməz müvafiq cari məsələləri həll etməli olur. Fəaliyyətin sadə bir cari məsələni həll etməyə yönəlmiş nisbətən bitmiş elementi iş və ya əməl adlanır. Məsələn, cümlədə mübtədanı tapmaq, 11 metrlik cərimə topunu vurmaq, içmək üçün çay qaynatmaq və s. müvafiq fəaliyyətin nisbətən bitmiş elementi olan işlərdir. Bu cür işlər həm fiziki, həm də zehni planda həyata keçirilə bilər. Bu işlər gerçək aləmdəki cisimlərin vəziyyətinin və ya xassəsinin dəyişməsinə yönəlmiş olur. Hər cür maddi iş və ya əməl məkan və zamanla bağlı olan müəyyən hərəkətlərdən əmələ gəlir. Məsələn futbol zamanı 11 metrlik cərimə topunu vurmaq işini yerinə yetirmək üçün idmançı topu 11 metrlik nöqtədə qoyur, geri çəkilir, oradan qaçaraq topa yaxınlaşır, bir ayağının üstünə qalxaraq digər ayagı ilə topa zərbə vurur. Bu hərəkətlərin hamısı müəyyən zaman və məkan daxilində baş verir. Belə ki, idmançı topu başqa yerə deyil cərimə olunmuş komandanın qapısı agzındakı nöqtəyə qoyur və hakimin işarəsindən sonra dərhal qaçaraq topa zərbə endirir. Topu başqa yerə qoymaq və ona istədiyi vaxt zərbə vurmaq olmaz.
Hər cür maddi işlər hərəkətlərin müəyyən sistem üzrə yerinə yetirilməsindən ibarətdir. O, işin məqsədindən, həmin işin yönəldiyi əşyanın xassəsindən və iş şəraitindən asılıdır. Belə ki, məsələn,11 metrlik cərimə topunu vurmaq üçün hərəkətləri basketbol zamanı cərimə topunu səbətə atmaq üçün lazım olan hərəkətlərdən fərqli qurmaq lazımdır. Yaxud, ümumi cəhətlərinin olmasına baxmayaraq «a» hərfini yazmaq üçün hərəkətlər «t» hərfini yazmaq üçün lazım olan hərəkətlərdən fərqlənəcəkdir.
Fəaliyyət zamanı icra olunan işlər daima özünəməxsus idarəolunma və nəzarət tələb edir. Fəaliyyət prosesində hərəkətlərin özünün icrası onun nəticəsinin işin son məqsədi ilə müqayisəsi əsasında fasiləsiz nəzarət altında saxlanılır və lazım gəldikdə təshih olunur. Təcrübə göstərir ki, iş və hərəkətlərin icrası zamanı nəzarəti və təshih etməni yerinə yetirə bilməyən adamlar ən sadə işi də yerinə yetirmək imkanına malik olmurlar. Məsələn, bu cür uşaqlar sətir boyu xətt çəkməyi belə bacarmır, sətrləri bir-birinə qarışdırırlar.
Qeyd edilənlərdən aydın olur ki, insanın hər hansı bir işi müvəffəqiyyətlə yerinə yetirməsi üçün iş və ya hərəkətləri idarə etmək və təshih etmək bacarığına malik olması zəruridir. İşləri təşkil edən hərəkətlər sistemi isə nəticə etibarilə həmin işlərin məqsədilə idarə və tənzim olunur. Yerinə yetirilən işlərin nəticələri həmin işin məqsədi nöqteyi-nəzərdən qiymətləndirilir və təshih olunur. Başqa sözlə, məhz işin məqsədi şeylərin hansı xassə və vəziyyətlərinin onun icrası, nəzarət və təshihi üçün oriyentir olmasını təyin edir.
İnsan həyatı boyu müxtəlif fəaliyyət növlərini, iş və hərəkətləri icra etməli olur. Lakin bu iş və hərəkətlərin icrası həmişə eyni şəkildə asanlıqla getmir. İnsan artıq icra tərzlərinə yiyələndiyi iş və hərəkətləri çətinlik çəkmədən, sərbəst, səhvsiz olaraq yerinə yetirir, onun icrasına artıq vaxt sərf etmir. Bu onu göstərir ki, insan həmin fəaliyyəti mənimsəmişdir. Məsələn, şagird latın və ya kiril qrafiki ilə sərbəst şəkildə yazmağı və oxumağı bacarırsa onun həmin fəaliyyəti mənimsədiyini söyləyirik. Əksinə, şagird latın və ya kiril qrafiki ilə yazılmış mətni oxuya bilmirsə, bu zaman çoxlu səhvlərə yol verirsə deməli o, bu işi mənimsə­məmişdir.
Fəaliyyətin mənimsənilməsi nəticəsində insanda mü­vafiq vərdişlər və bacarıqlar yaranır və onun həmin fəaliyyəti məvəffəqiyyətlə yerinə yetirməsini təmin edir.
Vərdişlər və onların mahiyyəti. Əvvəl qeyd etdiklərimizdən aydın olduğu kimi, fəaliyyət insanın şüurlu məqsədləri ilə tənzim olunan fəallığıdır. Bu o deməkdir ki, insan fəaliyyəti üçün şüurluluq əsas, fərqləndirici amildir. İnsan hər hansı bir fəaliyyətin icrasına ilk dəfə başlayarkən işin müəyyən cəhətlərini əvvəlcə müfəssəl şəkildə və şüurlu tənzim etməli olur. Həmin işin dəfələrlə icrası, təkrarı nəticəsində get-gedə həmin işi şüurun daha az iştirakı ilə yerinə yetirməyə başlayır, başqa sözlə həmin işin icrası bir növ avtomatlaşır. Şüurlu təkrarlar nəticəsində insanda fəaliyyətin icra və tənzim olunmasının bu cür qismən avtomatlaşmış ünsürləri vərdiş adlanır. Fəaliyyətin mənimsənilməsi, vərdişlərin yaranması zamanı yerinə yetirilən iş və hərəkətlər şüurlu iş və hərəkətlər olaraq qalır, yalnız onların icra tərzləri avtomatlaşmış olur.
Aparılmış tədqiqatlar göstərmişdir ki, vərdişin yaran­ması nəticəsində hərəkətlərin getdikcə avtomatlaşması həmin hərəkətlərin daxil olduğu işin şüurlu tənzim olunmasının daha çox genişlənməsinə səbəb ola bilir.
Vərdişlər yaranarkən qismən avtomatlaşmadan asılı olaraq, işin struktu­runda bir sıra dəyişikliklər özünü göstərir. Bunlara aşağıdakıları aid etmək olar:
1.Vərdiş yaranarkən birinci növbədə hərəkətlərin icra üsulları dəyişir. Hələ vərdiş yaranmamışdan qabaq ayrı-ayrılıqda icra etdiyimiz bir sıra hərəkətlər vahid, mürəkkəb bir hərəkətdə birləşir. Biz həmin hərəkətləri ardıcıl olaraq fasiləsiz şəkildə, sürətlə yerinə yetirə bilirik. Məsələn, hər hansı bir musiqi parçasını çalmağı ilk dəfə öyrənən adam əvvəlcə müvafiq notları ayrı-ayrılıqda icra edir. Vərdiş yarandıqdan sonra həmin musiqi parçasını rəvan və sürətlə ifa edir.
2. Vərdiş yaranarkən artıq, lazımsız hərəkətlər aradan çıxır. Məsələn, xarici dili yenicə öyrənməyə başlayan adam danışarkən tez-tez dayanır, fikirləşir, artıq sözlər işlədir, ana dilinin strukturundan uzaqlaşa bilmir. Lakin vərdiş yarandıq­dan sonra bu kimi artıq hərəkətlərə yol verilmir.
3. İş üzərində sensor nəzarət üsulları dəyişir, görmə nəzarəti hərəki nəzarətlə əvəz olunur. Məsələn, kompyüterdə işləməyə təzəcə başlayan adam daima gözü ilə əlini nə -
yin üzərinə aparacağını, nəyə toxunacağını izləyir. Lakin bu sahədə vərdişə yiyələnmiş təcrübəli adam nəyi edəcəyini gözü ilə axtarmadan sanki barmaqları lazımi nöqtəyə yö­nəlir. Musiqi vərdişlərinə, müəyyən cihaz­­larda, maşınlarda işləmək vərdişlərinə yiyələnmiş adamlarda da görmə nəzarə­tinin hərəki nəzarətlə əvəz olunması özünü aydın şəkildə göstərir.
4. Vərdiş yarandıqda işin mərkəzi tənzimetmə üsulları dəyişilir. Nəticə­də insanın diqqəti iş üsullarını qavramaqdan azad olur və ən çox şəraitin və işin nəticəsinin üzərinə keçirilir. Məsələn, enməyə başlayan təyyarəçi təyyarəni mövcud şəraitdə yerə oturtmaq tipindən irəli gələn bütün standart priyomlar seriyasına daxilən hazır olur. Ona görə də mövcud priyomdan sonrakına keçmək üçün təyyarəçi xüsusi planlaşdırma aparmır. Bu zaman o, yalnız təyyarəni hansı üsulla yerə endirməyi planlaşdırır. İstifadə edilməli olan bütöv priyomlar silsiləsinin və ya seriyasının şüur tərəfindən qabaqcadan bu cür xəbər verilməsi psixologiyada antisipasisiya adlanır.
Fəaliyyət sosial kateqoriyadır və o bir sıra xüsusiyyətləri ilə heyvanların mühitə uyğunlaşmasına xidmət edən davranış formalarında fərqlənir.fəaliyyət insanın sosial fəallıq formasıdır. Odur ki, insan fəallığının mənbələri olan tələbatlar da mənşəyinə obyektinə və ödənilmə xüsusiyyətlərinə görə heyvanların yalnız bioloji mahiyyət daşıyan tələbatlarından köklü sürətdə fərqlənir. İnsanın tələbatları təbii və mədəni, maddi və mənəvi ödənilməsi ictimai – tarixi səciyyə daşıyır. İnsan fəaliyyətini heyvan fəaliyyətindən fərqləndirən ikinci cəhət insan fəaliyyətinin məqsədyönlü olmasıdır.
3-cü fərqli cəhət insan fəaliyyətinin şüurlu olmasıdır. 4-cü cəhət motivin olmasıdır.
Əgər tələbat motiv rolunu oynayırsa fəaliyyətə təkan verir, ona stimul yaradır. Fəaliyyətin forma və məzmunu ictimai şəraitlə tələbat və təcrübə ilə müəyyən olunur.
Əgər tələbatlar insan fəaliyyətinin əsas hərəkətverici qüvvəsini, əsas mahiyyətini təşkil edirsə motivlər həmin mahiyyətin konkret və çoxcəhətli təzahürləridir. Motiv subyekti fəallığa təhrik edən amildirsə məqsəd fəaliyyətin yönəlmiş olduğu nəticədir. Deməli fəaliyyət – insanın dərk olunmuş məqsədlə təbzim olunan daxili (psixi) və xarici (fiziki) fəallığıdır. Fəaliyyətin sadə bir cari məsələyə yönəlmiş nisbətən bitmiş elementi iş adlanır. Çağalıq dövründə gənclik yaşı dövrünə qədər aşağıdakı fəaliyyət növlərinə təsadüf olunur. Elkoninə görə gənclik yaşına qədər fəaliyyətin aşağıdakı növləri vardır.
a)Vasitəsiz emosional ünsiyyət:-çağanın anası ilə özünəməxsus dialoqudur. Uşaq anasının ağuşunda özünü sakit aparırır onun nəvazişini duyur, ətrini hiss edir və bundan xoşhallanır. Ananın emosional vəziyyəti isə öz növbəsində uşağın inkişafına təsir edir. (0-1yaş)
b)Əşyavi – manipulyativ fəaliyyət prosesində uşaq şeyləri sökə sökə bu yandan o yana sürüyə-sürüyə bir-birinə calaya-calaya onların xassələrini dərk edir. (1-3 yaş)
v)Rollu oyunlar isə mahiyyət etibarilə insan münasibətlərinin mənimsənilməsi prosesidir. Uşaq oyunları insan münasibətlərinə xüsusilə həssasdır və hər şeydən əvvəl məhz onları əks etdirir (3.4-6.7 yaş) zoopark oyunu?
q)Təlim fəaliyyətində - uşaqlar ictimai təcrübəni məqsədəuyğun sürətdə mənimsəyirlər. Bilik bacarıq və vərdişlərə yiyələndikcə uşaqların həyatında yoldaşın rolu artır.
d)İctimai – şəxs ünsiyyət uşağın həyatının mühüm sahəsinə çevrilir. Yoldaşları yaşlılarla ünsiyyət onun üçün çox vacib məsələyə çevrilir.
e)Tədris-peşə fəaliyyəti – fəaliyyətin vəzifələri tədricən dəyişilir, o, gələcəyə yönəlməyə başlayır və peşə-təlim xarakteri alır.
Nəzərdən keçirdiyimiz fəaliyyət tiplərini xarakterinə görə iki qrupa bölmək olar:
Birinci qrupa o fəaliyyət növləri dxildir ki, onların əsasında insan fəaliyyətinin mənası, insanlar arasındakı münasibətlərin vəzifələri, mativləri, normaları və s.mənimsənilir. Bunlar aşağıdakılardır:

İkinci qrupa o fəaliyyət növləri daxildir ki, onların əsasında əşyalarla əməliyyat vasitələri əşyalarda bu və ya digər cəhəti fərqləndirmək inikanı verən etalonlar mənimsənilir. Bunlar aşağıdakılardır:

  • əşyavi manipulyativ fəaliyyət:

  • təlim fəaliyyəti

  • tədris-peşə fəaliyyəti

Fərdin entogenetik (fərdi) inkişafında üç başlıca fəaliyyət növü ayırdedilir: oyun təlim və əmək fəaliyyəti.
Oyun – uşaq həyatının ilk dövründən başlayaraq əsas fəaliyyət növü olur. Bu dövrdə oyun böyüklərin həyatında baş verən hadisələr onların sosial münasibətləri ilə tanışlığı və bələdləşməsi üçün şərait yaradır.
Əmək fəaliyyəti sayəsində ictimai dəyərə malik məhsul istehsal olunur. İnsanın ən zəruri ehtiyacları həmin fəaliyyət növü sayəsində təmin olunur.
Təlim – prosesində şagirdlər ictimai təcrübəni mütəşəkkil fəal surətdə mənimsəyirlər. Nəticədə onların öz şəxsi təcrübəsi qurulur. Çünki bilik bacarıq və vərdişlərə yiyələnmə təcrübəsini yaradır.


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə