I mövzu: psixologiyanin bir elm kiMİ SƏCİYYƏSİ /2 saat



Yüklə 0,57 Mb.
səhifə23/39
tarix26.12.2022
ölçüsü0,57 Mb.
#97907
1   ...   19   20   21   22   23   24   25   26   ...   39
C fakepathmuhazire PIXOLOGIYA AZ (1)

1. Oyanma və ləngimənin q ü v v ə s i (beyin qabığı hüceyrələrinin iş qabiliyyətini, onların dözümlülüyünü müəyyən edir).
2. Onların m ü v a z i n ə t dərəcəsi (oyanma qüvvəsinin ləngimə qüvvəsinə müvafiqlik dərəcəsi və ya onların tarazlığı).
3. Oyanma və ləngimənin mütəhərrikliyi (onların bir-birini əvəzetmə sürəti).
Sinir sisteminin xassəlori bir-birilə qarşılıqlı əlaqədədir. Onlar bir-birilə özünəməxsus surətde uzlaşır və s i n i r s i s t e m i t i p i n i (və ya ali sinir fəaliyyəti tipini) müəyyən edir.
İ. P. Pavlov belə hesab edirdi ki, sinir sisteminin üç xassəsi əsasında 24 tip müəyyən edilə bilər. O, bu cəhəti nəzərə alaraq müəyyən etdiyi 4 tipi ali sinir fəaliyyətinin ə s a s t i p l ə r i adlandırırdı.

Temperament tipi sinir sistemi ilə şərtlənir. Bu eksperimental surətdə sübut olunmuş qanunauyğunluqdur.


Müasir psixologiyada temperamentin əsas formal - dinamik xarakteristikası kimi aşağıdakı xassələrinə xüsusi diqqət yetirilir: ümumi aktivlik - temperamentin strukturunda xüsusilə böyük əhəmiyyətə malikdir. Onun mahiyyətini insanın özünü ifadə etmək, xarici aləmi səmərəli surətdə mənimsəmək və dəyişmək meyli təşkil edir. Temp, ritm, sürət, intensivlik, plastiklik, dözümlülük ve s. ümumi aktivliyin əsas göstəriciləridir. Süstlük, ətalətlilik və passiv seyrçilikdən tutmuş yüksək enerjilik və daimi coşğunluğa qədər ümumi aktivlik müxtəlif temperamentli adamlarda müxtəlif dərəcədə özünü göstərir. Emosionallıq — insanın affekt və əhvallarının bütün zənginliyi öz əksini teraperamentin bu mühüm xassəsində tapır. Temperamentin digər xassələrinə nisbətən emosionallıq daha mürəkəb xarakter daşıyır və özünün çoxcəhətli strukturu ilə fərqlənir. Müxtəlif hiss və emosiyalann, o cümlədən affektlərin ve əhvalların əmələgəlmə, cərəyanetmə və kəsilməsi xüsusiyyətlə-rini xarakterize edən xassə və keyfiyyətlərin hamısı emosionallıqla bağlıdır. Onun əsas cəhətləri kimi mütəəssirlik, impulsivlik ve emosional labilliyi fərqləndirirlər.
Psixoloji ədəbiyyatda aşağıdakı temperament tipləri təsvir olunmuşdur.

1Sanqvinik temperament tipi: Sanqvinik üçün hər şeydən əvvəl, yüksək reaktivlik səciyyəvidir. Sanqvinik temperarmntə malik olan adamlarda aktivlik və reaktivlik müvazinətdə olur. Sanqvinik temperamentli adam ona bilavasitə təsir edən xarici qıcıqlara olduqca həssasdır.


2Xolerik temperament tipi: Xoleriklərin ifadəli sifəti olur. Maraqları sabit və davamlıdır. Çətinlik meydana çıxdıqda özünü itirmir və böyük enerji ilə onu aradan qaldırmağa çalışır.Sanqvinik kimi xolerik üçün də yüksək reaktivlik, aktivlik və reaksiyaların cəld olması səciyyəvidir.
3.Fleqmatik temperament tipi: Sanqvinik və xolerikdən fərqli olaraq,fleqmatikdə reaktivlik azdır.Bu onda özünü göstərir ki, onu güldürmək və ya hirsləndirmək çətindir. Səbirli, təmkinli və soyuqqanlıdır.Belə insanlarda psixi temp ləngdir, hərəkətlər astadır. Fleqmatik temperament az plastikliyi, böyük rigidliyi ( məsələn,bir məktəbdən başqasına keçməyi özü üçün böyük dərd edir) və introvertliyi ilə fərqlənir.
4.Melanxolik temperament tipi. Temperamentin başqa tiplərindən fərqli olaraq melanxolik üçün yüksək senzitivlik səciyyəvidir. Bu özünü onun ifrat həssashğında, küsəyənliyində göstərir. Melanxolik temperamentə xas olan zəif reaktivlik və aktivlik insanın nadir hallarda gülməsində, özünə inan-mamasında, tez-tez özünü itirməsində, işi axıra çatdıra bilməməsində təzahür edir. Melanxolikin hərəkətləri süst və zəifdir, o, çox asta-asta danışır, rigid (ətalətli) və introvertdir.
Beləliklə, aydın olur ki, hər bir temperament tipinin özünəməxsus əlamətləri vardır.Temperament sahəsində də yaş xüsusiyyətləri mövcuddur. Temperamentin əsas xassələrindən hər biri - ümumi aktivlik, hərəki aktivlik və emosionallıq müxtəlif yaş dövrlərində - məktəbəqədər, kiçik məktəbli, yeniyetməlik və ya gənclik, eləcə də sonrakı yaş dövrlərində özünəməxsus xüsusiyyətlərlə meydana çıxır.
Xarakter əlamətləri də müxtəlif temperamentli adamlarda müxtəlif dinamik (emosional) xüsusiyyətlərlə özünü göstərir. Fikritnizi bir xarakter əlaməti əməksevərlik nümunəsində aydınlaşdıraq.
Təsəvvür edək ki, müxtəlif temperamentli adamlarda qiymətli xarakter əlaməti kimi əməksevərlik tərbiyə olunmuşdur. Əmək onların hamısının həyatında xüsusi yer tutur. Belə faktları diqqətlə təhlil etsək, asanlıqla müəyyən edə bilərik ki, insanın əməksevər olması onun temperament tipindən asılı deyildir. Eyni temperament tipli, məsələn, xolerik və ya fleqmatik tipli adamlar içərisində əməksevər adamlarla yanaşı əməksevməz adamlara da az təsadüf olunmur. Bu, faktdır. Lakin bir məsələ aydındır: xolerikin əməksevərliyi, tutaq ki, fleqmatikin, sanqvinikin və melanxolikin əməkseverliyindən emosionallıq cəhətdən hər halda fərqlənir. Bu fərqlər temperamentin esas xassələrindən biri kimi emosionallıqla bağlıdır.
İnsanlar özlərinin xarakterinə görə də bir-birlərindən fərqlənirlər. Onlar həmişə bir-birlərinin xarakterinə böyük əhəmiyyət verir, özlərinin davranış və rəftannda biri digərinin xarakterini nəzərə alırlar. «Yaxşı adam», «pis adam» haqqındakı etalon və streotiplər nə qədər ümumi olsa da, onların əsasını insan xarakterləri haqqındakı təsəvvürlər təşkil edir.
Xarakter nədir? Onun əsas xüsusiyyətləri hansılardır?
Hər şeydən əvvəl, qeyd etmək lazımdır ki, xarakter insanın ən başlıca fərdi-psixoloji xüsusiyyətlərindən biridir.Qabiliyyətlər də, temperament də şəxsiyyyətin fərdi-psixoloji xüsusiyyətləridir. Bəs, xarakter şəxsiyyətin digər fərdi-psixoloji xüsusiyyetlərindən, məsələn, qabiliyyətlər və temperamentdən nə ilə fərqlənir?
Biz qabiliyyətlərdən damşanda insanın yaradıcılıq imkanları haqqında danışırıq. Xarakterdən danışanda isə insanın davranış və rəftarında özünü göstərən xüsusiyyətlərə diqqət yetiririk.Hər bir adamın şəxsiyyət kimi fərdi xüsusiyyətləri vardır. Biz xarakter deyəndə bu xüsusiyyətlərin məcmusunu nəzərdə tuturuq. Bir cəhəti də dəqiqləşdirək. Xarakter anlayışına insanın hər bir xüsusiyyəti daxil edilmir. Əgər hər hansı bir adam ömründə bir dəfə xeyirxahlıq etmişdirsə, biz buna xarakter əlaməti demək olmaz. Xeyirxahlıq yalnız davamlı xüsusiyyət kimi özünü göstərəndə bu və ya digər adamın xarakter əlamətinə çevrilir. Xarakter əlamətləri ancaq bu zaman müəyyən bir adam üçün tipik olan davranış tərzini şərtləndirir.Xarakter insan üçün tipik olan davranış tərzləri ilə müəyyən olunur.
Bəs, xarakter temperamentdən nə ilə fərqlənir? Xarakterin mahiyyətini başa düşmək üçün bu sualı aydınlaşdırmaq lazımdır: temperament bioloji, xarakter isə sosial amillərlə şərtlənir.
Xarakter fəaliyyət və ünsiyyət prosesində əmələ gəlir. Onun formalaşması müxtəlif sosial quruplarda (ailədə, dostlar içərisində, əmək və ya tədris kollektivlərində və s.-də) insan münasibətlərinin xüsusiyyətləri ilə bağlıdır. Uşağın daxil olduğu sosial qrup üçün müxtəlif insan münasibətləri səciyyəvidir. Uşaq bu münasibətlərə daxil olur və onları tədricən mənimsəməyə başlayır. Bu əsasda da onda müxtəlif xarakter əlamətləri əmələ gəlir. Xarakterin mahiyyətini başa düşmək üçün xüsusi əhəmiyyətə malik olan bir məsələyə - şəxsiyyətin motivasiya sahəsinə diqqət yetirmək lazımdır.
Motivasiya sahəsi xarakterin də formalaşmasında mühüm rol oynayır.

Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə