Iqtisadiyyatında "Maliyyə-kredit"



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə33/49
tarix17.09.2018
ölçüsü1,29 Mb.
#69027
1   ...   29   30   31   32   33   34   35   36   ...   49

2)
 
nağd  pul  dövriyyəsini  təşkil  edir,  Azərbaycan 
Respublikası  Konstitusiyasının  19-cu  maddəsinin  II 
hissəsinə  və  bu  Qanuna  müvafiq  olaraq  pul  nişanlarının 
tədavülə buraxılmasını və tədavüldən çıxarıl- masmı həyata 
keçirir; 
3)
 
manatın 
xarici 
valyutalara 
nisbətdə 
rəsmi 
məzənnəsini mütəmadi müəyyən edir və elan edir
4)
 
qanunvericiliyə  uyğun  olaraq  valyuta  tənzimini  və 
nəzarətini həyata keçirir
5)
 
sərəncamında 
olan 
beynəlxalq 
qızıl-valyuta 
ehtiyatlarını saxlayır və idarə edir
6)
 
qanunvericiliyə uyğun olaraq hesabat tədİyə balansını 
tərtib  edir  və  ölkənin  proqnoz  tədiyə  balansımn 
hazırlanmasında iştirak edir
7)
 
“Banklar  haqqında”  Azərbaycan  Respublikası 
Qanununa,  bu  Qanuna  və  onlara  müvafiq  qəbul  etdiyi 
normativ  xarakterli  aktlara  uyğun  olaraq  bank  fəaliyyətini 
lisenziyalaşdırır  və  tənzimləyir,  qanunla  müəyyən  edilmiş 
qaydada bank fəaliyyətinə nəzarəti həyata keçirir; 
8)
 
ödəniş  sistemlərinin  fəaliyyətini  təşkil  edir, 
əlaqələndirir,  tənzimləyir  və  onların  üzərində  nəzarəti 
qanuna uyğun olaraq həyata keçirir
9)
 
bu  Qanunla  və  digər  qanunlarla  nəzərdə  tutulmuş 
başqa funksiyaları həyata keçirir. 
MiUi Bankın məqsədləri (Maddə 4); 
1)
 
Milli  Bankın  fəaliyyətinin  əsas  məqsədi  öz 
səlahiyyətləri  daxilində  qiymətlərin  sabitliyininin  təmin 
edilməsidir. 
2)
 
Milli  Bankın  fəaliyyətinin  məqsədi,  həmçinin,  bank 
və  ödəniş  sistemlərinin  sabitliyini  və  İnkişafını  təmin 
etməkdir. 
129 


3)
 
Mənfəət  götürmək  Milli  Bankın  əsas  məqsədi 
deyildir. 
Kommersiya bankları - iqtisadi' vahidlərə qısa müddətli 
kredit  açmaq  üzrə  pul  bazarında  fəaliyyət  göstərən 
banklardır. 
Bütün  kommersiya  banklarının  bəlli  iki  funksiyası 
vardır: borc almaq və borc vermək. Borc almaq çox zaman 
əmanət şəklində, borc vermək isə kredit şəklində ortaya çıxır. 
Kommersiya  banklarının  bank  sistemi  içərisində  ən  önəmli 
fəaliyyətlərindən  birisi  də  bank  pulunu  yarada  bilməsidir. 
Bank  pulu  banka  qoyulan  əmanətin  məcburi  ehtiyat 
normalarına ayrılan miqdarı çıxıldıqdan sonra, təkrar kredit 
olaraq verilməsi nəticəsində olur. Bank pulu çek sisteminin 
uyğunlaşdığı ölkələrdə böyük bir rola malikdir. 
Aqrar banklar - kənd təsərrüfatı sahə fəaliyyətinin digər 
ticarət və sənaye fəaliyyətlərindən fərqli olmasına görə dünya 
ölkələrinin  çoxunda  aqrar  iqtisadiyyatına  yönələn  dövlət 
tərəfindən qurulan banklardır. 
Xalq bankları - iri və orta ölçülü şirkətlərin uzunmüddətli 
kreditə olan ehtiyacını ödəmək üçün qurulan banklardır. 
İnvestisiya  bankları  daha  çox  kapital  bazarının  inkişaf 
etdiyi ölkələrdə xalqın qısa və uzun bir müddət üçün istifadə 
etmədiyi əmanətləri ilə şirkətlərin və dövlətin uzun müddətli 
kreditə olan ehtiyaclarının ödənilməsində vasitəçi olur. 
İnvestisiya  bankları  şirkətlər  tərəfindən  ixrac  edilmiş 
qiymətli  kağızların  bir  hissəsinin  satılmaması  halında  özü 
satın almanı qəbul edə bilər. Bu əməliyyata öhdəliyin satışı 
deyilir. Bank bu qarantıyla isə bir növ şirkətin ixrac edəcəyi 
qiymətli kağızları sığorta etdirməkdədir. 
130 


investisiya  bankları  aşağıdakı  vəzifələri  də  yerinə 
yetirməkdədir:  müşavirlik;  investor  və  əmanətçi  arasında 
xəbərləşməni  saxlamaq;  şirkətlər  arasında  birləşmə 
əməliyyatları  mövzusunda  təkliflərdə  bulunmaq;  şirkətlərin 
xalqa açılmasını stimullaşdırmaq. 
İnkişaf  bankları  daha  çox  sərmayə  bazarının  inkişaf 
etmədiyi  və  ya  sərmayənin  qıt  olduğu  ölkələrdə  ortaya 
çıxmışdır. 
İnkişaf  Banklarının  vəzifələri  isə  aşağıdakılardır: 
investisiya 
layihələri 
hazırlamaq 
və 
investisiyanı 
stimullaşdırmaq  məqsədi-ilə  kredit  verməyə  yardımlar; 
banklar  bəzi  durumlarda  şirkətlərin  səhmlərini  alaraq 
investisiyada  iştirak  edir;  investisiya  bankları  uyğunlaşdığı 
iqtisadi  siyasətə  tərs  düşməmək  şərti  ilə  xarici  sərmayənin 
investisiya sahələrinə yönəlməsinə vasitəçilik edir. 
tstehlak bankları - xidmətlərini istehlakçılara təklif edir. 
Universal banklar - bütün fmans xidmətlərini təklif edən 
qurumlardır. 
tslam bankları - faizsiz bir bank qurulması ilə əlaqədar 
ilk çalışma 1940-cı illərin ortalarında Malaziyada başlanmış, 
lakin uğursuzluqla nəticələnmişdir. 
İlk İslam bankı 1963-cü ildə Misirdə qurulmuşdur. Lakin 
ilk müasir İslam Bankı 1971-ci ildə Qahirədə Ənvər Sadatin 
əmri ilə qurulan - Nasir Sosial Bankıdır. Bu bank daha çox 
sosial  rifah təşkilatı kimi  fəaliyyət  göstərmiş,  yəni  xəstəlik, 
evlənmə  və  ölüm  kimi  səbəblərə  xərclər  çəkmək 
məcburiyyətində  olan  yoxsul  insanlara  faizsiz  yardım 
göstərmək məqsədilə qurulmuşdur. 
Daha sonra, 1975-ci ildə Ciddədə kral Faiselin dəstəyi ilə 
İslam Konfransı təşkilatına üzv olan ölkələrin iqtisadi inkişaf 
proqramlannı  islam  prinsipləri  çərçivəsində  dəstəkləyən 
“İslam İnkişaf Bankı” qurulmuşdur. 
131 


islam bankçılığınm ən başlıca Özəlliyi,  İslam dinində faizin 
haram sayılması səbəbi ilə, faizsiz bir iqtisadi sistem inkişaf 
etdirməyə  çalışmasıdır.  İslam  Bankının  iki  əsas  prinsipi 
vardır: pulun bir mal deyil, bir mübadilə vasitəsi, bir fınans 
hesab  ölçüsü  olması;  əməyini  ortaya  qoyan,  sərmayəsini 
ortaya qoyanın işin nəticəsinə görə ortaq məsuliyyət daşıyır. 
Mənfəət və ya zərərə şərikdir. 
3.21.
 
AZƏRBAYCAN RESPUBLİKASINDA PUL 
SİYASƏTİ VƏ ONUN ALƏTLƏRİ 
Pul siyasəti: (Maddə 28). 
1.
 
Milli  Bank  qarşıdakı  il  üçün  dövlətin  pul  siyasətinin 
əsas  istiqamətlərini  oktyabr  ayının  1-dən  gec  olmayaraq 
Azərbaycan Respublikası Prezidentinə təqdim edir və dekabr 
ayının 31-dək kütləvi informasiya vasitələrində ictimaiyyətə 
açıqlayır. 
2.
 
Pul siyasətinin əsas istiqamətlərini açıqlayarkən Milli 
Bank  cari  ildə  həyata  keçirilən  pu!  siyasətinin  yekunlarını, 
habelə  qarşıdakı  il  üçün  müəyyən  etdiyi  pul  siyasətinin 
məqsəd  və  vəzifələrini,  Milli  Bankdan  asılı  olan  və  asılı 
olmayan amilləri də əks etdirməklə onların həyata keçirilməsi 
yollarını göstərir. 
Pul siyasətinin alətləri: (Maddə29) 
1.  Pul  siyasəti  aşağıdakı  alətləri  vasitəsilə  həyata 
keçirilir; 
1.1.
 
açıq bazarda əməliyyatların aparılması; 
1.2.
 
faiz dərəcələrinin müəyyənləşdirilməsi; 
1.3.
 
kredit  təşkilatları  üçün  məcburi  ehtiyatların 
müəyyənləşdirilməsi; 
132 


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə